Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub .....                     Azərbaycan təhsili hara gedir? .....                     “Lukoil”də ancaq nağd ödəniş alınır .....                     Dana əti adı ilə at əti satırlar .....                     “Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” .....                     “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb .....                     Ələsgər sənətdən nakam getdi... .....                     Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə .....                     “Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu .....                     Ağdərədə mina partlayışı: Xəsarət alan var .....                     Ukrayna strateji məğlubiyyətə doğru gedir .....                     Zelenski Putinə qoyduğu qadağanı ləğv edir? .....                     Putin-Tramp görüşü hələlik təxirə salınıb .....                     "O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" .....                     Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? .....                     Belçikadan Azərbaycana dəstək bəyanatı .....                     "Bu, qorxuya əsaslanan tərifdir" .....                     “Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” .....                     Daha bir yeniyetmə anasını qətlə yetirdi .....                     Zay məhsulu satırlar... sonra da... .....                     Bu, Azərbaycan üçün ona görə vacibdir ki... .....                     Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... .....                     Zəngəzur dəhlizi strateji təklif kimi görünür .....                     Regionda mühüm gedişat: 5 ölkə qərar verdi .....                     'Ana Vətən' TƏMİZLƏNİR... .....                     Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı .....                     Azərbaycan tamhüquqlu iştirakçı oldu .....                     Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... .....                     “Onlara görə subay qalmışam” .....                     1362-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... .....                     İşçilərin bunları bilməsi MÜTLƏQDİR... .....                     "Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." .....                     Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş .....                     İslam Mahaçev UFC çempionu oldu .....                     Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? .....                     Ramiz Mehdiyev işində son gəlişmə .....                     NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? .....                     Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək .....                     “İbrahim sazişləri” Azərbaycana nə verəcək? .....                 

AZƏRBAYCANI TƏHDİD EDƏN DİNİ PARÇALANMA
Tarix: 6-11-2013, 15:53 | Çap et
AZƏRBAYCANI TƏHDİD EDƏN DİNİ PARÇALANMA
BİZİ BİRLƏŞDİRƏN VAHİD KONSEPSİYA İŞLƏNMƏLİDİR

DİA.AZ: - Keçən günlərdə ölkədə mövcud olan təhlükə törədə biləcək iki təriqətlə bağlı məlumatları diqqətinizə çatdırdıq. Söhbət Azərbaycan üçün qeyri-ənənəvi hesab olunan vəhabilərdən və nurçulardan gedir. Bildirək ki, hər bir təriqətin arxasında konkret qüvvə dayanır ki, məhz onların sayəsində bu gün nə vəhabilərə В«gözün üstə qaşın varВ» deyən tapılır, nə də nurçulara. Hətta nurçular bir sıra məqamlarda Azərbaycan dövlətinin tərəfdaşı kimi çıxış edərək, dövlətlə ortaq layihələrdə iştiraka qədər məhrəmləşiblər. Bu isə təhlükənin, hər an bizi sanca biləcək ilanın artıq qoynumuza qədər yaxınlaşmasından xəbər verən bir haldır.

Onu da bildirək ki, bu qeyri-ənənəvi dini cərəyanlar Azərbaycanda təkcə nurçuluq və vəhabiliklə yekunlaşmır. Xristianlığın ayrı-ayrı qolları, habelə krişnaizm və digər bu kimi dini cərəyanlar da bu gün dinlərin poliqonuna çevrilən (rəsmilərimiz buna В«tolerantlıqВ» deyir -red.) Azərbaycan üçün xarakterik hesab olunmaqdadır. Bu gün Azərbaycanda Məhəmməd adında inanclı baptistə, Zülfiqar adında krşinaidə, Mustafa adında В«Yehova ŞahidiВ»nə rast gəlmək mümkündür.

Təbii ki, demokratiya baxımından hər bir insan istədiyi inanca sahib ola bilər. Amma bu heç də o demək deyil ki, insanlar bu məsələdə başlı-başına buraxılmalıdır. Əgər vəziyyət bu cür özbaşınalıq halına gətirilərsə, dövlət üçün təhlükə hesab olunacaq xaotik vəziyyət yarana bilər ki, artıq Azərbaycan belə bir təhdidin astanasındadır. Bir ölkənin ideoloji müstəvisində xaso hökm sürürsə, həmin ölkənin insanlarının bir çatı altına yığılması imkansızdır və bu da həmin dövlətlər üçün fəlakətdən yaxşı heç nə vəd etmir.

Azərbaycan isə elə bir dövlətlərdəndir ki, onun üzləşdiyi problemlərin böyük əksəriyyəti ümummilli xarakter daşıyır və Azərbaycan insanlarının hər hansı ideya ətrafında parçalanması, bu işə rəvac verilməsi ən böyük cinayət əməli hesab olunmalıdır. Amma yazıqlar olsun ki, bu gün məhz dini zəmində parçalanmaya (bu, real mənzərənin ən yumşaq ifadəsidir) nədən olanların əksəriyyəti səlahiyyət sahibləridir. Hansısa qəpik-quruş qədərli maddiyyat naminə Azərbaycan dövlətinin sütunları təhlükə altına atılır.

DİA.AZ bu dəfəki araşdırmasında kifayət qədər ənənəvi hesab olunan, amma yazıqlar olsun ki, məhz dövlətin bu məsələdə təpərli görünməməsi nədənindən təhlükə hesab olunan inancla - şiəçiliklə bağlı məqamlara toxunacaq. Bu bir faktdır və etiraf olunmalıdır ki, hazırda böyük əksəriyyəti şiə olan Azərbaycan insanları bu inanc-baxış sistemi məsələsində də parçalanıblar. Kimi ağzını açıb İrandakı gerçəkdə fars şovinisti olan mollalardan fətva gözləyir, kimi də Bakıda yasxana mollalarının nəzir qutusu marağından uzağa getməyən və heç bir fəlsəfəsi olmayan faydalanma marağı ilə özünün dini etiqad tələbatını ödəməkdədir.

Belə bir şəraitdə İranın təklif etdiyi yolun daha da şirnikləndirici olduğu heç şübhəsizdir. Ona görə də bu gün yüzlərlə inanclı insanımız hətta dövlətə qarşı getməyi belə göz önünə alır, ağlının ucundan keçirir. Səbəbsə dövlətin müvafiq qurumlarının yerində olmaması, yerində müdaxilə etməməsidir. Bu gün Qafqaz Müsəlmanları Ruhani İdarəsi Həcc biznesinə daha diqqətli, daha həssasdır, nəinki dini-ideoloji müstəvidəki boşluqdan yararlanaraq Azərbaycan insanlarının beyinlərini oğurlayan fars-molla rejiminin işləklərinə.

Kim iddia edə bilər ki, bu gün həbsxanalarda В«dindarВ» adı altında saxlanılan və əslində məhz İranla şübhəli əlaqələri səbəbindən hədəfə çevrilən həmin inanclılarla bağlı məsələyə Allahşükür Paşazadənin dairəsindən hər hansısa münasibət bildirilib, reaksiya verilib. Belə bir hadisə olmayıb. Hətta Allahşükür Paşazadənin idarəsi bu kimi halları lənətləmə cəsarətində belə deyil ki, bu da Azərbaycanın dini siyasətinin İranın inhisarında olması ilə bağlıdır. Yəni necə ki, nurçular Türkiyədəki təhlükəli çevrələrdən, vəhabilər Küveyt və Səudiyyə Ərəbistanından qidalanır, Azərbaycanda da böyük əksəriyyətin inanc sistemi olan şiəlik İranın inhisarı altındadır ki, bu da dövlətimiz adına ən böyük ayıblardan biri hesab olunmalıdır.

Hələ də Azərbaycanda dindarlar Ramazan bayramını iki tarixdə qeyd edirlər, hələ də Azərbaycanın ruhani idarəsi hansısa dini əhəmiyyətli əlamətdar tarixlə bağlı fətvanı verənə qədər gözlərini İrandakı mollalara dayayırlar. Yəni müstəqil dini siyasətin, dini inanc sistemimizin olmamasının nəticəsidir ki, bu gün bizlər ciddi şəkildə parçalanmışıq. В«Allaha ibadətВ» adı altında saxtakarların siyasi oyunlarının güdazına gedirik. Və Allahın bizə verdiyi ən böyük nemət olan ümumi evimizin - DÖVLƏTİMİZİN sütunlarını belə təhdid edirik.

Ən acınacaqlı olanı isə odur ki, hələ də bu sahədəki təhlükəni dövlətin müvafiq qurum və təşkilatları yetərincə hiss etmirlər. Onlara bu gün Şeyx Qamətin В«hər cümə namazına 20 minə yaxın adamımız gəlirВ» kimi açıqlama verməsi şişirtmə-qürrələnmə, başqa təriqətlərə acıq vermə təşəbbüsü kimi görünür. Onlara bu gün Mövsum Səmədovun, Taleh Bağırzadənin fətvaları evcik-evcik oyunundan başqa bir əhəmiyyətdə təsir bağışlamır. Onlar bu gün В«XəzərВ» kanalının aşıladığı təhlükəni duyacaq səviyyədə deyillər.

Amma təhlükə var. Azərbaycan rəsmən parçalanıb. Və sabah - Qarabağı azad etmə zamanı biz bu parçalanmış milləti bir araya çox çətinliklə yığacağıq. Bunu görmək lazımdır. Artıq parçalanmışıq ki, Suriyada, Əfqanıstanda Azərbaycan oğulları canlarını absurd ideyalar naminə qurban verirlər. Və bu gün minlərlə azərbaycanlı var ki, fars mollalarının ağzından fətva gözləyirlər.

Sizcə ayılmalı deyilikmi? Ortaya sənəd qoymağın tam zamanıdır. Azərbaycanı birləşdirəcək, özünə qaytaracaq sənədin - bu ölkəni vahid dini konsepsiyasının. Cəhənnəmə olsun o tolerantlıq…

Samir - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub
Dünən, 23:16
Azərbaycan təhsili hara gedir? - Rəqəmsal çağın tələbləri və real vəziyyət
Dünən, 23:12
“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu
Dünən, 23:07
Dana əti adı ilə at əti satırlar - Ekspert deyir ki...
Dünən, 23:04
“Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” - ETİRAZ
Dünən, 18:40
“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb – Yeni məbləğ
Dünən, 18:38
Ələsgər sənətdən nakam getdi... - ANIM
Dünən, 15:01
Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə HÖKM OXUNDU
Dünən, 14:59
“Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu - VİDEO
Dünən, 14:52
Ağdərədə mina partlayışı: Xəsarət alan var - Sırxavənd kəndi ərazisində...
Dünən, 14:30
Ukrayna strateji məğlubiyyətə doğru gedir - Röpke
Dünən, 14:28
Zelenski Putinə qoyduğu qadağanı ləğv edir?
Dünən, 13:27
Putin-Tramp görüşü hələlik təxirə salınıb - Uşakov
Dünən, 13:23
"O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" - Prezident İlham Əliyev
Dünən, 13:20
Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Dünən, 12:56
Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Dünən, 12:49
"Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Dünən, 12:28
“Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Dünən, 12:22
Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Dünən, 12:18
Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Dünən, 11:52
Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Dünən, 11:40
Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... - TƏFƏRRÜAT
Dünən, 11:34
Zəngəzur dəhlizi strateji təklif kimi görünür - Japarov
Dünən, 11:29
Regionda mühüm gedişat: 5 ölkə qərar verdi – Zəngəzur planı işə düşür
Dünən, 11:25
'Ana Vətən' TƏMİZLƏNİR... - Görünəni odur ki...
Dünən, 11:21
Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub...
Dünən, 11:18
Azərbaycan tamhüquqlu iştirakçı oldu - AÇIQLANDI
Dünən, 11:09
Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... - Hələliksə...
Dünən, 10:57
“Onlara görə subay qalmışam” – Gənc müğənni əsəbiləşdi
Dünən, 10:49
1362-ci gün: Rusiyanın itkiləri yeniləndi
Dünən, 10:46
Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... - İLGİNC
Dünən, 10:40
İşçilərin bunları bilməsi MÜTLƏQDİR... - DİQQƏT
Dünən, 10:19
"Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." - Xeyrəddin Qoca
Dünən, 10:09
Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş - GƏLİŞMƏ
Dünən, 10:01
İslam Mahaçev UFC çempionu oldu
Dünən, 09:59
Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? - ARAŞDIRMA
Dünən, 09:57
Ramiz Mehdiyev işində son gəlişmə – İki nəfər cəzalandırılıb
Dünən, 09:55
NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? - ŞƏRH
Dünən, 09:53
Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək
Dünən, 09:51
“İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Dünən, 04:37
Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Dünən, 04:24
LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Dünən, 04:21
Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Dünən, 04:13
Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Dünən, 04:07
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Dünən, 03:55
Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Dünən, 03:50
8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Dünən, 03:41
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Dünən, 03:38
"Hələ də inana bilmirəm..." - FOTO
Dünən, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Dünən, 03:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru