Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) tərəfindən keçirilən tender müsabiqələrinin nəticəsi məlum olub.
Yeniavaz.com xəbər verir ki, “Qaçqınkom”un tender müsabiqəsinin qalibi “166 Global Logistics” MMC (VÖEN – 1403530841) olub.
“166 Global Logistics” MMC “Qaçqınkom”un sifarişi ilə 1 550 məcburi köçkün ailəsini işğaldan azad olunan kəndlərə köçürəcək.
“Qaçqınkom” ümumilikdə 1 550 ailənin köçürülməsi üçün “166 Global Logistics” MMC-yə 1 milyon 348 min 704 manat 60 qəpik ödəyəcək.
Rəqəmlərdən də göründüyü kimi, bir məcburi köçkün ailəsinin qeyd olunan rayonlara köçürülməsi xərci orta hesabla 870 manat təşkil edəcək.