Astana İrəvana hərbi baxımdan hansı yardımları edə bilər? - Görünəni odur ki...
Tarix: 16-04-2024, 12:59 | Çap et
 Tokayevin İrəvana səfəri Bakıya qarşı müəyyən nüanslara yadda qaldı. Qazaxıstan prezidenti öncə Azərbaycana gəlməklə və azad edilmiş əraziləri ziyarət etməklə Ermənistan səfərini balanslaşdırmışdı. Və hesab etmək olar ki, Qarabağın azad edilməsindən sonra türk dövlətinin Ermənistanla bu qədər yaxınlaşması o qədər də təhlükəli qarşılanmamalıdır, əksinə, Astana Tokayevin də dediyi kimi, Bakı-İrəvan danışıqlarında platforma rolunu oynaya, Ermənistanı regionda sülhə inandıra bilər. Astana və İrəvanın “qardaşlaşması” da qarşılıqlı maraqlarından irəli gəlir: - Rusiya ilə eyni ittifaqlarda yer alsa da, Mərkəzi Asiyada oyunçu olmağa çalışan Qazaxıstan Ermənistanı Cənubi Qafqazda iştirakının artırılması vasitələrindən biri kimi görür; - Moskvadan uzaqlaşmağa çalışan Ermənistan da Qazaxıstanla Rusiya qarşısında təklənməmək üçün yaxınlaşmaq istəyir; Məsələyə bu aspektdən baxmaq olardı, lakin gerçək hədəflər fonunda Qazaxıstan-Ermənistan xəttində hadisələrin Azərbaycan maraqlarına uyğun olmayan istiqamətdə inkişafı müşahidə edilir. Tokayevin İrəvana gəlişində əsas hədəf Qərbin Orta dəhliz üzərində dəstəklədiyi Ermənistana məxsus “sülhün kəsişməsi” layihəsidir. İrəvanda verilən açıqlamalar Qazaxıstanın bu layihəyə maraq göstərdiyi, lakin prosesin hələ “tanışlıq mərhələsində” olduğu yönündə olsa da, Tokayev Bakıya gəlişindən dərhal sonra Astana İrəvanın layihəsinə siyasi dəstəyini elan etmişdi. Qazaxıstan prezidenti Bakını tərk edəndən (11-12 mart) sonra xarici işlər naziri Murat Nurtleu Ermənistana (18 mart) getdi və İrəvanda bəyan etdi ki, “sülhün kəsişməsi” layihəsi ölkələrimiz üçün son dərəcə vacibdir”. Tokayev də Ermənistana gəlməmişdən bir gün öncə erməni mediasına müsahibəsində “sülhün kəsişməsi” layihəsinə dəstək ifadə etdi, İrəvanda da bu layihəni alqışladıqlarını bildirdi. Ermənistanın irəli sürdüyü “sülhün kəsişməsi” layihəsi Azərbaycanın maraqlarına ziddir. Birincisi, bu layihədə Zəngəzur dəhlizi sıradan çıxır, yaxud Bakının istədiyi ən azı Naxçıvana maneəsiz keçidin “Azərbaycandan Azərbaycana prinsipi” üzərindən verilməsi də nəzərdə tutulmur; İkincisi, bu, Ermənistana Avrasiyanın nəqliyyat şəbəkəsində üstünlük qazandırır: belə demək mümkünsə, Azərbaycan nəqliyyat şəbəkəsindəki üstünlüyündən Ermənistana pay verir, əvəzində heç qazanmır; Üçüncüsü, “sülhün kəsişməsi” Bakı və Ankaranın türk dünyasını coğrafiya-nəqliyyat dəhlizləri üzərindən birləşdirmək planlarına da uyğun gəlmir; Bu kontekstdə Qazaxıstanın bu layihəni dəstəkləməsi suallar yaradır. Hesab etmək olar ki, Astana Bakının maraqlarını nəzərə almadan yer aldığı Orta dəhlizin bu və ya digər formada reallaşmasına çalışır, hərçənd, Paşinyanın “sülhün kəsişməsi” layihəsi Orta dəhlizə alternativ kimi irəli sürülən “Orta dəhliz 2” adlandıra biləcəyimiz planının tərkib hissəsidir. Bu plan Qərbdə xüsusilə amerikalılar tərəfindən irəli sürülüb. ABŞ Çindən başlayan, Mərkəzi Asiya, Azərbaycan və Türkiyədən keçərək, Avropaya çıxan Orta dəhlizi nəzarətə götürmək istəyir və Mərkəzi Asiyadan başlayaraq, Azərbaycan, Ermənistan və Türkiyədən keçməklə Avropaya çıxan layihəni təkif edir. Bununla: - Əsas rəqib kimi gördüyü Çinin “bir kəmər bir yol” layihəsinin qarşısını alır; - Avropadan Mərkəzi Asiyaya uzanan bu marşut üzərindən təsir imkanlarını Çin sərhədlərinə qədər genişləndirir; - Ermənistanı plana daxil etməklə Zəngəzur dəhlizini sıradan çıxarır, bununla Rusiyanın iştirakını bloklayır; Çin və Rusiyaya qarşı olan bu planda qazanan Ermənistan olur. Tokayevin İrəvana səfəri – Ermənistanla yaxınlaşmaq siyasəti bu plandan qaynaqlanır. Görünür, Qazaxıstan Rusiya ilə eyni ittifaqlarda yer alsa da, Çinlə sıx əməkdaşlıq qursa da, Qərblə - ABŞ-la da müəyyən oyunun içindədir. Hərçənd, bunu tamamilə Ermənistanın maraqlarına uyğun həyata keçirməsi qəbuledlməzdir, çünki rəsmi Astana bu layihədə ən azı Bakının Naxçıvana çıxış üçün “Azərbaycandan Azərbaycana prinsipini” dəstəkləyə bilər. İrəvanda verilən mesajlar isə bunun əksini göstərir. Tokayevin İrəvanda dediyi “Mən qədim sivilizasiyadan qaynaqlanan zəngin tarixə və mədəniyyətə malik erməni xalqının torpağına xüsusi hisslərlə baş çəkirəm” sözləri də mübahisələndirilə bilər. Bütün bunların fonunda bir məqam yada düşür: bu ilin yanvar ayında Qazaxıstan və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıq planı imzalanıb. Sual yaranır: Qazaxıstan Ermənistana silah göndərəcək, yoxsa hansısa silahların verilməsində tranzit rolunu oynayacaq, ümumiyyətlə Astana İrəvana hərbi baxımdan hansı yardımları edə bilər? Bakıda Astana və İrəvanın “qardaşlaşması” və yarana biləcək risklər yaxından izlənilir.
Asif Nərimanlı diaaz.space


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Marşrut sürücüsü sükan arxasında siqaret çəkdi - AKTUAL
Bu gün, 00:14 |
|
|
|
• Bu Universitetlər və nazirliklər BAKIDAN KÖÇÜRÜLƏ BİLƏR - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• "Dünən attraksionun qiymətini qaldırdılar, ayıb olsun!" - ETİRAZ
Bu gün, 00:04 |
|
|
|
• Mayis Bərxudarova ağır itki
Bu gün, 00:01 |
|
|
|
• Sumqayıtda uşaq bağçasının müdirəsi BÖYÜK OLİQARX çıxdı... - BU NƏDİ BELƏ?
Bu gün, 00:00 |
|
|
|
• "Bunun nəticəsində məktəb yalnız "imtahan nəticəsi verən fabrik"ə çevriləcək" - Ekspert
Dünən, 20:00 |
|
|
|
• FT nizamlanma ilə bağlı Ukrayna memorandumunun tam versiyasını dərc edib - TƏFƏRRÜAT
Dünən, 19:54 |
|
|
|
• Ruslar niyə atəşi kəsməyə razı deyillər...
Dünən, 19:22 |
|
|
|
• Kreml üçün “qara gecə”: Rusiya kəşfiyyatı zəif damarından vuruldu – Tarixi biabırçılıq
Dünən, 19:12 |
|
|
|
• Putin Nazarbayevlə gözlənilmədən niyə görüşdü?.. - Zərdüşt Əlizadə açıqlayır...
Dünən, 19:06 |
|
|
|
• Rusiya Ukraynaya müəyyən ərazilərdə atəşkəs təklif etdi
Dünən, 18:55 |
|
|
|
• Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? – Tam siyahı
Dünən, 18:47 |
|
|
|
• "Dünən pis nəyinsə şahidi olmadım"
Dünən, 18:37 |
|
|
|
• Sahibkar dayısının evindən pul oğurladı - Qorxudan tualetə atdı
Dünən, 18:34 |
|
|
|
• Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmayıb
Dünən, 18:19 |
|
|
|
• Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müavini təyin olunub - ƏMR
Dünən, 18:18 |
|
|
|
• İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır - deputat
Dünən, 18:06 |
|
|
|
• “Şrek” cizgi filmi HƏDƏFDƏ – Azərbaycanda yayımı qadağan olunur?
Dünən, 18:04 |
|
|
|
• Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib - VİDEO
Dünən, 18:00 |
|
|
|
• Ermənistanda qubernator istefa verdi
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın riskli Gorus PLANI – Zəngəzurda 3 qüvvə toqquşur…
Dünən, 17:49 |
|
|
|
• Rusiya və Ukrayna növbəti əsir mübadiləsinə hazırlaşır - Zelenski
Dünən, 17:44 |
|
|
|
• “Qafqaz Kredit” BOKT bu göstəricilər üzrə gerilədi - HESABAT
Dünən, 17:39 |
|
|
|
• Ukraynanın `HÖRÜMÇƏK TORU` daha çox siyasi aksiya idi... - NƏİNKİ HƏRBİ...
Dünən, 17:34 |
|
|
|
• Qarabağda dövlət-özəl tərəfdaşlığının yeni mərhələsi: - Veysəloğlu Şirkətlər Qrupu Qarabağ Forumunda strateji baxışını bölüşdü
Dünən, 17:32 |
|
|
|
• Adil Əliyev DANIŞDI: ” Mənim bu hadisəyə bağlılığım yoxdur” - YAXASINI KƏNARA ÇƏKDİ
Dünən, 17:28 |
|
|
|
• Xocalıda yerləşən şirkət 8,2 milyonluq tenderin - QALİBİ SEÇİLDİ
Dünən, 17:11 |
|
|
|
• Əgər II Qaregin subaylıq andını pozubsa, katolikos ola bilməz - Paşinyan
Dünən, 17:08 |
|
|
|
• Azərbaycanın bu hissəsində İT GƏZDİRMƏYƏ QADAĞA QOYULDU
Dünən, 17:00 |
|
|
|
• “TikTok”da kredit “möcüzəsi”: Pul ver, borcun silinsin – YENİ TƏLƏ
Dünən, 16:54 |
|
|
|
• Azərbaycanda qız tanış olduğu oğlanlarla cinsi əlaqədə oldu, anasını öldürməklə hədələdi - TƏFƏRRÜAT
Dünən, 16:53 |
|
|
|
• "Mina xəritələrini gizlədən Ermənistan... Azərbaycanın gələcəyinə problem "hədiyyə" etmək niyyətindədir"
Dünən, 16:37 |
|
|
|
• Yük maşının altında Türkiyədən Azərbaycana gəldi - Həbs edildi
Dünən, 16:33 |
|
|
|
• Əlil qadını öldürüb, meşədə basdırdı... – Xaçmazda 2 il sonra üstü açılan dəhşətli qətlin TƏFƏRRÜATI
Dünən, 16:30 |
|
|
|
• Azərbaycanda kafe və restoranlara bahalaşma gəlir - AKTUAL
Dünən, 16:21 |
|
|
|
• Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir - MƏQALƏ
Dünən, 16:10 |
|
|
|
• Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun YAZISI...
Dünən, 16:09 |
|
|
|
• Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi keçirilib - TƏFƏRRÜAT
Dünən, 16:07 |
|
|
|
• Azərbaycan-Avstriya Qarışıq Komissiyasının həmsədri dəyişdi
Dünən, 16:04 |
|
|
|
• Binə qəsəbəsinin icra nümayəndəsi oliqarx imiş - BU DA FAKT!
Dünən, 16:03 |
|
|
|
• TƏBİB sədri bağlanan rentgen kabinetlərindən danışdı: - "İslahatlar aparılmayıb"
Dünən, 15:56 |
|
|
|
• “TBC Kredit” BOKT-də ciddi geriləmələr var - HESABAT
Dünən, 15:54 |
|
|
|
• “Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür
Dünən, 15:49 |
|
|
|
• Polisin axtardığı oliqarx oğlundan susdurma müqaviləsi tək barışıq sazişi – İLGİNC TƏFƏRRÜAT
Dünən, 15:32 |
|
|
|
• Fransanın Zəngəzurda oyunu: - Rusiya, İran və Azərbaycan qarşısında sınaq
Dünən, 15:30 |
|
|
|
• Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri "Pautina" əməliyyatının detallarını açıqlayıb - UNİAN
Dünən, 15:28 |
|
|
|
• Erməni vitse-spiker Almaniya XİN-in nümayəndə heyəti ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib
Dünən, 15:22 |
|
|
|
• Son sözü üç nazirlik deyəcək! - İLGİNC
Dünən, 15:20 |
|
|
|
• "Hansı zamana gəlmişik ki, balaca uşağı qısnayıb, pul istəyirlər"
Dünən, 15:12 |
|
|
|
• “Bazarstore” müştəriləri aldadıb: Məhsul üzərindəki qiymətdən - BAHA SATILIB
Dünən, 13:15 |
|
|
|
|