Klian Mbappenin Azərbaycanla oyunda start heyətdə yer alacağı mümkün ola bilər.
Axar.az xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam Azərbaycanla oyundan öncə keçirilən mətbuat konfrasnında deyib.
“Proqramda yalnız matçdan bir gün əvvəl məşq etmək nəzərdə tutulurdu. Buna onun ayaq biləyinin həssaslığı səbəb olub. O, bu axşam məşq edəcək və hər şey qaydasında olsa, sabah işə cəlb olunacaq”, - baş məşqçi əlavə edib.
Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.