Azərbaycan Şərqlə Qərb arasında .....                     Cərimələnmiş şirkət Mərkəzi Neftçilər Xəstəxanasının tenderinin qalibi seçildi .....                     Mənzil bazarında növbəti bahalaşma dalğası: Payızda qiymətlər bir az da arta bilər .....                     Aqrar Xidmətlər Agentliyi vergi borcu olan şəxslə müqavilə bağladı .....                     AQTA-nın işçiləri rəsmən GÜL VURUR .....                     Rəsmi Dehli özünü DƏLİ KİMİ APARIR .....                     Azərbaycanlılar üçün yeni təhlükə: proses başladı .....                     Vətəndaşa tikilən VERGİ TORBASI .....                     Milli Məclis aprel işğalına siyasi qiymət verməlidir .....                     Rəzil günə qalan UNİBANK... .....                     Pakistan-Hindistan toqquşmasında əzilən QAFQAZ SÜLHÜ... .....                     Qafqazdakı sülhün Çindən gələn “ayaq səsləri” .....                     Ruslardan Xəzər dənizində ƏZƏLƏ NÜMAYİŞİ .....                     "Avtobus sürücüləri, siz kimə arxayınsınız?" .....                     'İndi də Azərbaycanla gərginlik yaratmaq istəyirlər" .....                     Ordu Rusiyanın “qapısında”: iki lider razılaşdı .....                     Vuçiçlə Putinin görüşündə Azərbaycan SÖHBƏTİ .....                     Naxçıvanda “İrana xoş gəlmisiniz” təhlükəsi reallaşa bilərmi? .....                     Əliyev-Putin görüşü .....                     Hindistan Cənubi Qafqazda gərginlik yaratmağa çalışır .....                     Tramp “əsl günahkar”ı tapıb, o, Putin deyil .....                     Dünyanı qarışdıran ərazi təklifi .....                     “Tramp yolu”: “Qırmızı xətt”i keçdi .....                     Vətəndaşların şikayət etdiyi MTK ləğv olunur .....                     Türkiyəli iş adamı Naxçıvandakı 21 illik tikinti şirkətini satdı .....                     “Miqrantlar Rusiyada qalmaq üçün xristianlığı qəbul edib döyüşməlidirlər” .....                     Kəmaləddin Heydərovun bacanağı “AFB Bank”dan nə qədər qazanır? .....                     Azərbaycandan Rusiyaya cavab: rus dilində filmlərin nümayişi... .....                     Rusiyadan külli miqdarda pul çıxaran azərbaycanlı ər-arvad saxlanıldı .....                     ETX-yə yeni mətbuat katibi təyin olundu .....                     SEPAH-dan Zəngəzurla bağlı sərt açıqlama .....                     O qızcığazın həyatını danışa bilməyən Elmar qurtarıbmış... .....                     "Qapısı möhürlənən banklar arasında səni də görərik.." .....                     Bu ölkə Bakı və İrəvan arasında yeni müharibə hazırlayıbmış .....                     Ilham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Rusiyanın özünün də bildiyi məsələdir .....                     Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi .....                     "Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib" .....                     Göygöl Milli Parkı 411 min manata 5 pikap, 1 sedan alır .....                     Paşinyanın müavini Maqdalena Qrono ilə Azərbaycanla əldə olunmuş razılaşmaları müzakirə edib .....                     Rusiyada azərbaycanlı kişi dostununu arvadına görə cərimələndi .....                 

Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Tarix: 22-01-2025, 00:48 | Çap et
Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir?
Mərhum Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Mediada bu barədə yayılan məlumatlara görə, H.Əliyevanın atası Cəlil Əliyev bildirib ki, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməkdaşı olduğunu deyərək aldadıb: "Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi, kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, Kapitalbankın işçisiyik. Dedilər, banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".

Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, saxlanılıb, 80 min 507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda kiberdələduzluq yolu ilə vətəndaşların bank kartlarından saysız-hesabsız oğurluq halları baş verib. Hüquq mühafizə orqanları cinayət törədənlərin bir qismini yaxalaya bilsə də, bir çox faktlar üzrə tədbirlər görmək mümkünsüz olub. Çünki cinayətkar şəbəkələr bu cür əməliyyatları xarici ölkələrdən, habelə kriptovalyutalar vasitəsi ilə həyata keçirir, nəticədə cinayətin üstü açılmamış qalır.

Bəs burada bankların, vətəndaşların, hüquq mühafizə orqanlarının məsuliyyəti nədir?

Bunu bank sahəsi üzrə tanınmış ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib

kiberdələduzluq barədə məsələni ötən ilin 26 dekabr tarixində Mərkəzi Bankın sədri ilə görüşdə də qaldırıb: “Demişəm ki, bu problem əsasən iri - sistem əhəmiyyətli banklardadır. O da məsələnin nəzarətdə olduğunu bildirərək qeyd etdi ki, iri bankların əməliyyatları çox olduğu üçün belə problemlərin də sayı çoxdur”.

Ə.Həsənov bildirir ki, məsələ yalnız bunda deyil. Bir sıra orta və kiçik banklar var ki, onlarda belə problemlər olmur. İri bankların əsas problemi odur ki, acgözdürlər, inhisara meyllidirilər, o qədər müştəri cəlb edirlər ki, nəticədə həcmi həzm edə bilmirlər, normal təhlükəsizlik sistemi qura bilmirlər, kadr potensialları olduqca zəifdir və s. Maraqlıdır, niyə?

“Ona görə ki, bu bankların rəhbərləri maaşdan əlavə yüksək mükafatlar (bonuslar) alırlar. Buna görə də xərcləri azaltmaq üçün əllərindən gələni edirlər: sıravi işçilərə az maaş verirlər, İT, təhlükəsizlik və digər sahələrə xərcləri kəsirlər. İlin sonunda bankın gəlirinin xərcindən xeyli çox olması üçün hər şey edirlər ki, mükafatlarının məbləği də yüz minlərlə ölçülən rəqəmlər olsun. Çünki mükafatlar mənfəətə bağlıdır. Nəticədə bu banklarda xidmətin keyfiyyəti və təhlükəsizlik səviyyəsi aşağı düşür”.

Multimedia sahəsi üzrə tanınmış ekspert Osman Gündüz isə ötən il DİN-in Kibercinayətkarlıqla Baş İdarəsi və ölkənin bütün bankları arasında imzalanmış anlaşmanı xatırladır. Həmin anlaşmaya görə Baş İdarə və banklar arasında real vaxtda informasiya mübadiləsi baş verir və bunun əsasında zəruri məlumatları dərhal əldə edən polis üçün cinayətkarı yaxalamaq elə də problem olmur. Lakin kartdakı pulun köçürülməsi xarici hesablara, yaxud da kriptovalyuta hesablarına olubsa, bəli, burada araşdırmalar uzun çəkə bilər.

“Bank tez bunun üzərinə düşübsə, ən yaxşı halda "chargeback" yoli ilə vəsaiti geri çağırmaq mümkün ola bilər. Ən pis variantda isə bizim də qoşulduğumuz mövcud konvensiyanın şərtləri əsasında xarici ölkənin bankları, kriptovalyuta birjaları, ölkələrin polis qurumaları, İnterpol, Europol və s. qurumlar prosesə qoşulmalıdır ki, bu da zaman alan bir prosesdir” – Gündüz bildirib.

Ekspertin fikrincə, cinayətkar anonim kripto cüzdanlardan istifadə edibsə və ya kriptovalyuta platformasında yüksək səviyyədə anonimlik təmin edilirsə, araşdrımalar daha da çətinləşir: “Son zamanlarda Baş İdarə qonşu ölkələrin müvafiq qurumları ilə əlaqələri gücləndirib, bu istiqamətdə bir neçə uğurlu əməliyyatlar keçiriblər. Açıqlanan məlumatlardan görünür ki, kiberpolis ötən müddət ərzində həm profilaktika, həm də kibercinayətkarlığa qarşı mübarizədə xeyli irəliyə gedə bilib”.

Osman Gündüz bildirir ki, fərdi məlumatları, bank məlumatlarını qorumaq həm də vətəndaşın borcudur. Onun sözlərinə görə, indiki halda birbaşa bankı günahlandırmaq da doğru olmazdı. “Çünki cinayət hansısa bir kiber hücum, fişinq, ziyanlı proqramla bank hesabının dağıdılması ilə reallaşmayıb”, - o, qeyd edib.

Ekspert vurğulayır ki, vətəndaş özü könüllü olaraq icazə verib ki, vəsait köçürülsün: “Əlbəttə, banklar bank fırıldaqçılıqları ilə bağlı maarifçilik işlərini təşviq etməlidir, müştərilərini tez-tez məlumatlandırmalıdır. Banklar bu prosesə resurslar ayırmalıdır.

Bir daha vurğulamaq istərdik ki, hansısa bank müştərisinə zəng edib hansıa bir əməliyyat aparmır. Daxil olan SMS kodlarla bağlı bank heç zaman vətəndaşdan nəsə sorğulamır. Belə formada zənglər olanda vətəndaş dərhal polisə, 102-yə məlumat verməlidir”.

Osman Gündüz təklif edir ki, ümumiyyətlə, bu tip hallarla bağlı Mərkəzi Bankın, Banklar Assosiasiyasının müştəriləri qorumaq üçün hansısa bir sığorta fondu formalaşdırması da faydalı ola bilərdi.

“Vətəndaşları bu istiqamətdə daha anlaşıqlı formada maarifləndirmək üçün çatbotlar hazırlamaq da faydalı olar.

İndi qonşu ölkələrdə QR-kod vasitəsilə həyata keçirilən kibercinayətlər hədsiz çoxalıb. Adətən qonşu ölkələrdə olanlar müəyyən müddətdən sonra bizə də gəlib çatır. QR-kod ların oxunması təklif olunarkən, hansısa yerlərdə bu tip kodların şirnikləndirici reklamlarına rast gəldikdə ehtiyatlı olmaq lazımdır. Onların yönləndirildiyi saytlar vasitəsilə fərdi məlumatlar ələ keçirilə bilir”, - ekspert yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Şərqlə Qərb arasında - Və ya biz kiminlə və hara gedirik?
Bu gün, 07:28
Cərimələnmiş şirkət Mərkəzi Neftçilər Xəstəxanasının tenderinin qalibi seçildi - TƏFƏRRÜAT
Bu gün, 07:26
Mənzil bazarında növbəti bahalaşma dalğası: Payızda qiymətlər bir az da arta bilər - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:24
Aqrar Xidmətlər Agentliyi vergi borcu olan şəxslə müqavilə bağladı - qanunlar kimin umrundadır ki...
Bu gün, 07:20
AQTA-nın işçiləri rəsmən GÜL VURUR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:15
Rəsmi Dehli özünü DƏLİ KİMİ APARIR - Görünəni odur ki...
Bu gün, 07:11
Azərbaycanlılar üçün yeni təhlükə: proses başladı – Diqqətli olun!
Bu gün, 07:06
Vətəndaşa tikilən VERGİ TORBASI - AXI NİYƏ?..
Bu gün, 07:03
Milli Məclis aprel işğalına siyasi qiymət verməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:53
Rəzil günə qalan UNİBANK... - NARAZILIQ VAR...
Bu gün, 06:46
Pakistan-Hindistan toqquşmasında əzilən QAFQAZ SÜLHÜ... - NƏ BAŞ VERİR?
Bu gün, 06:42
Qafqazdakı sülhün Çindən gələn “ayaq səsləri” - AKTUAL
Bu gün, 06:37
Ruslardan Xəzər dənizində ƏZƏLƏ NÜMAYİŞİ - TASS
Bu gün, 06:34
"Avtobus sürücüləri, siz kimə arxayınsınız?" - ETİRAZ
Bu gün, 06:31
'İndi də Azərbaycanla gərginlik yaratmaq istəyirlər" - Qulamhüseyn Əlibəyli
Bu gün, 06:29
Ordu Rusiyanın “qapısında”: iki lider razılaşdı – Böyük müharibə anonsu
Bu gün, 06:25
Vuçiçlə Putinin görüşündə Azərbaycan SÖHBƏTİ - Serb lider dedi ki...
Bu gün, 06:22
Naxçıvanda “İrana xoş gəlmisiniz” təhlükəsi reallaşa bilərmi? - AKTUAL
Dünən, 18:06
Əliyev-Putin görüşü niyə BAŞ TUTMADI?
Dünən, 18:04
Hindistan Cənubi Qafqazda gərginlik yaratmağa çalışır - deputat
Dünən, 17:57
Tramp “əsl günahkar”ı tapıb, o, Putin deyil - “The Times”
Dünən, 17:54
Dünyanı qarışdıran ərazi təklifi – Zəngəzur ssenarisi təkrarlana bilər
Dünən, 17:53
“Tramp yolu”: “Qırmızı xətt”i keçdi - ŞƏRH
Dünən, 17:50
Vətəndaşların şikayət etdiyi MTK ləğv olunur - şirkət özü məlumat yayıb...
Dünən, 17:47
Türkiyəli iş adamı Naxçıvandakı 21 illik tikinti şirkətini satdı - TƏFƏRRÜAT
Dünən, 17:44
“Miqrantlar Rusiyada qalmaq üçün xristianlığı qəbul edib döyüşməlidirlər” – Duqin
Dünən, 17:41
Kəmaləddin Heydərovun bacanağı “AFB Bank”dan nə qədər qazanır? – Rəqəmlər
Dünən, 17:39
Azərbaycandan Rusiyaya cavab: rus dilində filmlərin nümayişi... - BUNDAN SONRA...
Dünən, 17:38
Rusiyadan külli miqdarda pul çıxaran azərbaycanlı ər-arvad saxlanıldı
Dünən, 17:36
ETX-yə yeni mətbuat katibi təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:33
SEPAH-dan Zəngəzurla bağlı sərt açıqlama – “Xamenei mövqeyini dəyişməyib”
Dünən, 17:31
O qızcığazın həyatını danışa bilməyən Elmar qurtarıbmış... - TƏFƏRRÜAT
Dünən, 17:09
"Qapısı möhürlənən banklar arasında səni də görərik.." - ÇAĞIRIŞ...
Dünən, 17:05
Bu ölkə Bakı və İrəvan arasında yeni müharibə hazırlayıbmış – Detallar
Dünən, 16:19
Ilham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Rusiyanın özünün də bildiyi məsələdir - BƏS NİYƏ QAŞINIRLAR...
Dünən, 16:16
Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi - AKTUAL
Dünən, 16:12
"Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib"
Dünən, 16:08
Göygöl Milli Parkı 411 min manata 5 pikap, 1 sedan alır
Dünən, 16:06
Paşinyanın müavini Maqdalena Qrono ilə Azərbaycanla əldə olunmuş razılaşmaları müzakirə edib - KİV
Dünən, 16:03
Rusiyada azərbaycanlı kişi dostununu arvadına görə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:00
“Elnur-2” şirkəti Cəlilabadı “ələ keçirib”: Bir ildə 5 tender - DETALLAR
Dünən, 15:57
Yanukoviç deyir ki... - GƏLİŞMƏ
Dünən, 15:48
Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində: Gizli ödəmə və açıq haqsızlıq - DETALLAR
Dünən, 15:38
Putin Şahbaz Şəriflə görüşüb
Dünən, 15:36
Nazir bu cəzaçəkmə müəssisəsinə yeni rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:33
“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
Dünən, 15:30
Nikolun diletantlığı: Əliyevlə Paşinyan Çində Zəngəzura görə toqquşdu - NƏ BAŞ VERİR?
Dünən, 15:27
Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş... - TƏFƏRRÜAT
Dünən, 15:25
1,6 manatlıq "tender kralı"na daha bir sifariş - TƏFƏRRÜAT
Dünən, 15:20
Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdi - ƏMR
Dünən, 15:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru