Bakı meri postu uğrunda daha iki başçı mübarizə aparıbmış... - KİMLƏR?
Tarix: 27-11-2018, 11:38 |
Çap et
DİA.AZ: - Məlum olduğu kimi, bu günlərdə prezident İlham Əliyev Bakı meri postuna Eldar Əziziovu təyin etdi. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, bu posta iddialı olan sən demə, təkcə Eldar Əziziov deyilmiş. Və daha iki namizəd iddialı kimi mübariə aparırmış...
Məlumatlı mənbə diaaz.space-a açıqlamasında iddia edir ki, Bakı meri vəzifəsi üçün qollarını çırmayanlardan biri hazırda Lənkərana rəhbərlik edən Taleh Qaraşov olub. Mənbənin söylədikləri: "Amma cənab Qaraşovun arzusu ürəyində qalıb. Əslində Qaraşov nəinki bu iddiasını gerçəkləşdirə bilməzdi, hətta hazırda tutuduğu postda qalıb-qalmaması belə sual altındadır".
İkinci namizədin isə yetərincə şanslı olduğunu qeyd edən mənbə onun adını açıqlamaqdan imtina edərək bəzi məqamları diqqətə açtdırıb: "Həmin şəxs də icra başçısıdır və kifayət qədər nüfuzludur. Hətta "mafioz" xarakterli başçılardan hesab olunur. Amma nə qədər güc sahibi olsa da, iddialarını gerçəkləşdirə bilmədi".