Zəngəzur dəhlizinin açılmasına maneə var .....                     Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin .....                     Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif .....                     Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan .....                     Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur .....                     Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? .....                     İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? .....                     Azərbaycanlı müğənni narkotikə görə həbs edildi .....                     Azərbaycanlı müğənni qəzaya düşdü .....                     Paşinyan deputatlara xəbərdarlıq edib: .....                     İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi .....                     Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi .....                     İçindən çürümüş MƏHKƏMƏ SİSTEMİ... .....                     Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək .....                     “Təsnim” Agentliyindən Azərbaycana qarşı təxribat .....                     Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir .....                     Kiyev Moldovanın Aİ-yə qəbul olunmasını əngəlləyib .....                     Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər .....                     “Holcim Azərbaycan”a yeni rəhbər təyin edilib .....                     Deputat Bakıdakı tıxacdan şikayətçidir .....                     İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı .....                     Xəzər Universitetinə rektor təyin edilib .....                     Ermənistanın daxili işlər naziri və ABŞ səfiri Vaşinqtondakı razılaşmaları müzakirə ediblər .....                     Dövlət büdcəsinə daraşan GƏMİRİCİLƏR... .....                     Azərbaycanda su tapılmayacaq? .....                     Naxçıvanın blokadasına Brüsseldən diqqət .....                     “Azərkosmos”un yığılmış zərəri 380 milyon manata çatıb .....                     Valideynlər rusdilli məktəb üçün “yaxasını cırır” .....                     Bakıdakı “toy mafiyası” əndişədə .....                     Azərbaycan əleyhinə rus təbliğatı güclənib .....                     Səhiyyə nazirinə yeni müşavir təyin olunub .....                     Təhsil Nazirliyinin səhlənkarlığı gənclərin gələcəyini riskə atır .....                     Naxçıvanda ŞOK OLAY: İki hərbçi 14 yaşlı oğlanı dəfələrlə ZORLADI... .....                     Balıq satan qadına 16 minlik dələduzluq edən “şirkət rəhbəri”nə cəza verildi .....                     Sertifikasiyadan kəsilən müəllimlər məhkəməyə ÜZ TUTDULAR .....                     Yunanıstandan etiraf: "Təcrid olunmuş Türkiyə" iddiası iflasa uğradı .....                     ABŞ səfirliyinə qarşı yarım milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxsin .....                     "Amma insan haqları da kənara qoyulmamalıdır" .....                     Petrosyandan uydurma iddia: Kapadokyadan Xəzərədək... .....                     Keçmiş arvadının iş yerində dava saldı, həbs olundu .....                 

Təhsil Nazirliyinin səhlənkarlığı gənclərin gələcəyini riskə atır - FAKT BUDUR...
Tarix: Bu gün, 10:53 | Çap et

Hər il olduğu kimi bu il də ali məktəbə daxil ola bilməyən abituriyentlərin bir qismi çıxış yolu kimi xaricdə təhsil almağa üz tutacaqlar. Təəssüf ki, hər il yüzlərlə gəncin diplomu Azərbaycanda tanınmır və bu da onların illərlə çəkdikləri zəhmətin boşa getməsinə səbəb olur.


Bəs xaricdə universitet seçərkən diplomun Azərbaycanda tanınması üçün hansı meyarlara diqqət etmək lazımdır?
Moderator.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda hər il on minlərlə abituriyent ali məktəbə qəbul ola bilmir və bir qismi çıxış yolunu xaricdə təhsil almaqda görür:
“Təəssüf ki, bu proses çox vaxt planlı deyil, valideynlər və gənclər vasitəçilərin təklifləri ilə hərəkət edir, nəticədə yüzlərlə tələbə diplomunu ölkəyə gətirəndə tanıda bilmir. Dövlət Statistika Komitəsinin 2024-cü ilə dair göstəricilərinə əsasən, son beş ildə Azərbaycanda xaricdə təhsil alanların sayı 30 faiz artıb, amma TKTA-nın (Təhsildə Keyfiyyətin Təminatı Agentliyi) hesabatlarında hər il yüzlərlə diplom tanınmır. Bu fakt göstərir ki, abituriyentlərin seçim prosesində ciddi boşluqlar var və dövlət tərəfindən kifayət qədər marifləndirmə işi aparılmır. Halbuki “Təhsil haqqında” Qanunun 38-ci maddəsində açıq yazılıb ki, xarici ali təhsil müəssisələrinin diplomlarının tanınması Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilməlidir. Lakin həmin qaydaların mahiyyəti geniş ictimaiyyətə izah olunmur, tələbələr yalnız sənədlərini təqdim edəndə problemlə üzləşirlər”.
Təhsil eksperti deyib ki, diplomun tanınması üçün əsas meyarlar kifayət qədər sadədir:
“Amma bunların izahı ictimaiyyətə çatdırılmır. Birincisi, universitetin öz ölkəsində rəsmi akkreditasiyası olmalıdır. İkincisi, tədris əyani və tam-zamanlı formada həyata keçirilməlidir; distant, onlayn və qiyabi proqramların çoxu tanınmır. Üçüncüsü, tədris müddəti Azərbaycan standartlarına uyğun gəlməlidir: bakalavr pilləsi minimum 3–4 il, magistratura 1,5–2 il, doktorantura 3–4 il olmalıdır. Dördüncüsü, universitet beynəlxalq reytinqlərdə müəyyən göstəricilərə malik olmalıdır. TKTA “QS”, “Times Higher Education” və “Shanghai Ranking” siyahılarında yer alan universitetlərin diplomlarını daha asan tanıyır. Amma bu meyarların sadə dillə cəmiyyətə izahı, marifləndirici kampaniyalar, onlayn bələdçilər və ya valideynlər üçün seminarlar təşkil olunmur. Elm və Təhsil Nazirliyi illərdir yalnız ümumi açıqlamalarla kifayətlənir, konkret yol xəritəsi təqdim etmir.
Müsbət tərəf odur ki, dövlət diplom tanınmasında müəyyən standartları qoruyur və keyfiyyətsiz universitetlərdən alınan sənədlərə “yaşıl işıq” yandırmır. Bu, ölkədə ali təhsil səviyyəsinin aşağı düşməsinin qarşısını alır. Amma mənfi tərəfi ondan ibarətdir ki, gənclər seçim zamanı bu standartlardan xəbərsiz olduqları üçün səhv addım atırlar. Bu, həm ailələrin maddi resurslarını boşa çıxarır, həm də gənclərin illərlə çəkdiyi zəhməti dəyərsizləşdirir. Nazirlik bu sahədə marifləndirmə aparmadığına görə məsuliyyət yükü valideynlərin üzərinə düşür. Dünya təcrübəsinə baxanda, məsələn, Avropa İttifaqında “Lisbon Tanınma Konvensiyası” çərçivəsində tələbələrə açıq məlumat bazaları təqdim olunur, hər kəs seçdiyi universitetin statusunu yoxlaya bilir. Türkiyədə YÖK hər il tanınan və tanınmayan universitetlərin siyahısını dərc edir. Azərbaycanda isə belə açıq siyahılar ya gec paylaşılır, ya da əksər abituriyentlərin diqqətinə çatdırılmır”.
Kamran Əsədov diqqətə çatdırıb ki, müqayisə etdikdə görürük ki, qonşu ölkələrdə abituriyent seçim prosesində dövlət daha aktiv rol oynayır:
“Gürcüstanda xaricdə təhsil almaq istəyənlər üçün xüsusi məsləhət mərkəzləri fəaliyyət göstərir. Azərbaycanda isə bu boşluq vasitəçilərin əlini gücləndirir, onlar da bəzən gəncləri şübhəli universitetlərə yönəldir. Nəticədə diplom tanınmır və bu, milli insan kapitalına zərbə vurur. Dəyişəcək odur ki, gənclər yenə də xaricdə təhsil almağa can atacaq, vasitəçilər yenə də təkliflərini edəcəklər, yüzlərlə diplom isə tanınmayacaq. Dəyişməli olan isə Elm və Təhsil Nazirliyinin yanaşmasıdır. Nazirlik abituriyentlər və valideynlər üçün açıq məlumat bazası yaratmalı, hər il xaricdə təhsil seçimi ilə bağlı geniş marifləndirici kampaniya keçirməli, riskli universitetlərin siyahısını paylaşmalı idi. Nazirlik bu istiqamətdə iş görmür, marifləndirmə aparmır, planları və proqnozları yoxdur. Geniş dəstəkləyici planlar olmalı idi, amma yoxdur. Məktəblərdə belə marifləndirici dərslər təşkil edilməlidir ki, şagirdlər gələcəkdə seçimlərini daha düzgün etsinlər. Əks halda, hər il eyni mənzərə təkrarlanacaq və gənclərimiz keyfiyyətsiz, tanınmayan diplomlarla geri dönəcəklər. Nəticə etibarilə, diplomların tanınmaması probleminin kökündə informasiya çatışmazlığı və dövlətin zəif koordinasiya siyasəti dayanır. Bu sahədə sistemli yanaşma və açıq planlaşdırma olmadığı müddətdə valideyn və abituriyentlərin səhv seçimlərinin qarşısını almaq mümkün olmayacaq. Bu isə ölkənin təhsil keyfiyyətinə və gələcək insan kapitalının formalaşmasına mənfi təsir göstərməyə davam edəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev
Bu gün, 13:38
Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur
Bu gün, 13:36
Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif – “24 saat işləsinlər”
Bu gün, 13:33
Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan - FOTO
Bu gün, 13:29
Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:27
Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? - TƏFƏRRÜAT
Bu gün, 13:22
İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? - İLGİNC
Bu gün, 13:21
Azərbaycanlı müğənni narkotikə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:07
Azərbaycanlı müğənni qəzaya düşdü
Bu gün, 13:06
Paşinyan deputatlara xəbərdarlıq edib: - Rusiya ilə bağlı məsələdə...
Bu gün, 13:05
İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 13:00
İçindən çürümüş MƏHKƏMƏ SİSTEMİ... - MALƏSƏF...
Bu gün, 12:52
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək
Bu gün, 12:45
“Təsnim” Agentliyindən Azərbaycana qarşı təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:42
Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir – Adil Kərimlinin diqqətinə
Bu gün, 12:38
Kiyev Moldovanın Aİ-yə qəbul olunmasını əngəlləyib - “Politico”
Bu gün, 12:34
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər
Bu gün, 12:32
“Holcim Azərbaycan”a yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:08
Deputat Bakıdakı tıxacdan şikayətçidir - AĞIR VƏZİYYƏTLƏ ÜZ-ÜZƏ QALACAĞIQ
Bu gün, 12:07
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı - DETALLAR
Bu gün, 12:06
Xəzər Universitetinə rektor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:03
Ermənistanın daxili işlər naziri və ABŞ səfiri Vaşinqtondakı razılaşmaları müzakirə ediblər - KİV
Bu gün, 12:01
Dövlət büdcəsinə daraşan GƏMİRİCİLƏR... - YOL ADI ALTINDA TALANAN MİLYONLAR...
Bu gün, 12:00
Azərbaycanda su tapılmayacaq? - AKTUAL
Bu gün, 11:55
Naxçıvanın blokadasına Brüsseldən diqqət - niyə indi?
Bu gün, 11:49
“Azərkosmos”un yığılmış zərəri 380 milyon manata çatıb - HESABAT
Bu gün, 11:39
Valideynlər rusdilli məktəb üçün “yaxasını cırır” - Xalq şairi
Bu gün, 11:37
Bakıdakı “toy mafiyası” əndişədə - RƏY
Bu gün, 11:35
Azərbaycan əleyhinə rus təbliğatı güclənib - NƏ ETMƏLİ?
Bu gün, 11:08
Səhiyyə nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 11:05
Təhsil Nazirliyinin səhlənkarlığı gənclərin gələcəyini riskə atır - FAKT BUDUR...
Bu gün, 10:53
Naxçıvanda ŞOK OLAY: İki hərbçi 14 yaşlı oğlanı dəfələrlə ZORLADI... - ATASI FƏRYAD EDİR...
Bu gün, 10:48
Balıq satan qadına 16 minlik dələduzluq edən “şirkət rəhbəri”nə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 10:40
Sertifikasiyadan kəsilən müəllimlər məhkəməyə ÜZ TUTDULAR - QALMAQAL
Bu gün, 10:34
Yunanıstandan etiraf: "Təcrid olunmuş Türkiyə" iddiası iflasa uğradı - Artıq tək deyil
Bu gün, 10:29
ABŞ səfirliyinə qarşı yarım milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Bu gün, 10:24
"Amma insan haqları da kənara qoyulmamalıdır" - ŞƏRH
Bu gün, 10:23
Petrosyandan uydurma iddia: Kapadokyadan Xəzərədək... - BUNLAR SAĞALANA OXŞAMIRLAR...
Bu gün, 10:11
Keçmiş arvadının iş yerində dava saldı, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 10:09
Xaraba günə qalan YASAMAL... - AXI NİYƏ?
Bu gün, 10:01
Naxçıvanda yarım milyonluq TENDER - TƏFƏRRÜAT
Bu gün, 09:56
Bir azdan havanı da pulla satacaqlar... - NARAZILIQ VAR...
Bu gün, 09:44
Bu, bizim məsələ deyil... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:29
Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir - İTTİHAM VAR...
Bu gün, 09:21
"Üzərinə həbs qoyulan avtomobillərimin sayını bilmirəm" - Şərurlu İsfəndiyar
Bu gün, 09:17
Pornoqrafiya varlığın zibilliyidir... - Aqşin Yenisey
Bu gün, 09:00
Putin İlham Əliyevlə belə salamlaşdı - VİDEO
Bu gün, 08:55
"Heç bir hərəkət etmək fikirləri yoxdur..." - GİLEY
Bu gün, 08:47
Rusiya hökuməti “Azərbaycan məsələsində” Kremlə qarşı? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 08:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru