"Anam mənim evimdir" .....                     "Qumar kralı"nın adamları azadlığa çıxdılar .....                     Oğul Şıxlinskinin həbsi buna görə imiş .....                     Ermənistan Fransaya hərbi attaşe təyin edib .....                     Əmək məcəlləsinin pozulması halları... .....                     FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb .....                     Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı .....                     Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər .....                     ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi .....                     Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi .....                     Paşinyan yeni katolikos axtarır .....                     “Rep oxuyursa, deməli, buna ehtiyac var!” .....                     Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu .....                     “Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” .....                     Zəngəzurda keçid dili ingiliscə olacaq? .....                     Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni plan .....                     Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir .....                     Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: .....                     “Rossotrudniçestvo” rəhbərinin qorxusu: .....                     Paşinyan gizli danışıqlara .....                     Parisin "sülh göyərçini" təqdimatı: .....                     Deputatlara verilən bu pullar narazılıq yaratdı .....                     Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə .....                     Britaniya Ermənistana yeni səfir təyin edib .....                     AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib .....                     “Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” .....                     Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb .....                     Zəngəzurla bağlı ŞOK ABŞ planı .....                     Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... .....                     DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi .....                     İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib .....                     Erməni əsgərləri NATO təlimində: hansı statusla? .....                     Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb .....                     Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! .....                     İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu .....                     Evlərdən 100 min manatdan çox OĞURLUQ .....                     Paşinyan üçün saat işləmir .....                     Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır .....                     Rusiya ordusuna qoşulan azərbaycanlılar .....                 

"Avropa dövlətləri anlayırlar ki, Türkiyənin Afrikaya yerləşməsi onları nəhəng mənfəət mənbələrindən məhrum buraxa bilər" - GƏLİŞMƏ
Tarix: 21-10-2021, 07:51 | Çap et
"Avropa dövlətləri anlayırlar ki, Türkiyənin Afrikaya yerləşməsi onları nəhəng mənfəət mənbələrindən məhrum buraxa bilər"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Anqola İş Forumunda çıxışında dünya ictimaiyyətinə bir sıra mesajlar verib. Ərdoğan Türkiyə müdafiə sənayesinin əhəmiyyətindən danışaraq pilotsuz uçuş aparatlarını dünyada bir nömrə edəcəklərini bildirib. Prezident deyib ki, pandemiya dövründə G-20 ölkələri problem yaşayarkən, Türkiyə sürətlə böyüyən ikinci ölkə olub: “2021-ci ili 9 faiz artımla tamamlayacağımızı proqnozlaşdırıram”.

Ərdoğan Türkiyənin yeni və müasir texnologiyalar sahəsində də böyük məsafə qət etdiyini bəyan edib. Əlavə edib ki, gələn ilin sonunadək ölkədə elektrikli avtomobillərin istehsalı başa çatacaq: “Quru və dəniz vasitələrində öz ehtiyaclarını ödəyən ölkə olmaq istiqamətində irəliləyirik. Pilotsuz uçuş aparatları sahəsində yeni texnologiyalarla dünyanın bir nömrəli ölkəsi olacağımıza inanıram”.

Türkiyə rəhbərinin Afrikanın üç ölkəsinə - Anqola, Toqo və Nigeriyaya səfəri Qərb ölkələri tərəfindən diqqətlə izlənilir. Avropa dövlətlərinin nüfuzlu media qurumları Ərdoğanın Afrika turunu manşetlərinə daşıyıblar. Mətbuat orqanlarında dərc olunan əksər xəbərlərdə Qərbin narahatlığı gözə çarpıb. Fransanın “Le Monde” qəzeti Ərdoğanın Anqola səfəri ilə bağlı məqaləsində bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadakı nüfuzunu genişləndirmək istəyir. Məqalədə Ərdoğanın Afrika səfərinin dekabr ayında İstanbulda keçiriləcək üçüncü Türkiyə-Afrika Zirvəsindən iki ay öncə baş tutmasına diqqət yetirilib. Fransa Beynəlxalq Əlaqələr İnstitutunun Yaxın Şərq üzrə proqram meneceri Dorot Şmid isə vurğulayıb ki, Türkiyə bu gün yumşaq və sərt gücü (silah satışı) birləşdirən tam güc siyasətini nümayiş etdirir.

Qardaş ölkə rəhbərinin Afrika ölkələrinə səfərini və verdiyi açıqlamaları “Şərq”ə dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrinə səfəri Qərbdə böyük narahatlıq doğurub. Çünki Qərb siyasi dairələrində belə qənaət var ki, Türkiyə dünya üzərində öz nüfuz coğrafiyasını genişləndirmək strategiyasını reallaşdırmağa çalışır. Analitik bəyan edib ki, hazırda Türkiyə Orta Asiyada, Şərqi Avropada, ərəb dünyası kimi xarakterizə olunan Şimali Afrikada öz təsir dairəsini kifayət qədər genişləndirə bilib:

“Son vaxtlar isə rəsmi Ankara Afrikanın dərinliklərinə doğru irəliləməyə başlayıb. Buna qədər Afrikanın cənub hissəsində Fransa başda olmaqla, bəzi Qərb ölkələri ilə Çin arasında ciddi rəqabət mövcud idi. Onu da nəzərə almaq lazımdır ki, Afrika ölkələri yaxın keçmişdə Avropa dövlətlərinin kaloniyası olub. Hətta son vaxtlara qədər də həmin Avropa ölkələri öz keçmiş kaloniyalarında öz mövqelərini qoruya bilmişdilər. Afrika ölkələrinin təbii sərvətləri Avropa dövlətləri tərəfindən dəyər-dəyməzinə daşınıb, aparılırdı. İndi Türkiyənin də bu bölgəyə maraq göstərməsi Avropa dövlətlərinin soyğunçuluq fəaliyyəti üçün ciddi problemlər yarada bilər. Ona görə də Avropada Türkiyə prezidentinin Afrika turnesindən ciddi narahatlıq keçirirlər. Avropa dövlətləri anlayırlar ki, Türkiyənin Afrikaya yerləşməsi onları nəhəng mənfəət mənbələrindən məhrum buraxa bilər. Xüsusilə də bəzi Afrika ölkələrinin sahib olduqları zəngin enerji resursları ehtiyatlarının və digər təbii sərvətlərin soyğunçu Avropa dövlətlərinin inhisarından çıxma ehtimalı mövcuddur. Üstəlik, Avropada yaşanan enerji böhranı dövründə belə ehtimallar böyük narahatlıqla qarşılanır”.

E.Xalidbəyli qeyd edib ki, Türkiyənin Afrikaya yerləşməsi rəsmi Ankaranın beynəlxalq mövqelərini möhkəmləndirəcək faktordur:

“Avropa dövlətlərindən fərqli olaraq, Türkiyənin bərabərhüquqlu əməkdaşlıq təklif etdiyi Afrika ölkələrinin beynəlxalq məkanda rəsmi Ankaranı dəstəkləyə biləcəkləri də şübhə doğurmur. Yəni Türkiyə Afrika qitəsində mövqelərini möhkəmləndirməklə, yeni kontinental güc mərkəzinə çevrilə bilər. Nəhayət, bu prosesin iqtisadi-ticari istiqaməti də var. Türkiyə Afrikada özü üçün yeni bazar qazana bilər. Rəsmi Ankara Türkiyə istehsalı olan məhsulları Afrika ölkələrinə satmaqla və həmin dövlətlərin dünya bazarına çıxartdığı təbii sərvətlərin əsas alıcısına çevrilməklə, öz iqtisadiyyatını daha da gücləndirmək imkanına malikdir. Eyni zamanda, soyğunçu Avropa dövlətlərindən fərqli olaraq, iqtisadi-ticari şərtlərə əməl edən Türkiyə ilə əməkdaşlıq Afrika ölkələri üçün də daha sərfəlidir. Türkiyə Afrika ölkələri ilə ticarət əlaqələrini artıq xeyli müddətdir ki, nizama salmağa başlayıb. Bəzi Afrika ölkələri hazırda Türkiyə hərbi-sənaye kompleksinin məhsullarına xüsusi maraq göstərirlər. Çünki Avropa ölkələri onlara müasir silahlar satmırlar. Satsalar belə, çox bahalı olduğundan almaq imkanları da yoxdur. Ancaq Türkiyə Afrika ölkələrinə artıq müasir hərbi texnika satmağa başlayıb. Bəzi Afrika ölkələri Türkiyədə istehsal olunan zirehli döyüş maşınlarını böyük həvəslə alırlar. İndisə, rəsmi Ankara zəif Afrika ölkələrinin müasir PUA-lar satmaq niyyətindədir. Bu hərbi əməkdaşlıq Türkiyəyə külli miqdarda maliyyə vəsaiti qazandıracaq. Afrika ölkələri isə güclənərək, Avropa dövlətlərinin soyğunçuluq vərdişlərinə müqavimət imkanları qazanacaq”.

Politoloq diqqətə çatdırıb ki, Türkiyə prezidentinin Afrikaya səfərindən narahat olmaq üçün Avropa dövlətlərinin kifayət qədər səbəbləri var:

“Avropa dövlətləri Türkiyənin Afrika qitəsinə yerləşməsindən sonra bu qitə üzərində əsrlər boyu qoruyub saxladıqları mövqelərini itirə biləcəklərindən narahatdırlar. Üstəlik, Türkiyə prezidentinin PUA-lara diqqət çəkməsi Qərbə yönəlik üstüörtülü mesajdır. Rəsmi Ankara bununla yeni savaş texnologiyaları sahəsində Qərb ölkələrindən daha üstün durumda olduğuna eyham vurur. Çünki Avropa ölkələri hələlik PUA-lar da daxil olmaqla, yeni savaş texnologiyaları sahəsində elə də ciddi irəliləyiş əldə edə bilməyiblər. Halbuki, Türkiyə artıq pilotsuz savaş təyyarəsinin yaradılması istiqamətində son mərhələyə keçid edib. Bu, Avropa ölkələrinin ordularında olan müasir döyüş təyyarələrini müəyyən mənada, əhəmiyyətdən sala bilər. Bütün bunları nəzərə aldıqda, Türkiyə prezidentinin Afrikaya səfər turnesinin Qərb siyasi dairələrində narahatlıq doğurması qətiyyən təəccüblü deyil”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Anam mənim evimdir" - FOTO
Bu gün, 05:36
"Qumar kralı"nın adamları azadlığa çıxdılar - 8 illik hökm ləğv edildi
Bu gün, 05:31
Oğul Şıxlinskinin həbsi buna görə imiş - TƏFƏRRÜAT
Bu gün, 01:00
Ermənistan Fransaya hərbi attaşe təyin edib
Dünən, 18:00
Əmək məcəlləsinin pozulması halları... - Ekspert danışır...
Dünən, 17:47
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb – 239 min ayrıldı
Dünən, 17:43
Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı – rusiyalı idmançıya gözlənilməz qadağa
Dünən, 17:38
Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər - BUNDAN SONRA...
Dünən, 17:34
ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi - TƏFƏRRÜAT
Dünən, 17:30
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
Dünən, 17:13
Paşinyan yeni katolikos axtarır
Dünən, 17:10
“Rep oxuyursa, deməli, buna ehtiyac var!” – Alim Qasımov ətrafında qalmaqal
Dünən, 17:02
Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu - FOTO
Dünən, 17:00
“Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” – Sabir Rüstəmxanlıya qiymət oxuyan müğənni kim olub?
Dünən, 16:49
Zəngəzurda keçid dili ingiliscə olacaq? - AKTUAL
Dünən, 16:43
Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? - İLGİNC İDDİALAR
Dünən, 16:34
Zəngəzur dəhlizi ilə bağlı yeni plan – Kartlar yenidən paylanır
Dünən, 16:28
Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir - İcra başçısı
Dünən, 16:26
Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: - Bahalaşma nə vaxta qədər DAVAM EDƏCƏK?
Dünən, 16:25
“Rossotrudniçestvo” rəhbərinin qorxusu: - “Təsirimizi itirmək fəlakətli olacaq"
Dünən, 16:22
Paşinyan gizli danışıqlara BAŞLADI
Dünən, 16:20
Parisin "sülh göyərçini" təqdimatı: - Makron erməni tərəfkeşliyindən əl çəkmir
Dünən, 16:18
Deputatlara verilən bu pullar narazılıq yaratdı – MƏBLƏĞ
Dünən, 16:14
Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə - SƏBƏB NƏDİR?
Dünən, 16:12
Britaniya Ermənistana yeni səfir təyin edib - KİV
Dünən, 16:09
AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib - DETALLAR
Dünən, 16:05
“Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” - ETİRAZ VAR...
Dünən, 15:55
Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb
Dünən, 15:53
Zəngəzurla bağlı ŞOK ABŞ planı - Bölgənin taleyi dəyişir?
Dünən, 15:49
Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... - BU NƏDİ BELƏ?
Dünən, 15:39
DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi - TƏFƏRRÜAT
Dünən, 15:35
İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib
Dünən, 15:31
Erməni əsgərləri NATO təlimində: hansı statusla? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:02
Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb - KİV
Dünən, 15:00
Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! - VİDEOMÜRACİƏT
Dünən, 14:56
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO
Dünən, 14:52
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Dünən, 13:02
Paşinyan üçün saat işləmir - ŞƏRH
Dünən, 13:00
Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Dünən, 12:58
Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Dünən, 12:57
"Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Dünən, 12:53
Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Dünən, 12:47
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Dünən, 12:44
Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Dünən, 12:42
Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Dünən, 12:32
Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Dünən, 12:29
Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Dünən, 12:26
Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Dünən, 12:12
“Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Dünən, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru