Naxçıvanda “İrana xoş gəlmisiniz” təhlükəsi reallaşa bilərmi? .....                     Əliyev-Putin görüşü .....                     Hindistan Cənubi Qafqazda gərginlik yaratmağa çalışır .....                     Tramp “əsl günahkar”ı tapıb, o, Putin deyil .....                     Dünyanı qarışdıran ərazi təklifi .....                     “Tramp yolu”: “Qırmızı xətt”i keçdi .....                     Vətəndaşların şikayət etdiyi MTK ləğv olunur .....                     Türkiyəli iş adamı Naxçıvandakı 21 illik tikinti şirkətini satdı .....                     “Miqrantlar Rusiyada qalmaq üçün xristianlığı qəbul edib döyüşməlidirlər” .....                     Kəmaləddin Heydərovun bacanağı “AFB Bank”dan nə qədər qazanır? .....                     Azərbaycandan Rusiyaya cavab: rus dilində filmlərin nümayişi... .....                     Rusiyadan külli miqdarda pul çıxaran azərbaycanlı ər-arvad saxlanıldı .....                     ETX-yə yeni mətbuat katibi təyin olundu .....                     SEPAH-dan Zəngəzurla bağlı sərt açıqlama .....                     O qızcığazın həyatını danışa bilməyən Elmar qurtarıbmış... .....                     "Qapısı möhürlənən banklar arasında səni də görərik.." .....                     Bu ölkə Bakı və İrəvan arasında yeni müharibə hazırlayıbmış .....                     Ilham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Rusiyanın özünün də bildiyi məsələdir .....                     Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi .....                     "Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib" .....                     Göygöl Milli Parkı 411 min manata 5 pikap, 1 sedan alır .....                     Paşinyanın müavini Maqdalena Qrono ilə Azərbaycanla əldə olunmuş razılaşmaları müzakirə edib .....                     Rusiyada azərbaycanlı kişi dostununu arvadına görə cərimələndi .....                     “Elnur-2” şirkəti Cəlilabadı “ələ keçirib”: Bir ildə 5 tender .....                     Yanukoviç deyir ki... .....                     Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində: Gizli ödəmə və açıq haqsızlıq .....                     Putin Şahbaz Şəriflə görüşüb .....                     Nazir bu cəzaçəkmə müəssisəsinə yeni rəis təyin etdi .....                     “Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” .....                     Nikolun diletantlığı: Əliyevlə Paşinyan Çində Zəngəzura görə toqquşdu .....                     Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş... .....                     1,6 manatlıq "tender kralı"na daha bir sifariş .....                     Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdi .....                     Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi .....                     Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib .....                     "Əli Mirəliyev nə vaxt düzələcək?" .....                     BQXK-nin Azərbaycandakı nümayəndəliyi sabah bağlanır .....                     İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir .....                     “Putinin ittifaqı”na daha bir üzv qoşulur? .....                     Çində mühüm mərhələyə çatdıq .....                 

Ilham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Rusiyanın özünün də bildiyi məsələdir - BƏS NİYƏ QAŞINIRLAR...
Tarix: Bu gün, 16:16 | Çap et

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Rusiya Federasiyası ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, avqustun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra, Rusiya Federasiyası ərazisindən ölkəmizə qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib.
"Monitorinq zamanı müəyyən edilib ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və ya təhrif olunmuş formada rus oxucusuna təqdim edilir.
Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədi ilə təşkil edilən kampaniya televiziya kanalları və xəbər saytları, sosial media platformaları və müəyyən təsiretmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılır.
Kampaniyada Rusiya ərazisində fəaliyyəti qadağan edilmiş və məhdudlaşdırılmış “Facebook”, “Instagram” və “X” kimi platformalardan, habelə digər ölkə vətəndaşlarının adından yaradılan sosial media profillərindən və botlardan da geniş istifadə olunduğu müşahidə edilib.
Kampaniyada diqqət çəkən digər bir element isə Azərbaycanın sosial media seqmentinin hədəfli reklamlar vasitəsi ilə seçilməsi və orada ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidedici fikirlərin yer almasıdır.
Onu da qeyd etməliyik ki, bu cür ikrah doğuran kampaniyaların Azərbaycanda ictimai rəyə heç bir təsiri yoxdur. Bu cür fəaliyyətlər yalnız Rusiya cəmiyyətini yalan faktlara söykənərək qızışdırmağa, qonşu dövlətlərlə əsassız düşmənçiliyə sürükləyir. Rusiyanı narahat edən “rusofobiya” sindromunun köklərini “Z” blogerlərin fəaliyyətində axtarmaq lazımdır.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətləri yaxından izləyir və müvafiq qabaqlayıcı tədbirləri davam etdirir", - bəyanatda deyilir.
 
Tanınmış jurnalist, Azərbaycan Mətbuat Şurasının Etika Komissiyasının sədri, media eksperti Qulu Məhərrəmli "Sherg.az"a bildirib ki, hazırda Rusiya təkcə Azərbaycana deyil, digər qonşularına, Avropa dövlətlərinə qarşı da müxtəlif, ən iyrənc və çirkin formalarda dezinformasiya yaymaqla, informasiya müharibəsi aparmaqla rəvac verməklə məşğuldur:
"Bu nəyə xidmət edir? Birinci növbədə, artıq Rusiya anlayır ki, bölgədə əvvəlki gücü və təsiri yoxdur. İkincisi, Kremlin Cənubi Qafqaz ölkələrini əvvəlki kimi idarə etmək, onların daxili işlərinə qarışmaq və xarici siyasətlərinə müdaxilə imkanları tükənməkdədir. Çünki Putinin “Rusiyanı qüvvətləndirmək” adı altında Ukraynaya qarşı apardığı işğalçılıq siyasəti, dağıdıcı və qanlı müharibə bütün dünya xalqlarının, o cümlədən qonşu dövlətlərin Rusiyadan üz çevirməsinə səbəb olub. Bununla yanaşı, Rusiya hələ də müəyyən gücə malikdir, xüsusilə ənənəvi olaraq dezinformasiya fabriki çox sürətlə və güclü şəkildə işləyir. Bu kontekstdə də Azərbaycana qarşı informasiya müharibəsi aparılır. Azərbaycan qonşuluq siyasətini balanslı şəkildə davam etdirir – həm Rusiyaya, həm İrana, həm də digər qonşu dövlətlərə hörmətlə yanaşır. Ermənistanla sülhə can atması, Vaşinqtonda və digər platformalarda bağlanan barış bəyannamələri Azərbaycanın nə qədər sülhpərvər dövlət olduğunu göstərir. Rusiya isə bunu həzm edə bilmir".
 
Ekspert əlavə edib ki, Kreml mövcud konfliktlərdə özünü hegemon kimi aparır:
"Eyni zamanda rəsmi Moskva Azərbaycanın milli dövlət statusu və müstəqilliyi ilə qəbullanmır. Həmçinin "AZAL"a məxsus təyyarənin vurulduğu üçün üzr istəmir. Nəticədə, Rusiya sərhədlərdən kənarda və ölkə daxilində, diasporaya qarşı geniş informasiya hücumları təşkil edir, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə təzyiq göstərir.
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Rusiyanın özünün də bildiyi və dəfələrlə etiraf edilmiş məsələdir. Bu reallığı nəzərə almaq lazımdır. Tarixi faktdır ki, 1920-ci ildə Bolşevik Rusiyası Azərbaycanı işğal edib və bunun üstündən keçmək mümkün deyil. Azərbaycan isə Rusiyadan münasibətlərini qaydaya salmasını və siyasətini dəyişməsini gözləyir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda “İrana xoş gəlmisiniz” təhlükəsi reallaşa bilərmi? - AKTUAL
Bu gün, 18:06
Əliyev-Putin görüşü niyə BAŞ TUTMADI?
Bu gün, 18:04
Hindistan Cənubi Qafqazda gərginlik yaratmağa çalışır - deputat
Bu gün, 17:57
Tramp “əsl günahkar”ı tapıb, o, Putin deyil - “The Times”
Bu gün, 17:54
Dünyanı qarışdıran ərazi təklifi – Zəngəzur ssenarisi təkrarlana bilər
Bu gün, 17:53
“Tramp yolu”: “Qırmızı xətt”i keçdi - ŞƏRH
Bu gün, 17:50
Vətəndaşların şikayət etdiyi MTK ləğv olunur - şirkət özü məlumat yayıb...
Bu gün, 17:47
Türkiyəli iş adamı Naxçıvandakı 21 illik tikinti şirkətini satdı - TƏFƏRRÜAT
Bu gün, 17:44
“Miqrantlar Rusiyada qalmaq üçün xristianlığı qəbul edib döyüşməlidirlər” – Duqin
Bu gün, 17:41
Kəmaləddin Heydərovun bacanağı “AFB Bank”dan nə qədər qazanır? – Rəqəmlər
Bu gün, 17:39
Azərbaycandan Rusiyaya cavab: rus dilində filmlərin nümayişi... - BUNDAN SONRA...
Bu gün, 17:38
Rusiyadan külli miqdarda pul çıxaran azərbaycanlı ər-arvad saxlanıldı
Bu gün, 17:36
ETX-yə yeni mətbuat katibi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 17:33
SEPAH-dan Zəngəzurla bağlı sərt açıqlama – “Xamenei mövqeyini dəyişməyib”
Bu gün, 17:31
O qızcığazın həyatını danışa bilməyən Elmar qurtarıbmış... - TƏFƏRRÜAT
Bu gün, 17:09
"Qapısı möhürlənən banklar arasında səni də görərik.." - ÇAĞIRIŞ...
Bu gün, 17:05
Bu ölkə Bakı və İrəvan arasında yeni müharibə hazırlayıbmış – Detallar
Bu gün, 16:19
Ilham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Rusiyanın özünün də bildiyi məsələdir - BƏS NİYƏ QAŞINIRLAR...
Bu gün, 16:16
Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi - AKTUAL
Bu gün, 16:12
"Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib"
Bu gün, 16:08
Göygöl Milli Parkı 411 min manata 5 pikap, 1 sedan alır
Bu gün, 16:06
Paşinyanın müavini Maqdalena Qrono ilə Azərbaycanla əldə olunmuş razılaşmaları müzakirə edib - KİV
Bu gün, 16:03
Rusiyada azərbaycanlı kişi dostununu arvadına görə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:00
“Elnur-2” şirkəti Cəlilabadı “ələ keçirib”: Bir ildə 5 tender - DETALLAR
Bu gün, 15:57
Yanukoviç deyir ki... - GƏLİŞMƏ
Bu gün, 15:48
Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində: Gizli ödəmə və açıq haqsızlıq - DETALLAR
Bu gün, 15:38
Putin Şahbaz Şəriflə görüşüb
Bu gün, 15:36
Nazir bu cəzaçəkmə müəssisəsinə yeni rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 15:33
“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
Bu gün, 15:30
Nikolun diletantlığı: Əliyevlə Paşinyan Çində Zəngəzura görə toqquşdu - NƏ BAŞ VERİR?
Bu gün, 15:27
Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş... - TƏFƏRRÜAT
Bu gün, 15:25
1,6 manatlıq "tender kralı"na daha bir sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:20
Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdi - ƏMR
Bu gün, 15:17
Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi - SİYAHI
Bu gün, 13:22
Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib - ƏMR
Bu gün, 13:21
"Əli Mirəliyev nə vaxt düzələcək?"
Bu gün, 13:16
BQXK-nin Azərbaycandakı nümayəndəliyi sabah bağlanır - AÇIQLAMA
Bu gün, 13:14
İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir - İcazə verin, şübhələnək...
Bu gün, 12:09
“Putinin ittifaqı”na daha bir üzv qoşulur? - Ölkənin adı MƏLUMDUR
Bu gün, 12:05
Çində mühüm mərhələyə çatdıq - Mirzoyan
Bu gün, 11:56
Milli Məclis sürücüləri çətin duruma salıb - DEPUTATLAR OXUMADIĞI LAYİHƏYƏ SƏS VERİB
Bu gün, 11:49
Daha 1 550 ailə Qarabağa köçürülür – “Qaçqınkom” 1,3 milyon manat ayırdı
Bu gün, 11:42
Bir fotonun analizi - AKTUAL
Bu gün, 11:40
Paşinyan Akopyanla birgə Pekinə getdi - Parada görə
Bu gün, 11:38
“Azərbaycan Başkəndi Ermənistana verə bilməz” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:35
Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar
Bu gün, 11:32
"Azəripək" auditor seçir
Bu gün, 11:11
Rasim İldırımzadə məhkəmədə prokurorun suallarını cavablandıra bilmədi
Bu gün, 11:08
"Dövlətin verdiyi ərzaqları evinə aparır..." - VİDEO
Bu gün, 11:00
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru