“İbrahim sazişləri” Azərbaycana nə verəcək? .....                     Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq .....                     LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... .....                     Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... .....                     Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ .....                     “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb .....                     Naftalanın yeni başçısı KİM OLACAQ?.. .....                     8 saatlıq iş rejimində... .....                     2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... .....                     "Hələ də inana bilmirəm..." .....                     AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... .....                     ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                     Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu .....                     Azərbaycanın keçmiş Baş naziri 29 il sonra .....                     Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi .....                     Durmadan bahalaşır: .....                     Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək .....                     İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər .....                     Qətllərdən sonra 30 il gizlənə bilmişdi .....                     Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb .....                     Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir .....                     ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" .....                     Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb .....                     İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar .....                     Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE .....                     Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi .....                     "Hansı bəyin səsi varsa, o da oxuya bilər" .....                     “ABŞ Qəzzanı zonalara bölür” .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" .....                     Qərb nəşrindən ilginc iddia .....                     Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir .....                     Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb .....                     İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı .....                     DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı .....                     Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu .....                     "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..." .....                     Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil .....                     TRAMP HAQLI İMİŞ... .....                 

Şair Alxasov dövlətin pullarını necə israf edir... - GİLEY
Tarix: 21-06-2019, 16:13 | Çap et
Şair Alxasov dövlətin pullarını necə israf edir...
Yamyaşıl təpələrin döşündə 16 eyni biçimdə ev ard-arda düzülüb… Bəzilərinin divarlarının boyası tökülüb. Evlər bomboşdur, hiss olunur ki, bir çoxuna tikiləndən bəri insan nəfəsi dəyməyib.

Zənnimiz bizi aldatmır, öyrənirik ki, Qusarın Qənərçay kəndində 2008-ci ildə baş vermiş sürüşmədən zərərçəkənlər üçün tikilən 16 yeni evdən təkcə birində yaşayış var.

Elə o birində ailəsi ilə məskunlaşan Adil Dəmirov 11 il öncə üzləşdikləri təbii fəlakətdən danışır. O deyir ki, xoşbəxtlikdən o vaxt ölüm-itim olmadı, amma kənd sakinlərinin çoxu kəndi tərk etməli oldu.

“Prezidentin hədiyyə kimi verdiyi evlərdə yaşamaq lazımdır”, deyən Adil Dəmirov çətinliklərin də olduğunu deyir: “Bizə təkcə 4 divar verilib. Elə vaxt olur ki, evdə odun qalamasan, şaxta olur”.
“Başqa ərazi təklif etmişdik…”
Adil Dəmirovun ailəsi sürüşmədən sonra Xudata köçüb. Özü isə kənd məktəbinin direktoru olduğundan Qənərçayda qalıb:

“Bu evlərin tikildiyi ərazi bataqlıqdır, ona görə də nəmişlik olur. Təklif etmişdik ki, evləri başqa yerdə tiksinlər. Bu evlərə 1 kilometr məsafədə əvvəllər kənd camaatının istifadə etdiyi bir yer var idi. Amma razılaşmadılar. Evlər orda tikilsəydi camaatın yolu da olardı, mal-qara saxlamağa yeri də. 6 sot yerdə kənd sakini yaşaya bilməz, mal-heyvan saxlamalıdır axı..”

BBC News Azərbaycanca bu evlərin ətraf kəndlərə, daha uzaqlara baş alıb gedən sakinlərini axtarıb. Onlardan biri, hazırda Sudur kəndində yaşayan Kərimxan Qəhrəmanov deyib ki, evini atıb getməyinin səbəbi çoxdur: “Bizim dolanışığımız mal-qaradan çıxır, yeni evlərin isə həyətyanı sahələrində əlavə tikililər, o cümlədən, tövlə yoxdur”.

Ailəsi ilə Sudur kəndində məskunlaşmış Mövlan Qasımov “boş evə necə köçüm” deyir. O danışır ki, evlərin təqdimatı zaman içərisində mebel olub, evlərə sayğac çəkilib, onlara tam təhvil veriləndə isə görüblər ki, “mebel nə gəzir”.
Mövlan Qasımovun da imkanı olmadığından ehtiyac duyduğu mebeli ala bilməyib, üstəlik, evlərin sayğacı da sökülüb.

Sakinlər evlərinə sənəd də ala bilmirmiş. Bəzi sakinlər deyir ki, sənədi olmadığına görə bu evlərdə yaşamağı doğru saymır.

Kəndin daxil olduğu Sudur inzibati ərazisi vahidinin bələdiyyə başçısı Qəzənfər Əmiraslanov evlərin boş qalmasının səbəbini sənədləşdirmədə görür: “Sakinlər evlərin onların hesabına keçirilmədiyi üçün orda yaşamır. Kimisi başqa bir mülkündə, kimisi isə kirayədə yaşayır”.

Fövqəladə Hallar Nazirliyi burda evlərin tikintisinə 2012-cü ildə başlanıb, iki ildən sonra evlər sahiblərinə təhvil verilib.

Azərtac agentliyi yazıb ki, tikilən 16 evlə yanaşı, sakinlərə 6 sot torpaq sahəsi də ayrılıb.
Bəs niyə evlərin hələ də sənədi yoxdur?
Qusar rayon İcra hakimiyyəti sənədi Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında Əmlak Komitəsinin verməli olduğunu deyir. Sakinlər isə hələ də bu rəyi ala bilmirlər.

Fövqəladə Hallar Nazirliyindən özünün tikdiyi evlərə rəy verməməsinin səbəbini öyrənmək mümkün olmayıb.

“Başqa adamın evindən bir-iki stol gətirildi”

Tikilən evlərin mebelsiz təhvilinə gəlincə, Qusar rayon icra hakimiyyəti yeni evlərdə mebellərin əvvəldən nəzərdə tutulmadığını deyir.

“Açılış vaxtı gələn qonaqlara çay süfrəsi üçün başqa adamın evindən bir-iki stol gətirilib, amma başqa otaqlarda mebel olmayıb”, icra hakimiyyətinin sözçüsü Şahid Fərəməzov deyir.

Sudur inzibati ərazi üzrə nümayəndəsi İkram Əsədov evlərin şəraitsiz olması iddiası ilə razılaşmır.

“Hər bir şəraiti var, bulaq var, işıq var, yol var. Yaşaya bilərlər”, o deyir.

“Sakinlər istəyirdilər ki, sürüşmə baş verən ərazidə tikilsin. Amma bu ərazi də sürüşməyə meyilli sayılıb, FHN, Ekologiya Nazirliyinin əməkdaşları o yerlərə baxış keçiriblər və tikinti üçün uyğun sayılmayıb”.

“Dövlət öz borcunu yerinə yetirib”
Evlərin boş qalması rayon rəhbərliyini “narahat etmir”, icra hakimiyyəti başçısının müavini Elman Mustafayev deyir ki, dövlət öz borcunu yerinə yetirib, mülki qəzalı vəziyyətə düşən vətəndaşa ev tikib verib.

“Biz vətəndaşın orada, Qusarda və ya Bakıda yaşamağına qarışa bilmərik. Dövlət ev tikib deyə vətəndaşı ömrünün sonuna qədər orada yaşamağa məcbur edə bilməz axı. Bu vətəndaşın öz işidir”.

Sürüşmədən sonra Qusarın Çubuqlu kəndinə köçən Səttar Əlimirzəyevin ailəsi yaydan-yaya bu evə gəlir. “Şəraitsizliyə görə ancaq yayda qala bilirik”, o deyir.

Səttar Əlimirzəyev ümid edir ki, qonşuları ilə birgə onun da ailəsi təkcə yaydan-yaya yox, ilboyu yaşamaq üçün doğma yerlərə qayıda biləcəklər.

DİA.AZ-a danışan rayondakı mənbə iddia edir ki, əslində bu işdə "yuxarıları" hər hansı formada ittiham etmək doğru olmazdı.

Mənbənin diaaz.space-a söylədikləri: "Təbii ki,pul paytaxtdan ayrılır. Amma icraçı yerdəkilərdir. Və bu işdə birbaşa cavabdeh şəxs məhz Şair Alxasovdur. O, İcra başçısı olaraq bütün bu şikayət doğuracaq məqamları nəzərə almalı idi"...

İddia olunanlarlabağlı müzakirələrə açığıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Bu gün, 04:37
Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Bu gün, 04:24
LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Bu gün, 04:21
Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Bu gün, 04:13
Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Bu gün, 04:07
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Bu gün, 03:55
Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Bu gün, 03:50
8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Bu gün, 03:41
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38
"Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Dünən, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Dünən, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Dünən, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Dünən, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Dünən, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Dünən, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Dünən, 11:49
Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Dünən, 11:40
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Dünən, 11:35
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Dünən, 11:17
Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Dünən, 11:08
"Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Dünən, 10:58
“ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Dünən, 10:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Dünən, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Dünən, 10:39
"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Dünən, 10:25
Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Dünən, 10:21
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:19
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Dünən, 10:16
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Dünən, 10:13
DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Dünən, 09:54
Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Dünən, 09:53
"Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Dünən, 09:36
Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Dünən, 09:23
TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Dünən, 09:17
Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Dünən, 09:11
Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Dünən, 09:02
İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Dünən, 08:54
İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Dünən, 08:46
Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Dünən, 08:43
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Dünən, 07:46
Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Dünən, 07:41
"MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Dünən, 07:39
'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Dünən, 07:35
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Dünən, 07:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru