Noyabrın 10-da Pekinin ABŞ ilə bir sıra ticarət məhdudiyyətlərini dayandırmaq və ya ləğv etmək qərarı qüvvəyə minib.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bir neçə gün əvvəl Çinin müvafiq qurumları Pekinin idxal və ixrac məhdudiyyətlərini bir il müddətinə dayandıran və ya ləğv edən bir neçə bildiriş dərc edib. Konkret olaraq, Amerika mallarına tətbiq edilən 24% əlavə rüsum qaldırılacaq, 10% əlavə tarif isə qüvvədə qalacaq. Bundan əlavə, ABŞ-nin kənd təsərrüfatı məhsullarına 2025-ci ilin mart ayında tətbiq edilən 10% və 15% əlavə tariflər ləğv ediləcək.
Çinin Maliyyə Nazirliyi bəzi ikitərəfli tariflərin davamlı olaraq dayandırılmasının Pekin və Vaşinqton arasında ticarət və iqtisadi əlaqələrin sağlam, sabit və davamlı inkişafına kömək etdiyini və hər iki ölkənin xalqına fayda verdiyini bildirib.










