“İbrahim sazişləri” Azərbaycana nə verəcək? .....                     Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq .....                     LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... .....                     Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... .....                     Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ .....                     “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb .....                     Naftalanın yeni başçısı KİM OLACAQ?.. .....                     8 saatlıq iş rejimində... .....                     2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... .....                     "Hələ də inana bilmirəm..." .....                     AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... .....                     ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                     Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu .....                     Azərbaycanın keçmiş Baş naziri 29 il sonra .....                     Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi .....                     Durmadan bahalaşır: .....                     Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək .....                     İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər .....                     Qətllərdən sonra 30 il gizlənə bilmişdi .....                     Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb .....                     Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir .....                     ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" .....                     Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb .....                     İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar .....                     Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE .....                     Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi .....                     "Hansı bəyin səsi varsa, o da oxuya bilər" .....                     “ABŞ Qəzzanı zonalara bölür” .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" .....                     Qərb nəşrindən ilginc iddia .....                     Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir .....                     Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb .....                     İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı .....                     DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı .....                     Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu .....                     "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..." .....                     Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil .....                     TRAMP HAQLI İMİŞ... .....                 

Dilçilik İnstitutunda termin yaradıcılığını düzgün anlamırlar - İTTİHAM
Tarix: 30-05-2019, 18:19 | Çap et
Dilçilik İnstitutunda termin yaradıcılığını düzgün anlamırlar
Sayqılı Sayalı xanım və onun “plagiat briqadası”, plagiat kitabın möhtərəm baş redaktorları akademik İsa Həbibbəyli və akademik Möhsün Nağısoylu, görün, professor İdris Abbasov düz yoldadır, ya sizlər?!

Güclü məntiqə söykənən yazı həm də güclü faktlara, vətəndaşlıq qeyrətinə, millət təəssübçülüyünə, haqqa, ədalətə söykənən olmalıdır. Başda institut direktoru olmaqla, Dilçilik İnstitutunun bəzi əməkdaşlarının institutun Nəzəri Dilçilik şöbəsinin müdiri, professor İdris Abbasov haqqında olan bir sıra yazılarının başdan-başa qərəzçiliyə, doğrudan uzaq mühakimələrə söykənmiş olduğuna heç bir şübhə yeri yoxdur. Onlar İdris müəllimi elə təsvir edirlər, elə bil o, savadsızın, böhtançının, yalançının, nankorun biridir...

Təəccüblüdür, Terminologiya Şöbəsinin müdiri professor Sayalı Sadıqova İdris müəllimi elmi rəhbərinin əsərində plagiatlıq olduğunu göstərməsini nankorluq adlandırır. Buna təəssüflənməmək olmur. Çünki düzünə qalsa, bu fakt nankorluq deyildir, vicdanlılıqdır, düzgünlükdür, haqqın, həqiqətin yanında olmaqdır, əyrini deyil, düzü qəbul etməkdir. Bu keyfiyətlər institut əməkdaşlarının düşündükləri kimi, savadsızlara, intizamsızlara, ağılsızlara deyil, ağıllılara, savadlılara, bir sözlə böyük vicdan sahiblərinə mənsubdur. Zaman gələcək, İdris Abbasov haqqında deyilən qərəzli fikirlər zəif düşüncənin, cılız beyinlərin məhsulu kimi anılacaq. İdris müəllim isə, elmin fövqündə dayanacaq. Onun haqqında qərəzli fikir deyənlər ittiham və qınaq hədəfinə çevriləcəklər.

İdris müəllim öz ustadıyla yanaşı, işlədiyi institut əməkdaşlarının (prof. Sayalı Sadıqova və başqaları) oğurladığı “izahlı dilçilik terminləri lüğəti” kitabının da plagiat olduğunu təsdiqləmişdir. O, elmdə düz yol tutmayanı, dövləti, xalqı aldadanı sevmir, haqqın tərəfini saxlayır, plagiat əsərlə şöhrətlənməyi və yüksəlməyi qəbul etmir, yumşaq yaltaqlıq göstəricisi olduğu üçün üzgörənlikdən uzaqdır. Bu yolların elmin, dövlətin inkişafına əngəl olduğunu, insan mənəviyatıyla ziddiyət təşkil etdiyini görür və rədd edir. Sayqılı Sayalı xanım və onun “plagiat briqadası”, plagiat kitabın möhtərəm baş redaktorları akademik İsa Həbibbəyli və akademik Möhsün Nağısoylu, görün, professor İdris Abbasov düz yoldadır, ya sizlər?! Doğrusu, mən Abbasovun tərəfini saxlamıram, onun tutduğu yolun düzgünlüyünü bəyənirəm və qəbul edirəm. Onun savadlı, haqsevər, ədalət tərəfdarı, dövlətini, Vətənini yüksək dərəcə sevən, böyük millət təəssübçüsü, milli qeyrət sahibi olan, xalqın fəxrinə layiq nadir alimlərdən olduğunu deyirəm. Bu, elə belə, boğazdan yuxarı deyilmiş söz deyildir. İdris Abbasovun tərcüməsində, tədqiqində və şərhində 1000 səhifəlik "Türk-tatar dilinin ümumi qrammatikası" əsərini kim oxusa, başqa cür qənaətə gəlməsinə vicdanı yol verməz.

İdris Abbasov cavan, dərin zəkası, güclü istedadı olan, savadlı, vicdanlı, haqsevər, Vətənsevər, böyük millət təəssübçülüyünə malik olan alimdir. Kim deyə bilər, o, bu keyfiyətlərinə görə gələcəyin Ziya Bünyadov, Üzeyir Bəy Hacıbəyli, özünün çox sevdiyi Mirzə Məhəmməd Əli Kazım Bəy... kimi nadir şəxslərindən, nadir alimlərindən olmayacaq? Onu “burunlayan”lar isə, Azərbaycanın dilçilik elminə heç bir yenilik gətirməyən, dilçi alim olaraq heç kimin tanımadığı plagiatçı və plagiatçılığa meyilli şəxslərdir. Özəllikcə onun kimi alimlərə layiqincə sayqı və qayğı göstərilməlidir.

Dahi alimin dilçiliklə ilişkisi olan və olmayan başqa əsərlərini tərcümə eləyə bilən şəxs varmı Dilçilik İnstitutunda? Yoxdursa, "Türk-tatar dilinin ümumi qrammatikası" əsərini də tərcümə edə bilən şəxs yoxdur. Bu möhtəşəm əsəri İdris Abbasov layiqincə tərcümə eləyə bildi (onu mükəmməl tədqiq və şərh də elədi) demək, o biri əsərlərini də tərcümə, tədqiq eləyə və şərhini yaza bilər. Dilçilik İnstitutunun əməkdaşları bunu nəzərə ala bilərlərmi?

Görünən cəhətlərdən biri də odur, dahi Mirzə Məhəmməd Əli Kazım Bəy 1839-cu ildə yazmış olduğu bu möhtəşəm əsərini İdris Abbasov möhtəşəm tərcümə, tədqiq və şərh etmişdir. Ancaq Möhsün Nağısoylu, Sayalı Sadıqova və Nəsimi adına o boyda Dilçilik İnstitutunun başqa əməkdaşları onu indiyədək heç olmasa, tərcümə belə, etməmişldir. Bu institut “Azərbaycan elmi-araşdırma dilçilik institutu”dur, Dahi Mirzə Kazım Bəyin əsəri də Azərbaycan dilinin ilk möhtəşəm elmi qrammatikasıdır. Vurğuladığımız şəxslərdə heç olmasa, Vətənsevərlik işartısı, millət təəssübçülüyü görüntüsü, dahi Mirzə Kazım Bəyə məhəbbət qığılcımı olsaydı, İdris Abbasov haqqında qərəzçi, uydurma fikirləri dillərinə gətirməzdilər. Kim İdris Abbasovun dərin zəkalı bir alim, qeyrətli bir Vətəndaş və millət təəssübçüsü, haqsevər, ədalət tərəfçisi kimi kimliyini bilmək istəyirsə, ən azı istisnasız, böyük dilçi millətsevər alim, akademik Nizami Cəfərovun "Türk-tatar dilinin ümumi qrammatikası” əsərinə Mirzə Kazım Bəyin İdris Abbasovun tərcüməsində elmi redaktor olaraq yazdığı ön sözü oxusun və kitabı nəzərdən keçirsin. Dilçilik institutunun başda Sayalı Sadıqova olmaqla “mənəvi irs oğruları” və “İzahlı dilçilik terminləri lüğəti” kitabının baş redaktorları oğurluğu etiraf etməklə, öz doğma xalqlarından üzr istəməlidirlər. Üzr istəmirlərsə, onda, plagiatçılıq yolundan çəkilmək fikrində deyillər.

Acınacaqlısı həm də odur, direktoru akademik Möhsün Nağısoylu olan Dilçilik İnstitutu görməli olduğu işləri görmür, iş görənin işinə də cürbəcür yollarla əngəl törətməyə çalışır. İnstitutun bu işi artıq ictimai səhnəyə çıxarılıb. Qaldı institutun görməli olduğu işlərə, bu işlər, dilimizin təmizliyinin qorunması, işlənmə imkanlarının, qanunauyğunluqlarının öyrənilməsi, terminologiya məsələləri, dilin yeni sözlər və terminlərlə zənginləşdirilməsi, inkişafı... ilə bağlı məsələlər aiddir. Bunlar arasında terminologiya məsələləri özəl yer tutur. Çünki elm, texnika, kosmik sənaye durmadan inkişafdadır, yeni-yeni məişət yaraqları ortaya çıxır. Bu baxımdan, fənni, cihaz və yaraqları mənimsəmə işində terminlər özəl önəm daşıyır. Termin anlaşılmaz olanda mənimsəmə də çətin olur. Termin yaradıcılığı dilçilik sahəsinə aiddir və çox ağır, olduqca məsuliyətli sahədir. Odur, AMEA Nəsimi adına Dilçilik İnstitunda Terminologiya şöbəsi yaradılmışdır. Əcnəbi dillərdə yeni terminlər ortaya çıxanda bu şöbə onun dilimizdə qarşılığını tapmalı, ya da yeni termin yaratmağa çalışmalıdır.

Bilindiyi kimi, elmin, texnikanın müxtəlif sahələrində, ayrı-ayrı məişət yaraqlarında müxtəlif terminlər işlədilməsi lazım gəlir. Hər bir termin uyğun sahənin spesifik cəhətlərini özündə əks etdirməlidir. Odur, termin yardıcılığı sahəsində çalışan şəxs elmin (fizika, riyaziyat, kimya, biologiya, geologiya, coğrafiya, tarix, fəlsəfə, filologiya...), texnikanın bütün sahələrindən bilgili olmalıdır. Elm sahələrindən bilgisi olmayan şəxs bu sahələrin terminlərini necə yarada bilər? Ancaq, bilindiyi kimi, professor Sayalı Sadıqova termin yaradıcılığı üçün lazım olan bu tələbə zərrə qədər də cavab vermir. Bundan dolayı, devlət dilində (milli dildə) yeni terminlər yaratmaq üçün dilin güclü söz bazası olmalıdır. Bu məqsədlə bölgələrdə, şəhərlərdə, kəndlərdə işlənən danışıq dilindən sözlər yığılaraq çap olunmalıdır. Rus dilinin zənginliyi də bu yoldan istifadə etməklə mümkün olmuşdur. Böyük vətəndaşlıq qeyrətinə malik, vicdanlı folklorçu, etnoqraf, leksikoqraf Luqanski Kazakı Vladimir İvanoviç Dal Rusiyanı kəndbəkənd, şəhərbəşəhər, regionbaregion gəzərək xalq arasında şlənən danışıq dilindən sözləri toplamış və zənginliyinə görə misilsiz sayılan “Böyük rus dili izahlı lüğəti”ni tərtib etmişdir. Bu anlamda, rus dilinin zənginliyi qarşılığında ruslar Vladimir İvanoviç Dala minnətdar olmalıdır. Gətirilən misaldan bir daha göründüyü kimi, kəndlərdə, şəhər və regionlarda işlənən danışıq dilindəki sözlərin toplanması termin yaradıcılığı ilə yanaşı, həm də dilin zənginləşməsində, inkişafında mühüm rol oynayan faktordur. Bir də, eyni kökə mənsub dillərdə işlədilən anlaşıqlı, lazımlı məzmun daşıyan terminlərdən istifadə etmək də milli dilin termin yaradıcılığında müəyyən önəm daşıya bilər. Ancaq bu işlərin heç biri AMEA Nəsimi adına Dilçilik İnstitutunda görülməmişdir və görülmür. Amma, institutun Terminologiya Şöbəsinin müdiri Sayalı Sadıqova bizdə termin yaradıcılığını yanlış olaraq terminləri əcnəbi dillərdən götürüb dilimizə uyğunlaşdırmaq işi kimi anlayır. Əsla belə deyildir və belə ola da bilməz. Bu, olsa-olsa, “plagiat” sayılan bir iş ola bilər.

Dilçilik İnstitutunda termin yaradıcılığını düzgün anlamırlar. İnstitutun Terminologiya Şöbəsinin müdiri prof.Sayalı Sadıqova arabir termin yaradıcılığına aid televiziya çıxışlarında deyir: “yüzlərcə terminləri öz əcnəbi dillərdən götürüb dilimizə uyğunlaşdırmışıq”. Dediyildiyi kimi, “əcnəbi dildən götürülmüş terminləri öz dilimizə uyğunlaşdırrmaq” işində yaradıcılıq əməli yoxdur və bu, mexaniki köçürmə sayılır. Bu baxımdan, əcnəbi dillərdə olan terminləri öz dilimizə uyğunlaşdırmaq (məsələn, facebook-u feycbuk yazmaq...) heç də termin yaradıcılığı sayıla bilməz. Gəldiyimiz qənaət belədir: Dilçilik İnstitutu və onun Terminologiya Şöbəsi gerçək işlə (termin yaradıcılığı) deyil, gözə kül üfürməklə məşğuldur. Göründüyü kimi, Dilçilik İnstitutu “İzahlı dilçilik terminləri lüğəti” ortaya çıxardığını KİV-də car çəkdi. Bu lüğətin “mənəvi irsin oğurlanması” (“plagiat”) olduğu az müddətə ortaya çıxdı. Bu faktı institutun Nəzəri Dilçilik Şöbəsinin müdiri professor İdris Abbasov da təsdiqlədi. İnstitutda buna görə o, təqiblərlə üz-üzə gəldi. Bilindiyi kimi, Vətəndaşlıq qeyrəti və milli təəssübçülüyü sayəsində öz təşəbbüsü ilə o, dahi alimimiz Mirzə Kazım Bəyin "Türk-tatar dilinin ümumi qrammatikası" əsərinin tərcüməsi, tədqiqi və şərhi kitabı istisna olmaqla (bu kitabın çapına institut pul ayırmadı və onu İdris müəllim öz qəpik-qəpik topladığı puluna çap etdirdi) institutun dilçiliyə aid başqa bir faydalı işi ortada yoxdur. Ancaq, institutun çalışmaları üçün devlət hər cür şərait yaradır. Çox təəssüf, devlətdən maliyələşən institut bunların qarşılığında devlət üçün lazımi iş yerinə yetirmir.

Öz dilimizdə istənilən anlamı ifadə edə, termin kimi işlədilə bilən sözlərimiz yetərincədir. Bu sözləri yuxarıda deyildiyindən dolayı, şəhərlərimizdə, kəndlərimizdə, regionlarımızda axtarıb yığa bilərik. Mən Yardımlı rayonunun Gilar kəndindən uşaqlıq çağlarımdan danışıq dilində eşitdiyim sözlərdən bir çoxunun fizikada, riyaziyatda, kimyada, biologiyada, texnikada, tibbdə, məişətdə... anlaşıqlı termin kimi işlənə biləcəyinə diqqət yönəltdim. Məsələn: kimyada reaksiya anlayışı var, kənd danışıq dilində qovuşma, assosiasiya var, kənddə qurşanma, məişətdə raskladuşka var, kənddə buna yığaç deyirlər, otvyorka buraç adlanır; həndəsədə maili xətt var, kənddə buna əynəmli xətt, mailə əynəm deyirlər; anatomiyada skelet sözü var, kənddə buna ələngə deyirlər; texnikada sverlo sözü var, kənddə buna məhə deyirlər; idmanda boks sözü kənddə tımba adlanır... Demək istəyirəm, termin yaradıcılığında böyük axtarış, böyük əmək sərfi lazımdıır. Bunun üçün şəhərlərdən, kəndlərdən danışıq dilindəki sözləri yığıb çap elətdirmək, termin yaradıcılığıyla məşğul olmaq üçün yaxşı sonuc verə bilər. Bizdə bu durum son dərəcə acınacaqlıdır. Bir var, şagird, tələbə yad sözlərdən düzəldilmiş terminləri yadda saxlamağa çalışsın, bir də var, yaddaşında elmi saxlamağa vaxt sərf eləsin. Doğrusu, mən bu sahənin adamı deyiləm. Ancaq təhsil aldığım müddətdə terminlərlə bağlı çətinliklərlə bütün başqaları kimi, mən də üzləşmişəm.

Bu işləri layiqincə yerinə yetirmək üçün vicdanla, milli qeyrət hissilə çalışmaq, ilk öncə bu haqda özünə hesabat vermək tələb olunur.
Bəhmən SULTANLI
\\hurriyyet.org\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Bu gün, 04:37
Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Bu gün, 04:24
LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Bu gün, 04:21
Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Bu gün, 04:13
Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Bu gün, 04:07
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Bu gün, 03:55
Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Bu gün, 03:50
8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Bu gün, 03:41
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38
"Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Dünən, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Dünən, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Dünən, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Dünən, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Dünən, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Dünən, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Dünən, 11:49
Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Dünən, 11:40
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Dünən, 11:35
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Dünən, 11:17
Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Dünən, 11:08
"Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Dünən, 10:58
“ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Dünən, 10:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Dünən, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Dünən, 10:39
"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Dünən, 10:25
Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Dünən, 10:21
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:19
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Dünən, 10:16
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Dünən, 10:13
DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Dünən, 09:54
Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Dünən, 09:53
"Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Dünən, 09:36
Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Dünən, 09:23
TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Dünən, 09:17
Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Dünən, 09:11
Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Dünən, 09:02
İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Dünən, 08:54
İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Dünən, 08:46
Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Dünən, 08:43
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Dünən, 07:46
Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Dünən, 07:41
"MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Dünən, 07:39
'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Dünən, 07:35
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Dünən, 07:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru