Milli Arxiv İdarəsi 500 minlik inventar alır .....                     "Kristal Abşeron"un reklamları reallığı əks etdirmir? .....                     "Azərikard"dan açıqlama .....                     Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir .....                     Nasim Abışov vəzifəsindən azad edilib .....                     Əliyev-Putin görüşündə gözdən qaçan məqamlar .....                     Paşinyan Aİ komissarı ilə "Tramp marşrutu"nun həyata keçirilməsini müzakirə edib .....                     Müəllimlərin maaş artımı ilə bağlı MÜƏMMA .....                     Putin dedi: İNANAQMI? .....                     Sizin bu məsələyə diqqətiniz sayəsində... .....                     “Paşinyan gündə 3-4 dəfə fikrini dəyişir” .....                     Buna Əliyevin sayəsində nail olduq .....                     Mbappe Azərbaycanla matçda oynayacaq? .....                     Əliyev -Putin görüşü münasibətlərin sınaq nöqtəsidir .....                     Təslimiyyətin əleyhinə: .....                     “Kəramət birinci deyildi, axırıncı da deyil” .....                     Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödəniləcəyini, günahkarların cəzalandırılacağını deyib .....                     Əsgərovun kürəkəni Londondakı şirkətini satıb .....                     Putin üzr istədi, amma AZAL təyyarəsinin vurulmasına görə günahı Ukraynanın üzərinə atdı .....                     Avropa Parlamenti Rusiya dronlarını Aİ səmasında vurmağa çağırıb .....                     Ən çox türkün yaşadığı ölkəyik: Türklərin vətəniyik .....                     Xalq artisti Əminə Yusifqızı vəfat edib .....                     Ermənistan və Türkiyə şirkəti arasında razılaşma əldə edildi .....                     Gənclər və İdman Nazirliyində qalmaqal .....                     “Köçəryan hakimiyyətə gəlsə, Azərbaycan onunla eyni masada oturmayacaq” .....                     “QHT işi” üzrə daha bir məhkəmə başlayıb .....                     Mədəniyyət Nazirliyində korrupsiya .....                     "Universitetlərin başı biznesə qarışıb..." .....                     Bakıda 2 nəfəri aldadıb 10 mindən çox pulunu alan tutuldu .....                     Sabiq nazirin universiteti ekspertə “düşük şərbaz” dedi .....                     "Azərikart"ın lisenziyası məhdudlaşdırılıb .....                     “Hadisəni öpməkdən imtina etdi, Murat Boz onu görən kimi qaçdı” .....                     Hansı rayonda insanlar banklara nə qədər əmanət qoyub? .....                     Neft Fondu xaricə yatırımları niyə artırır? .....                     Uzun müddət sonra Cabir İmanovun mərasimində göründü, lakin… .....                     Ermənistan ya məhv olacaq, ya... .....                     "Bir mahnı oxudum, özümə maşın aldım" .....                     Elçin Alıoğluna qarşı sui-qəsd hazırlanıb .....                     Küyə gedib diri balıq uddu, görün nə oldu? .....                     Məşhur generalın yarım milyonluq evi hərraca çıxarıldı .....                 

Müəllimlərin maaş artımı ilə bağlı MÜƏMMA - AKTUAL
Tarix: Bu gün, 17:05 | Çap et

2022–2025-ci illər üzrə təşkil olunmuş sertifikasiya imtahanlarında 80 mindən çox müəllim iştirak edib.

Sertifikasiya nəticəsində 70 mindən çox müəllimin əmək haqqı artıb. 2026-cı ilin sonunadək bütün müəllimlər bu prosesdən keçmiş olacaqlar. Proses nəticəsində 8 minə yaxın müəllimin fəaliyyətinə xitam verilib. Onu da qeyd edək ki, müəllimlərə sertifikasiya imtahanından topladıqları bala əsasən 10% və 35% maaş əlavəsi tətbiq edilir.

Belə ki, 30-50 bal arasında topladıqda 10% əlavə, 51 bal və yuxarı topladıqda isə 35% əlavə verilir. Maraqlıdır, müəllim ilk dəfə sertifikasiyadan uğur qazandıqdan sonra 10 - 35 faiz artım olduğu halda 5 ildən sonra növbəti sertifikasiya ilə bağlı yenidən maaşında artım olacaqmı?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, müəllimlərin sertifikasiyadan keçdikdən sonra maaşın 10–35 faiz arasında artırılması Azərbaycan təhsil sistemində son illərin ən vacib struktur islahatlarından biridir:

“Bu model təkcə maaş artımı deyil, həm də keyfiyyətə əsaslanan peşəkar stimullaşdırma mexanizmini formalaşdırır. Təhlil göstərir ki, sertifikasiya prosesi müəllim fəaliyyətinin nəticəyə əsaslanan qiymətləndirilməsini təmin edir və bu, həm təhsil keyfiyyətinin yüksəlməsi, həm də müəllim nüfuzunun bərpası baxımından strateji əhəmiyyət daşıyır.

Lakin bu sistemin uzunmüddətli davamlılığı, 5 ildən sonra tətbiq ediləcək yeni mərhələlərin ədalətli və sabit şəkildə tənzimlənməsi hələ də əsas müzakirə mövzularından biridir. “Təhsil haqqında” Qanunun 18-ci maddəsinə əsasən, müəllimlər təhsil prosesinin keyfiyyətinə görə fərqləndirilməli, onların əməkhaqları peşəkar səviyyə və nəticələrə uyğun müəyyən edilməlidir.

Həmçinin “Ümumi təhsil müəssisələrinin müəllimlərinin sertifikatlaşdırılması Qaydaları” (Nazirlər Kabinetinin 2023-cü il qərarı) göstərir ki, sertifikasiyanın məqsədi müəllimlərin bilik və bacarıqlarını müasir tələblərə uyğun qiymətləndirmək və nəticələrə əsasən diferensial əməkhaqqı tətbiq etməkdir.

Bu qaydalarda qeyd edilir ki, sertifikasiyadan keçən müəllimlər beş il müddətinə etibarlı hesab olunur və həmin dövrdə onların əməkhaqqına 10–35 faiz arasında artım tətbiq edilir. Bu, o deməkdir ki, artım birdəfəlik deyil, beş illik dövr üçün qüvvədə qalır. Beş il tamam olduqdan sonra müəllim yenidən sertifikasiyadan keçməlidir.

Əgər nəticəsi əvvəlkindən yüksək olarsa, əməkhaqqı daha çox faizlə yenidən hesablanacaq, yaxud nəticə aşağı olarsa, artım dərəcəsi azaldıla və ya əvvəlki səviyyəyə qaytarıla bilər. Yəni artım kümülatv xarakter daşımır, əvvəlkinin üzərinə əlavə olunmur, yenidən qiymətləndirmə nəticəsinə uyğun olaraq yenilənir.

Bu model müəllimləri davamlı inkişafda olmağa, peşəkar səviyyələrini qorumağa və yüksəltməyə sövq edir. Statistik göstəricilər göstərir ki, 2024-cü ilin sonuna qədər 55 mindən çox müəllim sertifikasiyadan keçib və onların 83 faizi uğurlu nəticə göstərib. Bu, həm müəllimlərin motivasiyasının artdığını, həm də sistemin qəbul olunduğunu göstərir.

Sertifikasiya nəticəsində tədris keyfiyyətində müşahidə olunan artım məktəb rəhbərləri və valideynlər tərəfindən də qeyd olunur. Məsələn, 2023–2024-cü tədris ilində sertifikasiyadan keçmiş müəllimlərin işlədiyi məktəblərdə şagirdlərin illik qiymətləndirmə nəticələrinin orta göstəricisi 6,7 faiz yüksəlib”.

Ekspertin sözlərinə görə, bu model yalnız Azərbaycana xas deyil. Estoniya, Finlandiya, Cənubi Koreya və Sinqapur kimi yüksək təhsil keyfiyyətinə malik ölkələrdə də müəllimlərin peşəkar fəaliyyətinin mərhələli qiymətləndirilməsi aparılır:

“Məsələn, Sinqapurda müəllimlər “Professional Growth Track” sistemi üzrə hər 5 ildən bir yenidən dəyərləndirilir və nəticələrə əsasən əməkhaqları və vəzifə pillələri yenilənir.

Finlandiyada müəllimlərin qiymətləndirilməsi birbaşa məktəb rəhbərlərinin və regional təhsil şuralarının nəzarəti altında aparılır, lakin əsas prinsip eynidir, yüksək nəticə göstərən müəllim daha çox motivasiya və maddi təşviq alır. Bu modelin müsbət tərəfi odur ki, sistemdə formal bərabərlik prinsipi deyil, real fərqlilik və keyfiyyət üstünlüyü formalaşır.

Yaxşı nəticə göstərən müəllim yalnız maaş artımı deyil, həm də peşəkar nüfuz qazanır. Bu, illərdir davam edən “bütün müəllimlər eyni maaş alır” yanaşmasını dəyişərək ədalətli və motivasiyaedici bir mexanizm yaradır. Bundan əlavə, sertifikasiyanın təkrar keçirilməsi müəllimləri yalnız bir dəfə deyil, mütəmadi inkişafda saxlayır, bu da ömürboyu öyrənmə mədəniyyətinin yaranmasına səbəb olur”.

Ekspertin fikrincə, burada mənfi tərəflər də var:

“Əgər bu sistemdə maliyyə resursları genişlənməzsə və artım mexanizmi yalnız məhdud faiz diapazonunda qalarsa, müəllimlər arasında sosial gərginlik yarana bilər. Məsələn, eyni ixtisasa malik, oxşar təcrübəsi olan iki müəllimin 30-35 faiz fərqli maaş alması uzunmüddətli perspektivdə kollektivdə balanssızlıq yarada bilər.

Bundan başqa, sertifikasiya imtahanlarının keçirilməsi mexanizmi də daim yenilənməli, təkcə testlə deyil, real dərs prosesinin müşahidəsi və pedaqoji bacarıqların qiymətləndirilməsi kimi göstəricilərlə zənginləşdirilməlidir.

Elm və Təhsil Nazirliyinin bu sahədə atdığı addımlar ümumilikdə təhsil sisteminin müasirləşməsinə ciddi təkan verir. Nazirliyin sertifikasiya mexanizmini mərhələli şəkildə həyata keçirməsi, nəticələrə əsasən maliyyələşdirmə sisteminə keçidi və müəllim fəaliyyətinə fərdiləşdirilmiş yanaşma tətbiqi dövlət təhsil siyasətində keyfiyyətə keçidin nümunəsidir.

Nazirliyin bu təşəbbüsü beynəlxalq təhsil göstəricilərinə uyğunluq baxımından da müsbət addımdır, çünki OECD-nin “Education at a Glance” hesabatına görə, müəllimlərin maaş artımı ilə peşəkar inkişaf göstəriciləri arasında birbaşa korrelyasiya var. Müqayisəli təhlil göstərir ki, Azərbaycanda tətbiq edilən 5 illik dövri yeniləmə sistemi Estoniya və Polşa modellərinə çox yaxındır. Bu ölkələrdə də müəllimlər sertifikasiyadan sonra sabit artım alır, lakin növbəti qiymətləndirmə nəticəsində bu artım yenilənir.

Bu, həm davamlılıq, həm də məsuliyyət yaradır. Azərbaycan modeli bu baxımdan düzgün istiqamətdə qurulub, sadəcə gələcəkdə daha çevik və çoxşaxəli qiymətləndirmə meyarları əlavə edilməlidir. Hesab edirəm ki, sertifikasiya müəllimlərin peşəkar statusunu yüksəldən, cəmiyyətdə təhsilə münasibəti dəyişdirən və sistemdə şəffaflıq yaradan mühüm islahatdır. Beş ildən sonra təkrar imtahan zamanı maaş artımı əvvəlkinin üzərinə əlavə olunmur, lakin yeni nəticəyə əsasən yenilənir.

Bu, həm ədalətli, həm də motivasiyaedici mexanizmdir. Əgər gələcəkdə bu proses daha çox praktik qiymətləndirmə və sosial dəstək mexanizmləri ilə tamamlanarsa, Azərbaycan təhsili keyfiyyət və ədalət baxımından regionda ən qabaqcıl modellərdən birinə çevriləcək. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər təkcə struktur dəyişiklik deyil, həm də müəllim peşəsinin nüfuzunun bərpası istiqamətində uzunmüddətli strategiyanın uğurlu tətbiqidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Arxiv İdarəsi 500 minlik inventar alır – Xidməti Hacı Ramazan Mirzəyevə məxsus olduğu bildirilən şirkət göstərəcək
Bu gün, 18:02
"Kristal Abşeron"un reklamları reallığı əks etdirmir? - Alıcılar şikayət etdilər, agentlik araşdırmaya başladı
Bu gün, 17:58
"Azərikard"dan açıqlama
Bu gün, 17:47
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir - KİV
Bu gün, 17:44
Nasim Abışov vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 17:42
Əliyev-Putin görüşündə gözdən qaçan məqamlar – Sürprizə imkan verilmədi
Bu gün, 17:37
Paşinyan Aİ komissarı ilə "Tramp marşrutu"nun həyata keçirilməsini müzakirə edib
Bu gün, 17:34
Müəllimlərin maaş artımı ilə bağlı MÜƏMMA - AKTUAL
Bu gün, 17:05
Putin dedi: İNANAQMI? - Hər halda, dövlətdir... dövlətik...
Bu gün, 17:02
Sizin bu məsələyə diqqətiniz sayəsində... - Putindən Əliyevə
Bu gün, 16:59
“Paşinyan gündə 3-4 dəfə fikrini dəyişir” - AKTUAL
Bu gün, 16:56
Buna Əliyevin sayəsində nail olduq - Putin
Bu gün, 16:51
Mbappe Azərbaycanla matçda oynayacaq? - Deşam
Bu gün, 16:49
Əliyev -Putin görüşü münasibətlərin sınaq nöqtəsidir - Görünəni odur ki...
Bu gün, 16:47
Təslimiyyətin əleyhinə: - Tehran rejimi müharibə istəyir
Bu gün, 16:42
“Kəramət birinci deyildi, axırıncı da deyil” – Tural Abbaslı
Bu gün, 16:40
Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödəniləcəyini, günahkarların cəzalandırılacağını deyib - DETALLAR
Bu gün, 16:05
Əsgərovun kürəkəni Londondakı şirkətini satıb – Qızının da şirkəti bağlanıb
Bu gün, 16:03
Putin üzr istədi, amma AZAL təyyarəsinin vurulmasına görə günahı Ukraynanın üzərinə atdı - RƏSMİ RİYAKARLIQ...
Bu gün, 15:53
Avropa Parlamenti Rusiya dronlarını Aİ səmasında vurmağa çağırıb
Bu gün, 15:42
Ən çox türkün yaşadığı ölkəyik: Türklərin vətəniyik – Avatkov
Bu gün, 14:57
Xalq artisti Əminə Yusifqızı vəfat edib - İTKİMİZ VAR...
Bu gün, 14:53
Ermənistan və Türkiyə şirkəti arasında razılaşma əldə edildi - KİV
Bu gün, 13:13
Gənclər və İdman Nazirliyində qalmaqal – WRO qalibləri diskvalifikasiya edildi, valideynlər kömək istəyir
Bu gün, 13:05
“Köçəryan hakimiyyətə gəlsə, Azərbaycan onunla eyni masada oturmayacaq” -HƏRBİ EKSPERT
Bu gün, 13:01
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:59
Mədəniyyət Nazirliyində korrupsiya - RƏSMİ İFŞA!
Bu gün, 12:55
"Universitetlərin başı biznesə qarışıb..." – REYTİNQ SAXTAKARLIĞI AÇIQLANDI
Bu gün, 12:47
Bakıda 2 nəfəri aldadıb 10 mindən çox pulunu alan tutuldu
Bu gün, 12:43
Sabiq nazirin universiteti ekspertə “düşük şərbaz” dedi - Qalmaqal başladı
Bu gün, 12:36
"Azərikart"ın lisenziyası məhdudlaşdırılıb
Bu gün, 12:32
“Hadisəni öpməkdən imtina etdi, Murat Boz onu görən kimi qaçdı” - azərbaycanlı müğənni illər sonra ETİRAF ETDİ
Bu gün, 12:12
Hansı rayonda insanlar banklara nə qədər əmanət qoyub? - SİYAHI
Bu gün, 12:08
Neft Fondu xaricə yatırımları niyə artırır? – SƏBƏBLƏR
Bu gün, 12:01
Uzun müddət sonra Cabir İmanovun mərasimində göründü, lakin… – Sərt sözlər
Bu gün, 11:57
Ermənistan ya məhv olacaq, ya... - Vigen Avetis
Bu gün, 11:48
"Bir mahnı oxudum, özümə maşın aldım"
Bu gün, 11:31
Elçin Alıoğluna qarşı sui-qəsd hazırlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:27
Küyə gedib diri balıq uddu, görün nə oldu? - ŞOK VİDEO
Bu gün, 11:25
Məşhur generalın yarım milyonluq evi hərraca çıxarıldı - DETALLAR
Bu gün, 11:22
Putin Əliyevlə görüşə hansı məqsədlə gəlir ki?.. - AKTUAL
Bu gün, 11:19
AZƏRİQAZ-da AYRISEÇKİLİK: Kimin arxasında adamı varsa... - "Yaşlı nəsildən olan işçiləri atırlar əraziyə..."
Bu gün, 11:15
Bakıda parkda söyüş söyən iş adamı HƏBS OLUNDU
Bu gün, 11:03
Rusiyanın QƏBƏLƏ QISQANCLIĞI... - QƏRƏZ ORTADADIR...
Bu gün, 11:01
Zəhərlənmələr baş verə bilər - İSTEHLAKÇILARA XƏBƏRDARLIQ
Bu gün, 10:54
"Bakı Kristal Zalı" ötən il 2 milyon manatdan çox zərər edib
Bu gün, 10:48
BU NƏDİ BELƏ: Naxçıvanda fərdi tikintilər dayandırılıb... - səbəbi isə ODUR Kİ...
Bu gün, 10:34
“Prokurorluqda oğlanlarımın adını çəkmisən” deyərək tanışını döydü - CƏZA
Bu gün, 10:30
“İnterpol”un həbs etdiyi Ədilovun cinayət dosyesi - "Zavodu satıb yoxa çıxdı"
Bu gün, 10:28
Kişi başqa oğlanla söhbət edən sevgilisini döydü, sərnişin avtobusunu qaçırdı - TƏFƏRRÜAT
Bu gün, 10:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru