“Sərvət İnşaat” MMC-nin dövlətə külli miqdarda vergi borcu var.
"DİA-AZ" bu barədə Dövlət Vergi Xidmətinin bazasındakı 10 noyabr 2025-ci il tarixinə olan məlumata istinadən xəbər verir.
Məlumata görə şirkətin hazırki vergi borcu 1 milyon 593 min 783,86 manat təşkil edir.
Xatırladaq ki, 25 aprel 2014-cü ildə dövlət qeydiyatına alınmış bu şirkətin 50 manat nizamnamə kapitalı var.
Qanuni təmsilçisi Servet Alpagu-dur. Hüquqi ünvanı Naxçıvan şəhəri, İstiqlal, ev.75, m.10 ünvandır.









