Daha bir şirkət ölkədən pul çıxarıb .....                     Tramp Putinlə nə vaxt görüşəcək? .....                     Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər .....                     İlyas İsmayılovdan ağsaqqal məsləhəti... .....                     Rusiyadan bu torpaqları geri almaq mümkün deyil .....                     “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək .....                     Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? .....                     Bu halda işçilərin əmək hüquqları pozulur... .....                     Müstəqillik tariximizin 20 Yanvar faciəsi .....                     Xalqımızın qan yaddaşı: 20 Yanvar... .....                     Naxçıvanda kredit-mredit OYUNU .....                     Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? .....                     Bu gün Köhnə Yeni ildir: .....                     “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” .....                     Bu həftə onun da 'ulduzu sönəcək'... .....                     Naxçıvanda mühüm posta TƏYİNAT .....                     Putin üçün həyəcan siqnalı... .....                     "İstəyənin bir, verməyənin iki üzü qara... .....                     Ermənistandakı silahlar kimə tuşlanacaq? .....                     İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi .....                     Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş .....                     Yeni virusa yoluxanların 43 faizi ölür? .....                     “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" .....                     "Mən sənətdə olanda sən yox idin" .....                     İsrail Azərbaycana yeni səfir təyin edib .....                     "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..." .....                     Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... .....                     Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU .....                     Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək .....                     "Əvvəllər toya kəllə qənd aparardılar... .....                     Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ .....                     Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar .....                     ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı .....                     "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq" .....                     Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb .....                     Öcalanın çağırışından sonra PKK təslim olmasa... .....                     Samir Şərifov bir kadr kimi .. .....                     "Çay susevən məhsuldur, su isə çox bahadır..." .....                     Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb .....                     "Suriya artıq İran üçün dəhliz olmayacaq" .....                 

CAVİD QURBANOVUN QOLLARINA QANDAL VURULA BİLƏR
Tarix: 24-09-2013, 15:59 | Çap et
CAVİD QURBANOVUN QOLLARINA QANDAL VURULA BİLƏR
DİA.AZ: - Bir neçə gün öncə bölgələrə səfər edən dövlət başçısı İlham Əliyev cəza planlarının anonsunu verdi. Dövlət başçısı bəzi məmurları yenidən “qudurğan” adlandırdı. Belə məmurlar sırasında xüsusilə "Azəryolservis"in rəhbəri, deputat Cavid Qurbanovun adı qırmızı xətlə keçir. DİA.AZ bildirir ki, bu barədə 30gun.az xəbər yayıb. Portala daxil olan məlumatlarda bildirilir ki, İlham Əliyevin Bərdədə səfərdə olarkən verdiyi bir bəyanat da bunun bir növ təsdiqi kimi xarakterizə edilə bilər.

Dövlət başçısı deyib: “Bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, bir neçə gün ad günləri keçirirdilər. Xaricdən müğənnilər dəvət edirdilər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır. Buna başqa ad vermək olmaz. Dözülməzdir. Ona görə onlara kəskin sözümü dedim ki, vəzifədən azad edəcəyəm”.

Bu bəyanat onu göstərir ki, böyük əksəriyyəti ehtiyac içərisində yaşayan, banklara borcu olan xalqın nazirlərin korrupsiya yolu ilə topladıqları pullar hesabına təmtəraqlı, əndazəni aşan həyat tərzi keçirməsinin, bunun müqabilində sadə insanlara zülm vermələrinin cəmiyyətdə aqressiya yaradan əsas amil olduğunu prezident dəqiq bilir.

Bu arada 30gun.az-a daxil olan məlumatlarda da qeyd edilir ki, Prezident Administrasiyasında məmur korpusu ilə bağlı bəlli bir plan var. Əsas məsələ odur ki, hakimiyyət vurulacaq məmurların siyahısın hazırlayıb. Artıq “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovun adı həmin qara siyahıda xüsusi yer tutur. Məlumatlara görə, Cavid Qurbanovun son illər ərzində özbaşınalıqları, korrupsiya və maxinasiyalar hesabına milyonlara gəlir əldə etməsi barədə dövlət başıçısına dosye təqdim edilib. Prezident Cavid Qurbanovun zəngin oliqarxa çevrilməsindən və ona yaxın böyük iş adamları ilə birgə gecə əyləncələrinə qatılmasından kifayyət qədər məlumatlıdır.

Qeyd edək ki, bəzən milyonlarla pul xərcləyib, dünya səviyyəli ulduzları məmur təbəqəsi məclislərinə, ad günlərinə gətizdirirlər; bu barədə yazılan yazılar da hər kəsin yadındadır. Lakin ölkəmizin tanınan müğənnilərindən də tez-tez bu məqsədlə istifadə olunur. Bu zaman xaricdən təyyarə ilə gətirilən dünya miqyaslı ulduzlara ödənən paralardan dəfələrlə az pul xərclənir. Lakin onlara da verilən məbləğlər heyrət və “hörmət” doğurur. Bəzən onlar gecəyarı hansısa müğənnini yuxudan qaldırıb məclislərinə gətirdir, yuxulu sənətçini sabahlara qədər oxudur, sonda da ona o qədər yüksək qonorar ödəyirlər ki, müğənni(lər) gecənin yuxusuzluğundan şikayətçi belə olmurlar... Belə hadisələrdən biri də dəfələrlə “Azəryolservis” ASC-nin sədri, Milli Məclisin üzvü Cavid Qurbanovun ifasında baş verir. Bir müddət əvvəl deputatın “Azərbaycan Dəmir Yolları” ASC-nin sədri Arif Əsgərova məxsus restoranda gecə yarısı çıxardığı hoqqa və üç müğənniyə (biri xanım oxuyanlardandır) 150 min dollar pul xərcləməsi əsl sensasiya nümunəsidir. Bu barədə redaksiyamıza C.Qurbanovun bir gecəsinin şahidləri danışıblar. Onlar həmin əyləncə gecəsinin, belə demək mümkünsə, “texniki dəstəyini” təşkil ediblər. Ümumiyyətlə, məlum olur ki, C.Qurbanovun əyləncə gecələri bir qayda olaraq Binəqədi rayonu ərazisində, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərova məxsus restoranda (məşhur “Zəngəzur” restoranı ilə üzbəüz) təşkil edilir. Restoran xarici görkəmi ilə başqalarından bir elə seçilmir, əksinə, sadə bir obyekt təsiri bağışlayır. Ancaq obyekt böyük bir ərazini əhatə edir və burada iri, hər cür şəraiti olan xüsusi təyinatlı zallar var. Onlardan biri C.Qurbanovun sərəncamındadır. Deputat işdən kənar vaxtlarını adətən məhz burada keçirir. Deputatın qeyri-adi özəlliklərindən biri də budur ki, o, əyləncələrinə mütləq sənətkarların bir dəstəsini qatmalıdır. Əksərən də gecə saatlarında, məsələn, saat 23-24, bəzən daha gecə saatlarda hansısa müğənni yadına düşür və onun ifasını canlı izləmək üçün həmin müğənnini restorana dəvət edir. Bu zaman müğənninin yatıb-yatmaması, bunu istəyib-istəməməsi deputatın qərarını dəyişmir - onu yuxudan oyadıb restorana gətirirlər. Təbii ki, onun əliaçıqlığını və ağlasığmaz qonorar ödədiyini bilən müğənnilər bu dəvətə qətiyyən etiraz etmirlər. “Bir gecənin şahidləri” qismində qeyd etdiyimiz vətəndaşlarımız bu barədə redaksiyamıza deyiblər ki, Cavid Qurbanov ənənəvi məkanında əylənərkən, çox gec saatlar olmasına rəğmən oraya 3 müğənni gətizdirir. Onlardan biri Qurbanovun sevimli müğənnilərindən olan Vasif Məhərrəmli olub. Digər ikisi isə ölkənin tanınan iki xanım oxuyanı olub - müğənni Xatirə İslam və son zamanlar daha çox “biznes ledi” kimi təqdim olunan başqa bir xanım (onu da adı bizə bəllidir, lakin bir sıra etik mülahizələrə və indiki durumunu da nəzərə alaraq, adını açıqlamırıq - red.). C.Qurbanov müğənniləri oxudur - ikisində problem olmur. Zatən, kiçik bir ansambl da orada müntəzirmiş. Lakin “biznes ledi” ayamalı müğənni qayıdır deyir ki, pianino olmasa, o, oxuya bilməz; onu pianoda kimsə müşayiət eləməlidir. Xanımın kaprizi Cavid Qurbanovun nəşəsini əngəlləyə bilmir. Fərqlənmək, gücünü göstərmək üçün bundan da gözəl imkan ola bilərmi? Əsabələrinə tapşırıq verir - pianino tapılsın və bu özündənrazı xanım müğənninin bəhanələri kəsilsin: “Bu gecə bunu səhərə kimi oxudacağam”, replikasını da fısıldayır yaxınındakı köməkçilərinə. Gecə saat 2 radələrində Bakının “Azadlıq” prospektindəki pianino mağazalarından biri açdırılır; bir pianino seçilib, maşına yüklənir, aparılır; akomponiment üçün sənətkar da tapılır, yuxudan qaldırılır və gətirilir məmurun əyləndiyi məkana. Bütün bunlar cəmisi saat yarım zaman alır. Bu vaxta qədər Cavid bəy yeyib içməyində, gətizdirdiyi digər müğənnilərə qulaq asmağında; “biznes ledi” ləqəbli qürurlu və kaprizli müğənni isə hikkə ilə gözləməyindədir. Ona Vasif Məhərrəmlinin vasitəsi ilə 15 min dollar veriblər; bu gecə oxusa da, oxumasa da, buradadır. Nəhayət, saat 03.20 radələrində pianino səhnəyə çıxarılır, müşayiət üçün gətirilən sənətçi taburetkasına əyləşir və xanım oxumağa başlayır... Həmin gecə Cavid Qurbanov yalnız müğənnilərin qonorarlarına 150 min dollar ödəyib (120 min Vasif Məhərrəmliyə, 15 min dollar Xatirə İslama, 15 min dollar da “biznes ledi” ayamalı, kaprizli və qürurlu müğənniyə). Şahidlər deyirlər ki, Aşıq Şəmşirin nəvəsi sənətçilərə pul xərcləməkdən xüsusi zövq alır. Lakin bizim zənginlərdən fərqli olaraq, ermənilərin varlıları pullarını siyasətə xərcləməkdən zövq alırlar... Ümumiyyətlə, “Azəryolservis” şefini Cavid Qurbanovun yüngül həyat tərzinə meylliliyi hakimiyyətin üst düzəyinə, xüsusi ilə də nəqliyyat naziri Ziya Məmmədova da məlumdur. Onun bu hərəkətləri daha çox Ziya Məmmədovda narahatçılıq yaradır (“Azəryolsevis” ASC İdarə Heyətinin sədri statusuna görə nəqliyyat nazirinin müavini sayılır - red.), ona yuxarıların yanında Ziya müəllim məsuldur. Oğlunu bir təhər əyləncə həyatından yığışdırsa da, çox yaxınında olan Cavid Qurbanovun hərəkətlərində nizam yarada bilmir. Məhz bu səbəbdən də C.Qurbanov bir növ, yarımgizli əylənir - yalnız bir məkanda, həm də gecədən xeyli keçmiş... Lakin bu yazıdan da göründüyü kimi, cidanı çuvalda gizlətmək olmur. Başqa bir mənbə isə iddia edir ki, C.Qurbanov imkan düşən kimi xaricə çıxır və orada da bahalı əyləncələrini davam etdirir. Bu yaxınlarda o, Türkiyədə yaxınlarına dəbdəbəli ad günü də keçirib. Bundan başqa, ekzotika həvəskarı olan C.Qurbanov Patamdar qəsəbəsində 1 hektar ərazini satın alıb, sakinlərə təzminat ödəməklə, bir çox evləri sökdürüb və boşalan ərazidə əzəmətli bir villa tikdirib. Belə nəhəng ərazidə, üstəlik də Patamdarda bu cür villa tikdirməyə heç oliqarx nazirlər də qol qoymur. Bu məmur isə dəbdəbə və əyləncə xəstəsidir - göstərişli olan hər şeyi sevir... Yada salaq ki, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev də məhz bu cür vərdişlərin və dəbdəbəli həyat tərzinin qurbanı olub. 50 yaşını dəbdəbəli qeyd etməsi, ziyafətdə deyilən sağlıqlar sabiq nazirin karyerasına son qoymuşdu. Yeri gəlmişkən, H.Babayevin də hakimiyyətin üst qatına birbaşa çıxışı var idi. Ancaq bu, onu xilas etmədi - əvvəlcə əmlakı, sonra vəzifəsi əlindən alındı. Bütün bunlardan sonra bir məsələ aydın olur. Bizim görməmiş varlılarımızın bir başqa Azərbaycanı var. Bizim üçün vətən, onlar üçün gəlirli iş yeri və əyləncə məkanı olan Azərbaycan...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22
Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19
Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14
İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12
Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02
Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57
Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38
Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34
Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32
Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30
Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18
Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08
“Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04
Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01
Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51
Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26
İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24
Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21
Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25
“Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
"Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16
İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10
"Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14
Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13
Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08
Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27
"Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40
"Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34
Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35
Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30
Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12
"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03
"Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru