Dövlət qurumu əmlaklarını qiymətləndirəcək .....                     Bakıda kişi arvadını öldürüb, sonra özünü asıb .....                     Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? .....                     “Sərvət İnşaat”ın vergi borcu 1,6 milyon manata yaxınlaşıb .....                     "Sonuncu"suna 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib .....                     İrəvan adının rəsmi dəyişdirilməsi sənədlərlə təsdiqləndi: SSRİ-nin 1936-cı il qərarı .....                     “9 noyabr sənədi Qarabağı qorumaq üçün son imkan idi” .....                     Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi .....                     "Arayik dedi ki, əgər Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək" .....                     AQTA-da baş verənlərlə bağlı səs-küylü açıqlama .....                     Köçəryan və Sərkisyan KQB himayəsi altında “Qorbaçovçular xoru” formalaşdırır .....                     Tiflis İrəvana təzyiq rıçaqlarını işə saldı .....                     Gücümüz dostu sevindirdi, düşməni isə... .....                     “Çəkilin, icra başçısı gəlir“ .....                     16 yaşlı yeniyetməni bıçaqlayan şəxs .....                     ABŞ Senatı şatdaunu aradan qaldıracaq qanun layihəsini təsdiqləyib .....                     Süni intellekt Britaniya şirkətlərində ixtisarlara səbəb olacaq .....                     Qanunsuz olaraq ölkədən çıxarılan milyonlar... .....                     Rusiyanın "rəqəmsal pərdəsi": Kreml internet üzərində tam nəzarətə hazırlaşır .....                     Çin ABŞ ilə bəzi ticarət məhdudiyyətlərini dayandırıb .....                     Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir .....                     "Hər semestr 300 manat tələb olunar heç?" .....                     "Trampdan Qərb liderləri kimi qorxmuram..." .....                     Təhsil sistemi: Belə davam edə bilməz... .....                     Pulumuzu oğurlamaqda BİR DƏNƏDİR .....                     Tısbağa yerişli 'SÜRƏT KARQO'... .....                     “Erməniləri Qarabağdan Ermənistana köçürtdürən elə Ermənistan tərəfi olub...” .....                     "Dost itirəndə insan necə vəziyyətə düşür..." .....                     "Bir cümlədə uzlaşma əlaqəsi pozularsa, bu ciddi dil pozuntusudur" .....                     Ağdaşda gecə saatlarında .....                     Düz 5 il əvvəl Ermənistan O SƏNƏDİ .....                     Paşinyan hökuməti sərhəd koordinatlarını açıqlamır .....                     Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya... .....                     "Mətanət A" şirkətində xeyli miqdarda pul necə yoxa çıxıb? .....                     "İmmiqrasiya mərhələlərini keçdim" .....                     Burenkovun QARABAĞ SANCISI .....                     Azərbaycan və Ermənistan nümayəndələri Antalyada görüşə bilər... .....                     Bayrağı Meydanda ilk dəfə kim qaldırıb? .....                     Ziya Məmmədov uzun müddət sonra burada göründü .....                     Qusmana Türkiyədə mükafat verildi .....                 

AQTA-da baş verənlərlə bağlı səs-küylü açıqlama - laboratoriyalarda nələr gizlədilir?
Tarix: Bu gün, 09:22 | Çap et

Ölkə Prezidenti dövlət idarəçiliyində ictimai iştirakçılıq və ictimai nəzarətin əhəmiyyətini dəfələrlə vurğulayıb. Bu amilləri şəffaflığın və obyektivliyin əsas dayaqları kimi qiymətləndirib. Dövlət rəhbərliyi ictimai nəzarət institutunun formalaşmasını və gücləndirilməsini daim dəstəkləyib, onun vacibliyinə müxtəlif çıxışlarında xüsusi diqqət çəkib.

Lakin son dövrlər fəaliyyəti ilə geniş ictimai müzakirələrə səbəb olan və cəmiyyətdə ciddi narazılıq doğuran Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın fəaliyyəti praktiki olaraq dayanıb. Halbuki ictimai şuralar vətəndaşların idarəetmədə iştirakını təmin edən, cəmiyyəti narahat edən məsələlərin həllinə dəstək göstərən və dövlət orqanlarında ictimai rəyin təmsilçisi kimi çıxış edən mühüm strukturlardır.

Məlumata görə, AQTA yanında yaradılmış İctimai Şuranın fəaliyyət müddəti artıq başa çatıb, lakin yeni tərkibin formalaşdırılması istiqamətində indiyədək heç bir addım atılmayıb. Qanunvericiliyə əsasən, ictimai şuralara seçkilər iki ildən bir keçirilməlidir. Buna baxmayaraq, Agentlikdə bu müddət artıq yeddi aydır bitib, amma yeni seçkilərin keçirilməsi hələ də gündəmə gətirilməyib.

Qida Təhlükəsizliyi Agentliyi nə üçün qanunla müəyyən olunmuş qaydalara əməl etmir və ictimai şuranın yenilənməsini gecikdirir?

Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, İctimai Şurada iki il fəaliyyət göstərdiyi müddətdə əsasən Qida Təhlükəsizliyi Agentliyinin məmurları ilə mübarizə aparmalı olub:

“İctimai Şura ilk dəfə yaradılan zaman mən oraya seçildim və iki il ərzində üzv kimi fəaliyyət göstərdim. Bu iki il demək olar ki, yalnız agentlikdəki məmurlarla mübahisələrlə keçdi. Şuraya əsasən biznes assosiasiyaları daxil edilmişdi. Onlar isə Qida Təhlükəsizliyi Agentliyindən asılı olduqları üçün real ictimai nəzarət mümkün deyildi. Hətta bir biznes qurumunun nümayəndəsi Şura sədri seçilmişdi”.

Onun sözlərinə görə, İctimai Şura üzvləri agentlikdə qəbul edilən qərarlar, kollegiya iclaslar və daxili proseslər barədə məlumat ala bilmirdilər:

“Mən dəfələrlə tələb edirdim ki, biz AQTA-da qəbul edilən qərarları öncədən bilməliyik. Lakin iki il ərzində Agentliyin “mətbəxinə” daxil olmaq imkanım olmadı. Kollegiyaların nə zaman keçirildiyi, hansı qərarların qəbul olunduğu barədə bizə məlumat verilmir, sadəcə, kənardan müşahidə etməyə məcbur idik”.

E.Hüseynov bildirib ki, hətta bəzi hallarda İctimai Şura üzvləri ilə ciddi fikir ayrılıqları yaranıb:

“Genetik modifikasiya olunmuş (GMO) məhsullarla bağlı qanun layihəsi müzakirəsində doqquz nəfər AQTA nümayəndəsi mənimlə “razborka”ya belə çağırıldı. Məndən tələb edirdilər ki, sübut edim ki, GMO yemlə qidalanan heyvanların ətində və südündə həmin təsirlər qalır. Mən bunun elmi cəhətdən mümkünlüyünü əsaslandırırdım, amma laboratoriyalar agentliyin nəzarətində idi və nəticə əldə etmək çətin idi”.

Ekspert qeyd edib ki, iki illik təcrübəsi nəticəsində İctimai Şuranın heç bir real təsir mexanizminə malik olmadığını anlayıb:

“Marketlərdə soyuducuların enerji qənaətinə görə isti rejimdə işləməsi, məhsulların xarab olması kimi sadə məsələləri qaldırırdım. Amma heç bir reaksiya olmadı. İctimai Şuralar yalnız formal xarakter daşıyır. Prezidentin İctimai Şuraların fəaliyyətinə dair çağırışları çox düzgün və vacibdir, lakin təəssüf ki, dövlət qurumları bu şuraları formal yaradır, qapılarını bağlı saxlayır, məlumat almağı məhdudlaşdırırlar”.

Müsahibimiz bildirib ki, bu şəraitdə İctimai Şuraların mövcudluğu formal xarakter daşıyır və belə şuraların “adına görə” fəaliyyət göstərməsi cəmiyyətə heç bir fayda vermir:

“Əgər ictimai şuralar real təsir gücünə malik deyilsə, onların olmaması daha yaxşıdır. Üstəlik, QHT sektorunda da təmizlənmə prosesi aparılmalıdır. Hətta bəzi QHT rəhbərləri barəsində cinayət işləri mövcuddur. Ən böyük problemlərdən biri isə QHT-lərin media ilə zəif işləməsidir”.

E.Hüseynov hesab edir ki, Qida Təhlükəsizliyi Agentliyi yeni İctimai Şura yaratmasa da olar:

“Onsuz da bu qurumda vəziyyətə təsir mexanizmi yoxdur. Niyə bu şuralar formal yaradılır, bunu da mənə heç kim izah edə bilmir”.

Sonda Eyyub Hüseynov onu da qeyd edib ki, bu məsələdə rayon icra hakimiyyətlərində fəaliyyət göstərən İctimai-Siyasi şöbələrin rolu da önəmlidir:

“Mən 30 ildən artıqdır Nəsimi rayonunda yaşayıram və eyni zamanda, bu təşkilatın sədriyəm. Amma həmin dövrdə bir dəfə belə Nəsimi Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi şöbəsi bizim fəaliyyətimizlə maraqlanmayıb, heç bir tədbirə çağırmayıb. Bu, həm bizim təmsil olunmadığımızın, həm də icra hakimiyyətindəki İctimai-Siyasi şöbələrin fəaliyyətinin effektsizliyinin açıq göstəricisidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu əmlaklarını qiymətləndirəcək - ŞİRKƏT AXTARIR
Bu gün, 10:47
Bakıda kişi arvadını öldürüb, sonra özünü asıb - TƏFƏRRÜAT
Bu gün, 10:40
Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? - “Antikorrupsiya məzunu”nun paradoksu
Bu gün, 10:35
“Sərvət İnşaat”ın vergi borcu 1,6 milyon manata yaxınlaşıb - TƏFƏRRÜAT
Bu gün, 10:15
"Sonuncu"suna 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib - Balakən Rayon İcra Hakimiyyətinə kimlər rəhbərlik edib?
Bu gün, 10:02
İrəvan adının rəsmi dəyişdirilməsi sənədlərlə təsdiqləndi: SSRİ-nin 1936-cı il qərarı - FOTOFAKT
Bu gün, 09:53
“9 noyabr sənədi Qarabağı qorumaq üçün son imkan idi” - Köçəryan
Bu gün, 09:43
Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi - FOTO
Bu gün, 09:42
"Arayik dedi ki, əgər Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək" - Robert Köçəryan
Bu gün, 09:40
AQTA-da baş verənlərlə bağlı səs-küylü açıqlama - laboratoriyalarda nələr gizlədilir?
Bu gün, 09:22
Köçəryan və Sərkisyan KQB himayəsi altında “Qorbaçovçular xoru” formalaşdırır - Paşinyan
Bu gün, 09:20
Tiflis İrəvana təzyiq rıçaqlarını işə saldı - Mikaelyan
Bu gün, 09:17
Gücümüz dostu sevindirdi, düşməni isə... - ŞƏRH
Bu gün, 09:09
“Çəkilin, icra başçısı gəlir“ - “Zövqsüz, əttökən idi“
Bu gün, 09:06
16 yaşlı yeniyetməni bıçaqlayan şəxs ƏLƏ KEÇDİ
Bu gün, 08:53
ABŞ Senatı şatdaunu aradan qaldıracaq qanun layihəsini təsdiqləyib - CNN
Bu gün, 08:50
Süni intellekt Britaniya şirkətlərində ixtisarlara səbəb olacaq
Bu gün, 07:58
Qanunsuz olaraq ölkədən çıxarılan milyonlar... - TƏFƏRRÜAT
Bu gün, 07:56
Rusiyanın "rəqəmsal pərdəsi": Kreml internet üzərində tam nəzarətə hazırlaşır - "Ura.news"
Bu gün, 07:11
Çin ABŞ ilə bəzi ticarət məhdudiyyətlərini dayandırıb
Bu gün, 07:09
Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir – Surenyants
Bu gün, 06:41
"Hər semestr 300 manat tələb olunar heç?" - NARAZILIQ VAR...
Bu gün, 06:38
"Trampdan Qərb liderləri kimi qorxmuram..." - Zelenski
Bu gün, 05:55
Təhsil sistemi: Belə davam edə bilməz... - ÇÜNKİ...
Bu gün, 05:52
Pulumuzu oğurlamaqda BİR DƏNƏDİR - "Niyə insanların haqqına girirsiniz?"
Bu gün, 05:32
Tısbağa yerişli 'SÜRƏT KARQO'... - BU NƏDİ BELƏ?
Bu gün, 05:25
“Erməniləri Qarabağdan Ermənistana köçürtdürən elə Ermənistan tərəfi olub...” - “Armtimes”
Bu gün, 04:59
"Dost itirəndə insan necə vəziyyətə düşür..."
Bu gün, 04:50
"Bir cümlədə uzlaşma əlaqəsi pozularsa, bu ciddi dil pozuntusudur" - Ekspert deyir ki...
Bu gün, 04:48
Ağdaşda gecə saatlarında ZƏLZƏLƏ
Bu gün, 04:40
Düz 5 il əvvəl Ermənistan O SƏNƏDİ İMZALADI
Bu gün, 04:38
Paşinyan hökuməti sərhəd koordinatlarını açıqlamır - KİV
Dünən, 20:54
Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya... - İLGİNC
Dünən, 20:51
"Mətanət A" şirkətində xeyli miqdarda pul necə yoxa çıxıb? - TƏFƏRRÜAT
Dünən, 19:43
"İmmiqrasiya mərhələlərini keçdim" - ABŞ-yə köçən Hüsniyə
Dünən, 19:39
Burenkovun QARABAĞ SANCISI - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:36
Azərbaycan və Ermənistan nümayəndələri Antalyada görüşə bilər...
Dünən, 18:06
Bayrağı Meydanda ilk dəfə kim qaldırıb? - AKTUAL
Dünən, 18:03
Ziya Məmmədov uzun müddət sonra burada göründü - FOTO
Dünən, 17:56
Qusmana Türkiyədə mükafat verildi
Dünən, 17:53
Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən səmərəli marşrutu Azərbaycan üzərindən keçir - deputat
Dünən, 17:52
Vətən müharibəsi iştirakçısı olan vəkil vəfat etdi
Dünən, 13:23
Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə
Dünən, 13:18
Hərbi parad həm də... GÜC NÜMAYİŞİDİR...
Dünən, 11:00
“Tik-tokerlərin “lüks həyat” görüntülərinin arxasında təhlükəli plan var” - FAKT BUDUR!
Dünən, 10:58
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin vergi borcu olan şirkətlə yarımmilyonluq planı - TƏFƏRRÜAT
Dünən, 10:55
Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ? - Görünəni odur ki...
Dünən, 10:52
Elektromobil alanı cəzalandırmaq məntiqsiz addımdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:00
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir - MƏQALƏ
Dünən, 09:54
Sərkisyan deyib ki, istefasından sonra Putin ona 3 dəfə zəng edib... - Nədən danışıblar?..
Dünən, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru