Kiçik görünən böyük səhvlərimiz - REPLİKA
Tarix: 15-10-2024, 10:46 | Çap et
 Ölkənin populyar xəbər portallarından birində bu səhər yenə də oxuyuram: "Azərbaycanla Naxçıvanı birləşdirən "Zəngəzur dəhlizi"..." Bəlkə Naxçıvan Muxtar Respublikası Azərbaycandan ayrılıb öz müstəqilliyini elan edib, xəbərimiz yoxdur?!
Bu boyda yanlış olar? "Azərbaycanla Naxçıvanı birləşdirən" yox, "Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını əlaqələndirən" yazmaq lazımdır. Azərbaycanın qərb rayonlarının Naxçıvan Muxtar Respublikası ilə birləşməyə ehtiyacı yoxdur; onsuz da onlar bir bütövün hissələridirlər.
Diqqət etdinizsə, bu kontekstdə "Naxçıvan" deyil, "Naxçıvan Muxtar Respublikası" yazıram. Çünki Naxçıvan deyəndə Muxtar Respublikanın mərkəzi şəhəri başa düşülə bilər.
"Azərbaycanla Naxçıvan arasında", "Azərbaycan Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında" ifadələrini leksikondan, mediadan çıxarmaq lazımdır. Bu, Naxçıvan Muxtar Respublikasının sanki Azərbaycandan ayrı, müstəqil subyekt olması assosiasiyası - yanlış təsəvvür yaradır.
Azərbaycan mediasını ölkə xaricində də izləyirlər. İndi bu, çox asanlaşıb; tərcümə proqramları var və sair. Ölkənin hansısa bir hissəsini əsas hissədən ayrı düşünmək belə olmaz, nəinki o yanlışı mediaya daşımaq və tirajlamaq.
Təkcə bu da deyil. Hələ də "Dağlıq Qarabağ" ifadəsindən əl çəkmirik. Təbii ki, istəmədən olur bunlar. Ancaq ciddi səhvlərdir. "Dağlıq Qarabağ" deyilən bir coğrafi məkan yoxdur. Naxçıvan Muxtar Respublikasının bir hissəsi dağlıq ərazilərdir. Biz "Dağlıq Naxçıvan" ifadəsini işlədirikmi?! Xeyr! Qarabağ deyə tarixi-coğrafi anlayış var. Aranı və dağı ilə birlikdə. İşğaldan azad olunmuş ərazilərdən danışarkən Qarabağ və Şərqi Zəngəzur nəzərdə tutulur. Çünki Azərbaycanın iqtisadi rayonlaşmasında bu cürdür. Eyni zamanda indiki Ermənistan ərazisindəki Azərbaycan, türk toponimlərini də unutmaq olmaz. Artıq xeyli müddətdir ki, Ermənistanın paytaxtını "Yerevan" yazmırıq, çünki bu, tarixi Azərbaycan şəhəri İrəvandır. Qərbi Azərbaycandakı başqa tarixi türk toponimləri də İrəvan kimi daim dilimizdə olmalıdır. Tez-tez işlətməliyik.
İrəvan demişkən, hələ də mediamızda və ictimai-siyasi leksikonda qalmaqda davam edən bir yanlışımız da var. Bu, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı rəsmi Bakının tələbi haqdadır.
Hələ də tez-tez eşidirik, yaxud oxuyuruq: "Ermənistan Konstitusiyasını dəyişməlidir".
Xeyr! Ermənistan Konstitusiyasında dəyişiklik etməlidir. Azərbaycan Ermənistandan Konstitusiyasını dəyişməyi tələb etmir, dəyişikliklər etməyi tələb edir. Bunlar fərqli şeylərdir.
Azərbaycanın nəyinə lazımdır, Ermənistan yeni Konstitusiya qəbul edəcək, ya yox?! Bizə lazım olan indiki Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların, maddələrin ordan çıxarılmasıdır. Bunun adı "Konstitusiyanı dəyişmək" deyil, "Konstitusiyada dəyişiklik etməkdir" (Bu haqda artıq bir dəfə yazmışdım, ancaq, xüsusilə, telekanallarda tez-tez bu məsələdə yanlış davam edir).
Bütün bunlar bəlkə kiməsə adi görünə bilər. Ancaq mahiyyətinə varanda, görürsən, çox ciddi nəticələr doğura bilən yanlışlardır.
Xatırlayaq, Hindistan Azadlıq Hərəkatının lideri, dünyaca məşhur siyasətçi və fikir adamı Mahatma Qandi müdrikcəsinə demişdi: “Düşüncələrinizə diqqət edin, duyğularınıza çevrilər. Duyğularınıza diqqət edin, davranışlarınıza çevrilər. Davranışlarınıza diqqət edin, vərdişlərinizə çevrilər. Vərdişlərinizə diqqət edin, dəyərlərinizə çevrilər. Dəyərlərinizə diqqət edin, xarakterinizə çevrilər. Xarakterinizə diqqət edin, taleyinizə çevrilər...”
Qandi necə də doğru ifadə edib!
Biz də buna görə yazının əvvəlində demişdik: hətta düşüncəmizdə belə ölkənin bir hissəsini əsas hissədən - ana torpaqdan ayırmayaq. O da ola əsas ərazi ilə hələlik quru əlaqəsi olmayan Naxçıvan Muxtar Respublikası...
Diqqətli olmaq lazımdır. Mahatma Qandinin də dediyi kimi, insanın öz yanlışları bəzən özünün taleyinə çevrilə bilir. Allah qorusun!
Bahəddin Həzi, Bizimyol.info


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Karapetyan "Elektrik şəbəkələri"ni idarə etməkdən məhrum edilə bilər
Bu gün, 13:23 |
|
|
|
| • Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi - “Şərəfim var”
Bu gün, 13:20 |
|
|
|
| • Tramp mətbuat konfransında mürgülədi – Demokratlar ələ saldı
Bu gün, 13:16 |
|
|
|
| • Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb
Bu gün, 13:12 |
|
|
|
| • Saakaşvilinin partiyası “Gürcü Arzusu” ilə məhkəmə çəkişməsinə başlayır - KİV
Bu gün, 12:42 |
|
|
|
| • Bakıdan Ermənistana bu mesajlar VERİLDİ...
Bu gün, 12:31 |
|
|
|
| • “Mətanət A” şirkəti əməkdaşını məhkəməyə verdi - BUNA GÖRƏ...
Bu gün, 12:28 |
|
|
|
| • Şəhid atasına yüksək vəzifə verildi - FOTO
Bu gün, 12:24 |
|
|
|
| • "İnstaqramda yazdım, 10 gün sonra evlilik təklifi etdi"
Bu gün, 12:20 |
|
|
|
| • Uşaqlarını dərsdən yayındıran valideyn həbs olundu: Məktəbdə əxlaqsızlıq İDDİASI - Kürdəmirdə OLAY
Bu gün, 12:19 |
|
|
|
| • Paşinyan Azərbaycandan kənd istəyir: Nikol sülhə "təpik" atır, yoxsa...? - PƏRDƏARXASI MƏQAM
Bu gün, 12:16 |
|
|
|
| • "Əxlaqsızlıq edən sənətçiləri, TikTok-da özünü satanları qınamıram"
Bu gün, 12:10 |
|
|
|
| • "Dedim ərini sevirəm, Bakıdan qayıdan kimi BOŞANDI" - Xalq artisti
Bu gün, 12:08 |
|
|
|
| • "“Göyçay Nar Festivalı” adıyla bizi aldatdılar..." - NARAZILIQ VAR...
Bu gün, 12:06 |
|
|
|
| • “Ermənistan Qarabağdan sülhməramlıların çıxması üçün hər şeyi etdi” - Koçaryan
Bu gün, 12:00 |
|
|
|
| • Vergilər ARTIRILIR: Benzin və dizel bahalaşacaq? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
| • İki hindli İranı barmağına doladı: Saxta nüvə alimləri milyonlarla dollar mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 11:47 |
|
|
|
| • Beş il əvvəl Xankəndidə şəhid olan mayor Fərid Ələkbərovun anım günüdür - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • "Müalicəm davam edir, yorğunluq da olur" - FOTO
Bu gün, 11:39 |
|
|
|
| • “Milli Qəhrəman” adına kölgə SALANLAR - SİYAHI
Bu gün, 11:32 |
|
|
|
| • “Britaniya kralı böyük rol oynayıb” - Zelenski
Bu gün, 11:24 |
|
|
|
| • "Dənizkənarı Bulvar İdarəsi" sığortaçı seçir - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
| • Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Bu gün, 11:09 |
|
|
|
| • Xalq artistini "pul yağışı"na tutdular - VİDEO
Bu gün, 11:07 |
|
|
|
| • Dövlət qurumu əmlaklarını qiymətləndirəcək - ŞİRKƏT AXTARIR
Bu gün, 10:47 |
|
|
|
| • Bakıda kişi arvadını öldürüb, sonra özünü asıb - TƏFƏRRÜAT
Bu gün, 10:40 |
|
|
|
| • Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? - “Antikorrupsiya məzunu”nun paradoksu
Bu gün, 10:35 |
|
|
|
| • “Sərvət İnşaat”ın vergi borcu 1,6 milyon manata yaxınlaşıb - TƏFƏRRÜAT
Bu gün, 10:15 |
|
|
|
| • "Sonuncu"suna 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib - Balakən Rayon İcra Hakimiyyətinə kimlər rəhbərlik edib?
Bu gün, 10:02 |
|
|
|
| • İrəvan adının rəsmi dəyişdirilməsi sənədlərlə təsdiqləndi: SSRİ-nin 1936-cı il qərarı - FOTOFAKT
Bu gün, 09:53 |
|
|
|
| • “9 noyabr sənədi Qarabağı qorumaq üçün son imkan idi” - Köçəryan
Bu gün, 09:43 |
|
|
|
| • Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi - FOTO
Bu gün, 09:42 |
|
|
|
| • "Arayik dedi ki, əgər Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək" - Robert Köçəryan
Bu gün, 09:40 |
|
|
|
| • AQTA-da baş verənlərlə bağlı səs-küylü açıqlama - laboratoriyalarda nələr gizlədilir?
Bu gün, 09:22 |
|
|
|
| • Köçəryan və Sərkisyan KQB himayəsi altında “Qorbaçovçular xoru” formalaşdırır - Paşinyan
Bu gün, 09:20 |
|
|
|
| • Tiflis İrəvana təzyiq rıçaqlarını işə saldı - Mikaelyan
Bu gün, 09:17 |
|
|
|
| • Gücümüz dostu sevindirdi, düşməni isə... - ŞƏRH
Bu gün, 09:09 |
|
|
|
| • “Çəkilin, icra başçısı gəlir“ - “Zövqsüz, əttökən idi“
Bu gün, 09:06 |
|
|
|
| • 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs ƏLƏ KEÇDİ
Bu gün, 08:53 |
|
|
|
| • ABŞ Senatı şatdaunu aradan qaldıracaq qanun layihəsini təsdiqləyib - CNN
Bu gün, 08:50 |
|
|
|
| • Süni intellekt Britaniya şirkətlərində ixtisarlara səbəb olacaq
Bu gün, 07:58 |
|
|
|
| • Qanunsuz olaraq ölkədən çıxarılan milyonlar... - TƏFƏRRÜAT
Bu gün, 07:56 |
|
|
|
| • Rusiyanın "rəqəmsal pərdəsi": Kreml internet üzərində tam nəzarətə hazırlaşır - "Ura.news"
Bu gün, 07:11 |
|
|
|
| • Çin ABŞ ilə bəzi ticarət məhdudiyyətlərini dayandırıb
Bu gün, 07:09 |
|
|
|
| • Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir – Surenyants
Bu gün, 06:41 |
|
|
|
| • "Hər semestr 300 manat tələb olunar heç?" - NARAZILIQ VAR...
Bu gün, 06:38 |
|
|
|
| • "Trampdan Qərb liderləri kimi qorxmuram..." - Zelenski
Bu gün, 05:55 |
|
|
|
| • Təhsil sistemi: Belə davam edə bilməz... - ÇÜNKİ...
Bu gün, 05:52 |
|
|
|
| • Pulumuzu oğurlamaqda BİR DƏNƏDİR - "Niyə insanların haqqına girirsiniz?"
Bu gün, 05:32 |
|
|
|
| • Tısbağa yerişli 'SÜRƏT KARQO'... - BU NƏDİ BELƏ?
Bu gün, 05:25 |
|
|
|
|