Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub .....                     Azərbaycan təhsili hara gedir? .....                     “Lukoil”də ancaq nağd ödəniş alınır .....                     Dana əti adı ilə at əti satırlar .....                     “Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” .....                     “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb .....                     Ələsgər sənətdən nakam getdi... .....                     Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə .....                     “Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu .....                     Ağdərədə mina partlayışı: Xəsarət alan var .....                     Ukrayna strateji məğlubiyyətə doğru gedir .....                     Zelenski Putinə qoyduğu qadağanı ləğv edir? .....                     Putin-Tramp görüşü hələlik təxirə salınıb .....                     "O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" .....                     Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? .....                     Belçikadan Azərbaycana dəstək bəyanatı .....                     "Bu, qorxuya əsaslanan tərifdir" .....                     “Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” .....                     Daha bir yeniyetmə anasını qətlə yetirdi .....                     Zay məhsulu satırlar... sonra da... .....                     Bu, Azərbaycan üçün ona görə vacibdir ki... .....                     Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... .....                     Zəngəzur dəhlizi strateji təklif kimi görünür .....                     Regionda mühüm gedişat: 5 ölkə qərar verdi .....                     'Ana Vətən' TƏMİZLƏNİR... .....                     Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı .....                     Azərbaycan tamhüquqlu iştirakçı oldu .....                     Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... .....                     “Onlara görə subay qalmışam” .....                     1362-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... .....                     İşçilərin bunları bilməsi MÜTLƏQDİR... .....                     "Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." .....                     Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş .....                     İslam Mahaçev UFC çempionu oldu .....                     Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? .....                     Ramiz Mehdiyev işində son gəlişmə .....                     NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? .....                     Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək .....                     “İbrahim sazişləri” Azərbaycana nə verəcək? .....                 

Rza Zərrabın əmisinin şirkəti Bakıda heç kimi saymır? - “AUTO AZERBAİJAN” ÖZƏL MÜLKÜ SÖKDÜ, PULUNU VERMƏDİ...
Tarix: 2-11-2018, 12:11 | Çap et
Rza Zərrabın əmisinin şirkəti Bakıda heç kimi saymır?
“Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi distributoru olan “Auto Azerbaijan” şirkəti Bakının Babək prospektində “Ərgünəş” Kiçik Müəssisəsinə məxsus olan qeyri-yaşayış sahəsini söküb, amma pulunu verməkdən hələ də imtina edir. Bu barədə “Ərgünəş” KM-in direktoru Qəzənfər Fətullayevin virtualaz.org saytına daxil olmuş şikayətində bildirilir.

Q.Fətullayevin müraciətində deyilir ki, onun təsisçisi və direktoru olduğu “Ərgünəş” KM uzun illər qanuni əsaslarla Bakının Nizami rayonu, Ə.Nəvai küçəsi, 1 saylı ünvanda yerləşən Qazan Mexaniki Zavoduna məxsus 2 mərtəbəli qeyri yaşayış sahəsinin (zavodun idarə binasının) 1-ci mərtəbəsində 30,5 kv.m-lik qeyri yaşayış sahəsində fəaliyyət göstərib. 1998-ci ildə həmin qeyri-yaşayış sahəsi “Ərgünəş” KM tərəfindən satın alınıb və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən şirkətə həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmasını təsdiq edən mülkiyyət şəhadətnaməsi verilib.

2013-cü ildə “Auto Azerbaijan” MMC Bakı Qazan Mexaniki Zavoduna məxsus idarə binasını hasara alaraq sökməyə başlayıb. Bunu görən Q.Fətullayev binada yerləşən, iki otaqdan ibarət olan və həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət sənədini “Auto Azerbaijan” MMC-nin rəhbərliyinə təqdim edib. Bildirib ki, mülkiyyətin hüquqi müqəddəratı həll edilmədən onun sökülməsi yolverilməzdir.

Q.Fətullayevin bildirdiyinə görə onun müəssisəsi həmin qeyri-yaşayış sahəsində nəşriyyat işi ilə məşğul olurdu və bu müəssisədən iki ailə dolanırdı.

Şikayətçi məlumat verir ki, “Auto Azerbaijan” MMC-nin təsisçiləri 3 İran vətandaşıdır: Abroumand

Azar Saeid Ghorbanali, Mohaghegh Eromi Omid Nader və Mohaghegh Eromi Amid Nader.

Bir neçə gün sonra şirkətin iki nümayəndəsi – Vüqar Hüseynbəyli və Firdovsi Vəliyev Q.Fətullayevlə görüşüblər. Ona şəhərin ən gur prospektlərindən birində, yol kənarında yerləşən, yəni kommersiya əhəmiyyətli qeyri-yaşayış sahəsinə görə cəmi 15 min manat təklif ediblər. Mülkiyyətin sahibi bu təkliflə razılaşmayıb, çünki şəhərin bu hissəsində eyni ölçülü qeyri-yaşayış sahəsinin bazar dəyəri həmin məbləğdən dəfələrlə yuxarıdır.

“Razılaşmadığımı görüb mənə hədə-qorxu gəldilər, heç kimdən qorxmadıqlarını və istənilən məhkəmədə “Auto Azerbaijan” şirkətinin xeyrinə istənilən qərarın çıxarılmasına nail olacaqlarını dedilər. Nəhayət mülkiyyət hüquqmuzu tapdalayaraq əmlakımı darmadağın etdilər, mənə külli miqdarda ziyan vurdular”-müraciətdə deyilir.

Q.Fətullayev bildirir ki, 2013-cü ildən bəri “Auto Azerbaijan” şirkətinin ona məxsus mülkiyyəti dağıtmasına görə müxtəlif instansiyalara, hüquq-mühafizə orqanlarına da şikayət edib. Amma qanun pozuntusunun qarşısı alınmayıb. “Auto Azerbaijan” şirkəti Fətullayevin müəssisəsinə aid olan mülkiyyətin dəyərini ödəməkdən imtina edib və şikayətçinin bildirdiyi kimi, “heç kimi saymır”.

Əlbətdə, belə vəziyyətdə “Ərgünəş” KM məhkəməyə müraciət etməli olur və Bakı Apellyasiya Məhkəməsi 2018-ci ilin avqustunda “Auto Azerbaijan” şirkəti tərəfindən iddiaçının mülkiyyətinin sökülməsi nəticəsində yerində yeni qeyri-yaşayış sahəsinin tikintisinin aparılmasını qadağan edir. Habelə şirkətin bəzi əmlakına həbs qoyulmasına qərar verilir. Buna baxmayaraq həmin hökm də hələ icra edilməmiş qalır, Q.Fətullayev deyir ki, hazırda “Auto Azerbaijan” sökdüyü binanın yerində “nəsə iri obyekt” tikir ...

Virtualaz.org qeyd edir ki, “Auto Azerbaijan” MMC “NAB Holding” şirkətlər qrupunun tərkibinə daxildir. Bu holdinqin səhmlərinin bir hissəsi ABŞ-ın tətbiq etdiyi sanksiyaları pozaraq İran pullarının “yuyulmasını” həyata keçirdiyi üçün Birləşmiş Ştatlarda həbs edilən, daha sonra FTB ilə anlaşıb yüngül cəza alan azərbaycan əsilli iranlı milyarder, qızıl alverçisi Rza Zərrabın bacısının əri Şəhram Oromiyə məxsusdur. Oromilər Azərbaycanda geniş biznes imkanlarına sahibdir.

“Auto Azerbaijan” şirkətinin təsisçiləri arasında yer alan Omid Mohaghegh Oromi isə Rza Zərrabın əmisidir. Şəhram Mohaghegh Oromi onun oğludur. Yəni Rza Zərrabın bacısının öz əmisi oğlu ilə evləndiyi müəyyən olunur. Rza Zərrabın barəsində Türkiyədə qaldırılmış cinayət işi çərçivəsində onun aktivlərinə həbs qoyulması məsələsi gündəmə gələndə “NAB Holding”in də adı çəkilirdi. O zaman Şəhram Oromi bildirmişdi ki, Rza Zərrabla heç bir biznes əlaqələrinə malik deyil. Daha sonra Şəhram Orominin holdinqin İdarə Heyətindən çıxdığı bildirilirdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub
Dünən, 23:16
Azərbaycan təhsili hara gedir? - Rəqəmsal çağın tələbləri və real vəziyyət
Dünən, 23:12
“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu
Dünən, 23:07
Dana əti adı ilə at əti satırlar - Ekspert deyir ki...
Dünən, 23:04
“Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” - ETİRAZ
Dünən, 18:40
“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb – Yeni məbləğ
Dünən, 18:38
Ələsgər sənətdən nakam getdi... - ANIM
Dünən, 15:01
Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə HÖKM OXUNDU
Dünən, 14:59
“Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu - VİDEO
Dünən, 14:52
Ağdərədə mina partlayışı: Xəsarət alan var - Sırxavənd kəndi ərazisində...
Dünən, 14:30
Ukrayna strateji məğlubiyyətə doğru gedir - Röpke
Dünən, 14:28
Zelenski Putinə qoyduğu qadağanı ləğv edir?
Dünən, 13:27
Putin-Tramp görüşü hələlik təxirə salınıb - Uşakov
Dünən, 13:23
"O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" - Prezident İlham Əliyev
Dünən, 13:20
Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Dünən, 12:56
Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Dünən, 12:49
"Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Dünən, 12:28
“Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Dünən, 12:22
Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Dünən, 12:18
Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Dünən, 11:52
Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Dünən, 11:40
Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... - TƏFƏRRÜAT
Dünən, 11:34
Zəngəzur dəhlizi strateji təklif kimi görünür - Japarov
Dünən, 11:29
Regionda mühüm gedişat: 5 ölkə qərar verdi – Zəngəzur planı işə düşür
Dünən, 11:25
'Ana Vətən' TƏMİZLƏNİR... - Görünəni odur ki...
Dünən, 11:21
Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub...
Dünən, 11:18
Azərbaycan tamhüquqlu iştirakçı oldu - AÇIQLANDI
Dünən, 11:09
Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... - Hələliksə...
Dünən, 10:57
“Onlara görə subay qalmışam” – Gənc müğənni əsəbiləşdi
Dünən, 10:49
1362-ci gün: Rusiyanın itkiləri yeniləndi
Dünən, 10:46
Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... - İLGİNC
Dünən, 10:40
İşçilərin bunları bilməsi MÜTLƏQDİR... - DİQQƏT
Dünən, 10:19
"Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." - Xeyrəddin Qoca
Dünən, 10:09
Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş - GƏLİŞMƏ
Dünən, 10:01
İslam Mahaçev UFC çempionu oldu
Dünən, 09:59
Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? - ARAŞDIRMA
Dünən, 09:57
Ramiz Mehdiyev işində son gəlişmə – İki nəfər cəzalandırılıb
Dünən, 09:55
NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? - ŞƏRH
Dünən, 09:53
Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək
Dünən, 09:51
“İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Dünən, 04:37
Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Dünən, 04:24
LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Dünən, 04:21
Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Dünən, 04:13
Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Dünən, 04:07
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Dünən, 03:55
Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Dünən, 03:50
8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Dünən, 03:41
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Dünən, 03:38
"Hələ də inana bilmirəm..." - FOTO
Dünən, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Dünən, 03:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru