Dövlət Gömrük Komitəsinə ağır öhdəlik... - Səfər Mehdiyev bacaracaqmı?
Tarix: 11-12-2018, 12:14 | Çap et
 Vergilər Nazirliyinin və Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı Qulu İbrahimli Dövlət Gömrük Komitəsinin 2018-ci ilin 11 ayında büdcə daxilolmalarını Strateq.az saytı üçün şərh edib. Ekspert bildirir ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 253,1 milyon manat məbləğində vəsait daxil olub. Beləliklə, 2018-ci ilin dürüstləşmiş dövlət büdcəsində DGK üçün müəyyən olunmuş 3 190,0 milyon manat illik proqnoz məbləği 101,98%, yəni 63,1 milyon manatartıqlaması ilə cari ilin 11 ayı ərzində vaxtından qabaq icra edilib: "DGK xətti ilə dövlət büdcəsinin gəlir mənbələri üzrə illik proqnoz məbləğlərinin cari ilin 11 ayı ərzində təmin olunan icra göstəriciləri gömrük rüsumlarında 827,45 milyon manat daxiloma ilə 107,74%, malların idxalına görə ƏDV-də 2 223,8 milyon manat daxilolma ilə 100,17%, aksizlərdə 165,3 milyon manat daxilolma ilə 96,12%, yol vergisində 36,5 milyon manat daxilolma ilə 121,74% olub”. Qulu İbrahimli bildirib ki, dövlət büdcəsinə 2018-ci ilin yanvar-noyabr aylarında DGK xətti ilə daxil olan vəsaitin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 869,7 milyon manat və ya 36,49% çox olub: "Ötən ilin eyni dövrü ilə müqayisədə gömrük rüsumları üzrə 194,5 milyon manat və ya 30,72%, ƏDV üzrə 583,4 milyon manat və ya 35,57%, aksizlər üzrə 87,1 milyon manat və ya 2,1 dəfə, yol vergisi üzrə 4,7 milyon manat və ya 14,7% çox daxilolma olub”. Ekspert daha sonra qeyd edib ki, 2018-ci ilin on bir ayında DGK-nin orta aylıq büdcə daxilolmaları 295,73 milyon manat təşkil edib. Onun sözlərinə görə, ən yuxarı daxilolma oktyabr ayında (378,1 milyon manat), ən aşağı daxilolma isə fevral ayında (219,7 milyon manat) olub:
"Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 6 dekabrda mətbuata verdiyi açıqlamada bildirib ki, həmin gün üçün DGK illik plan proqnozunu artıqlaması ilə yerinə yetirib və həmin tarixə 3 mlrd. 380 mln. manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub. Komitə sədrinin açıqlamasına və on bir aylıq daxilolma rəqəmlərinə əsaslanaraq deyə bilərik ki, dekabrın ilk on günü ərzində DGK tərəfindən büdcəyə ödənilən vəsaitin məbləği 150,0 milyon manatdan çox olub. Burdan belə nəticəyə gəlmək olar ki, dekabr ayı üçün daxilolmanın həcmi təqribən 400,0 milyon manat ətrafında ola bilər. Bu da indiyədək olan dövrdə DGK tərəfindən bir ayda təmin olunan ən yuxarı göstərici olar”. Ekspert vurğulayıb ki, 2018-ci lin yekununda DGK xətti ilə dövlət büdcəsinə təmin olunacaq vəsaitin 3 190,0 milyon manat proqnoza qarşı təqribən 3 600,0 milyon manatdan yuxarı ola bilməsini, beləliklə, 15%-lik və ya 450,0 milyon manatlıq artıq əməletmə proqnozlaşdırıla bilər. Xatırladaq ki, 2018-ci ilin dövlət büdcəsinin əvvəl təsdiq olunmuş variantında DGK üçün proqnoz 2 430,0 milyonmanat müəyyən olunmuşdu. 2018-ci ilin ortasında dövlət büdcəsinə yenidən baxılaraq, DGK-nin proqnozu 760,0 milyon manat artırılıb və 3 190,0 milyon manata dürüstləşdirilib. 2018-ci ilin yekununda dövlət büdcəsinə DGK-nin təmin edəcəyi vəsaitin həcmi həm büdcənin ilkin variantındakı proqnozu, həm də 2017-ci ilin faktiki daxilolmasını (2608,8 milyon) 1,0 milyard manatdan çox üstələyəcək. 2018-ci ilin son təsdiq olunmuş dövlət büdcəsində 951,0 milyon manat büdcə kəsiri nəzərdə tutulub. İlin yekununda Gömrük Komitəsi tərəfindən proqnoza artıq əməletmə nəticəsində dövlət büdcəsinin həmin kəsiri yarıyadək azala bilər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” - ETİRAZ
Bu gün, 18:40 |
|
|
|
| • “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb – Yeni məbləğ
Bu gün, 18:38 |
|
|
|
| • Ələsgər sənətdən nakam getdi... - ANIM
Bu gün, 15:01 |
|
|
|
| • Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə HÖKM OXUNDU
Bu gün, 14:59 |
|
|
|
| • “Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu - VİDEO
Bu gün, 14:52 |
|
|
|
| • Ağdərədə mina partlayışı: Xəsarət alan var - Sırxavənd kəndi ərazisində...
Bu gün, 14:30 |
|
|
|
| • Ukrayna strateji məğlubiyyətə doğru gedir - Röpke
Bu gün, 14:28 |
|
|
|
| • Zelenski Putinə qoyduğu qadağanı ləğv edir?
Bu gün, 13:27 |
|
|
|
| • Putin-Tramp görüşü hələlik təxirə salınıb - Uşakov
Bu gün, 13:23 |
|
|
|
| • "O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" - Prezident İlham Əliyev
Bu gün, 13:20 |
|
|
|
| • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Bu gün, 12:56 |
|
|
|
| • Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Bu gün, 12:49 |
|
|
|
| • "Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Bu gün, 12:28 |
|
|
|
| • “Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Bu gün, 12:22 |
|
|
|
| • Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Bu gün, 12:18 |
|
|
|
| • Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Bu gün, 11:52 |
|
|
|
| • Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Bu gün, 11:40 |
|
|
|
| • Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
| • Zəngəzur dəhlizi strateji təklif kimi görünür - Japarov
Bu gün, 11:29 |
|
|
|
| • Regionda mühüm gedişat: 5 ölkə qərar verdi – Zəngəzur planı işə düşür
Bu gün, 11:25 |
|
|
|
| • 'Ana Vətən' TƏMİZLƏNİR... - Görünəni odur ki...
Bu gün, 11:21 |
|
|
|
| • Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub...
Bu gün, 11:18 |
|
|
|
| • Azərbaycan tamhüquqlu iştirakçı oldu - AÇIQLANDI
Bu gün, 11:09 |
|
|
|
| • Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... - Hələliksə...
Bu gün, 10:57 |
|
|
|
| • “Onlara görə subay qalmışam” – Gənc müğənni əsəbiləşdi
Bu gün, 10:49 |
|
|
|
| • 1362-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:46 |
|
|
|
| • Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... - İLGİNC
Bu gün, 10:40 |
|
|
|
| • İşçilərin bunları bilməsi MÜTLƏQDİR... - DİQQƏT
Bu gün, 10:19 |
|
|
|
| • "Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." - Xeyrəddin Qoca
Bu gün, 10:09 |
|
|
|
| • Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
| • İslam Mahaçev UFC çempionu oldu
Bu gün, 09:59 |
|
|
|
| • Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? - ARAŞDIRMA
Bu gün, 09:57 |
|
|
|
| • Ramiz Mehdiyev işində son gəlişmə – İki nəfər cəzalandırılıb
Bu gün, 09:55 |
|
|
|
| • NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
| • Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək
Bu gün, 09:51 |
|
|
|
| • “İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Bu gün, 04:37 |
|
|
|
| • Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Bu gün, 04:24 |
|
|
|
| • LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Bu gün, 04:21 |
|
|
|
| • Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Bu gün, 04:13 |
|
|
|
| • Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Bu gün, 04:07 |
|
|
|
| • “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Bu gün, 03:55 |
|
|
|
| • Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Bu gün, 03:50 |
|
|
|
| • 8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Bu gün, 03:41 |
|
|
|
| • 2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38 |
|
|
|
| • "Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31 |
|
|
|
| • AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27 |
|
|
|
| • ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55 |
|
|
|
| • Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52 |
|
|
|
| • Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49 |
|
|
|
| • Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46 |
|
|
|
|