NATO-da “soyuq müharibə”? - Türkiyə “səfirlər böhranı”nı davam etdirir
Tarix: 1-11-2021, 08:35 | Çap et
 Türkiyə Respublikasının quruluşunun 98-ci ildönümü münasibətilə keçirilən rəsmi törənə bir çox Qərb ölkələrinin səfirləri dəvət edilməyib. Bir neçə gün öncə baş verən Osman Kavala krizisindən sonra gərginləşən münasibətlərin yumşalacağı gözlənilsə də, olay ölkənin rəsmi protokoluna təsirsiz ötüşməyib. Osman Kavalanın azadlığını tələb edən Qərb səfirlərinə münasibət demək olar ki, yeni müstəviyə keçib. Onlar “arzuolunmaz şəxs” kimi ölkədən qovulmasalar da, ölkə içində “arzuolunmaz şəxs” rəftarına məruz qalıblar.
Türkiyə mətbuatı yazır ki, ABŞ, Almanya, Fransa, Kanada, Niderland, İsveç, Norveç, Yeni Zelandiya, Finlandiya və Danimarka səfirləri prezident sarayındakı tədbirə dəvət edilməyiblər. Tədbirə dəvət edilməyəcəkləri öncədən səfirlərə bildirilib.
Böhran dərinləşirmi?
Görünən odur ki, Türkiyə XİN səfirlərin ölkədən xaric edilməsinin qarşısını ala bilsə də, problemi köklü şəkildə həll edə bilməyib. Əlbəttə, sözügedən Qərb ölkələri üçün də Türkiyə ilə münasibətlər önəmlidir, amma hazırda yaşananlar gələcək üçün ciddi siqnallar verməkdədir.
Türkiyə-Qərb münasibətlərinin yolunda olmadığına dair xəbərlər Türkiyənin maliyyə bazarına ciddi təsirlər edəcək. Lirənin məzənnəsi ilə bərabər enməkdə olan hakimiyyətin ictimai nüfuzu onu kənar siyasi güclərdən daha da asılı vəziyyətə sala bilər. Rusiya və Çin kimi qüvvələrin Türkiyəyə təsirinin böyüməsi bu ölkənin demokratik və iqtisadi gələcəyi üçün problem ola bilər. Türkiyə bu addımı ilə (səfirləri tədbirə dəvət etməmək) NATO daxilində “soyuq müharibə”nin əsasını qoymuş sayılır və bununla da birlikdəki yerini laxlatmış olur. Türkiyə bu durumda regional münaqişələrdə Rusiya ilə üz-üzə olduğu bütün nöqtələrdə geri çəkilmək məcburiyyətində qala bilər. Çünki Qərb ölkələrindən beli bağlı olmayan Ankara “şərq cəbhəsi”ndə iri rəqiblərin qarşısında irəliləməkdənsə, geri çəkilib, onları daha da qıcıqlandırmamaq yolu tuta bilər. Biz bunu zaman-zaman Suriya cəbhəsində görürük. Baydenlə görüş
Bu analizin hazırlandığı saatlarda bütün maraqlı tərəflər G-20 sammiti çərçivəsində ABŞ prezidenti Cozef Baydenlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünü gözləyirdi. Görüş barədə “Reuters” xəbər agentliyinə məlumat verən və adını açıqlamayan Ağ Ev nümayəndəsi deyib ki, sözügedən krizisdə Ərdoğan əvvəlki mövqeyini qorusaydı, yəqin ki, bu görüş olmayacaqdı.
Görünür, Vaşinqtonda da hansısa yumşalmaya ümid edirlər. Çünki okeanın o tayında da fərqindədirlər ki, dünyanın mühüm bir hissəsində və böyük su hövzələrinin mərkəzində qərarlaşan müttəfiqi itirmək uzunmüddətli və çətin həll olunan problem yarada bilər. Buna görə də onlar çalışırlar ki, məsələ diplomatik yollarla həllini tapsın. Türkiyənin bu məsələdə xüsusi inad göstərməsi dövlət başçısının “geri çəkilmək” kimi bir görüntü verməməsi istəyindən doğur. Başqa halda Ankaranın bu məsələdə israrı başadüşülən deyil. Görünür, Baydenlə görüşdə bu məsələ daha mühüm razılaşma ilə kölgədə qoyulacaq. Əgər belə olmasa, bu, daha dərin bir prosesin başlanğıcı kimi qiymətləndirilməlidir. Müəllif: Seymur Həzi //pressklub.az//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” – Sabir Rüstəmxanlıya qiymət oxuyan müğənni kim olub?
Bu gün, 16:49 |
|
|
|
• Zəngəzurda keçid dili ingiliscə olacaq? - AKTUAL
Bu gün, 16:43 |
|
|
|
• Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? - İLGİNC İDDİALAR
Bu gün, 16:34 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni plan – Kartlar yenidən paylanır
Bu gün, 16:28 |
|
|
|
• Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir - İcra başçısı
Bu gün, 16:26 |
|
|
|
• Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: - Bahalaşma nə vaxta qədər DAVAM EDƏCƏK?
Bu gün, 16:25 |
|
|
|
• “Rossotrudniçestvo” rəhbərinin qorxusu: - “Təsirimizi itirmək fəlakətli olacaq"
Bu gün, 16:22 |
|
|
|
• Paşinyan gizli danışıqlara BAŞLADI
Bu gün, 16:20 |
|
|
|
• Parisin "sülh göyərçini" təqdimatı: - Makron erməni tərəfkeşliyindən əl çəkmir
Bu gün, 16:18 |
|
|
|
• Deputatlara verilən bu pullar narazılıq yaratdı – MƏBLƏĞ
Bu gün, 16:14 |
|
|
|
• Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə - SƏBƏB NƏDİR?
Bu gün, 16:12 |
|
|
|
• Britaniya Ermənistana yeni səfir təyin edib - KİV
Bu gün, 16:09 |
|
|
|
• AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib - DETALLAR
Bu gün, 16:05 |
|
|
|
• “Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” - ETİRAZ VAR...
Bu gün, 15:55 |
|
|
|
• Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb
Bu gün, 15:53 |
|
|
|
• Zəngəzurla bağlı ŞOK ABŞ planı - Bölgənin taleyi dəyişir?
Bu gün, 15:49 |
|
|
|
• Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... - BU NƏDİ BELƏ?
Bu gün, 15:39 |
|
|
|
• DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib
Bu gün, 15:31 |
|
|
|
• Erməni əsgərləri NATO təlimində: hansı statusla? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:02 |
|
|
|
• Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb - KİV
Bu gün, 15:00 |
|
|
|
• Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! - VİDEOMÜRACİƏT
Bu gün, 14:56 |
|
|
|
• İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 14:52 |
|
|
|
• Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan üçün saat işləmir - ŞƏRH
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Bu gün, 12:58 |
|
|
|
• Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Bu gün, 12:57 |
|
|
|
• "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Bu gün, 12:53 |
|
|
|
• Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Bu gün, 12:47 |
|
|
|
• Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Bu gün, 12:44 |
|
|
|
• Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Bu gün, 12:42 |
|
|
|
• Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Bu gün, 12:32 |
|
|
|
• Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Bu gün, 12:29 |
|
|
|
• Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Bu gün, 12:26 |
|
|
|
• Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• “Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Bu gün, 12:04 |
|
|
|
• Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Bu gün, 11:58 |
|
|
|
• “Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Bu gün, 11:56 |
|
|
|
• Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı - QALİB ŞİRKƏT
Bu gün, 11:53 |
|
|
|
• İki ölkə arasında gərginlik azalıb - ARAŞDIRMA
Bu gün, 11:41 |
|
|
|
• Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var
Bu gün, 11:37 |
|
|
|
• Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan - Ekspertdən reaksiya
Bu gün, 11:33 |
|
|
|
• Yol var, amma getmək olmur - NARAZILIQ VAR...
Bu gün, 11:27 |
|
|
|
• Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər - NİYƏ DƏ YOX?
Bu gün, 11:14 |
|
|
|
• Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış - Molla rejimi BAŞINI İTİRİB...
Bu gün, 11:08 |
|
|
|
• Sumqayıt Bulvarında təmir planları təxirə salındı – 2 TENDER LƏĞV EDİLDİ
Bu gün, 10:59 |
|
|
|
• Bakıdan Paşinyana çağırış - “Tör-töküntülərin ipini yığ!”
Bu gün, 10:52 |
|
|
|
• "Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Şirkətlərin "Premium Bank"a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
Bu gün, 10:46 |
|
|
|
|