ARZU RƏHİMOVUN "YAĞLI-BUĞLU" PAYIZ SEZONU
Tarix: 14-10-2013, 16:59 | Çap et
DİA.AZ: - Gənclərin hərbi xidmətə çağırılması, hərbi-həkim komissiyalarında tibbi müayinədən keçmələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) səlahiyyətinə aid olan məsələlərdəndir. Ölkə başçısının müvafiq qərarı ilə 2012-ci ildə ləğv edilən Respublika Hərbi Komissarlığının yerində sözügedən xidmət yaradılıb. Yeni qurumun fəaliyyətə başlaması vətəndaşları, ələlxüsus da övladı hərbi xidmət yaşına çatanları ümidləndirmişdi ki, bu sahədə rüşvətə, korrupsiyaya, əyri işlərə birdəfəlik son qoyulacaq, gənclərin hərbi xidmətə aparılması prosesi tam şəffaf şəkildə həyata keçiriləcək. Lakin xidmətin bir il ərzindəki fəaliyyəti göstərdi ki, general-leytenant Arzu Rəhimovun rəhbərlik etdiyi SHXÇDX nəinki köhnədən yığılıb qalan problemləri həll etdi, əksinə hərbi çağırış sistemində böhran vəziyyəti daha da dərinləşdi. Hazırda xidmətin yerli şöbələrində gənc çağırışçıların hansı prinsiplər əsasında hərbi xidmətə aparıldığı heç kimə sirr deyil. Xidmətin yerlərdəki şöbələrinin rəhbərləri tam sağlam, başqa sözlə ifadə etsək, hərbi xidmətə yararlı olan gənclərdən müəyyən miqdarda rüşvət alaraq onları В«niqodnıyВ» hərbi biletlə təmin edirlər. Xidmət yarandıqdan sonra isə hərbi xidmətə yararsız biletinin də qiyməti qalxıb. Bizdə olan məlumata görə, ötən hərbi çağırış müddətində hərbi xidmətdən yayınmağın bədəli çox böyük olub. Qurumda mövcud olan nöqsanlarla bağlı dəfələrlə məqalə yazsaq da, yuxarı instansiyalar tərəfindən heç bir reaksiya gəlməyib. Belə olan halda isə xidmət rəisi Arzu Rəhimov qanunsuz işlərini bir qədər də artıraraq hərbi çağırış sistemini tamamilə iflic vəziyyətə salmağı sanki qarşısına məqsəd qoyub. Dünən mötəbər qaynaqlardan DİA.AZ olaraq əldə etdiyimiz bilgilərə görə, general-leytenantın başı oktyabr çağırışına bərk qarışıb: В«9 oktyabr prezident seçkiləri ilə əlaqədar olaraq çağırış ayın 10-dan start götürüb. Oktyabr çağırışının ötən çağırışlardan fərqi var. Çünki bu çağırış ayında qaranlıq məsələlərə bir qədər düzəlişlər edilib. Təbii ki, bu düzəlişlər azalmaya yox, artmağa doğru edilib. Xidmət yarandığı vaxtdan bu günə qədər çağırışçıları razı salacaq işlərə imza atmayıb. Əgər iyul çağırışı zamanı В«niqodnıyВ» hərbi bilet almağın bədəli az idisə, hazırda artıb Özü də xidmətə tabe olan şöbələrin rəisləri və müavinləri hər adamı hərbi xidmətə yararsız hesab etmirlər. Onunla bərabər, В«day-dayınВ» olması da əsas şərtlərdən biridir. Bu dəqiqə xidmətin bütün şöbələrində əməlli-başlı canlanma var. Adi bir şeyi qeyd etmək istəyirəm. Hərbi xidmətə çağırış müddətini ayın sonuna kimi uzatmaq istəyən çağırışçılar şöbə rəislərinə 100-200 arasında В«hörmətВ» edirlər. Buna gücü çatmayanları isə çağırış vərəqəsində qeyd olunmuş tarixdə hərbi xidmətə aparırlarВ». Mənbəmiz onu da vurğulayır ki, Arzu Rəhimovun rəhbərlik etdiyi xidmətin tabeçiliyindəki şöbələrdə səhhətində problem olan gənclərin hərbi xidmətə aparılması hallarına da rast gəlinməkdədir: В«Pul verib hərbi xidmətdən yayınan gənclərin yerinə kasıb, eyni zamanda sağlamlıqlarında problem olan gəncləri əsgər göndərirlər. Bir neçə aydan sonra oktyabr çağırışı zamanı hərbi xidmətə aparılan bəzi gənclərin xəstəlikdən dünyasını dəyişməsini eşitsəniz, heç təəccüblənməyin. Bilin ki, həmin əsgərlər hərbi xidmətə çağırılan zaman yol verilmiş kobud nöqsanların, daha doğrusu, Arzu Rəhimov və onun bəzi kadrlarının qeyri-qanuniəməllərinin qurbanlarıdırВ». Məlumatlı mənbənin xidmət rəisinin səbəb olduğu qanunsuzluqlarla bağlı bizə verdiyi məlumatların digər hissəsini gələn saylarımızda diqqətinizə çatdıracağıq. Sonda general-leytenanta bir sual vermək istəyirik: Arzu müəllim, iş dəftərinizdə bir neçə gün əvvəl yazdığınız 6 nəfər çağırışçı gənclər kimlərdir? Qarşı tərəfi də dinləməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?” - ETİRAZ
Bu gün, 18:40 |
|
|
|
| • “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların təqaüdü artırılıb – Yeni məbləğ
Bu gün, 18:38 |
|
|
|
| • Ələsgər sənətdən nakam getdi... - ANIM
Bu gün, 15:01 |
|
|
|
| • Dələduzluq edib, xəstə qızını müalicə etdirən şəxsə HÖKM OXUNDU
Bu gün, 14:59 |
|
|
|
| • “Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi tənqid olundu - VİDEO
Bu gün, 14:52 |
|
|
|
| • Ağdərədə mina partlayışı: Xəsarət alan var - Sırxavənd kəndi ərazisində...
Bu gün, 14:30 |
|
|
|
| • Ukrayna strateji məğlubiyyətə doğru gedir - Röpke
Bu gün, 14:28 |
|
|
|
| • Zelenski Putinə qoyduğu qadağanı ləğv edir?
Bu gün, 13:27 |
|
|
|
| • Putin-Tramp görüşü hələlik təxirə salınıb - Uşakov
Bu gün, 13:23 |
|
|
|
| • "O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" - Prezident İlham Əliyev
Bu gün, 13:20 |
|
|
|
| • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Bu gün, 12:56 |
|
|
|
| • Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Bu gün, 12:49 |
|
|
|
| • "Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Bu gün, 12:28 |
|
|
|
| • “Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Bu gün, 12:22 |
|
|
|
| • Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Bu gün, 12:18 |
|
|
|
| • Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Bu gün, 11:52 |
|
|
|
| • Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Bu gün, 11:40 |
|
|
|
| • Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
| • Zəngəzur dəhlizi strateji təklif kimi görünür - Japarov
Bu gün, 11:29 |
|
|
|
| • Regionda mühüm gedişat: 5 ölkə qərar verdi – Zəngəzur planı işə düşür
Bu gün, 11:25 |
|
|
|
| • 'Ana Vətən' TƏMİZLƏNİR... - Görünəni odur ki...
Bu gün, 11:21 |
|
|
|
| • Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub...
Bu gün, 11:18 |
|
|
|
| • Azərbaycan tamhüquqlu iştirakçı oldu - AÇIQLANDI
Bu gün, 11:09 |
|
|
|
| • Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... - Hələliksə...
Bu gün, 10:57 |
|
|
|
| • “Onlara görə subay qalmışam” – Gənc müğənni əsəbiləşdi
Bu gün, 10:49 |
|
|
|
| • 1362-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:46 |
|
|
|
| • Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... - İLGİNC
Bu gün, 10:40 |
|
|
|
| • İşçilərin bunları bilməsi MÜTLƏQDİR... - DİQQƏT
Bu gün, 10:19 |
|
|
|
| • "Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." - Xeyrəddin Qoca
Bu gün, 10:09 |
|
|
|
| • Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
| • İslam Mahaçev UFC çempionu oldu
Bu gün, 09:59 |
|
|
|
| • Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? - ARAŞDIRMA
Bu gün, 09:57 |
|
|
|
| • Ramiz Mehdiyev işində son gəlişmə – İki nəfər cəzalandırılıb
Bu gün, 09:55 |
|
|
|
| • NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
| • Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək
Bu gün, 09:51 |
|
|
|
| • “İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Bu gün, 04:37 |
|
|
|
| • Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Bu gün, 04:24 |
|
|
|
| • LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Bu gün, 04:21 |
|
|
|
| • Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Bu gün, 04:13 |
|
|
|
| • Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Bu gün, 04:07 |
|
|
|
| • “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Bu gün, 03:55 |
|
|
|
| • Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Bu gün, 03:50 |
|
|
|
| • 8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Bu gün, 03:41 |
|
|
|
| • 2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38 |
|
|
|
| • "Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31 |
|
|
|
| • AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27 |
|
|
|
| • ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55 |
|
|
|
| • Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52 |
|
|
|
| • Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49 |
|
|
|
| • Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46 |
|
|
|
|