Moldova və Ukraynadan Rusiyaya strateji tərəfdaşlıq təhdidi: - Dnestryanı bölgə blokadaya alınır
Tarix: 13-01-2021, 18:17 | Çap et
 Uzun müddətdən bəri ilk dəfə olaraq Moldova və Ukrayna prezidentləri ikitərəfli münasibətləri yenidən başlatdıqlarını bəyan ediblər. Ovqat.com-un məlumatına görə, iki ölkənin prezidentləri Maya Sandu və Vladimir Zelenski Dnestryanı ərazidən yan keçən Kiyev — Kişinyov magistralının tikintisinə başlamaq haqda razılığa gəliblər. Ekspertlərin fikrincə, yeni magistral yolunu hərbi əhəmiyyəti var və tanınmamış respublikanın ticari-iqtisadi blokadasına səbəb ola bilər. Yol layihəsinin Rusiyaya qarşı geosiyasi təzyiq vasitəsi kimi istifadə ediləcəyi düşünülür. Çərşənbə axşamı Moldova Prezidenti Maya Sandu ilk xarici səfərini Ukraynaya edib. Zelenski ilə görüşün əhəmiyyətini qiymətləndirən Sandu hesab edir ki, bu təşəbbüslə ikitərəfli strateji tərəfdaşlığın yeni səviyyəsinin yaradılması istiqamətində konkret addım atılacaq. "Son illər Moldova-Ukrayna dialoqu dövlət başçıları səviyyəsində praktiki olaraq dayandırılmışdı. Mən təsdiq edirəm ki, Ukrayna Moldova Respublikası üçün strateji tərəfdaşdır və Ukrayna ilə daimi və praqmatik əməkdaşlığın dəstəklənməsi Moldova Respublikası və prezident institutu üçün mühüm vəzifədir",-xanım Sandu görüşdən sonra keçirilən mətbuat konfransında belə deyib. Qeyd edək ki, iki ölkə arasındakı diplomatik münasibətlər 2014-cü ildə kəsilmişdi. Moldovanın bundan əvvəlki lideri İqor Dodonun "Krımı de-fakto Rusiya ərazisi" adlandırmasından sonra, Ukrayna Prezidentləri onunla təmaslardan qaçırdılar. İndisə Moldovanın yeni lideri iki ölkə rəhbərinin "ikitərəfli problemlərin, o cümlədən uzun müddət həll olunmamış problemlərin müzakirəsi və həlli üçün" Prezidentlərarası Şura yaradılması haqda razılığa gəldiyini bildirib. Zelenski də öz növbəsində, Sandu ilə Dnestryanı münaqişəsinin həlli və Ukraynanın "5+2" formatında vasitəçilik rolunu müzakirə etdiklərini söyləyib. "Bir daha vurğulamaq istəyirəm ki, Dnestryanı münaqişənin həlli ilə bağlı Ukraynanın mövqeyi dəyişməz olaraq qalır. Biz Moldaviyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik", – deyə o, "Krımı Ukraynanın tərkib hissəsi kimi tanımaqdan çəkinmədiyinə" görə Sanduya təşəkkürünü bildirib. Ekspertlərin fikrincə, Kiyev və Kişinyovu birləşdirəcək müasir magistral yolun tikintisi "ambisiyalı ideyadır". Layihə iki paytaxt arasında yolu beş saata qədər azaldacaq və Ukraynanın mərkəzindən Mərkəzi Avropa ölkələrinə ən qısa yol ola biləcək nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Zelenskinin sözlərinə görə, magistralın tikintisi üçün Dnestr çayında sərhəd körpü keçidinin yaradılması planlaşdırılır. Bildirilir ki, tikinti planlaşdırılan yol Dnestryanı bölgənin kənarından keçəcək. İndi Kiyevdən Kişinyova gedən yol Kiyev, Çerkas, Kirovoqrad və Odessa vilayətlərindən, daha sonra Dnestryanı bölgənin ərazisindən keçir. Bu yol boyunca səyahət müddəti əslində nəzəri olaraq 6 saatdan bir qədər çoxdur. Amma bu səyahət istər Ukraynada, istərsə də Moldovada avtomobil yolu infrastrukturunun tamamilə dağılması səbəbindən daha uzun çəkir. Ukrayna və Moldova rəsmilərinin Dnestryanı bölgəni tamamilə blokadaya salmaq niyyətilə yeni yol layihəsinə start vermələri, təbii ki, Moskvada birmənalı qarşılanmayıb. MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixinin fikrincə, sözügedən lahiyə iqtisadi yox, siyasi məqsəd daşıyır: "Bu ölkələrin hansısa birgə iqtisadi layihələrdə iştirak edəcəyini təsəvvür etmək çətindir, çünki onlar artıq Avropa bazarı uğrunda mübarizədə rəqib olurlar. Buna baxmayaraq, birgə siyasi layihələrdə iştirak etmək ilk növbədə Rusiyaya təhlükə yaratmaq və başqalarının işlərinə qarışdıqlarını bəyan etmək üçün yarışmaq niyyətindən irəli gəlir. Bu məsələdə onlar ümumi dil tapıb Odessa, Kişinyov və Tiraspol arasındakı sərhəd rayonunda siyasi təxribatlara başlaya bilərlər". Üçüncü sektor" analitik mərkəzinin rəhbəri Andrey Zolotarev də hər iki ölkə lideri üçün başlıca ortaq marağın Dnestryanı probleminə eyni nöqteyi nəzərdən baxışları olduğuna inanır. Onun fikrincə, bu yolun inşası Dnestryanı bölgənin iqtisadi-ticari və hərbi təcridinə kömək edə bilər. "Kişinyov öz aeroportu vasitəsilə Rusiya sülhməramlılarının uçuşlarını məhdudlaşdırarsa, tam böhranlı vəziyyət yarana bilər. Aydındır ki, bu, Kiyev və ya Kişinyovun deyil, Qərbin maraqlarına uyğundur. Dnestryanı bölgənin təcrid olunması Rusiyaya qarşı yeni geosiyasi təzyiqə çevrilə biər", – Andrey Zolotarev rus mediasına açıqlamasında bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu nə arxayınçılıqdır?" - ETİRAZ VAR!
Bu gün, 09:53 |
|
|
|
• Bakının iki şərtinə əməl olunsa, sülh sazişi realdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:41 |
|
|
|
• “Keçmiş məmurlar nəyəsə görə çəkinirlər ki, hansısa kəndin təmirinə vəsait qoysalar, onlardan haqq-hesab tələb olunar” - Tahir Kərimli
Bu gün, 09:38 |
|
|
|
• “Azəriqaz” əməkdaşından rəhbərliklə bağlı ŞOK FAKTLAR - "“Azəriqaz”a vicdanla işini görən əməkdaş lazım deyil..."
Bu gün, 09:31 |
|
|
|
• Sərdar Cəlaloğlu məhkəməyə verildi
Bu gün, 09:28 |
|
|
|
• Sifariş etdiyin məhsulu da doğru-dürüst ala bilmirsən... - AXI NİYƏ?
Bu gün, 09:21 |
|
|
|
• İsrailin yeni səfiri Azərbaycana gəlib
Bu gün, 09:14 |
|
|
|
• Putinin “sağ əli” məşhur oyuncağı hədəfə aldı, “müharibə” başladı – Azərbaycanlılar da bilir
Bu gün, 09:12 |
|
|
|
• Fars irqçi-şovinistlərin Pezeşkian sancısı - İranda türkləri təhqir edənlərin hədəfi
Bu gün, 09:07 |
|
|
|
• Hüquq müdafiəçisini həbs etdirən vəkil danışdı - Barışıq mümkündürmü?
Bu gün, 09:02 |
|
|
|
• Dövlətimiz vətəndaşının yanında NİYƏ DAYANA BİLMİR? - SUAL BUDUR!!!
Bu gün, 09:01 |
|
|
|
• Şəhərdə uşaq meydançaları niyə ödənişlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:53 |
|
|
|
• Müttəfiqlərin xain ssenari quranlara öldürücü siqnalı - NƏ BAŞ VERİR?
Bu gün, 08:48 |
|
|
|
• ADSEA-da "qudalar" işin suyunu çıxardıb... - "Varlılar yaşayan məhəllələrə daha çox su verilir"
Bu gün, 07:31 |
|
|
|
• “Hilltop Heaven”də kriminal aləmin RƏSMİ TƏBLİĞATI - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:25 |
|
|
|
• Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır - Agentliyin anlaşılmaz açıqlamaları
Bu gün, 07:16 |
|
|
|
• Öncə xalası oğlu həbs olundu, indi isə... - TENDERİ LƏĞV OLUNDU
Bu gün, 07:11 |
|
|
|
• “Qafqaz Müsəlmanları İdarəsi İranın təsirindən çıxa bilmir” - İTTİHAM VAR...
Bu gün, 07:06 |
|
|
|
• Pensiya ilə bağlı mühüm xəbər: bu şəxslər tez çıxa bilər – 10 il…
Bu gün, 07:04 |
|
|
|
• Trampın bu qərarı neftin qiymətini kəskin şəkildə artıra bilər
Bu gün, 07:02 |
|
|
|
• Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıda bilmir? - Ekspertdən sərt TƏNQİD
Bu gün, 06:57 |
|
|
|
• Dükaniçi MÖHTƏKİRLİK... - CƏZASI VAR...
Bu gün, 06:54 |
|
|
|
• İrəvan üçün SÜLH DÜSTURU - Başqa cür ola da bilməz...
Bu gün, 06:51 |
|
|
|
• "Rusiya və ABŞ-nin burada birtərəfli üstünlük qazanmasına imkan verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:49 |
|
|
|
• Plana düşən evlərə nə qədər kompensasiya veriləcək? - AKTUAL
Bu gün, 06:45 |
|
|
|
• “Melissa Group”un başında oturanlar yenə həbsə düşmək istəyir? - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:27 |
|
|
|
• Məhkəmə sisteminin ÇÜRÜKLÜYÜ - NARAZILIQ VAR...
Bu gün, 06:19 |
|
|
|
• Başsız qalan Gəncənin acınacaqlı halı - əgər başçı olsaydı...
Bu gün, 06:14 |
|
|
|
• Rusiyanın bu ərazisi “işğal” edilə bilər – Rəqibindən mübahisəli həmlə
Bu gün, 06:08 |
|
|
|
• Vaqif Həsənov müəllimləri “quş” adlandırıb? - İTTİHAM VAR...
Bu gün, 06:06 |
|
|
|
• Ən yaxşı model Bakı - İrəvan - Ankara tandemidir - AKTUAL
Bu gün, 06:03 |
|
|
|
• Bakı daimi danışıqlar meydanına çevrilmək istəyə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 06:01 |
|
|
|
• Yenilənmiş ultimatum: Trampın xəbərdarlığının arxasında nə dayanır?
Bu gün, 05:59 |
|
|
|
• 6 uşaqla 1 otağa sığınsalar da... - NAZİRƏ MÜRACİƏT
Bu gün, 05:55 |
|
|
|
• Şagirdi daha çox sayda dərslə yükləmək, lakin nəticə əldə etməmək... - təhsil sisteminin effektivliyini şübhə altına alır
Bu gün, 05:50 |
|
|
|
• Onlayn iclasda katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO
Bu gün, 05:45 |
|
|
|
• Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? - ŞƏRH
Bu gün, 00:23 |
|
|
|
• "Ehtiyatlı olun, aldanmayın" - FOTO
Bu gün, 00:21 |
|
|
|
• Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF - “Naxçıvana quru yolu açaq”
Bu gün, 00:19 |
|
|
|
• Vaşinqton və London “gizli seçki” keçiriblər? - KİV
Dünən, 18:03 |
|
|
|
• “PetMall” baytarlıq klinikasından şikayət – “İtimi öldürdülər…”
Dünən, 18:01 |
|
|
|
• Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? – İrəvan da razılaşır, lakin…
Dünən, 17:57 |
|
|
|
• Tiktoker "Roşka" intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 17:45 |
|
|
|
• “Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub - İRNA
Dünən, 17:38 |
|
|
|
• Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil - ÇÜNKİ...
Dünən, 17:36 |
|
|
|
• "Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et"
Dünən, 17:31 |
|
|
|
• Rusiya benzin ixracına qadağa qoydu: - Azərbaycanda benzin BAHALAŞACAQ?
Dünən, 17:18 |
|
|
|
• Rusiyada şovinizm yüksək həddə çatıb - İsazadə
Dünən, 17:09 |
|
|
|
• İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb - İRNA
Dünən, 17:07 |
|
|
|
• Bağça müdiri 2300 manat rüşvət aldı - Məhkəmə HÖKM OXUDU
Dünən, 17:05 |
|
|
|
|