Bakı metrosunda İNSİDENT .....                     LDU-da MÜƏMMALI TƏYİNATLAR... .....                     Zabil Qəhrəmanov bu maddə üzrə ittiham olunur .....                     Zəngəzur- “Tramp” yolu Sülh Sazişi imzalanmamış açıla bilərmi?.. .....                     Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Şeyx Əbdüldən yeni açıqlama .....                     Məcburi köçkün olan rejissor xanımı yataqxanadakı otağından Təhsil Nazirliyi çıxartdırdı?.. .....                     İrəvanda daşnak liderin oğlu separatçı "prezident"lərdən birinin bağışladığı tapança ilə özünü güllələdi... .....                     “Emin Əmrullayev və Elnur Əliyev ölkə təhsilini xaosa sürükləyiblər” .....                     Qubadlı – Qarabağın dirçələn incisi .....                     Ramiz Mehdiyevə görə ONLAR İSTİNTAQA CƏLB OLUNUB... .....                     Bakının boğazındakı KAL ARMUD... .....                     “Rahat market”in mühafizəçisi yaşlı müştərini döyüb .....                     Hökməlidə Güləhməd özünə GÜL KİMİ dövran qurub... .....                     Azərbaycanın tranzit qadağasını götürməsi Rusiyanı qane edirmi? .....                     Azərbaycanın baş diplomatından Ermənistan rəhbəri ilə bağlı ilginc açıqlama .....                     Ağdam Rayon Mərkəzi Xəstəxanasının növbəti mərhələ üzrə tikintisinə 9,5 milyon manat sərf ediləcək .....                     Calaq proletariat .....                     Şəhərdə 250 rus hərbçisi var, vəziyyət son dərəcə kritikdir .....                     “360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? .....                     Nəbiyev nə bilsin "Azparkıng"in pulu hara gedir .....                     Təhsil Nazirliyində QARA-QURA İŞLƏR... .....                     "Yaşıllaşdırma"nın əməkdaşları "Jurnalistlər binası" sakininin maşınına zərər vurublar .....                     Çoxuşaqlı anlayışı 5-dən 3-ə endirilməlidir .....                     "Xərçəng xəstəliyinin müalicəsini qəsdən rəsmi protokollara daxil etmirlər" .....                     Nizamidə başçıya söykənən TİKİNTİ XAOSU .....                     AQTA işinin öhdəsindən gələ bilmir... .....                     Son 3 ildə ilk dəfə Rusiyanın hərbi istehsalı azaldı: 10 dəfə... .....                     Hərbi hissənin işçisi qəza törədib ARADAN ÇIXDI... .....                     DAHA BİR SÜBUT: 'AZƏRİQAZ'ın imtahanları boş bir şeydir... .....                     İşçi və işəgötürənlər məcburdurlar ki... .....                     "Bu gün kimsə Moskva ilə hesablaşmır" .....                     Moskva və Tehran arasında: “Şimal–Cənub” dəhlizi Bakıya lazımdırmı? .....                     "Mənə elə gəlir ki, onlar böyüyəndə mənimlə fəxr edəcəklər" .....                     ABŞ və Rusiyanın ortaq fəaliyyəti mümkünsüzdür .....                     Bakcell-in meqa lotereyasında 3-cü avtomobil udulub .....                     “Bakubus” elektrik dolum stansiyalarının alınmasına 1.1 milyon xərcləyəcək .....                     Samux Mərkəzi Xəstəxanasının "tibbi tullantıların" daşınmasına ayırdığı 3,4 milyonluq tenderi... .....                     Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub .....                     “Dövlət dəstəyini kəsmək vətəndaşı əlavə yük altına salır” .....                     Serj Sarkisyan şahmatı nərd səviyyəsində oynayır .....                 

"İndiki vəziyyət bu qərar əks effekt verəcək..." - NƏ ETMƏLİ?
Tarix: Dünən, 04:53 | Çap et

Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq.

Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Burada göstərilir ki, özəl sektorda çalışan şəxslər üçün tətbiq edilən vergi güzəşti 7 ildən sonra ləğv olunsa da, DSMF ayırmalarına tutulan məbləğdə heç bir dəyişiklik gözlənilmir.

Hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan 8000-ə qədər olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.

Sosial sığorta haqqının dərəcəsində dəyişiklik edilməyəcəyi üçün gələn il də eyni DSMF ayırmaları ödəniləcək.
Xatırladaq ki, gələn ildən özəl sektorda çalışan şəxslər əlavə olaraq 3 % də gəlir vergisi ödəyəcək.

Həm gəlir vergisi, həm DSMF ayırmalarına tutulan məbləğdə dəyişiklik olmaması vətəndaşlar üçün hansı problemlər yaradacaq?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”-a bildirib ki, gəlir vergisi ilə DSMF ödənişi fərqlidir, ancaq birini tətbiq edib, digərini yığışdırmaq anlayışı ola bilməz:

“DSMF pensiya fondunu formalaşdırır, gəlir vergisi də bütün dünyada var. Sadəcə olaraq, bizdə bunu müəyyən dövrdə ona görə yığışdırmışdılar ki, sahibkarlıq sinfi inkişafa doğru getsin. İndi baxaq görək bunu tətbiq edəndə qeyri-neft sektorumuz hansı səviyyədə idi, indi hansı səviyyədə olmalıydı.

Yəni neft amilindən asılılığın fərqini göstərməliyik. Görürük ki, elə bir ciddi dəyişiklik yoxdur. Dövlət Statisitika Komitəsinin göstəricilərinə əsasən, hazırda ölkənin ixracının 90 faizini neft və neft məhsulları təşkil edir. Bunu biz tətbiq edəndə də mövcud vəziyyət belə idi.

Əgər indi yeni qaydanı özəl sektorda tətbiq etməyə başlayırıqsa, nə baş verəcək?

Birincisi, müəyyən sövdələşmələr başlanacaq. İşi verənlə işi qəbul edən tərəf danışıqlara gedəcək ki, “gəl, qeyri-rəsmi hissəsini mənə ödə”. Ya da “kölgə iqtisadiyyat”a qayıdacağıq.

Biz nəticəni yerinə yetirməliyik. Kiçik və orta sahibkarlığın qeyri-neft sektorunda dayanıqlılığını təmin etməliyik. Necə təmin etməliyik ki, o bizim büdcə gəlirlərində öz əksini tapsın.

O ixracda, daxili dövriyyədə öz əksini tapmırsa, demək bu baş tutmayıb. Bu cür şərait olduğu halda həmin qaydanı tətbiq etmək, yenidən özəl sektoru problemli vəziyyətə sürükləyəcək.

Heç kimə sir deyil ki, bu gün ölkədə əsasən də xidmət sektorunda 400 manat əməkhaqqı üzərindən qurulan maaşlar var. Yəni 1200 manatlıq işi 3 yerə bölürlər, deyirlər ki, 3 iş yeri var. Reallıqda bu belə deyil. Hesab edirəm ki, indiki vəziyyət bu qərar əks effekt verəcək.

“Gizli iqtisadiyyat”ı stimullaşdırmaqla işi verən tərəflə, işi qəbul edən tərəf arasında müəyyən sövdələşmələrə yenidən yol açılacaq.

Bu da arzuolunmaz bir vəziyyətdir. Əslində biz bunu tamamilə elə bir vəziyyətdə tətbiq etməliyik ki, vergi aktual olsun.

Yəni büdcəmizə,iqtisadiyyatımıza sağlam gəlir gətirsin. Əgər bu dolayı yolla iqtisadiyyatımıza ziyan vuracaqsa, onun təbiqi bir qədər də gözləyə bilərdi”.

Onun sözlərinə görə, vergi iqtisadiyyatın onurğa sütunudür:

“Ancaq vətəndaşların gəliri və xərci bir-birini tamamlamayanda, tarazlıq pozulanda insanlar bütün vasitələrlə vergidən qaçmağa çalışırlar. Bu, aksiomadır. Bizdə özəl sektorda iş yerlərinin dayanıqlığının olmaması, qeyri-neft sektorunda dayanıqlı inkişaf getmədiyi bir mühitdə bu vergilərdən stimullaşdırıcı məqamlarla keçid etmək lazımdır. Belə etmək olmaz.

Bunun vaxtında aradan qaldırılması çox düzgün addım idi. Sadəcə bunu etdiyimiz dövrdə nailiyyətlərimizi tam həyata keçirə bilməmişik. Bu gün iş yerlərinin sayı reallıqda dəfələrlə çox olsaydı, eyni zamanda maaşlar minimum 400 deyil, 800 olsaydı bunu tətbiq etmək olardı. Bu qayda sağlam mühitdə tətbiq olunmalıdır. 600 manat əməkhaqqı alandan həmin pul tutulacaqsa, o da elə minimum əməkhaqqı olur.

Beləliklə, biz minimum əməkhaqqı alan sinifin həcmini artırırıq. Bizdə büdcədə qeyri-neft sektorunun həcmi 40 faizə qalxmalıdır. Əslində stimullaşdırmaq lazımdır ki, bu qalxsın”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı metrosunda İNSİDENT - həbs edilənlər var
Bu gün, 10:41
LDU-da MÜƏMMALI TƏYİNATLAR... - İTTİHAM VAR...
Bu gün, 10:39
Zabil Qəhrəmanov bu maddə üzrə ittiham olunur - DETALLAR
Bu gün, 10:27
Zəngəzur- “Tramp” yolu Sülh Sazişi imzalanmamış açıla bilərmi?.. - Analitikdən izahat
Bu gün, 10:22
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Şeyx Əbdüldən yeni açıqlama - "Beş il əvvəl..."
Bu gün, 10:20
Məcburi köçkün olan rejissor xanımı yataqxanadakı otağından Təhsil Nazirliyi çıxartdırdı?.. - FOTO
Bu gün, 10:18
İrəvanda daşnak liderin oğlu separatçı "prezident"lərdən birinin bağışladığı tapança ilə özünü güllələdi... - Ermənistan KİV
Bu gün, 10:16
“Emin Əmrullayev və Elnur Əliyev ölkə təhsilini xaosa sürükləyiblər” - NƏ ETMƏLİ?
Bu gün, 10:03
Qubadlı – Qarabağın dirçələn incisi - MƏQALƏ
Bu gün, 09:53
Ramiz Mehdiyevə görə ONLAR İSTİNTAQA CƏLB OLUNUB... - GƏLİŞMƏ
Bu gün, 09:51
Bakının boğazındakı KAL ARMUD... - Ekspert deyir ki...
Bu gün, 09:45
“Rahat market”in mühafizəçisi yaşlı müştərini döyüb - TƏFƏRRÜAT
Bu gün, 09:36
Hökməlidə Güləhməd özünə GÜL KİMİ dövran qurub... - ÖZBAŞINALIQ...
Bu gün, 09:27
Azərbaycanın tranzit qadağasını götürməsi Rusiyanı qane edirmi? - İNCƏLƏMƏ
Bu gün, 09:12
Azərbaycanın baş diplomatından Ermənistan rəhbəri ilə bağlı ilginc açıqlama - “İstəyirsiniz ki, məni öldürsünlər?”
Bu gün, 09:02
Ağdam Rayon Mərkəzi Xəstəxanasının növbəti mərhələ üzrə tikintisinə 9,5 milyon manat sərf ediləcək
Bu gün, 08:55
Calaq proletariat – İdarəetmə sistemimizin alaq otları
Bu gün, 08:49
Şəhərdə 250 rus hərbçisi var, vəziyyət son dərəcə kritikdir
Bu gün, 08:03
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Bu gün, 07:54
Nəbiyev nə bilsin "Azparkıng"in pulu hara gedir - Bu sualın cavabı yoxdur
Bu gün, 07:51
Təhsil Nazirliyində QARA-QURA İŞLƏR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:47
"Yaşıllaşdırma"nın əməkdaşları "Jurnalistlər binası" sakininin maşınına zərər vurublar - Birlikdən isə... (VİDEO, FOTO)
Bu gün, 07:42
Çoxuşaqlı anlayışı 5-dən 3-ə endirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 07:35
"Xərçəng xəstəliyinin müalicəsini qəsdən rəsmi protokollara daxil etmirlər" - Onkoloqdan sensasion AÇIQLAMA
Bu gün, 07:28
Nizamidə başçıya söykənən TİKİNTİ XAOSU - NARAZILIQ VAR...
Bu gün, 07:25
AQTA işinin öhdəsindən gələ bilmir... - HƏR ŞEY BU QƏDƏR SADƏ...
Bu gün, 07:18
Son 3 ildə ilk dəfə Rusiyanın hərbi istehsalı azaldı: 10 dəfə... - TƏFƏRRÜAT
Bu gün, 07:13
Hərbi hissənin işçisi qəza törədib ARADAN ÇIXDI... - İNDİ İSƏ ...
Bu gün, 07:10
DAHA BİR SÜBUT: 'AZƏRİQAZ'ın imtahanları boş bir şeydir... - AXI NİYƏ?..
Bu gün, 06:59
İşçi və işəgötürənlər məcburdurlar ki... - Ekspert İZAHI
Bu gün, 06:44
"Bu gün kimsə Moskva ilə hesablaşmır" - partiya sədri
Bu gün, 06:39
Moskva və Tehran arasında: “Şimal–Cənub” dəhlizi Bakıya lazımdırmı? - AKTUAL
Bu gün, 06:37
"Mənə elə gəlir ki, onlar böyüyəndə mənimlə fəxr edəcəklər"
Bu gün, 06:34
ABŞ və Rusiyanın ortaq fəaliyyəti mümkünsüzdür - ÇÜNKİ...
Bu gün, 06:29
Bakcell-in meqa lotereyasında 3-cü avtomobil udulub - FOTO
Bu gün, 00:17
“Bakubus” elektrik dolum stansiyalarının alınmasına 1.1 milyon xərcləyəcək – TENDERSİZ
Dünən, 17:46
Samux Mərkəzi Xəstəxanasının "tibbi tullantıların" daşınmasına ayırdığı 3,4 milyonluq tenderi... - BU NƏDİ BELƏ?
Dünən, 17:42
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub - BUNDAN SONRA
Dünən, 17:37
“Dövlət dəstəyini kəsmək vətəndaşı əlavə yük altına salır” -Elçin Rüstəmli
Dünən, 17:19
Serj Sarkisyan şahmatı nərd səviyyəsində oynayır - Erməni spiker
Dünən, 17:17
General-mayor İlqar Abbasov vəzifəsindən azad edildi - SƏRƏNCAM
Dünən, 17:13
“Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək daha ucuz başa gələr” - SENSASİON MÜSAHİBƏ
Dünən, 17:09
Bakıda avtobuslardan narazılıq artır - Qiymət artdı, bəzi xidmət niyə azalıb?
Dünən, 17:06
"Ay Brilyant xanım, sən mahnını oxu, qidadan danışma” - Qida eksperti
Dünən, 17:01
Su Meliorasiya Xidməti 8 milyonluq texnika alır
Dünən, 17:00
Qarabağda 19,3 milyonluq - TENDERLƏR
Dünən, 16:57
Milli Məclisdən AQC sədrinə təbrik – “Şəffaf iqtisadi münasibətlərin inkişafı yolunda səyləriniz təqdirəlayiqdir”
Dünən, 16:53
Dövlət qurumundan "Az-Tex-Import" şirkətinə - 8 MİLYONLUQ SİFARİŞ
Dünən, 16:51
Sonuncu sanksiyalar Rusiya iqtisadiyyatı və dünya enerji bazarı üçün yeni reallıqlar yaradır - “Forbes”
Dünən, 16:48
Bakıda 75 yaşlı qadını öldürüb qarət edənin məhkəməsi BAŞLADI
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru