Erməni əsgərləri NATO təlimində: hansı statusla? .....                     Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb .....                     Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! .....                     İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu .....                     Evlərdən 100 min manatdan çox OĞURLUQ .....                     Paşinyan üçün saat işləmir .....                     Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır .....                     Rusiya ordusuna qoşulan azərbaycanlılar .....                     "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir" .....                     Pərvin Quliyev prokuror təyin olundu .....                     Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti .....                     Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi .....                     Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? .....                     Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? .....                     Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur .....                     Paşinyan Vardanyanla bağlı xahişi .....                     Yazıçılar yasda verilən ehsana etiraz edir .....                     “Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” .....                     Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: .....                     “Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb .....                     Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı .....                     İki ölkə arasında gərginlik azalıb .....                     Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib .....                     Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan .....                     Yol var, amma getmək olmur .....                     Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər .....                     Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış .....                     Sumqayıt Bulvarında təmir planları təxirə salındı .....                     Bakıdan Paşinyana çağırış .....                     "Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər .....                     Şirkətlərin "Premium Bank"a inamı azalır .....                     Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... .....                     Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər .....                     Bu quşçuluq şirkətinin direktoru dəyişir .....                     Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... .....                     Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU .....                     QHT sədri dənizdə şok keçirdi .....                     “Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” .....                     HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... .....                     Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı .....                 

“Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə cəhd edir” - Görünəni budur...
Tarix: 5-11-2021, 08:51 | Çap et
“Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə cəhd edir”
Ukrayna Ali Radası müdafiə naziri də daxil olmaqla, beş naziri istefaya göndərib. “Yeni Müsavat” bildirir ki, Donbasda vəziyyətin kəskinləşdiyi bir vaxtda ən mühüm postlardan olan istefalar diqqət çəkir. Belə ki, baş nazirin birinci müavini, iqtisadiyyat naziri Aleksey Lyubçenkodan başqa, nəzarətdə olmayan ərazilər üzrə nazir Aleksey Reznikov, müdafiə naziri Andrey Taran, strateji sənaye sahələri məsələləri üzrə nazir Oleq Uruski və ətraf mühit və təbii ehtiyatlar naziri Roman Abramovski istefa verib. Bunun səbəbi nədir: Ukrayna prezidenti Vladimir Zelenskiyə etimadsızlıq, yoxsa...

Ukraynalı siyasətçi Vladimir Oleynik bildirib ki, bu vəzifəyə Aleksey Reznikovun təyinatı mümkündür. Bu qərarı 341 deputat dəstəkləyib. Fraksiyalar; “Xalqın xidmətçisi” - 220, OPZZh - 18, “Avropa Həmrəyliyi” - 24 , “Batkivşçina” - 17, “Gələcək üçün” - 12, “Səs” - 16, “Güvən” - 19, fraksiya olmayan - 15 lehinə səs verərək müdafiə nazirini vəzifədən kənarlaşdırıblar.

Ali Radada “Xalqın qulluqçusu” fraksiyası hazırda baş nazirin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir vəzifəsində çalışan Aleksey Reznikovun namizədliyini dəstəkləyib. Ukrayna mətbuatının yazdığına görə, prezident Vladimir Zelenski Reznikovun namizədliyini təsdiqləyib, çünki o, “susan” Taranın əvəzinə “danışan” müdafiə naziri görmək istəyir. Ekspert Oleynik isə deyir ki, Taran kifayət qədər qapalı şəxsdir: “Açığını desəm, o, iki sözü birləşdirib normal cümlə qura bilmir. Ukraynada Rusiyanın ”aqressivliyinə" qarşı aktiv çıxışlar və qəti qərarlar verəcək müdafiə nazirinə ehtiyac var".

Bu arada Rusiya siyasi dairələri hadisəyə ciddi reaksiya veriblər. Siyasətçilər ölkə mətbuatında bunu Ukraynanın Rusiya ilə müharibəyə başlamasına işarə kimi dəyərləndiriblər.

ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a söylədi ki, Ukraynada bəzi mənbələrin sözlərinə inansaq, Zelenskinin Donbasla bağlı yumşaq siyasəti komanda daxilində narazılıq doğurub: “Digər yanaşma isə ondan ibarətdir ki, Rusiya ilə hansısa anlaşmanın mümkünlüyü haqda danışıqlar gedir və ona görə Zelenski komandasının içində etirazlar baş qaldırıb. Elə ilk etiraz da spikerdən gəldi və istefa verdi. Son hadisələr də bunun davamı kimi dəyərləndirilir”.

N.Cəfərli hesab edir ki, hakimiyyət içində “şahin qanad” da var, yumşaq siyasəti dəstəkləyənlər də: “Zelenski komandasının bir qismi Rusiya ilə anlaşmanın tərəfdarıdır, amma radikal mövqe sərgiləyən qüvvələr də mövcuddur. Onların sayı kifayət qədər çoxdur, söhbət millətçilərdən gedir. Əgər bu istefalar davam edərsə, Zelenskinin partiyasının parçalanması baş verə bilər. Burada Rusiyanın öz oyunlarının olması da istisna deyil. Donbasda gərginliyin artması ya prosesi genişləndirəcək, ya danışıqlara gətirib çıxaracaq”.

Siyasi şərhçi Züriyə Qarayeva “Yeni Müsavat”a dedi ki, Rusiyanın Ukrayna ilə sərhədə qoşun topladığı vaxtda bu cür güc strukturlarının rəhbərlərinin istefaya göndərilməsi Zelenskiyə etimadsızlığı göstərməklə, Kremlin Kiyevdə pərdəarxası təsir imkanlarının da üzə çıxması deməkdir: “Nəzərə alsaq ki, Ukrayna Radasında deputatlar rusyönümlü və qərbyönümlü olmaqla iki yerə ayrılıb və bu qərarın lehinə səs verənlər rusyönümlü qrupa məxsusdur, o zaman ehtimal oluna bilər ki, Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə cəhd edir. Ümumiyyətlə, son dövrlər Ukraynanın Rusiyaya qarşı siyasi ritorikasında əvvəlki dövrlərə nisbətən sərtləşmələr var”.

Təhlilçi bildirdi ki, rus dilinin ölkədə qadağan edilməsi, Putinin şəxsi dostlarına qarşı sanksiyaların tətbiqi, rusiyameylli mətbuat orqanlarının sıxışdırılması, üstəlik, müxtəlif şəxslər səviyyəsində Moskva ilə diplomatik əlaqələrin kəsiləcəyinə dair ultimatumların səsləndirilməsi Kremli daha da qıcıqlandırıb: “Bu baxımdan, ehtimal etmək olar ki, Gürcüstandakı ssenarinin Ukraynada da təkrarlanması üçün işlər aparılır və nazirlərin istefaya göndərilməsi də bu addımların tərkib hissəsidir”.

Ekspert Ramiyə Məmmədova isə qeyd edir ki, Donbas hadisələrinin fonunda istefalar Zelenski iqtidarında qopmalardan və daxili intriqalardan xəbər verir. Müsahibimiz güman edir ki, Ukrayna prezidenti hakimiyyətini gücləndirmək siyasətini həyata keçirməlidir: “Xüsusən burada diqqət çəkən müdafiə nazirinin istefasıdır, digər nazirlər humanitar sahələrə rəhbərlik edir. Əgər müdafiə naziri istefa veribsə, görünür, Donbas döyüşləri ilə bağlı hansısa fikir ayrılıqları olub. Bundan sonra ordunun başına Zelenskiyə sadiq kadr gətirilməlidir və Rusiya ilə bağlantılarının olub-olmadığı dəqiqləşdirilməlidir. Əgər Ukrayna separatizmə qarşı savaş açıbsa, Donbasdakı qüvvələri Kreml dəstəkləyirsə, o zaman Kiyevin müdafiə siyasəti dəyişməlidir. Çünki istefaya gedən müdafiə naziri Ukrayna hakimiyyətini qane etmirdi”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni əsgərləri NATO təlimində: hansı statusla? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:02
Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb - KİV
Bu gün, 15:00
Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! - VİDEOMÜRACİƏT
Bu gün, 14:56
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 14:52
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Bu gün, 13:02
Paşinyan üçün saat işləmir - ŞƏRH
Bu gün, 13:00
Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Bu gün, 12:58
Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Bu gün, 12:57
"Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Bu gün, 12:53
Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Bu gün, 12:47
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Bu gün, 12:44
Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Bu gün, 12:42
Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Bu gün, 12:32
Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Bu gün, 12:29
Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Bu gün, 12:26
Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Bu gün, 12:12
“Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Bu gün, 12:04
Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Bu gün, 11:58
“Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Bu gün, 11:56
Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı - QALİB ŞİRKƏT
Bu gün, 11:53
İki ölkə arasında gərginlik azalıb - ARAŞDIRMA
Bu gün, 11:41
Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var
Bu gün, 11:37
Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan - Ekspertdən reaksiya
Bu gün, 11:33
Yol var, amma getmək olmur - NARAZILIQ VAR...
Bu gün, 11:27
Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər - NİYƏ DƏ YOX?
Bu gün, 11:14
Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış - Molla rejimi BAŞINI İTİRİB...
Bu gün, 11:08
Sumqayıt Bulvarında təmir planları təxirə salındı – 2 TENDER LƏĞV EDİLDİ
Bu gün, 10:59
Bakıdan Paşinyana çağırış - “Tör-töküntülərin ipini yığ!”
Bu gün, 10:52
"Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər - İNCƏLƏMƏ
Bu gün, 10:48
Şirkətlərin "Premium Bank"a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
Bu gün, 10:46
Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... - İLGİNC İDDİA
Bu gün, 10:38
Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər - ŞƏRH
Bu gün, 10:28
Bu quşçuluq şirkətinin direktoru dəyişir
Bu gün, 10:08
Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... - “The Washington Post”
Bu gün, 10:00
Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB
Bu gün, 09:53
QHT sədri dənizdə şok keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:52
“Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” - ƏKS HALDA...
Bu gün, 09:47
HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... - MALƏSƏF...
Bu gün, 09:40
Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:36
Milli Dram Teatrının direktoruna ağır itki üz verdi
Bu gün, 09:31
Yeni geopolitik konfiqurasiya və Azərbaycan - AKTUAL
Bu gün, 09:05
Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... - “Hraparak”
Bu gün, 08:56
“Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 08:54
Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Bu gün, 08:50
Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Bu gün, 08:48
Qida Sənayesi Kolleci adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:46
Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35
5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru