Bir neçə gün əvvəl yeni ədliyyə naziri Fərid Əhmədovun Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovu devirmək niyyətinə düşməsi ilə bağlı iddiaların yer aldığı məlumatı paylaşdıq.
Qeyd edək ki, bu informasiyalarımız sosial şəbəkələrdə yetərincə populyarlıq qazanmaqla yanaşı, həm də uzun müddət müzakirə predmeti olaraq qalmış oldu.
"DİA-AZ"ın əldə etdiyi son məlumatlardan isə aydın olur ki, artıq nazirimiz PX rəhbərliyində dəyişiklik həyata keçirə bilməsi üçün müvafiq icazənin alınmasına çalışır.
Məlumatlı mənbənin bu barədə söylədikləri: "Fərid Əhmədov Mirsaleh Seyidovun vəzifədən çıxarılması üçün qollarını çırmayıb və belə bir niyyətinin olduğunu açıqlayıb. İndi hansı qərarın veriləcəyini gözləmək lazımdır..."
Xatırladaq ki, Mirsaleh Seyidov həbsxana sistemində "islahatçı" birisi kimi xarakterizə olunsa da, onun əslində "rüşvətdə endirim" həyata keçirməsi ilə diqqətə gəldiyi də iddia olunur. Yəni əvvəlkilərdən fərqli olaraq seyid bir az az alır... Hər halda, onun hazırki maddi imkanları ona havadan düşməyib və illərdir çalışdığı həbsxana sistemindən "qazanıb".
Bizi izləməyə davam edin... əlavə bilgilərimiz olacaq...