Evlərdən 100 min manatdan çox OĞURLUQ .....                     Paşinyan üçün saat işləmir .....                     Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır .....                     Rusiya ordusuna qoşulan azərbaycanlılar .....                     "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir" .....                     Pərvin Quliyev prokuror təyin olundu .....                     Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti .....                     Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi .....                     Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? .....                     Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? .....                     Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur .....                     Paşinyan Vardanyanla bağlı xahişi .....                     Yazıçılar yasda verilən ehsana etiraz edir .....                     “Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” .....                     Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: .....                     “Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb .....                     Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı .....                     İki ölkə arasında gərginlik azalıb .....                     Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib .....                     Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan .....                     Yol var, amma getmək olmur .....                     Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər .....                     Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış .....                     Sumqayıt Bulvarında təmir planları təxirə salındı .....                     Bakıdan Paşinyana çağırış .....                     "Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər .....                     Şirkətlərin "Premium Bank"a inamı azalır .....                     Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... .....                     Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər .....                     Bu quşçuluq şirkətinin direktoru dəyişir .....                     Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... .....                     Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU .....                     QHT sədri dənizdə şok keçirdi .....                     “Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” .....                     HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... .....                     Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı .....                     Milli Dram Teatrının direktoruna ağır itki üz verdi .....                     Yeni geopolitik konfiqurasiya və Azərbaycan .....                     Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? .....                     Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... .....                 

AZƏRBAYCANDAN TEHRANA ÇAĞIRIŞ
Tarix: 21-02-2012, 13:54 | Çap et
AZƏRBAYCANDAN TEHRANA ÇAĞIRIŞ

“İRAN RƏSMİLƏRİ BU BARƏDƏ ÇOX CİDDİ DÜŞÜNMƏLİDİRLƏR”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

- Xocalı soyqırımının baş verməsindən 20 il ötür. Bu ərəfədə görülən işləri necə qiymətləndirirsiniz?

- Sevindirici haldır ki, son illər həm hökumət xətti ilə, həm QHT, həm də siyasi partiyalar faciənin dünyada tanıdılması istiqamətində böyük işlər görür. Fikrimcə bunu etiraf etmək lazımdır. Xüsusilə bu məsələ o zaman diqqəti cəlb etməyə başladı ki, Heydər Əliyev Fondu Leyla Əliyevanın liderliyi ilə “Xocalıya ədalət” kampaniyasına start verdi. Soyqırımın dünyada tanıdılmasında bu kampaniya böyük rol oynadı. Bu aksiyaya dünyada fəaliyyət göstərən diaspora qurumlarımız, həmçinin Avropadakı cəmiyyətlər qoşuldu. Məsələn, Böyük Britaniyada qeydiyyatdan keçən Avropa Azərbaycan Cəmiyyəti də soyqırımın tanıdılması istiqamətində xeyli işlər gördü, tanıtım təbliğatı apardı. Həmçinin Milli Məclisdə də buna diqqət ayrılıb və işçi qrupların qarşısında bir vəzifə kimi qoyulub. Artıq nəticələr ortadadır. Bir neçə ölkənin parlamenti Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb, bir neçə ölkədə rəsmi sənədlər qəbul olunub. Ümid eləyirəm ki, işlər belə davam edəcək və soyqırımı tanıyan ölkələrin sayı artacaq. Mətbuatın bu məsələdə zəhmətini də xüsusi qeyd etmək istəyirəm. Bu məsələnin gündəmdə saxlanmasında Azərbaycan mətbuatı çox fəal olub.

- Soyqırımı günü - fevralın 26-da İstanbulun “Taksim” meydanında keçiriləcək mitinqlə bağlı nə düşünürsünüz?

- İstərdim ki, Türkiyənin bütün siyasi dairələri, iqtidarı və müxalifəti bu aksiyaya birgə dəstək versin. Nəticədə möhtəşəm tədbir keçirilsin, dünyaya səs sala biləcək aksiya baş tutsun və yüz minlərlə adam iştirak etsin. Bu da Türkiyədəki bütün siyasi partiyaların sözdə yox, qəlbən bu işə dəstək verməsindən asılıdır. Yeri gəlmişkən, bir məsələyə toxunum. Azərbaycan dövlətinin, xalqının, cəmiyyətinin Türkiyədən umacağı çoxdur. Hər dəfə Azərbaycandan “Ərazilərimizi bütün vasitələrlə, o cümlədən hərbi vasitə ilə də azad edəcəyik” bəyanatı səslənəndə dərhal bir rus generalı “Əgər regionda atəşkəs pozulsa, Rusiya sülhə məcburetmə tədbirləri görəcək” və sair kimi açıqlamalar verir. Şəxsən mən gözləyirəm ki, o zaman qardaş Türkiyədən də bir nəfər rəsmi şəxs çıxıb “Əgər atəşkəs pozularsa və Ermənistan destruktiv fəaliyyətini davam etdirərsə, Azərbaycan ərazilərini azad etmək məcburiyyətində qalacağı zaman üçüncü dövlətin bu məsələyə müdaxilə etməsini Türkiyə kənardan seyr etməyəcək” bəyanatını səsləndirsin. Türkiyənin bu reaksiyası erməniləri ciddi düşündürə bilər, Ermənistanı sülhə məcbur edər, düşünməyə sövq edər. Bütün bu və ya digər məsələlərə görə, “Taksim” meydanındakı aksiyanın keçirilməsini önəmli sayıram və bunun davamının gəlməsini arzu edirəm.

Yeri gəlmişkən, bu aksiyaya iqtidar-müxalifət yanaşmasını qəbul etmirəm. Təəssüf ki, bu aksiyanın üzərinə dolayısı ilə kölgə salmaq, yaxud da daxilə hesablanan siyasi məqsədlər üçün faydalanmaq istəyən qüvvələr var. Hesab edirəm ki, Azərbaycanda iqtidar-müxalifət, Türkiyədə yaşayan soydaşlarımızı aksiyada iştirak etməyə dəstək verməyə çağırmalıyıq. Buradan Türkiyə siyasi dairələrinə də müraciət etməliyik ki, bu ümummilli məsələdir. Bu türk xalqının bir faciəsidir. Ona görə də bu faciənin dünyaya çatdırılması üçün bütün səylərini səfərbər etməlidirlər. Öz tərəfdarlarını sözdə yox, səmimi şəkildə “Taksim” meydanına cəlb etməlidirlər. Bunu istəməkdə haqqımız da var. “Hamımız erməniyik” şüarı ilə minlərlə adam meydanlara çıxırsa, indi yüz minlər insan meydana toplanmalıdır. Taksim meydanı fevralın 26-da birliyimizin və bərabərliyimizin sınağı olacaq.

- Yeri gəlmişkən, bunu siyasi, milli notlara bağlamaq nə dərəcədə düzgündür?

- Bu insanlıq əleyhinə törədilən ümumbəşəri cinayətə etirazdır. Bu baxımdan burada məsələyə Ermənistan-Azərbaycan münasibətləri kontekstində də yanaşmaq düzgün olmaz. Özünü insan sayan hər bir şəxs, milliyyətindən asılı olmayaraq bu soyqırım aktını pisləməlidir. “Taksim”də siyasi bir aksiya keçirilmir, bu aksiya bəşəri dəyərlərin qorumasına xidmət edir.

- Son vaxtlar gündəmdə olan məsələlərdən biri də İrandır. İranın hədələrinin sayını artırıb. Açıq şəkildə Azərbaycanı terrorçuları gizlətməkdə ittiham edir. Azərbaycan sərhədində sadə insanlara problemlər yaradılır. Bu məsələ ilə bağlı da fikirlərinizi bilmək istərdik.

- Əvvəla onu deyim ki, İran tərəfindən sərhəddə sadə vətəndaşların hərəkətinə olan problemlər bu gün yaradılmayıb. Sadəcə çətinləşdirilib. Dəfələrlə Milli Məclisdə demişəm ki, İran ərazisindən keçməklə Naxçıvana və ya əks istiqamətə getmək istəyən Azərbaycan vətəndaşlarının sənədləri alınır və saatlarla heç bir əsas göstərilmədən orada saxlanılır. Bizim vətəndaşlara sadəcə zülm edilir. Başqa yolumuz olmadığı üçün vətəndaşlarımız bu yoldan istifadə etmək məcburiyyətində qalırlar. Bunu zaman-zaman söyləmişəm. Son vaxtlar isə problem daha da kəskinləşib. İranın Azərbaycana qarşı yürütdüyü siyasət yaxın qonşuluq və dostluq siyasəti deyil. Bu barədə açıq danışmaq lazımdır. İran Azərbaycana münasibətdə yürütdüyü siyasət, həm də İslam birliyinə qarşıdır və İslam dəyərlərinin ayaq altına atılmasıdır. Əgər İslam müsəlmanları bir-birinə qardaş olduğunu təlqin edirsə, necə ola bilər ki, qardaşının torpaqları işğal edilə və bu hərəkəti edən dövlətə sən hər cür dəstək verəsən? Məsələn, Pakistan İslam Respublikası Ermənistanda səfirlik açmayıb, Xocalı soyqırımını tanıyıb. İran rəsmi dairələri sadəcə əsassız yazılardan bəhanə kimi istifadə edir. Böyük Britaniyanın “Tayms” qəzetində guya İsrailin kəşfiyyat orqanlarının Azərbaycan üzərindən İran əleyhinə müəyyən işlər aparması və Azərbaycan da buna şərait yaratması haqqında yazı dərc olunub. Həmin yazını mən də diqqətlə oxudum. Əvvəla, siyasətdən kənar insana da bəllidir ki, heç bir kəşfiyyatçı fəaliyyət göstərdiyi ölkədə özünün kimliyini və niyyətini açıqlamaz. İkincisi, son vaxtlar Britaniya mətbuatında Azərbaycan qarşı təxribat xarakterli yazılar yer almasını bütün dünya izləyir, o cümlədən İran da. Boksla bağlı qalmaqal, elə bayaq Xocalı ilə bağlı fəaliyyətini söylədiyim Avropa Azərbaycan Cəmiyyəti əleyhinə yazılar, indi də “Eurovision” əleyhinə aparılan kampaniya göstərir ki, bu ölkənin mətbuatının bir hissəsində Azərbaycana qərəzli yanaşma var. Əminəm ki, bu prosesi İran xüsusi xidmət orqanları da izləyir. Belə olduğu halda İranın Böyük Britaniya mətbuatında gedən yazıya görə, Azərbaycan qarşı belə bir kampaniyaya başlaması təzyiqdən başqa bir şey deyil. İranda 30 milyon azərbaycanlı yaşayır. Farsların da içərisində münasibətlərin normal olmasını istəyənlər var. Çünki tarixi əlaqələrimiz var, bir adət-ənənəni bölüşürük. Təəssüf edirəm ki, artıq həmin məsələ ilə bağlı İran prezidentinin qardaşı səviyyəsində münasibət bildirilir və Azərbaycan ittiham olunur. Yenə də deyirəm burada məqsəd Azərbaycan qarşı düşmənçilik siyasətini yürütməkdir. Onlar Azərbaycanda İslam dövləti adı altında özlərinə bənzər və İran tərəfindən idarə olunan bir teokratik rejim qurmaq istəyirlər. Azərbaycan cəmiyyəti də sözsüz bunu rədd edir və qəbul etməyəcək. İran Azərbaycanda nə qədər vəsait xərcləsə də, bu alınmayacaq. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən də terror cəhdinin də qarşısı alındı. Azərbaycana qarşı bu siyasətin yürüdülməsi yanlışdır. Nə qədər gec deyil, İran siyasətinə nəzər salmalı və Azərbaycana yönələn siyasətlərində dəyişiklik etməlidirlər. Ən azı ona görə də həmin ölkədə 30 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycana yönələn bu düşmənçilik siyasəti istər-istəməz 30 milyonun da kəskin narazılığına gətirib çıxaracaq. İran daxilində ciddi parçalanma və milli qarşıdurma yarada biləcək. Ona görə də İran rəsmiləri bu barədə çox ciddi düşünməlidirlər. Onu da nəzərə almalıdırlar ki, Azərbaycan kimi ərazisinə görə çox da böyük olmayan bir ölkə böyük dövlətlərin qarşısında bəyan edib ki, biz İranla qonşu ölkəyik və öz torpaqlarımızdan İrana qarşı istifadə olunmasına imkan verməyəcəyik. Ən azı Azərbaycanın bu mövqeyini İran qiymətləndirməyi bacarmalıdır.

- Sizin parlamentdə ölkəmizin adının dəyişdirilməsi təklifi də olmuşdu. Yəni respublikanın adının Şimali Azərbaycan adlandırılması. Münasibətlərin gərginləşdiyi məqamda bu təklifi səsləndirmişdiniz.

- İranın bir qrup parlament üzvü məsələ qaldırdı ki, Türkmənçay müqaviləsinə yenidən baxmalıyıq. Hətta Azərbaycanın qədim İran torpaqları olduğunu söyləyirdilər. Amma mənim təklifim bu bəyanata qarşılıq deyildi. Bu məsələ 2008-ci ildə prezident seçkisi kampaniyası zamanı seçki platformamda öz əksini tapmışdı. Azərbaycan 19-cu əsrdə xanlıqlar şəklində olarkən ərazisi İran və Rusiya tərəfindən işğal olunub. Bu da Gülüstan və Türkmənçay müqavilələri ilə rəsmiləşib. Bu gün də İranın ərazisində qərbi və şərqi Azərbaycan ostandarlığı bir inzibati ərazi kimi saxlanılıb. İran özü oranın Azərbaycan olduğunu etiraf edib. Bir yerin cənubi varsa, şimalı da var də. Bu artıq təkzibolunmaz və qacınılmaz gerçəklikdi. İran Azərbaycan Respublikasını da rəsmən tanıyır. Azərbaycan Respublikası bütöv Azərbaycanın ümumi ərazisinin üçdə birini təşkil edir. Əhalisinin isə dörddə birini... Belə olduğu halda bizim yalnız Azərbaycan adı ilə çıxış etməyimiz doğru olmaz. Hər bir xalqın dövlətinin adını dəyişmək hüququ var. Bizim Şimali Azərbaycan adı ilə tanınmağımız BMT-də, deməli dünyada bölünmüş xalq olmağımızın təsdiqi olacaq. Mənim bu açıqlamamın əleyhinə olanlar ciddi arqument tapa bilmədilər. Hətta səviyyəsiz yanaşmalar da oldu. Alim kimi hörmət etdiyim şəxs dedi ki, Azərbaycan Xalq Cümhuriyyətinin baniləri indi bu ideyanı irəli sürənlərdən savadsız olmayıblar ki... Ona görə də ölkənin adını dəyişmək olmaz. Bilirsiniz, əvvəla xoşagəlməz vəziyyət odur ki, o adam tarixçi kimi yox, siyasətçi kimi məsələlərə qiymət verir. Bundan əlavə də hər dövrün öz siyasi reallıqları var və siyasi reallıqlara uyğun olaraq, qərar qəbul olunanda burada savad, vətənpərvərlik məsələsi gündəmdə olmur. Həmin məntiqlə yanaşanda, məgər həmin dövrdə ölkəyə rəhbərlik edənlər qeyrətsiz idilər ki, İrəvanı ermənilərə paytaxt kimi verilməsinə razı olmuşdular? Ortada sənədlər də var. Əlbəttə yox, sadəcə o dövrün siyasi reallıqları onu tələb edirdi. Amma indiki dövrün siyasi reallığı budur ki, dünyada parçalanmış xalqlar birləşir və parçalanmış xalq olduğunu elan edir. Biz də çalışmalıyıq ki, dünyaya parçalanmış xalq olduğumuzu göstərək. Bəziləri bunu siyasi konyunktura kimi dəyərləndirdilər. Bu milli maraqlardan irəli gələn məsələdir. Kimin necə yanaşmasından asılı olmayaraq, biz bu məsələni gündəmə gətirməliyik.

- Güney Azərbaycandan danışmışkən, bu yaxınlarda mətbuatda Babək və Şah İsmayılla bağlı ciddi bir polemika oldu. Sizin münasibətiniz necədir bu məsələyə?

- Mən Babəkə yönələn hücumları qətiyyətlə pisləyirəm. İstənilən tarixi şəxsiyyətin həyatını araşdırsan, orda şəxsi nələrsə tapmaq olar. Amma bunu nəzərə almaq lazımdır ki, Babək bu gün Güneyi Azərbaycanda millətimizin bütövlüyünün simvoluna çevrilib. Hər il milyonlarla insan Bəzz qalasına yürüş edir. Bəs bu dəyəri aşağılayanlar nəyə xidmət edirlər? Azərbaycan torpaqlarında dövlət qurmuş Şah İsmayıl Xətaiyə qarşı da belə yanaşmanın əleyhinəyəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Bu gün, 13:02
Paşinyan üçün saat işləmir - ŞƏRH
Bu gün, 13:00
Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Bu gün, 12:58
Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Bu gün, 12:57
"Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Bu gün, 12:53
Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Bu gün, 12:47
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Bu gün, 12:44
Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Bu gün, 12:42
Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Bu gün, 12:32
Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Bu gün, 12:29
Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Bu gün, 12:26
Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Bu gün, 12:12
“Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Bu gün, 12:04
Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Bu gün, 11:58
“Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Bu gün, 11:56
Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı - QALİB ŞİRKƏT
Bu gün, 11:53
İki ölkə arasında gərginlik azalıb - ARAŞDIRMA
Bu gün, 11:41
Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var
Bu gün, 11:37
Məleykə Abbaszadənin "iki inəyi": ölmüş və hər gün sağılan - Ekspertdən reaksiya
Bu gün, 11:33
Yol var, amma getmək olmur - NARAZILIQ VAR...
Bu gün, 11:27
Yeni Kaledoniyanı ilk tanıyan ölkə Azərbaycan ola bilər - NİYƏ DƏ YOX?
Bu gün, 11:14
Tehrandan pakistanlı nazirə Bakıya qarşı şok çağırış - Molla rejimi BAŞINI İTİRİB...
Bu gün, 11:08
Sumqayıt Bulvarında təmir planları təxirə salındı – 2 TENDER LƏĞV EDİLDİ
Bu gün, 10:59
Bakıdan Paşinyana çağırış - “Tör-töküntülərin ipini yığ!”
Bu gün, 10:52
"Hücum diplomatiyası": ilkin nəticələr və sonrakı hədəflər - İNCƏLƏMƏ
Bu gün, 10:48
Şirkətlərin "Premium Bank"a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
Bu gün, 10:46
Mirsaleh Seyidov üçün SANILI GÜNLƏR QALIB... - İLGİNC İDDİA
Bu gün, 10:38
Zəngəzur dəhlizi Suriyanı İsraillə birləşdirə bilər - ŞƏRH
Bu gün, 10:28
Bu quşçuluq şirkətinin direktoru dəyişir
Bu gün, 10:08
Ukrayna bundan sonra Rusiyanın istənilən yerini vura biləcək... - “The Washington Post”
Bu gün, 10:00
Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB
Bu gün, 09:53
QHT sədri dənizdə şok keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:52
“Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” - ƏKS HALDA...
Bu gün, 09:47
HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... - MALƏSƏF...
Bu gün, 09:40
Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:36
Milli Dram Teatrının direktoruna ağır itki üz verdi
Bu gün, 09:31
Yeni geopolitik konfiqurasiya və Azərbaycan - AKTUAL
Bu gün, 09:05
Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... - “Hraparak”
Bu gün, 08:56
“Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 08:54
Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Bu gün, 08:50
Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Bu gün, 08:48
Qida Sənayesi Kolleci adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:46
Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35
5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34
Adil Vəliyev şəhid ailəsinə qarşı... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:29
“FSB”nin Bakıda kəsilən “qolu” - hibrid savaşçılarının baş hədəfi
Bu gün, 08:25
`Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru