Son günlər “Telegram”ın Azərbaycan seqmentində bir sıra istifadəçilərin profilləri oğurlanıb. Həmin şəxslərin adından kontakta olanlara saxta mesajlar və linklər göndərilir. Əvvəllər bu hallar daha çox “Facebook” və “WhatsApp” platformalarında baş verirdi.
Təhlükənin qarşısını almaq üçün nə etmək lazımdır?
Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis, İKT Mərkəzinin direktoru Fərid Kazımov deyib ki, bir neçə məqama diqqət edilməlidir:
“WhatsApp”dan fərqli olaraq, “Telegram” abunə prinsipi ilə işləyir. Bura müxtəlif reklam və şübhəli keçidlər daxil ola bilir. Ona görə də tanımadığıməz şəxslərdən gələn linkləri açmamaq lazımdır. Digər mühüm məsələ proqramın texniki imkanlarından istifadə edərək telefon kontaktlarını məhdudlaşdırmaqdır. Ümumilikdə, minimal kibertəhlükəsizlik qaydalarına əməl olunsa, belə problemlərin qarşısını almaq olar. Təəssüf ki, əksəriyyət bu sahədə diqqətsiz davranır və bundan yayına biləcəklərini düşünürlər. Halbuki sözügedən hal ciddi problemdir”.
Mütəxəssis qeyd edib ki, aidiyyəti dövlət qurumları və ictimai təşkilatlar kibertəhlükəsizlik üzrə xüsusi platforma yaratmalıdır:
“Burada sosial şəbəkələr və “messenger”lərdə rast gəlinən dələduzluq halları barədə məlumatlar paylaşılmalı və qarşısının alınması üçün praktiki tövsiyələr təqdim edilməlidir. Hazırda dələduzlar müxtəlif üsullarla – hədiyyə vədləri, oyunlar, səsvermələr və onlayn sorğular vasitəsilə insanları aldatmağa çalışır, hesab məlumatlarını ələ keçirirlər. Bu baxımdan istifadəçilər tanımadıqları şəxslər və ya şübhəli mənbələrdən gələn sorğularda qətiyyən iştirak etməməlidirlər”.
Texnobloger Fərid Pərdəşünas da bildirib ki, hazırda “Telegram”da massiv fişinq hücumu var:
“Tanışlarınızın nömrəsindən, adından gələn “şəkilləriniz” başlıqlı linkə daxil olma