"Heç belə bir status yazmaq istəməzdim. Ancaq quldur sələmçi təfəkkürlülər bunu yazmağa məcbur etdi..." "DİA-AZ" xəbər verir ki, bu sözləri özünün etiraz dolu açıqlamasında tanınmış jurnalist Aqil Ələsgər qeyd edib.
Narazı vətəndaş dha asonra bildirir: "Deməli, Azərbaycanda bank sistemi onsuz da it günündədir, sahibi Fransanın kavalyeri olan Unibank isə unikallığı ilə seçilir. Deməli, 30 sentyabrda mənlə olan kredit müqavilələri başa çatır deyə 15 gün əvvəl 1900 manatlıq kredit xəttini beş illik 10 min manata qaldırmağı təklif etdilər. İmtina etdim. İmtinadan üç gün sonra limiti 500 aşağı saldılar. Dünən də 1400 manatlıq kredit kartı borcunu ödəyən kimi kartı sıfırlayıblar.
Yəni, müqavilənin bitməsinə hələ bir ay var və bir gün belə gecikməm olmadığı kimi 15 gün öncə yalbarırcasına “şöbədə beş dəqiqə vaxtınız gedəcək, kredit xəttini 10 min edək, əlavə də 5 min nağd kredit verək” deyən bank kredit xəttimi bağlayıb. Bu rəzilliyin, müştərisinə xəbərdarlıq etmədən hesab sıfırlayan banka kiminə nə ürək sözü varsa, deyə bilər.
İnşallah tezliklə, bağlanan, qapısı möhürlənən banklar arasında səni də görərik, Unibank!"