Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmayıb .....                     Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müavini təyin olunub .....                     İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır .....                     “Şrek” cizgi filmi HƏDƏFDƏ .....                     Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib .....                     Ermənistanda qubernator istefa verdi .....                     Ermənistanın riskli Gorus PLANI .....                     Rusiya və Ukrayna növbəti əsir mübadiləsinə hazırlaşır .....                     “Qafqaz Kredit” BOKT bu göstəricilər üzrə gerilədi .....                     Ukraynanın `HÖRÜMÇƏK TORU` daha çox siyasi aksiya idi... .....                     Qarabağda dövlət-özəl tərəfdaşlığının yeni mərhələsi: .....                     Adil Əliyev DANIŞDI: ” Mənim bu hadisəyə bağlılığım yoxdur” .....                     Xocalıda yerləşən şirkət 8,2 milyonluq tenderin .....                     Əgər II Qaregin subaylıq andını pozubsa, katolikos ola bilməz .....                     Azərbaycanın bu hissəsində İT GƏZDİRMƏYƏ QADAĞA QOYULDU .....                     “TikTok”da kredit “möcüzəsi”: Pul ver, borcun silinsin .....                     Azərbaycanda qız tanış olduğu oğlanlarla cinsi əlaqədə oldu, anasını öldürməklə hədələdi .....                     "Mina xəritələrini gizlədən Ermənistan... .....                     Yük maşının altında Türkiyədən Azərbaycana gəldi .....                     Əlil qadını öldürüb, meşədə basdırdı... .....                     Azərbaycanda kafe və restoranlara bahalaşma gəlir .....                     Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir .....                     Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir .....                     Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi keçirilib .....                     Azərbaycan-Avstriya Qarışıq Komissiyasının həmsədri dəyişdi .....                     Binə qəsəbəsinin icra nümayəndəsi oliqarx imiş .....                     TƏBİB sədri bağlanan rentgen kabinetlərindən danışdı: .....                     “TBC Kredit” BOKT-də ciddi geriləmələr var .....                     “Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq .....                     Polisin axtardığı oliqarx oğlundan susdurma müqaviləsi tək barışıq sazişi .....                     Fransanın Zəngəzurda oyunu: .....                     Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri "Pautina" əməliyyatının detallarını açıqlayıb .....                     Erməni vitse-spiker Almaniya XİN-in nümayəndə heyəti ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib .....                     Son sözü üç nazirlik deyəcək! .....                     "Hansı zamana gəlmişik ki, balaca uşağı qısnayıb, pul istəyirlər" .....                     “Bazarstore” müştəriləri aldadıb: Məhsul üzərindəki qiymətdən .....                     Həbsxanadakı uçqunda ölən Mustafayev niyə həbs edilmişdi? .....                     Paşinyan kilsəyə niyə müharibə elan edib? .....                     Fazil Mustafa Daş Salnamə Muzeyində moda həftəsinin keçirilməsinə etiraz edənlərə: .....                     Orta məktəb dərsliklərini çap edəcək 5 şirkət: 4-ü eyni ildə yaradılıb .....                 

Gözlər Vaşinqtonda: Kim sülh üçün geri çəkiləcək? - İNCƏLƏMƏ
Tarix: 10-07-2024, 17:36 | Çap et
Gözlər Vaşinqtonda: Kim sülh üçün geri çəkiləcək?
Üçtərəfli qaydada əldə olunmuş razılığa əsasən, Vaşinqtonda ABŞ-nin Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçridiyi brifinqdə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda görüşün olub-olmayacağı barədə dəqiq açıqlama verməyib. Lakin o qeyd edib ki, ABŞ Bakı ilə İrəvan arasında diplomatik nizamlanma üzərində işi davam etdirir.

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində baş tuta bilər. Bir gün əvvəl Ermənistan XİN Azərbaycan tərəfi ilə görüşün olacağına dair razılaşmanın əldə edilmədiyini bəyan etmişdi. Bu da öz növbəsində, müzakirələrin gözlənilmədiyinə dair məlumatların meydana çıxmasına səbəb oldu. Yəni ABŞ Dövlət katibinin müavini Ceyms Obrayenin iyunun 28-də Bakıya səfəri zamanı xarici işlər nazirlərinin NATO-nun sammiti çərçivəsində görüşünü təşkil etmək barədə irəli sürdüyü təklifi reallaşdırmaq mümkün olmayıb.

Çünki Ermənistan Azərbaycanın sülh müqaviləsi üçün vacib olan konstitusiya referendumunun keçirilməsi ilə bağlı irəli sürdüyü təklifin icrasından yayınır. Yəni sülh sazişi üçün əsas prinsip aydın olsa da, Ermənistan tərəfi bunu yerinə yetirmək istəmir. Rəsmi Bakı Ermənistan konstitusiyasından və digər hüquqi-normativ aktlarından Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların çıxarılmasını tələb edir. Əks təqdirdə, Ermənistanla sülh müqaviləsinin imzalanması Azərbaycan Konstitusiyasına zidd olduğuna görə, hüquqi qüvvə daşıya bilməz.

Ona görə də Azərbaycan Ermənistanda konstitusiya referendumu keçirilməyənə qədər nəticəsiz danışıqların aparılmasına ehtiyac duymur.

Lakin görünür, sonradan Dövlət katibi Blinkenin şəxsi müdaxiləsi və xahişindən sonra görüşün keçirilməsi barədə razılıq əldə edilib. Bu da Azərbaycan-Ermənistan sülh prosesində son vaxtlar ABŞ-nin fəallığının artması ilə izah edilə bilər. Blinkenin təşəbbüsü ilk növbədə, ABŞ-nin 2023-cü ilin may ayında Vaşinqton platformasında yarımçıq qalmış danışıqları bərpa etmək səylərindən xəbər verir.

Həmin vaxt Ermənistanın Qarabağdakı erməni əhalinin hüquq və təhlükəsizliyi məsələsini gündəmə gətirməsi ilə bağlı yaranmış fikir ayrılığı danışıqlarda irəliləyişin qarşısını alan başlıca səbəblərdən birini təşkil edirdi. Lakin ötən ilin sentyabr ayında Azərbaycanın keçirdiyi antiterror əməliyyatı nəticəsində Qarabağdakı separatçı rejimin ləğvi və ermənilərin kütləvi şəkildə könüllü Ermənistana köçməsi bölgədə status-kvonu dəyişdi. Artıq danışıqlardakı əsas mübahisə predmeti olan məsələ öz-özünə həllini tapıb. Ona görə də ABŞ yeni konyuktura uyğun sülh müqaviləsinin Vaşinqton platformasında imzalanmasına çalışır.

Sonuncu dəfə Entoni Blinken Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında bu il fevral ayının 18-də Münxendə keçirilən görüşdə iştirak edib. ABŞ-nin sülh danışıqları ilə bağlı digər fəaliyyəti daha çox Azərbaycan və Ermənistanla ikitərəfli diplomatik təmaslarla həyata keçirilib. Lakin iyun ayından etibarən ABŞ-nin sülh müqaviləsinin imzalanmasında maraqlı tərəf kimi çıxış etməsi müşahidə olunur. Ceyms Obrayenin ötən ay İrəvana və Bakıya səfərləri, iyunun 10-da isə Blinkenin iştirakı ilə keçirilən üçtərəfli görüş ABŞ-nin qısa müddətdə sülhə nail olmaq cəhdindən xəbər verir.

Ceyms Obrayenin Ermənistana və Azərbaycana səfərləri zamanı verdiyi açıqlamalar və bu kontekstdə ortaya çıxan məlumatlar ABŞ-nin ilkin şərt olmadan sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu göstərir. Yəni ABŞ Azərbaycanın Ermənistanda konstitusiya referendumu keçirilməsi tələbindən çəkilməsinə dair Paşinyan hakimiyyətinin istəyini dəstəkləyir.

Lakin Ermənistan konstitusiyası yenilənmədən sülh sazişinin mümkünsüzlüyünü Vaşinqtonda da anlayırlar. Ermənistan mediasının yazdığına görə, senator Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin İrəvana səfəri zamanı Ermənistan qarşısında qoyulan əsas şərtlərdən biri sülh müqaviləsinə nail olmaq üçün konstiutusiya referendumunun keçirilməsi ilə bağlı Azərbaycanın tələbini yetirməkdən ibarət olub. ABŞ Zəngəzur dəhlizinin açılması, Mərkəzi Asiya və Avropa arasında yüklərin Türkiyə-Ermənistan-Azərbaycan marşrutu üzərində daşınması üçün sülh sazişinin imzalanmasını təklif edir. Vaşinqtonun məqsədi Rusiyanın və Çinin “Orta dəhliz”dən kənarlaşdırmaq və bölgəyə nəzarəti ələ almaqdır.

Lakin “Orta dəhliz” Çinin “Bir kəmər-Bir yol” layihəsinin əsas hissəsini təşkil edir. Ona görə də Çini bu prosesdən ayırmaq mümkün deyil. Çin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycanla strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamaqla Cənubi Qafqazda strateji maraqlarını rəsmən elan etmiş oldu. Bu isə Ukraynada və Yaxın Şərqdə güclənən müharibələrlə əlaqədar ABŞ və Çin arasında Cənubi Qafqazdan keçən nəqliyyat-tranzit “hub”ına nəzarət uğrunda rəqabətin artmasının anonsu hesab edilə bilər. Qeyd edilən səbəbdən yeni marşrut kimi Zəngəzur dəhlizinin blokdan açılması hər iki tərəfin marağındadır. Lakin buna nail olmaq üçün öncə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Müşfiq Abdulla
"Cebhe.info"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmayıb
Bu gün, 18:19
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müavini təyin olunub - ƏMR
Bu gün, 18:18
İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır - deputat
Bu gün, 18:06
“Şrek” cizgi filmi HƏDƏFDƏ – Azərbaycanda yayımı qadağan olunur?
Bu gün, 18:04
Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib - VİDEO
Bu gün, 18:00
Ermənistanda qubernator istefa verdi
Bu gün, 17:53
Ermənistanın riskli Gorus PLANI – Zəngəzurda 3 qüvvə toqquşur…
Bu gün, 17:49
Rusiya və Ukrayna növbəti əsir mübadiləsinə hazırlaşır - Zelenski
Bu gün, 17:44
“Qafqaz Kredit” BOKT bu göstəricilər üzrə gerilədi - HESABAT
Bu gün, 17:39
Ukraynanın `HÖRÜMÇƏK TORU` daha çox siyasi aksiya idi... - NƏİNKİ HƏRBİ...
Bu gün, 17:34
Qarabağda dövlət-özəl tərəfdaşlığının yeni mərhələsi: - Veysəloğlu Şirkətlər Qrupu Qarabağ Forumunda strateji baxışını bölüşdü
Bu gün, 17:32
Adil Əliyev DANIŞDI: ” Mənim bu hadisəyə bağlılığım yoxdur” - YAXASINI KƏNARA ÇƏKDİ
Bu gün, 17:28
Xocalıda yerləşən şirkət 8,2 milyonluq tenderin - QALİBİ SEÇİLDİ
Bu gün, 17:11
Əgər II Qaregin subaylıq andını pozubsa, katolikos ola bilməz - Paşinyan
Bu gün, 17:08
Azərbaycanın bu hissəsində İT GƏZDİRMƏYƏ QADAĞA QOYULDU
Bu gün, 17:00
“TikTok”da kredit “möcüzəsi”: Pul ver, borcun silinsin – YENİ TƏLƏ
Bu gün, 16:54
Azərbaycanda qız tanış olduğu oğlanlarla cinsi əlaqədə oldu, anasını öldürməklə hədələdi - TƏFƏRRÜAT
Bu gün, 16:53
"Mina xəritələrini gizlədən Ermənistan... Azərbaycanın gələcəyinə problem "hədiyyə" etmək niyyətindədir"
Bu gün, 16:37
Yük maşının altında Türkiyədən Azərbaycana gəldi - Həbs edildi
Bu gün, 16:33
Əlil qadını öldürüb, meşədə basdırdı... – Xaçmazda 2 il sonra üstü açılan dəhşətli qətlin TƏFƏRRÜATI
Bu gün, 16:30
Azərbaycanda kafe və restoranlara bahalaşma gəlir - AKTUAL
Bu gün, 16:21
Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir - MƏQALƏ
Bu gün, 16:10
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun YAZISI...
Bu gün, 16:09
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi keçirilib - TƏFƏRRÜAT
Bu gün, 16:07
Azərbaycan-Avstriya Qarışıq Komissiyasının həmsədri dəyişdi
Bu gün, 16:04
Binə qəsəbəsinin icra nümayəndəsi oliqarx imiş - BU DA FAKT!
Bu gün, 16:03
TƏBİB sədri bağlanan rentgen kabinetlərindən danışdı: - "İslahatlar aparılmayıb"
Bu gün, 15:56
“TBC Kredit” BOKT-də ciddi geriləmələr var - HESABAT
Bu gün, 15:54
“Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür
Bu gün, 15:49
Polisin axtardığı oliqarx oğlundan susdurma müqaviləsi tək barışıq sazişi – İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:32
Fransanın Zəngəzurda oyunu: - Rusiya, İran və Azərbaycan qarşısında sınaq
Bu gün, 15:30
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri "Pautina" əməliyyatının detallarını açıqlayıb - UNİAN
Bu gün, 15:28
Erməni vitse-spiker Almaniya XİN-in nümayəndə heyəti ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib
Bu gün, 15:22
Son sözü üç nazirlik deyəcək! - İLGİNC
Bu gün, 15:20
"Hansı zamana gəlmişik ki, balaca uşağı qısnayıb, pul istəyirlər"
Bu gün, 15:12
“Bazarstore” müştəriləri aldadıb: Məhsul üzərindəki qiymətdən - BAHA SATILIB
Bu gün, 13:15
Həbsxanadakı uçqunda ölən Mustafayev niyə həbs edilmişdi? - CİNAYƏT DOSYESİ
Bu gün, 13:08
Paşinyan kilsəyə niyə müharibə elan edib? - “Nezavisimaya qazeta”
Bu gün, 13:05
Fazil Mustafa Daş Salnamə Muzeyində moda həftəsinin keçirilməsinə etiraz edənlərə: - “Çimərlikdə keçirsinlər?”
Bu gün, 12:58
Orta məktəb dərsliklərini çap edəcək 5 şirkət: 4-ü eyni ildə yaradılıb - AY MAŞALLAH...
Bu gün, 12:51
İran Azərbaycana yeni səfir təyin edib
Bu gün, 12:48
Yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
Bu gün, 12:38
İcbari Tibbi Sığortada TENDER SAXTAKARLIĞI... - TƏFƏRRÜAT
Bu gün, 12:26
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTO
Bu gün, 12:20
Hakan Fidan Rusiya-Ukrayna görüşünün keçirələcəyi yerə gəlib - FOTO
Bu gün, 12:13
“Güllələyin, divarı yaşıla boyayın!” – Paşinyandan ironik cavab
Bu gün, 12:09
Fransa şirkətlərinin Sünikdə infrastruktur layihəsinin həyata keçirilməsində iştirakı planlaşdırılır - Kostanyan
Bu gün, 12:05
ELDAR MAHMUDOV HƏLƏ DƏ İSTİNTAQ ALTINDADIR - Şəxsiyyət vəsiqəsi üçün müraciət etdi, amma…
Bu gün, 11:52
“SOCAR Midstream”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru