“European Tobacco-Baku”nun rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Tarix: 8-10-2024, 14:58 |
Çap et
Azərbaycanda siqaret istehsalçısı “European Tobacco-Baku” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə sədr təyin edilib.
Banker.az xəbər verir ki, bu vəzifəyə Tural Qasımov İsmayıl oğlu təyin edilib.
2019-cu ildən bu günə qədər isə Zaur Səfərov Məhəmməd oğlu şirkətə rəhbərlik edirdi.
Bundan öncə isə şirkətə Hacıyev Toğrul Ülvi oğlu və Rüfət Quliyev Atakişi oğlu (hazırda Milli Məclisin deputatı) rəhbərlik edir.
Xatırladaq ki, “European Tobacco-Baku” 2001-ci ildə yaradılıb, ölkənin aparıcı tütün məhsulları istehsalçısıdır. Onun nizamnamə kapitalı 44.635 milyon manatdır.