Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alıb.
Xatırladaq ki, mayın 30-da Ağdərədə, mayın 31-də isə Goranboyda mina hadisəsi qeydə alınıb, iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.