"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxs açıq tender elan edir.
"DİA-AZ" xəbər verir ki, tender fərdi qəza sığortası xidmətlərinin satın alınması məqsədilə keçirilir.
Satınalmanın ehtimal olunan qiyməti yeddi min dörd yüz qırx beş manat səksən üç qəpik təşkil edir.
Təkliflərin son təqdimetmə tarixi və zərflərin açılış vaxtı 24 noyabr 2025-ci il saat 17:10-dur.
İştirak haqqı 14 manat 89 qəpik, istifadə haqqı isə 25 manat məbləğində müəyyən edilib.
Təchizatçılar təkliflərini təqdim etmək üçün bu haqları ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, ödənilmiş haqlar geri qaytarılmır.
Əlaqələndirici şəxs – Elmir Ağayev, Maliyyə və təminat şöbəsi müdirinin müavini.
E-poçt: elmir.aghayev@bulvar.gov.az
Telefon: +994 12 404 95 96
İddiaçılar təkliflərini 24 noyabr 2025-ci il tarixinə qədər Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2A ünvanına təqdim edə bilərlər.
|
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
|
1 |
Fərdi qəza sığortası “Mirvari” sərnişin-gəzinti gəmisi |
Heyət – 9 nəfər Sərnişin – 461 nəfər Ümumi illik sığorta məbləği – 1.000.000,00 Bir nəfər üçün sığorta limiti məbləği – 5.000,00 Qeyd: Sığorta hadisəsi nəticəsində sığorta olunana dəyən zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətində ödənilməlidir: 1. Ölüm – 100% 2. 81-100 faizədək əlilliyə görə - 80% 3. 61-80 faizədək əlilliyə görə - 60% 4. 31-60 faizədək əlilliyə görə - 40% |
1 |
il |









