"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı .....                     Fidan İsrailin İrana zərbələri ətrafındakı vəziyyəti Lavrovla müzakirə edib .....                     Bu, qurtuluş savaşıdır, qalib gələcəyik .....                     Pekin İranın yanındadır: .....                     Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı .....                     Tehran Universitetində imtahanlar təxirə salındı .....                     İran ballistik raketlərin sayını 8 minə çatdıracaq .....                     Azərbaycanda prokuror müavini vəfat etdi .....                     Azərbaycanın bu rayonları təhlükədə .....                     İsrail–İran toqquşması: Hansı tərəf üstündür? .....                     Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı .....                     Məktəb direktoru özünü QOÇU ZƏNN EDİR .....                     "Bu hərəkətə dözə bilmirəm" .....                     "İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir" .....                     İsrail-İran qarşıdurmasında 5 ən pis ssenari mümkündür .....                     ABŞ-dən İrandaklı amerikalılara müraciət .....                     Dünyanı lərzəyə gətirən ölkə haqda bilmədiklərimiz .....                     İsrail son günlər ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib .....                     "Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı" .....                     Azərbaycanın sülhə nail olmaq istəyini görürük .....                     İran-İsrail müharibəsinin alovu sərhədimizə çatdı: Naxçıvandan raketlər görünür, insanlarımız narahatdır .....                     İran İsrailə qarşı kütləvi hücum planlaşdırır .....                     Netanyahunun oğlunun toyu təxirə salındı .....                     İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir .....                     Bu gün Bakının 550 küçəsi yuyulub .....                     İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: .....                     Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? .....                     İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib .....                     Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini .....                     İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib .....                     İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib .....                     Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var .....                     İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı .....                     AZAL-ın bir sıra reysləri ləğv edilib .....                     “Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” .....                     Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir .....                     Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır .....                     İran nüvə obyektində zərəri etiraf etdi .....                     Maliyyə Nazirliyində yeni təyinat olub .....                     İran-İsrail gərginliyi və Azərbaycana qarşı dezinformasiya kampaniyası .....                 

AYDIN BƏŞİROV ÖZ İŞÇİSİNİN QANINI BATIRIR
Tarix: 25-09-2013, 16:01 | Çap et
AYDIN BƏŞİROV ÖZ İŞÇİSİNİN QANINI BATIRIR
ÖLKƏNİN BAŞ DƏNİZÇİSİ İTTİHAM HƏDƏFİDİR

DİA.AZ: - “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsində baş vermiş və faciə ilə nəticələnmiş bədbəxt hadisənin təfərrüatlarından, həmçinin hadisə nəticəsində zərər çəkmiş tərəfin hüquqlqrının Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi tərəfindən kobud şəkildə pozulmasından bəhs olunan faktları diqqətinizə təqdim etmişdik.

Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişmiş Həmid Məcidovun atası Dilsuz Məcidov DİA.AZ-a ərizə ilə müraciət edərək ictimai diqqətə bir çox təfərrüatlar təqdim etmişdi. Bu günlərdə isə redaksiyamıza D.Məcidov tərəfindən imzalanmış və Azərbaycan Respublikasının Millət vəkili Mehriban xanım Əliyevaya, AR Ali Məhkəməsinin sədrinə, AR Baş prokuroruna ünvanlanmış daha bir ərizənin surəti daxil olub.

Öz ərizəsində Dilsuz Məcidov baş vermiş hadisədən sonra cərəyan edən proseslərdən, o cümlədən aparılmış istintaqın gedişindən, təqsirkar şəxslərin müəyyənləşdirilməsi və cəzalandırılması yönümündə görülmüş tədbirlərin effektivsizliyindən və ən əsası da bu xüsusda istər zərərçəkmiş şəxsin varisi, istərsə də zərərçəkmiş şəxs qismində hüquqlarının pozulduğundan şikyət edir. Ərizənin əvvəlində D.Məcidov qeyd edir ki, 03.07.2013-cü il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Nazim Tağıyev tərəfindən baxılmış məhkəmə prosesində Rəhimov Qulu Kamran oğlu AR CM-nin162.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə yükləyici qurğuların təmiri üzrə mexanik vəzifəsini tutma hüququndan məhrum edilməklə, cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.

Xatırladaq ki, Dilsuz Məcidovun oğlu Həmid Məcidov “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsinin rəhbərliyi ilə bağlanmış 06.02.2013-cü il tarixli əmək müqaviləsinə əsasən (müqavilə kadrlar şöbəsinin rəisi Rövşən İmamverdiyev tərəfindən imzalanmışdır), 6 ay sınaq müddəti ilə həmin liman məntəqəsində çilingər vəzifəsinə işə götürülmüşdü. Həmid Məcidova yük limanı məntəqəsinin 3 saylı körpüsündə yük qaldirici kranın oxunda təmir işlərinin aparılması həvalə edilmiş və 28 mart 2013-cü il tarixdə saat 17.00 radələrində yük qaldirici kranıın oxunda təmir işləri aparan zaman oradan yük kranı əyilərək aşağı düşmüş və nəticədə Həmid Məcidov yıxılraq aldığı xəsarətlərdən dünyasını dəyişmişdi.Bu xüsusda müraciət etdiyi instansiyaları məlumatlandıraraq D.Məcidov göstərir ki, onun oğlu əsasən avtonəqliyyat vasitələrində quraşdırılmış qaldırıcı kranlar üzrə çilingər vəzifəsində işlədiyindən, “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsində quraşdırılmış və istifadə olunan qaldırıcı kranların və onların mexanizmlərinin təmiri ilə bağlı müvafiq təcrübəyə malik olmamışdır. Liman Məntəqəsi ilə Həmid Məcidov arasında bağlanmış və kadrlar şöbəsinin rəisi Rövşən İmamverdiyev tərəfindən imzalanmış Əmək Müqaviləsinin 3.4 bəndinə əsasən nəzərdə tutulan müvafiq təhsil kursları, o cümlədən də qəza hallarında əməyin mühafizəsi, dənizdə insan həyatının mühafizəsinə dair beynəlxalq konvensiyaya aid kurslar, gəmilərin və liman avadanlıqlarının mühafizəsinə dair ixtisaslaşdırma kurslarına mərhum Məcidov Həmidin yazılması və həmin sahələr üzrə onun təcrübəsinin artırılması isə işəgötürən tərəfindən təmin olunmamışdır.

Artıq redaksiyamıza ilk müraciətində D.Məcidov açılmış cinayət işinin gedişi barədə bir çox iradlarını ortaya qoymuş, istintaq orqanlarının qərəzli mövqey tutmaları iddiasını irəli sürmüşdü. Bu gün də növbəti ərizəsində şikayətçi məhkəmə istintaqının birtərəfli aparıldığını, işin bütün hallarının araşdırılmadığını, ibtidai istintaq zamanı buraxılmış kobud səhvlərin aradan qaldırılmadığını, eyni zamanda da məhkəmənin daha qərəzli mövqeydə dayanaraq ədalətsiz hökm çıxardığını israrla iddia edir. D.Məcidov göstərir ki, Xətai rayon prokurorluğunun böyük müstəntiqi, 3-cü dərəcəli hüquqşünas Emin Nəsibov tərəfindən cinayət işi qeyri-obyektiv aparılmış, cinayət işi üzrə bütün təqsirkar tərəflər məsuliyyətə cəlb olunmamışlar.

İlk növbədə şikayətçi hadisə yerindən bəzi vacib dəlillərin gizlədildiyini qeyd edir: “Hadisə baş verən yerdə videokamera olmuş, lakin bu kamera gizlədilmiş, istintaqa təqdim olunmamışdır. Necə ola bilər ki, Gəmi limanında oğurluq, başqa neqativ halların qarşısını almaq və nəzarət etmək üçün kamera quraşdırılmasın?”

D.Məcidov oğlunun hadisədən dərhal sonra yaxınlıqdakı xəstəxanaya deyil, məhz Xəzər Dəniz Gəmiçiliyinin poliklinikasına aparılmasını da hadisənin ört-basdır edilməsi cəhdi kimi qiymətləndirir: “Hadisə baş verdikdən sonra Mehdi adlı şəxs oğlumu Cavanşir adlı başqa bir şəxsin avtomaşınına yerləşdirmiş, sonuncu idarə etdiyi avtomaşınla oğlumu işlədiyi və hadisənin baş verdiyi yerə yaxın xəstəxanaya, Fəhlə prospektində və hadısə yerindən cəmi 700 metr aralıda yerləşən neyrocərrahiyyə xəstəxanasına deyil, Xəzər Dəniz Gəmiçiliyinin poliklinikasına aparmışdır. Halbuki artıq maşına mindirilərkən oğlum artıq keçinmiş, hətta onun ayaqları belə qatlanmamışdır.”

Şikayətçi vurğulayır ki, bütün bu tədbirlər Ağadadaş adlı şəxsin bilavasitə göstərişləri ilə həyata keçirilmişdir. Onun sözlərinə görə “Xəzər Dəniz Gəmiçiliyi”nin də, Zığ Quru Yuk Limanı Məntəqəsinin də rəhbəri Aydın Bəşirov olsa da, məntəqənin gündəlik fəaliyyətinə nəzarəti və rəhbərliyi məhz Ağadadaş həyata keçirir. Hadisədən sonra keçən bir neçə saat müdət ərzində də Həmid Məcidovun cəsədi naməlum səbəbdən, əvvəlcə xəstəxanaya bu məqsədlə gəlmiş Ağadadaşın, sonra isə 3-4 nəfər polis əməkdaşının nəzarəti altında saxlanmışdır.Həmçinin Dilsuz Məcidov özünün cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi deyil, məhz zərərçəkmiş şəxs kimi, “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsinin isə mülki cavabdeh kimi tanınmamasının da kobud hüquq pozuntusu olduğunu ərizədə xüsusi olaraq vurğulayır. Yeri gəlmişkən qeyd etmək istərdik ki, mövzuya dair dərc olunmuş ötən yazıda biz konkret olaraq D.Məcidovun irəli sürdüyü ittihamların bu son bəndinə dair öz mövqeyimizi də bildirmişdik. Bu xüsusda biz qeyd etmişdik ki, heç şübhəsiz “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsinin rəhbərliyi öz işçilərinin təhlükəsizliyi və yaxud da qəza baş verdikdən sonra zərərçəkənin ailəsinə ən azından maddi kompensasiya ödənilməsi barədə qayğılanan müəssisələr sırasında deyildir. Bunun əvəzində isə, düşünmək olar ki, Liman Məntəqə rəhbərliyini daha çox ucuz işçi qüvvəsi, fəhlələrə verilən pulda qənaət, tibbi sığorta və digər bu kimi sənədlərin saxtalaşdırılması kimi məsələlər düşündürür.

Hadisələrin sonrakı inkişafı da bu ehtimallarımızın doğruluğunu təsdiq etmiş oldu. Dilsuz Məcidov sonda qeyd edir ki, onun və mərhum Həmid Məcidovun digər ailə üzvlərinin mənafeylərinə zidd olaraq, Xətai rayon məhkəməsi tərəfindən “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsi rəhbərliyinin mənafeyləri qərəzli formada müdafiə olunmuşdur. Bundan sonra işə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramov tərəfindən baxılmış, lakin bu instansiyada da məhkəmənin qərarı və hökm qüvvədə saxlanımışdır. Şikayətçi iddia edir ki, apellyasiya məhkəməsində də işə qərəzli və birtərəfli qaydada yanaşılmışdır. Bütün bunlarla əlaqədar AR Ali Məhkəməsinə kassasiya şikayəti veriləcəkdir. Öz ərizəsində Dilsuz Məcidov müraciət etdiyi instansiyalardan işin obyektiv araşdırılmasının təmin olunması üçün müvafiq tədbirlərin görülməsini xahiş edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 17:09
Fidan İsrailin İrana zərbələri ətrafındakı vəziyyəti Lavrovla müzakirə edib - TASS
Bu gün, 17:03
Bu, qurtuluş savaşıdır, qalib gələcəyik - Netanyahu
Bu gün, 17:02
Pekin İranın yanındadır: - İsrailə qarşı kəşfiyyat müharibəsi başlayır?
Bu gün, 17:00
Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı - MƏQALƏ
Bu gün, 12:24
Tehran Universitetində imtahanlar təxirə salındı
Bu gün, 10:16
İran ballistik raketlərin sayını 8 minə çatdıracaq - Kəşfiyyat
Bu gün, 09:50
Azərbaycanda prokuror müavini vəfat etdi
Bu gün, 09:48
Azərbaycanın bu rayonları təhlükədə – “Görünməz düşmən” hücuma keçə bilər
Bu gün, 09:46
İsrail–İran toqquşması: Hansı tərəf üstündür? - Markov
Bu gün, 09:42
Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı - GƏLİŞMƏ
Bu gün, 07:04
Məktəb direktoru özünü QOÇU ZƏNN EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:03
"Bu hərəkətə dözə bilmirəm" - Xalq artisti
Bu gün, 06:45
"İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir" - deputat
Bu gün, 06:39
İsrail-İran qarşıdurmasında 5 ən pis ssenari mümkündür - TƏFƏRRÜAT
Bu gün, 06:37
ABŞ-dən İrandaklı amerikalılara müraciət - Azərbaycanla sərhəddən keçib gəlin
Bu gün, 06:34
Dünyanı lərzəyə gətirən ölkə haqda bilmədiklərimiz – İsrail niyə bu qədər güclüdür?
Bu gün, 06:29
İsrail son günlər ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib - “Axios”
Bu gün, 06:20
"Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı" - ANIM
Bu gün, 00:56
Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
Dünən, 23:21
İran-İsrail müharibəsinin alovu sərhədimizə çatdı: Naxçıvandan raketlər görünür, insanlarımız narahatdır - TƏFƏRRÜAT
Dünən, 23:15
İran İsrailə qarşı kütləvi hücum planlaşdırır - IRIB
Dünən, 23:13
Netanyahunun oğlunun toyu təxirə salındı
Dünən, 18:04
İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
Dünən, 18:01
Bu gün Bakının 550 küçəsi yuyulub - FOTO
Dünən, 17:17
İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: - Müharibə iki ölkə arasında sülh yaradır?
Dünən, 17:11
Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
Dünən, 17:05
İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib - Bu vurhavurda da DİNC DAYANMIRLAR...
Dünən, 16:57
Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini - BU ŞİRKƏT UDDU
Dünən, 16:43
İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
Dünən, 16:34
İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib
Dünən, 16:32
Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var - Azərbaycan Prezidentinin köməkçisi
Dünən, 16:29
İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı - ŞOK DETAL
Dünən, 16:18
AZAL-ın bir sıra reysləri ləğv edilib - DİQQƏT!
Dünən, 16:17
“Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” - deputat
Dünən, 13:45
Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Dünən, 13:41
Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır - Prezidentin köməkçisi
Dünən, 13:14
İran nüvə obyektində zərəri etiraf etdi – Fordoda “məhdud dağıntı”
Dünən, 13:08
Maliyyə Nazirliyində yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 13:04
İran-İsrail gərginliyi və Azərbaycana qarşı dezinformasiya kampaniyası - Bahəddin Həzi yazır
Dünən, 13:02
"III Dünya savaşının başlayıb-başlamayacağını hadisələrin bir-iki həftə ərzindəki gedişatı göstərəcək...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 12:56
“Nur” çörəyin içindən polietilen paket çıxdı - VİDEO
Dünən, 12:52
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:48
“Bakıdan İrana İsrail agentləri göndərilir” iddiasının hədəfi – Hacıyevdən kritik mesaj
Dünən, 12:43
SEPAH: Tezliklə İsraili elə bir raketlə vuracağıq ki, dünya şoka düşəcək - Tehran YENƏ HƏDƏLƏDİ
Dünən, 12:37
“Sevimli dad” və “MilkPro” brendləri satılıb - DETALLAR
Dünən, 12:28
Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapurda qalıb - “Polsat News”
Dünən, 12:19
İran Hörmüz boğazını gəmilərin keçidi üçün bağladı - KİV
Dünən, 12:16
Vəziyyət Rusiya üçün getdikcə kritikləşir: - Kreml daha nə qədər mübarizə apara bilər?
Dünən, 11:55
Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş: “Aramızda problemlər var idi” - TƏFƏRRÜAT
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru