Dərs yükü ağır, imtahan çətin… .....                     "Rusbaş" Saleh Səmədovu BU CƏZA gözləyir .....                     Paşinyan çəkinmədən aktiv və gəlirləri haqqında bəyannaməni Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təqdim etdi... .....                     İcra başçısının qardaşı dünyasını dəyişib .....                     Maddi hüquq normaları... .....                     MODERN SAVAŞI ilk tətbiq edən BAKI: Ukrayna təcrübəsi də yarandı... .....                     Qiymətlərlə bağlı kəskin dəyişiklik olacaq .....                     Bu memorandum əsasında sülh sazişi imzalana bilər .....                     Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı .....                     Dövlət Sosial Müdafiə Fondunun Binəqədi nümayəndəliyinin vergi borcu üzə çıxıb .....                     Tehran Zəngəzur dəhlizindən qorxur .....                     Dövlət çətiri altında OYUNBAZLIQ... .....                     Naxçıvandakı bu İdarənin 7 milyon manatdan artıq vergi borcu var .....                     Paşinyan sülh söyləyir, amma Ermənistanda revanş gözlənir .....                     Marşrut sürücüsü sükan arxasında siqaret çəkdi .....                     Bu Universitetlər və nazirliklər BAKIDAN KÖÇÜRÜLƏ BİLƏR .....                     "Dünən attraksionun qiymətini qaldırdılar, ayıb olsun!" .....                     Mayis Bərxudarova ağır itki .....                     Sumqayıtda uşaq bağçasının müdirəsi BÖYÜK OLİQARX çıxdı... .....                     "Bunun nəticəsində məktəb yalnız "imtahan nəticəsi verən fabrik"ə çevriləcək" .....                     FT nizamlanma ilə bağlı Ukrayna memorandumunun tam versiyasını dərc edib .....                     Ruslar niyə atəşi kəsməyə razı deyillər... .....                     Kreml üçün “qara gecə”: Rusiya kəşfiyyatı zəif damarından vuruldu .....                     Putin Nazarbayevlə gözlənilmədən niyə görüşdü?.. .....                     Rusiya Ukraynaya müəyyən ərazilərdə atəşkəs təklif etdi .....                     Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? .....                     "Dünən pis nəyinsə şahidi olmadım" .....                     Sahibkar dayısının evindən pul oğurladı .....                     Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmayıb .....                     Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müavini təyin olunub .....                     İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır .....                     “Şrek” cizgi filmi HƏDƏFDƏ .....                     Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib .....                     Ermənistanda qubernator istefa verdi .....                     Ermənistanın riskli Gorus PLANI .....                     Rusiya və Ukrayna növbəti əsir mübadiləsinə hazırlaşır .....                     “Qafqaz Kredit” BOKT bu göstəricilər üzrə gerilədi .....                     Ukraynanın `HÖRÜMÇƏK TORU` daha çox siyasi aksiya idi... .....                     Qarabağda dövlət-özəl tərəfdaşlığının yeni mərhələsi: .....                     Adil Əliyev DANIŞDI: ” Mənim bu hadisəyə bağlılığım yoxdur” .....                 

Cənubi Qafqazla bağlı məkirli ssenarilər: Azərbaycan hədəf taxtasına çəkilir - NƏ ETMƏLİ?
Tarix: 13-08-2024, 14:00 | Çap et
Cənubi Qafqazla bağlı məkirli ssenarilər: Azərbaycan hədəf taxtasına çəkilir
Ötən gün İsrail mediasında yayılan bir xəbər Azərbaycan ictimaiyyətində narahatlıq yaratdı. İsrailin “Kan” dövlət televiziya və radio şirkəti informasiya yaydı ki, yəhudi dövlətinin ordusu İrandan gələn hücum təhlükəsi fonunda öz hərbçilərinin Azərbaycan və Gürcüstanda qalmasını qadağan edib. Bildirilib ki, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda “Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal İsrailə qayıtmağa borcludurlar”.

“Kan” qeyd edib ki, Gürcüstan və Azərbaycan İranla yanaşı yerləşir, onların ərazisində iranlılar yaşayır və Azərbaycanın İslam Respublikası ilə ümumi sərhədi var.

Ardınca Azərbaycan Media Agentliyi bu informasiyanı “dezinformasiya” adlandıran bəyanat yaydı və bildirildi ki, “Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar. Dezinformasiyanın təsiri altında "İran İnternational" televiziya kanalı, habelə "The Telegraph" nəşri və "Kan" agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirib, guya İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıblar".

Məlumatda qeyd olunub ki, ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyaları ciddi şəkildə qınanılır: "Eyni zamanda, bir daha diqqətə çatdırırıq ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir. Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edirik".

Bəyanatda cəmiyyətə yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırış edilib.

“Kan” televiziyasının yaydığı məlumatdan sonra İran tərəfində Azərbaycana qarşı olan qüvvələr tərəfindən hədələyici bəyanatlar səsləndirilir. Yerli ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə baş verən proseslərə Azərbaycanı da qoşmaq niyyətində olan qüvvələr dezinformasiyalar yaymaqla ölkəmizə qarşı təxribata cəhdlər edirlər.

Mövzunu AYNA hərbi jurnalist və hərbi icmalçı Səxavət Məmmədlə inkişaf etdirib:

- İsrail mediasında belə bir məlumat yayıldı ki, İsrail hərbçilərinə Azərbaycan və Gürcüstandan çıxmağı əmr edib. Düzdür, MEDİA bunu dezinformasiya adlandırdı, amma İsraildə belə bir xəbərin dərcində məqsəd nədir?

- Öncə informasiya yayıldı ki, İranın yeni Prezidenti Məsud Pezişkian Azərbaycandakı İsrail hərbi bazalarını vurmağı əmr edib. Hesab edirəm ki, bunun özü dezinformasiya idi. Niyə? Çünki İranda Azərbaycana qarşı siyasi qanad heç vaxt qərəzli olmayıb. Əksinə, İranda siyasi qanad həmişə Azərbaycanla münasibətləri yaxşı tutmağa çalışıb. İranda Azərbaycana qarşı aqressiv olan qanad SEPAH olub. Bu informasiya o vaxt gerçəkci olardı ki, bunu SEPAH tələb edərdi, siyasi qanad isə razılıq verərdi. Yayılan bu informasiya isə tam tərsinə, siyasi qanaddan SEPAH-a sifariş kimi idi.

Ümumiyyətlə, İsrailin Azərbaycanda hərbi bazasının olması ilə bağlı ittihamlar yeni mövzu deyil. İllər öncə də bu cür informasiya yayılmışdı. İddia olunan ərazidə İsrailin hərbi bazasının olmadığını rəsmi Bakı rəsmi Tehrana sübit etmişdi. İsrail tərəfinin öz hərbçilərinə çağırış etməsi isə Azərbaycanı zərbə altına qoymaqdan başqa bir şey deyil. Maraqlıdır ki, İsrailin hərbi bazasının Azərbaycanda olması iddiası bir neçə gündür Türkiyənin bəzi media qurumları və bəzi ekspertləri tərəfindən iddia olunur.

Azərbaycanda İsrailin hərbi bazası yoxdur. İsrail Müdafiə Nazirliyi əgər bu cür əmr imzalayıbsa, bu, öz hərbçilərini qorumaqdan daha çox Azərbaycan tərəfini zərbə altına qoymağa hesablanıb. Hətta İran tərəfində hansısa qrup dezinformasiya yaymış olsa belə, İsrail tərəfi “Azərbaycanda hərbi bazam yoxdur” deyə bilərdi və bu məsələ birdəfəlik bağlanardı. Görünən odur ki, vəziyyətin gərginləşməsi bəzi qüvvələrə sərf etmir. Ümumiyyətlə, İranla Azərbaycan münasibətlərinin müsbət yöndən inkişafına həmişə mane olan qüvvələr olub. İndiki məqamda İranla Azərbaycan arasında yaxınlaşma hiss olunurdu, hətta bəzi addımlar da atılmışdı. İranla Azərbaycan arasındakı gərginlik görünür bəzi qüvvələrə lazımdır.

- Ümumiyyətlə, İsrail Azərbaycandan hərbçilərini çıxarmağı əmr etdi deyəndə hansı hərbçiləri nəzərdə tuturlar?

- Azərbaycanda İsrail ordusunun hansısa nümayəndəsi, hansısa təlimatçısı ola bilər. Azərbaycan İsraildən əgər silah alırsa, o silahların Azərbaycan hərbçilərinə aşılanması, onların tam saz vəziyyətdə saxlanılması üçün mütəxəssislər gətirilə bilər. Yeri gəlmişkən bunlar bütün ordularda var və bu silah alqı-satqısı müqaviləsində qeyd olunur, xərclər də hesablanır. Yəni əgər bir ölkə digər ölkədən silah alırsa, satan ölkənin alan ölkəyə mütəxəssis göndərməsi təbii haldır.

Yeri gəlmişkən, çox zaman göndərilən mütəxəssislər bəzən hərbçi yox, mülki şəxslər də olur. Ona görə də, İsrail tərəfinin bu cür əmr imzalamasını anlamaq çətindir.

- Niyə məhz Cənubi Qafqaz dedikdə həmin informasiyada Ermənistanın adı çəkilməyib?

- İsraillə Ermənistan arasında hərbi yöndən demək olar ki, əməkdaşlıq yoxdur. Ona görə də, Azərbaycan və Gürcüstanın adı hallanır. Son illərdə İranın Gürcüstanda, xüsusilə, azərbaycanlıların cəm şəkildə yaşadığı istiqamətdə gücləndiyi heç kimə sirr deyil. İran məhz o istiqamətdə boşluğu gördü və onu doldurdu. İsrail ola bilsin ki, İranın bu addımından narahat olub və Gürcüstanda hansısa addımlar atıb. Ancaq İsrailin Gürcüstanda hərbi bazasının olması da inandırıcı deyil. Ümumiyyətlə, İsrailin o qədər insan resursu yoxdur ki, başqa ölkələrdə hərbi baza saxlaya bilsin.

Bilirik ki, son zamanlar Ermənistanla ABŞ və Ermənistanla Fransa arasında hərbi sahədə əməkdaşlıq yüksələn xəttlə gedir. Fransanın Ermənistan ordusunda müşaviri, ABŞ-nin isə nümayəndəsi var. İsrail Ermənistanın Qərb xətti tutduğunu da bilməmiş deyil. Ona görə də, Gürcüstan və Azərbaycan hədəf taxtasına qoyulur. Düzü, bunun İsrailin planı olduğunu da düşünmürəm. Rusiya-Ukrayna, Yaxın Şəqdə İsrail-HƏMAS (Hizbullah) toqquşmasındakı rəqiblərin Cənubi Qafqaza transfer olub, burada da mübarizə aparmaq istəkləri hiss olunur. Baş verənlər Gürcüstanın Avropa İttifaqına qəbul prosesinin dondurulması və sanksiyalarla hədələnməsi prosesinin davamıdır. Qərb artıq müəyyən edib ki, onlar Ermənistanın yanında yer alacaq, digər iki dövlətə qarşı isə təzyiqlər ediləcək.

Son baş verənlər əslində psixoloji müharibədir. Bu müharibənin şiddətlənəcəyinin şahidi olacağıq. Tez-tez müxtəlif yönlü dezinformasiyaları cəmiyyətimizə yedirməyə çalışacaqlar. Bunun qarşısının alınması üçün cəmiyyətin etibar etdiyi media resurslarına ehtiyac var. Cəmiyyətin isə hansı media resurslarına etibar etməsi sual altındadır.

- İranın bu məsələyə reaksiyasını necə qiymətləndirmək olar?

- İran baş verənlərin fərqindədir. İran gözəl bilir ki, atacağı istənilən addım regionu qan gölünə çevirər. Ümumiyyətlə, İran Rusiyadan çəkindiyi üçün Cənubi Qafqazda radikal addımlar ata bilmir. Hətta iddia edərdim ki, İran Rusiyanın icazə verdiyi qədər regionda fəaliyyət göstərir. İranla Rusiya yaxınlaşması açıq şəkildə hiss olunur. Bu regionda münaqişənin alovlanması iki ölkənin maraqlarına ziddir. Çünki hər iki ölkənin strateji hədəfləri, maraqları arasında Cənubi Qafqaz yoxdur. İranın birinci hədəfi Yaxın Şərqdə möhkəmlənmək, ABŞ-ı Yaxın Şərqdən sıxışdırıb çıxarmaqdır. Rusiyanın da strateji hədəfləri arasında Ukraynadan sonra özünə düşmən bildiyi ölkələri sıradan çıxarmaq, Qara dənizdə tamamilə möhkəmlənməkdir. Cənubi Qafqazda münaqişə hər iki ölkəni strateji hədəflərindən yayındırmağa hesabalana bilər.

- Yaxın Şərqdə baş verənlərə Azərbaycanı qarışdırmaq cəhdləri nəticə verəcəkmi, versə bizim üçün bunun təhlükələri nələrdir?

- Yaxın Şərqdə baş verənlər təbii ki, Cənubi Qafqaza təsirsiz ötüşməyəcək. İndi iki yerə ayrılmış kimi görünən region həmişə bir olub və bir yerdən idarə olunub. Ona görə də, xəritə üzərində bölünsə də əslində biri digərinin davamıdır.

Yaxın Şərqdəki və Rusiya Ukrayna arasındakı savaş əgər Cənubi Qafqaza daşınacaqsa, hesab edirəm ki, buna ciddi şəkildə çalışılır, bu, region üçün çox ağır nəticələrə səbəb olacaq. Çünki bu savaş region dövlətlərinin yox, qlobal rəqiblərin savaşı olacaq. Azərbaycanı səhv etməyə məcbur edəcəklər ki, sanksiyalar tətbiq edilsin. Hətta bu yöndə sanksiyalar paketi də hazır vəziyyətdə saxlanılır. Azərbaycan tərəfi isə maksimum təmkinli davranır. Bəzən Azərbaycan tərəfinin sərt ritorika ilə də çıxış edir. Bunun səbəbi təhdid və təzyiqlərdir. Oktyabr ayında Gürcüstanın qarışacağı yönündə iddialar var. Ermənistanda da müəyyən proseslərin gedəcəyini demək mümkündür. Təbii ki, Qərb eyni ssenaridən Azərbaycana qarşı da tətbiq etməyə çalışacaq. Azərbaycan bütün ssenarilərə hazır olmalıdır. Xüsusilə də Azərbaycan Ordusunun döyüş qabiliyyəti artırılmalıdır, çünki bu gərginliyin sahəyə enmə ehtimalı da mümkün variandır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi
Bu gün, 08:33
"Rusbaş" Saleh Səmədovu BU CƏZA gözləyir - AÇIQLAMA
Bu gün, 08:31
Paşinyan çəkinmədən aktiv və gəlirləri haqqında bəyannaməni Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təqdim etdi... - "Armtimes"
Bu gün, 08:28
İcra başçısının qardaşı dünyasını dəyişib
Bu gün, 08:26
Maddi hüquq normaları... - Ekspert danışır
Bu gün, 08:16
MODERN SAVAŞI ilk tətbiq edən BAKI: Ukrayna təcrübəsi də yarandı... - Bundan sonra nə edəcəyik...
Bu gün, 08:10
Qiymətlərlə bağlı kəskin dəyişiklik olacaq – Bu tarixdən…
Bu gün, 07:06
Bu memorandum əsasında sülh sazişi imzalana bilər - KİV
Bu gün, 07:03
Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı - Burası Azərbaycandır...
Bu gün, 06:49
Dövlət Sosial Müdafiə Fondunun Binəqədi nümayəndəliyinin vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 06:41
Tehran Zəngəzur dəhlizindən qorxur - FAKT BUDUR!
Bu gün, 06:39
Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:37
Naxçıvandakı bu İdarənin 7 milyon manatdan artıq vergi borcu var - FOTO
Bu gün, 06:24
Paşinyan sülh söyləyir, amma Ermənistanda revanş gözlənir - NƏ ETMƏLİ?
Bu gün, 06:16
Marşrut sürücüsü sükan arxasında siqaret çəkdi - AKTUAL
Bu gün, 00:14
Bu Universitetlər və nazirliklər BAKIDAN KÖÇÜRÜLƏ BİLƏR - AKTUAL
Bu gün, 00:12
"Dünən attraksionun qiymətini qaldırdılar, ayıb olsun!" - ETİRAZ
Bu gün, 00:04
Mayis Bərxudarova ağır itki
Bu gün, 00:01
Sumqayıtda uşaq bağçasının müdirəsi BÖYÜK OLİQARX çıxdı... - BU NƏDİ BELƏ?
Bu gün, 00:00
"Bunun nəticəsində məktəb yalnız "imtahan nəticəsi verən fabrik"ə çevriləcək" - Ekspert
Dünən, 20:00
FT nizamlanma ilə bağlı Ukrayna memorandumunun tam versiyasını dərc edib - TƏFƏRRÜAT
Dünən, 19:54
Ruslar niyə atəşi kəsməyə razı deyillər...
Dünən, 19:22
Kreml üçün “qara gecə”: Rusiya kəşfiyyatı zəif damarından vuruldu – Tarixi biabırçılıq
Dünən, 19:12
Putin Nazarbayevlə gözlənilmədən niyə görüşdü?.. - Zərdüşt Əlizadə açıqlayır...
Dünən, 19:06
Rusiya Ukraynaya müəyyən ərazilərdə atəşkəs təklif etdi
Dünən, 18:55
Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? – Tam siyahı
Dünən, 18:47
"Dünən pis nəyinsə şahidi olmadım"
Dünən, 18:37
Sahibkar dayısının evindən pul oğurladı - Qorxudan tualetə atdı
Dünən, 18:34
Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmayıb
Dünən, 18:19
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müavini təyin olunub - ƏMR
Dünən, 18:18
İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır - deputat
Dünən, 18:06
“Şrek” cizgi filmi HƏDƏFDƏ – Azərbaycanda yayımı qadağan olunur?
Dünən, 18:04
Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib - VİDEO
Dünən, 18:00
Ermənistanda qubernator istefa verdi
Dünən, 17:53
Ermənistanın riskli Gorus PLANI – Zəngəzurda 3 qüvvə toqquşur…
Dünən, 17:49
Rusiya və Ukrayna növbəti əsir mübadiləsinə hazırlaşır - Zelenski
Dünən, 17:44
“Qafqaz Kredit” BOKT bu göstəricilər üzrə gerilədi - HESABAT
Dünən, 17:39
Ukraynanın `HÖRÜMÇƏK TORU` daha çox siyasi aksiya idi... - NƏİNKİ HƏRBİ...
Dünən, 17:34
Qarabağda dövlət-özəl tərəfdaşlığının yeni mərhələsi: - Veysəloğlu Şirkətlər Qrupu Qarabağ Forumunda strateji baxışını bölüşdü
Dünən, 17:32
Adil Əliyev DANIŞDI: ” Mənim bu hadisəyə bağlılığım yoxdur” - YAXASINI KƏNARA ÇƏKDİ
Dünən, 17:28
Xocalıda yerləşən şirkət 8,2 milyonluq tenderin - QALİBİ SEÇİLDİ
Dünən, 17:11
Əgər II Qaregin subaylıq andını pozubsa, katolikos ola bilməz - Paşinyan
Dünən, 17:08
Azərbaycanın bu hissəsində İT GƏZDİRMƏYƏ QADAĞA QOYULDU
Dünən, 17:00
“TikTok”da kredit “möcüzəsi”: Pul ver, borcun silinsin – YENİ TƏLƏ
Dünən, 16:54
Azərbaycanda qız tanış olduğu oğlanlarla cinsi əlaqədə oldu, anasını öldürməklə hədələdi - TƏFƏRRÜAT
Dünən, 16:53
"Mina xəritələrini gizlədən Ermənistan... Azərbaycanın gələcəyinə problem "hədiyyə" etmək niyyətindədir"
Dünən, 16:37
Yük maşının altında Türkiyədən Azərbaycana gəldi - Həbs edildi
Dünən, 16:33
Əlil qadını öldürüb, meşədə basdırdı... – Xaçmazda 2 il sonra üstü açılan dəhşətli qətlin TƏFƏRRÜATI
Dünən, 16:30
Azərbaycanda kafe və restoranlara bahalaşma gəlir - AKTUAL
Dünən, 16:21
Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir - MƏQALƏ
Dünən, 16:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru