Abşeron rayonunda “COP29: G ncl rin iqlim d yişikliyi h r katına çağırışı” adlı simpozium keçirilib - FOTO
Tarix: 24-05-2024, 16:01 | Çap et
 Abşeron rayon İcra Hakimiyyəti və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə Xırdalan şəhərində “COP 29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib. Bakı Mühəndislik Universitetində baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyəti başçısının müavini Gülnar Rəhimova, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Universitetin müəllim kollektivi, eləcə də yerli və xarici tələbələr iştirak edib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Açılış nitqləri ilə çıxış edən Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimova və BMU-nin rektoru Yaqub Piriyev COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin dövlətimizin yaşıl iqtisadiyyata keçid strategiyasının, milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfənin məntiqi nəticəsi olduğu, bu siyasətin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının təsdiqlənməsi ilə yanaşı digər strateji və hüquqi sənədlərin qəbul olunması, hazırda bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi, iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində atılan önəmli addımlar, həyata keçirilən ardıcıl tədbirlər barədə danışdılar. Çıxışlarda iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verən Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” olduğu, həmin prioritetə, habelə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” nin tədbirlər planına əsasən aparılan işlər, qarşıya qoyulan hədəflər, habelə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsi, Qarabağ və Şərqi Zəngəzurun, həmçinin Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğunu, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların gerçəkləşdirildiyi qeyd olunub. BMU-da ətraf mühitin qorunması ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışan rektor universitetin Avropa İttifaqının “Horizon 2020” Tədqiqat və İnnovasiya proqramı çərçivəsində reallaşdırılan “CAMPAİGNers” layihəsində yer alan 28 tərəfdaşdan biri olduğunu qeyd edib. Gələcəyimiz olan gənclərdə ekoloji maariflənmənin daha da gücləndirilməsi baxımından tədbirin əhəmiyyətini vurğulayan G.Rəhimova Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən çoxşaxəli işlərdən bəhs edib. O, eyni zamanda, rayonun alternativ enerji mənbəyi ilə zəngin ərazi olduğunu, burada dövlət tərəfindən müvafiq layihələrin icra edildiyini , gənclərin üzərinə düşən vəzifələri diqqətə çatdırıb, dövlətimizin qarşısında duran məqsədlər uğrunda həmrəyliyə, daha səylə çalışmağa və ətraf mühiti qorumağa çağırıb. Şəhid Elçin Həsənlinin anası, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova yenidən BMU-da olmaqdan və belə bir tədbirdə çıxış etməkdən məmnunluğunu bildirib. Bakının COP29-a ev sahibliyi etməsinin tarixi hadisə olduğunu vurğulayan X.İsmayılova Azərbaycanın bütün dünyada hər sahədə öz sözünü deməyə müvəffəq olmuş qüdrətli ölkə kimi tanındığını bildirib. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin bunun bariz nümunəsi olduğunu deyən şəhid anası ermənilərin Qarabağda həyata keçirdiyi ekoloji terrordan danışıb, gənclərə bu tarixi faktları unutmamağı tövsiyə edib. Şəhid Elçin Həsənlinin bərpa olunan enerji mənbələri ilə bağlı bir neçə məqaləsinin olduğunu nəzərə çatdıran Xatirə İsmayılova onun keçdiyi şərəfli həyat yolundan da ətraflı bəhs edib. Sonra tədbirdə BMU Texnoparkının direktoru, Sənaye mühəndisliyi kafedrasının dosenti İsa Qasımov “Yaşıl texnologiyaların iqtisadiyyatda və cəmiyyətdə rolu”, həmin kafedranın baş müəllimi Etibar Qəhrəmanov “İqlim dəyişikliyi” mövzularında məruzə ediblər. BMU-nun əcnəbi tələbələri - Abdullah Azharudin, Omar Muhamat Hassan, Nouriya Elyasi, Khaled Abudun çıxışlarında isə qlobal istiləşmə, iqlim dəyişikliyinin insanlığa təsiri, ekoloji problemlər kimi mövzulardan bəhs olunub. Tədbir çərçivəsində Abşeron rayon məktəblilərinin iqlim dəyişiklikləri,ekoloji problemlərlə bağlı rəsm əsərləri sərgilənib. diaaz.space





|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Marşrut sürücüsü sükan arxasında siqaret çəkdi - AKTUAL
Bu gün, 00:14 |
|
|
|
• Bu Universitetlər və nazirliklər BAKIDAN KÖÇÜRÜLƏ BİLƏR - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• "Dünən attraksionun qiymətini qaldırdılar, ayıb olsun!" - ETİRAZ
Bu gün, 00:04 |
|
|
|
• Mayis Bərxudarova ağır itki
Bu gün, 00:01 |
|
|
|
• Sumqayıtda uşaq bağçasının müdirəsi BÖYÜK OLİQARX çıxdı... - BU NƏDİ BELƏ?
Bu gün, 00:00 |
|
|
|
• "Bunun nəticəsində məktəb yalnız "imtahan nəticəsi verən fabrik"ə çevriləcək" - Ekspert
Dünən, 20:00 |
|
|
|
• FT nizamlanma ilə bağlı Ukrayna memorandumunun tam versiyasını dərc edib - TƏFƏRRÜAT
Dünən, 19:54 |
|
|
|
• Ruslar niyə atəşi kəsməyə razı deyillər...
Dünən, 19:22 |
|
|
|
• Kreml üçün “qara gecə”: Rusiya kəşfiyyatı zəif damarından vuruldu – Tarixi biabırçılıq
Dünən, 19:12 |
|
|
|
• Putin Nazarbayevlə gözlənilmədən niyə görüşdü?.. - Zərdüşt Əlizadə açıqlayır...
Dünən, 19:06 |
|
|
|
• Rusiya Ukraynaya müəyyən ərazilərdə atəşkəs təklif etdi
Dünən, 18:55 |
|
|
|
• Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? – Tam siyahı
Dünən, 18:47 |
|
|
|
• "Dünən pis nəyinsə şahidi olmadım"
Dünən, 18:37 |
|
|
|
• Sahibkar dayısının evindən pul oğurladı - Qorxudan tualetə atdı
Dünən, 18:34 |
|
|
|
• Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmayıb
Dünən, 18:19 |
|
|
|
• Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müavini təyin olunub - ƏMR
Dünən, 18:18 |
|
|
|
• İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır - deputat
Dünən, 18:06 |
|
|
|
• “Şrek” cizgi filmi HƏDƏFDƏ – Azərbaycanda yayımı qadağan olunur?
Dünən, 18:04 |
|
|
|
• Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib - VİDEO
Dünən, 18:00 |
|
|
|
• Ermənistanda qubernator istefa verdi
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın riskli Gorus PLANI – Zəngəzurda 3 qüvvə toqquşur…
Dünən, 17:49 |
|
|
|
• Rusiya və Ukrayna növbəti əsir mübadiləsinə hazırlaşır - Zelenski
Dünən, 17:44 |
|
|
|
• “Qafqaz Kredit” BOKT bu göstəricilər üzrə gerilədi - HESABAT
Dünən, 17:39 |
|
|
|
• Ukraynanın `HÖRÜMÇƏK TORU` daha çox siyasi aksiya idi... - NƏİNKİ HƏRBİ...
Dünən, 17:34 |
|
|
|
• Qarabağda dövlət-özəl tərəfdaşlığının yeni mərhələsi: - Veysəloğlu Şirkətlər Qrupu Qarabağ Forumunda strateji baxışını bölüşdü
Dünən, 17:32 |
|
|
|
• Adil Əliyev DANIŞDI: ” Mənim bu hadisəyə bağlılığım yoxdur” - YAXASINI KƏNARA ÇƏKDİ
Dünən, 17:28 |
|
|
|
• Xocalıda yerləşən şirkət 8,2 milyonluq tenderin - QALİBİ SEÇİLDİ
Dünən, 17:11 |
|
|
|
• Əgər II Qaregin subaylıq andını pozubsa, katolikos ola bilməz - Paşinyan
Dünən, 17:08 |
|
|
|
• Azərbaycanın bu hissəsində İT GƏZDİRMƏYƏ QADAĞA QOYULDU
Dünən, 17:00 |
|
|
|
• “TikTok”da kredit “möcüzəsi”: Pul ver, borcun silinsin – YENİ TƏLƏ
Dünən, 16:54 |
|
|
|
• Azərbaycanda qız tanış olduğu oğlanlarla cinsi əlaqədə oldu, anasını öldürməklə hədələdi - TƏFƏRRÜAT
Dünən, 16:53 |
|
|
|
• "Mina xəritələrini gizlədən Ermənistan... Azərbaycanın gələcəyinə problem "hədiyyə" etmək niyyətindədir"
Dünən, 16:37 |
|
|
|
• Yük maşının altında Türkiyədən Azərbaycana gəldi - Həbs edildi
Dünən, 16:33 |
|
|
|
• Əlil qadını öldürüb, meşədə basdırdı... – Xaçmazda 2 il sonra üstü açılan dəhşətli qətlin TƏFƏRRÜATI
Dünən, 16:30 |
|
|
|
• Azərbaycanda kafe və restoranlara bahalaşma gəlir - AKTUAL
Dünən, 16:21 |
|
|
|
• Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir - MƏQALƏ
Dünən, 16:10 |
|
|
|
• Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun YAZISI...
Dünən, 16:09 |
|
|
|
• Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi keçirilib - TƏFƏRRÜAT
Dünən, 16:07 |
|
|
|
• Azərbaycan-Avstriya Qarışıq Komissiyasının həmsədri dəyişdi
Dünən, 16:04 |
|
|
|
• Binə qəsəbəsinin icra nümayəndəsi oliqarx imiş - BU DA FAKT!
Dünən, 16:03 |
|
|
|
• TƏBİB sədri bağlanan rentgen kabinetlərindən danışdı: - "İslahatlar aparılmayıb"
Dünən, 15:56 |
|
|
|
• “TBC Kredit” BOKT-də ciddi geriləmələr var - HESABAT
Dünən, 15:54 |
|
|
|
• “Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür
Dünən, 15:49 |
|
|
|
• Polisin axtardığı oliqarx oğlundan susdurma müqaviləsi tək barışıq sazişi – İLGİNC TƏFƏRRÜAT
Dünən, 15:32 |
|
|
|
• Fransanın Zəngəzurda oyunu: - Rusiya, İran və Azərbaycan qarşısında sınaq
Dünən, 15:30 |
|
|
|
• Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri "Pautina" əməliyyatının detallarını açıqlayıb - UNİAN
Dünən, 15:28 |
|
|
|
• Erməni vitse-spiker Almaniya XİN-in nümayəndə heyəti ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib
Dünən, 15:22 |
|
|
|
• Son sözü üç nazirlik deyəcək! - İLGİNC
Dünən, 15:20 |
|
|
|
• "Hansı zamana gəlmişik ki, balaca uşağı qısnayıb, pul istəyirlər"
Dünən, 15:12 |
|
|
|
• “Bazarstore” müştəriləri aldadıb: Məhsul üzərindəki qiymətdən - BAHA SATILIB
Dünən, 13:15 |
|
|
|
|