ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukraynaya müharibəsini mümkün qədər tez və nəyin bahasına olur-olsun dayandırmağa çalışır, bu da onun sülh planının təfərrüatlarının hələ də qeyri-müəyyən qala və dəyişdirilə biləcəyini göstərir.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp üçün ən başlıca məsələ sülh sazişinin məzmunundan asılı olmayaraq, müharibəni bitirməkdir. Avropa və Ukrayna 28 bəndlik, Donbasın Rusiyaya verilməsini nəzərdə tutan planından şok yaşadığı vaxtda Ağ Evdən nəşrə Trampın qırmızı xətlərinin olmadığı, onun yalnız tərəflərin razılığa gəlməsi və müharibənin bitməsini istədiyi bildirilib.
“Son məqsəd sülhdür. Bu, əldə edilə biləcək ən vacib şeydir. Döyüşü dayandırmaq, qətlləri sona çatdırmaq - o, ilk növbədə məhz buna çalışır”, - Ağ Evin yüksək vəzifəli əməkdaşı nəşrə anonimlik şərti ilə deyib.
O əlavə edib ki, Tramp müharibəni dayandıracaq və tərəflərin mümkün qədər tez razılaşa biləcəyi istənilən sazişi imzalayacaq.










