İcra başçısından yeni təyinat .....                     Komitə gömrük postlarını ildırımdan qorumaq üçün 17,5 min xərcləyəcək .....                     Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq .....                     Generalın direktor qudası məhkəməyə verildi .....                     Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub .....                     Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! .....                     Qəzetlər HƏFTƏLİK OLUR? .....                     Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıb .....                     Ali Məhkəmə Əziz Orucovla bağlı qərar verib .....                     “Mədəniyyət Nazirliyindəki qoçular ...” .....                     Fazil Mustafaya qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası alan .....                     Ermənistan bu kəndləri də qaytarır? .....                     Bayır şəhərdə tarixi binaların əksəriyyəti qəzalı olduğundan bərpası kifayət qədər çətindir .....                     `Şərurlu İsfəndiyarın` NAĞILI... .....                     Dəyişiklik sırası bir gün Binəqədiyə də çatar: YOXSA GEC OLAR... .....                     Paşinyan qəzəbləndi, zalı tərk etdi .....                     Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildi .....                     Paşinyan "sabiqlər"ə qarşı: İrəvanın çıxış yolu realizmdir .....                     Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti... .....                     Nikah ər və ya arvadın xəbəri olmadan pozula bilərmi? .....                     Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulları ilə bağlı .....                     Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır... .....                     Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddur .....                     Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən birinin cəzası azaldıldı .....                     Kəmalə Quliyevanın rəhbəri olduğu 260 saylı məktəb niyə nəzarətsiz qalıb? .....                     "Paşinyan Bakıdakı hərbi parada dəvət olunmadığı üçün əsəbi ola bilər" .....                     DSMF bir ildə 1.5 milyona 30 ədəd xidməti avtomobil alıb .....                     Göygölün yeni icra başçısı bu yüksək vəzifəli məmurun oğludur .....                     Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu .....                     Ermənistanda Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb .....                     Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan etdi .....                     “Bunu mənə Allah dedirtdi, 3 gün sonra öz övladım şəhid oldu” .....                     BOKT “İnternational”ın vergi borcu artmaqda davam edir .....                     “Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq .....                     Azərbaycanda üç rayonda icra başçısı vəzifəsi boşdur .....                     “Bakı Avtomobil Sənaye” ləğv oluna bilər .....                     Generala ağır itki .....                     Fuad Nəcəfli barəsində cinayət işi açılıb? .....                     İnam Kərimovun məhkəmələri vətəndaşın DİZİNİ YERƏ GƏTİRİR .....                     Müharibə Nazirliyinin nəşri bədnam “907-ci düzəliş”in ləğvi üçün Konqresə çağırış edib .....                 

AYNUR CAMALQIZIDAN İDDİALI AÇIQLAMALAR
Tarix: 27-02-2012, 17:00 | Çap et
AYNUR CAMALQIZIDAN İDDİALI AÇIQLAMALAR

“MARTIN 1-dən QƏZETİMİZ və SAYTIMIZ İŞIQ ÜZÜ GÖRƏCƏK”

Sabiq millət vəkili, jurnalist Aynur Camalqızı fevralın 27-də “Media forum” saytının suallarını cavablandırıb.

Aynur Camalqızı 1975-ci ildə Tərtərdə doğulub. Dövlət İdarəçiliyi Akademiyasını bitirib. “Azərbaycan Ordusu”, “Xalq qəzeti”, “Şans”, “Ulus”, “Millətin səsi”, “Yeni Yüzil”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 2005-2010-cu illlərdə Milli Məclisin üzvü olub.

- Eşitmişik yeni qəzet təsis etmisiniz. Qəzetin adı nədir, həftədə neçə dəfə çıxacaq?

- Yeni qəzet həftədə beş dəfə nəşr olunacaq. Adı “Gündəlik Teleqraf”dır. Bilirsiz ki, bu, Londonda nəşr olunan dünyaca məşhur media brendinin adıdır. Bir az iddialı, bəlkə də pafoslu səslənə bilər, amma biz “Deyli Teleqraf” kimi populyar, tanınmış bir qəzet çıxarmaq istəyirik.

Deyə bilərsiz ki, hazırkı situasiyada, mövcud şərtlər daxilində yeni çap mediası yaratmaq və onu oxunaqlı, populyar etmək çox çətindir. Biz nə qədər çətin bir işə başladığımızın fərqindəyik. Məsuliyyətimizi hiss edir, başa düşürük. Amma çalışacağıq ki, ənənələri pozaq.

Əvvəla, bu qəzetdə şər, böhtan, təhqir və söyüş olmayacaq. Bu, birmənalıdır. Biz MDB ölkələrinin deyil, Türkiyə mediasının ənənələrini özümüzə örnək götürmək istəyirik. Yəni Rusiya mətbuatındakı kimi düşmənçiliyi yox, opponentlərin bir-birinə qarşılıqlı hörmətini mətbuata gətirməyə çalışacağıq. Necə ki, Türkiyədə seçki prosesində bir-birini kəskin tənqid edən siyasi rəqiblər sonda bir-birlərinin əlini sıxa bilir, biri digərini qələbə münasibətilə təbrik edə bilir, Azərbaycanda da bu ənənə, nəhayət, oturuşmalıdır. Siyasi mədəniyyət siyasətə gətirilməlidir.

- Bəs niyə məhz “Gündəlik Teleqraf”? Qəzetə niyə bu adı verdiniz? Milli bir ad seçmək olmazdımı?

- Əvvəla, biz iki layihəylə başlayırıq: “Gündəlik Teleqraf” qəzeti və “Publika.az” saytı. Biri digərini təkrarlamayacaq. Bir-birindən tamamilə fərqli layihələrdir. Qəzetin adına gəlincə, Mətbuat Şurasının, Milli Məclisin, bütövlükdə Azərbaycan mediasının diqqətini bir vacib məsələyə yönəltmək istəyirəm. Xəbəriniz varmı ki, Azərbaycan dilində qəzet adı ola biləcək söz, ifadə qalmayıb. Bütün uyğun adlar Ədliyyə Nazirliyinin müvafiq qurumunda qeydiyyatdan keçirilib. Biz monitorinq apardıq, məlum oldu ki, elə adam var, özü də mediaya ümumiyyətlə, dəxli yoxdur, yəni jurnalist, qələm əhli deyil, amma onlarla qəzet adı qeydiyyatdan keçirib özü üçün saxlayır. Niyyəti, məqsədi nədir, bəlli deyil. Bəlkə əlli ildən sonra da onun qəzet nəşr etmək imkanı olmayacaq. Ancaq ən yaxşı qəzet adlarını öz inhisarında saxlayır.

Mən belə təsisçilərin bir neçəsi ilə hətta əlaqə yaratmağa çalışdım. Normal bir qəzet adını satın almaq üçün. Elə fantastik rəqəmlər söylədilər ki, sadəcə, yaxın durmaq mümkün deyil. Məncə, bu problemin həlli yolu düşünülüb tapılmalıdır. Qanunvericilik yolu ilə müəyyən vaxt nəzərdə tutulmalıdır ki, qeydiyyatdan keçirilmiş mətbu orqan, tutaq, bir il fəaliyyət göstərmirsə, onun qeydiyyatı ləğv olunsun. Əlbəttə, bu, bir təklifdir. Amma düşünürəm ki, vaxtında çıxış yolu tapılmasa, bir azdan vəziyyət daha da mürəkkəbləşəcək.

Digər tərəfdən, hesab edirəm ki, ad, mətbu orqan adı uğurun çox cüzi hissəsini təşkil edir. Tutaq, qəzetə “Brilyant” adını verin, əgər oxunaqlı olmasa, bu ad belə öz parıltısını itirəcək. Ən önəmlisi peşəkarlıqdır.

- Sizin qəzet hansı mövqedə olacaq? Hakimiyyətə yaxın, müxalifətə yaxın, yoxsa?..

- Siz niyə hesab edirsiz ki, biz mütləq hansısa qüvvəyə yaxın və ya hansısa tərəfdə olmalıyıq? Biz tərəfsiz, müstəqil və prestijli bir media yaratmağa iddialıyıq. Yəni müxalifətdən nə qədər uzaqdayıqsa, iqtidardan da məsafəcə o qədər uzaqda dayanacağıq. Vaxtilə “Şans”, “Yeni Yüzil” və “Avropa” qəzetləri bunun örnəyini ortaya qoyub. Həm müxalifət, həm də iqtidar nümayəndələrinin fikirlərinə eyni dərəcədə yer ayırmaqla, balansı qorumaqla. Təbii ki, buna çalışacağıq. Heç kəsin şərəf və ləyaqəti müzakirə mövzusu olmayacaq. Mən parlamentdə olduğum müddətdə bunun ciddi əziyyətini çəkmiş bir insan olaraq heç vaxt imkan verə bilmərəm ki, bəzi qəzetlərin ənənəsi bizdə təkrarlansın. Bu, yolverilməzdir.

- Bəs yüksək vəzifəli dövlət məmurlarının tənqidi necə? Təbii ki, söhbət qərəzli yox, peşəkar tənqiddən gedir...

- Konkretləşdirim: əgər dövlət başçısını nəzərdə tutursunuzsa, mən bu mövqedəyəm ki, prezident də bayraq kimi, himn kimi, gerb kimi bu ölkənin atributudur və atributa hörmət etmək hər bir vətəndaşın borcudur. Bu mənim prinsipial mövqeyimdir. Üstəlik, bilirsiz ki, mənim İlham Əliyevə rəğbətim var və bunu gizlətmirəm. Amma heç kim düşünməməlidir ki, İlham Əliyev tənqidi qəbul etmir. Buyurun, mətbuata baxın, görəcəksiniz ki, bu ölkədə tənqidə ən dözümlü, ən tolerant insan elə cənab prezidentin özüdür. Azərbaycanda İlham Əliyevdən çox sərt və əndazəsiz tənqid olunan ikinci bir şəxs yoxdur. Təəssüf ki, o tənqidlərin çox cüzi hissəsi peşəkar etika çərçivəsindədir. Biz bu çərçivəni həmişə gözləyəcəyik. Bəziləri kimi, “adının çəkilməsini istəməyən mənbə”lərə istinadla həqiqətdən tamamilə uzaq şeyləri tirajlaya, sonra da məhkəmə qapılarında dayana bilmərik. Tənqidin mütləq əsasları olmalıdır. Düşünürəm, bu, oxucu qarşısında məsuliyyətimizi və etimadımızı dərk etmək baxımından da önəmlidir.

- Maliyyə qaynaqları haqqında nə demək mümkündür?

- Hələ ki, şəxsi əlaqələr hesabına işə başlayırıq. Amma sürətlə oxucu toplamağa iddialıyıq. Yəqin ki, az müddətdən sonra qəzetin satışından və reklam bazarından da gəlirlərimiz olacaq. Əldə olunan gəliri də kollektivin ixtiyarına buraxacağıq ki, daha yaxşı işləməyə həvəsli olsunlar. Məncə, Azərbaycanda belə media orqanı bizə qədər olmayıb.

- Qəzetdə hansı tanınmış imzalar olacaq?

- Tanınmış imzaların əksəriyyəti. Azər Hüseynbala, Taleh Şahsuvarlı, Qurban Yaquboğlu, Rusvat Bayramov, Günel Mövlud, Zahir Əzəmət, Murad Köhnəqala, Seymur Baycan, Əli Əkbər, Elmir Mirzoyev, Aqşin Yenisey, Salam Sarvan və başqaları. Yeri gəlmişkən, bütün məşhur imza sahiblərini əməkdaşlığa dəvət edirik.

- İndi daha çox elektron mətbu orqanlar, xəbər portalları təsis olunur. Yazılı medianın bir qədər gerilədiyi dövrdə qəzet çıxarmaq riskli deyilmi?

- Azərbaycanda qəzet-jurnalların qənimi əslində internet mediası deyil. Bu sektorun özünün ciddi problemləri var. İstər maliyyə, istərsə də peşəkarlıq baxımından. İnternet mediası, təbii ki, operativlik baxımından qəzetləri qabaqlayır. Ancaq operativ xəbərçilik xaricində qəzetlər hələ ki, heç bir cəmiyət üçün əhəmiyyətini itirməyib. Qəzet oxumaq bir mədəniyyətdir. Normal adam günə, işə qəzet oxumaqla başlamalıdır. Odur ki, Azərbaycanda bu mədəniyyətin inkişafına xidmət göstərmək daha vacibdir.

- Siz də qəzetdə yazacaqsınız?

- Əlbəttə. Bilirsiz ki, mən parlamentdə olduğum müddətdə də jurnalistikadan uzaq olmadım. Yenə də yazmaqda davam edəcəm. Martın 1-dən qəzetimiz və saytımız işıq üzü görəcək. Azərbaycan oxucusunu qane edə biləcəyimizə çox inanıram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısından yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:44
Komitə gömrük postlarını ildırımdan qorumaq üçün 17,5 min xərcləyəcək
Bu gün, 12:42
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq
Bu gün, 12:37
Generalın direktor qudası məhkəməyə verildi - Peşə Təhsil Mərkəzində tələbəni təhqir edib
Bu gün, 12:35
Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub - TƏFƏRRÜAT
Bu gün, 12:31
Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! - İcazə verin şübhələnək...
Bu gün, 12:28
Qəzetlər HƏFTƏLİK OLUR? - AÇIQLAMA
Bu gün, 12:23
Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərimizin əziz xatirəsi anılıb - FOTO
Bu gün, 12:12
Ali Məhkəmə Əziz Orucovla bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 11:59
“Mədəniyyət Nazirliyindəki qoçular ...” – Rejissoru boşanmağa nə vadar edib?
Bu gün, 11:57
Fazil Mustafaya qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası alan Səricanovun oğluna hökm oxundu
Bu gün, 11:56
Ermənistan bu kəndləri də qaytarır? - gözlənti
Bu gün, 11:54
Bayır şəhərdə tarixi binaların əksəriyyəti qəzalı olduğundan bərpası kifayət qədər çətindir - Dövlət Xidmətinin rəisi
Bu gün, 11:52
`Şərurlu İsfəndiyarın` NAĞILI... - Diqqətli və ehtiyatlı olmaq zorundayıq...
Bu gün, 11:48
Dəyişiklik sırası bir gün Binəqədiyə də çatar: YOXSA GEC OLAR... - Başçının satmadığı yer qalmayıb...
Bu gün, 11:20
Paşinyan qəzəbləndi, zalı tərk etdi - Bu gün Ermənistan parlamentində nə baş verib?
Bu gün, 11:03
Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildi
Bu gün, 11:00
Paşinyan "sabiqlər"ə qarşı: İrəvanın çıxış yolu realizmdir - AKTUAL
Bu gün, 10:56
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti... - Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı?
Bu gün, 10:52
Nikah ər və ya arvadın xəbəri olmadan pozula bilərmi? - AÇIQLAMA
Bu gün, 10:43
Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulları ilə bağlı QƏRAR
Bu gün, 10:41
Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır... - Ölüm saçan “MedAura” klinikası
Bu gün, 10:39
Rusiyanın Ermənistanda yeni siyasi qüvvə tapmaq imkanları məhduddur - ÇÜNKİ...
Bu gün, 10:34
Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən birinin cəzası azaldıldı
Bu gün, 10:32
Kəmalə Quliyevanın rəhbəri olduğu 260 saylı məktəb niyə nəzarətsiz qalıb? - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 10:23
"Paşinyan Bakıdakı hərbi parada dəvət olunmadığı üçün əsəbi ola bilər" - Mikoyan
Bu gün, 10:11
DSMF bir ildə 1.5 milyona 30 ədəd xidməti avtomobil alıb - ARAŞDIRMA
Bu gün, 10:10
Göygölün yeni icra başçısı bu yüksək vəzifəli məmurun oğludur - DOSYE
Bu gün, 10:07
Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu İTTİHAM ETDİ
Bu gün, 10:05
Ermənistanda Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb - “Sputnik Armenia”
Bu gün, 10:01
Paşinyan komanda yoldaşlarına boşanmağı qadağan etdi
Bu gün, 09:49
“Bunu mənə Allah dedirtdi, 3 gün sonra öz övladım şəhid oldu” - FOTO
Bu gün, 09:47
BOKT “İnternational”ın vergi borcu artmaqda davam edir - DETALLAR
Bu gün, 09:44
“Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq - YIĞINCAQ
Bu gün, 09:40
Azərbaycanda üç rayonda icra başçısı vəzifəsi boşdur - SİYAHI
Bu gün, 09:38
“Bakı Avtomobil Sənaye” ləğv oluna bilər
Bu gün, 09:36
Generala ağır itki
Bu gün, 09:32
Fuad Nəcəfli barəsində cinayət işi açılıb? - Həbs oluna bilər
Bu gün, 09:30
İnam Kərimovun məhkəmələri vətəndaşın DİZİNİ YERƏ GƏTİRİR - DİQQƏT: TƏHLÜKƏ VAR!!!
Bu gün, 09:27
Müharibə Nazirliyinin nəşri bədnam “907-ci düzəliş”in ləğvi üçün Konqresə çağırış edib - Bakının gözləntisi
Bu gün, 09:15
Köhnə yeni başçılar KÖHNƏ yerlərində YENİLİK ETMİŞDİLƏRMİ? - ONA GÖRƏ DƏ...
Bu gün, 09:11
Ramiz Mehdiyevin ev dustaqlığının bir ayı tamamlanır - 3 ay sonra...
Bu gün, 08:57
Fəzail Ağamalı Ana Vətəni necə dağıdır - qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları
Bu gün, 07:51
Paşinyan TRIPP marşrutunun inşası üçün vaxt cədvəlini açıqladı - KİV
Bu gün, 07:44
Ət bazarında təhlükəli oyun: ucuzlaşmanın səbəbi bilindi - NƏ BAŞ VERİR?
Bu gün, 07:42
"Azpul" MMC-də QANUN POZUNTUSU - müştərinin telefon "kontakt"ına icazəsiz daxil olur
Bu gün, 07:22
Şəhid ailəsi bağça müdirəsindən gileylənir - NARAZILIQ VAR...
Bu gün, 07:20
"5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər" - İTTİHAM VAR...
Bu gün, 07:16
Əmrullayevin direktor problemi... - Hələ də çözə bilmir...
Bu gün, 07:04
Kriptovalyuta bazarına kapital axınları azaldı - ARAŞDIRMA
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru