Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli humanitar əlaqələrin inkişafındakı töhfələrini bildirib.
Teleqraf xəbər verir ki, bunu Rusiya lideri azərbaycanlı həmkarı ilə Düşənbədə görüşü zamanı qeyd edib.
“Bizim humanitar əlaqələrimiz sizin diqqətiniz sayəsində həmişə yüksək səviyyədə olub. Birincisi, buna görə sizə minnətdarıq, ikincisi, əlbəttə, öz tərəfimizdən bu dinamikanın qorunub saxlanması üçün əlimizdən gələni edəcəyik”, – Putin deyib və bu məsələni Əliyevlə daha ətraflı müzakirə etməyi planlaşdırdığını vurğulayıb.