Kəngərli sakini Novruz Musayev deyir ki, üç hərbçi onun 14 yaşlı oğlunu dəfələrlə zorlayıb. Hərbi prokurorluq isə, faktı sübut etmək üçün ondan zorlamanı özündə əks etdirən videogörüntü tələb edir.
Novruz Musayevin sözlərinə görə, təcavüzçülərdən ikisinə rüşvət qarşılığında çox yüngül cəza- 9 ay iş verilib. Digəri isə, ümumiyyətlə mühakimə olunmayıb. O, övladının həyatını məhv edən hər üç hərbçinin layiqli cəza almasını tələb edir.
Ata deyir ki, bu hadisədən sonra təcavüzə məruz qalan uşağına daha bir zərbə vurulib- o, məktəbdən qovulub.
"Gündəlik Naxçıvan"
DAHA ƏTRAFLI AŞAĞIDAKI VİDEODA: