Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.
"DİA-AZ"ın məlumatına görə, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
"DİA-AZ"ın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev həbsə tək getməyəcək. Bu barədə danışan mənbə bildirir ki, artıq Mehdiyevə aşkar dəstək verən bir neçə nüfuzlu sima ilə bağlı da hüquqi addımların atılması üçün tədarük görülməkdədir.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...