İLGİNC: SDU REKTORU YENİ NAZİRƏ MEYDAN OXUYUR
Tarix: 12-06-2013, 14:58 | Çap et
 NADİR QƏHRƏMANOV KİMƏ BELƏ GÜVƏNİR?
DİA.AZ: - Sumqayıt Dövlət Universitetində (SDU) yer almış çox saylı neqativ hallara dair aldığımız məlumatlar əsasında hazırladığımız ötən materiallrda qeyd olunmuşdu ki, bu ali təhsil müəssisəsinin rektoru Nadir Qəhrəmanov bir vaxtlar, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə də qeyri-qanuni tələbə transferləri üzrə sıx əməkdaşlıq edirmiş.
Bu əməkdaşlığın əsasında isə N.Qəhrəmanovun Eldəniz Abdullayevlə (Elşad Abdullayevin qardaşı) olan dostluq əlaqələri dururmuş. Bu məqamı yenidən xatırlatmaqda məqsədimiz, həmin materialın dərcindən sonra aldığımız məlumatlarda da irəli sürülən ittihamlara əlavə dəlillərin təqdim olunduğunu bildirməkdir. Məlum olduğu kimi bu gün SDU gedən proseslər ölkə ictimaiyyəti tərəfindən diqqət və maraqla izlənilir. Bu marağın əsasında isə N.Qəhrəmanovun rəhbərlik etdiyi universitetdə özünün yaratdığı son dərəcə mürəkkəb və qarışıq vəziyyətdən elə özünün də necə çıxa biləcəyini görmək istəyi durur.
Qeyd edək ki, diqqətimizin SDU-ya yönəlməsinə səbəb olmuş ilk məlumatlar DİA.AZ-a hələ ötən ilin əvvəllərində, daha dəqiq desək yanvar ayının son günlərində daxil olmuşdu. Məhz həmin məlumatlarda belə bir iddia irəli sürülmüşdü ki, Sumqayıt Dövlət Universiteti tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub. Müxtəlif instansiyalara müraciət edən tələbələr bəzi hallarda rüşvət alan müəllimlərin konkret adlarını açıqlamasalar da onların kimliyini müəyyənləşdirməyin heç də çətin olmadığını da vurğulayırdılar.
Lakin sonrakı məlumatlarda artıq heç bir qeyri-müəyyənliyə yer qoyulmamışdı. Mənbələr israrla bildirirdilər ki, pul yığımlarının təşkili və bu prosesə nəzarət əsasən iki şəxsə-universitetin elmi işlər üzrə prorektoru Yadigar Hüseynova və qiyabi təhsil üzrə prorektor Qafar Ramazanova həvalə olunmuşdur. Daha sonra aldığımız məlumatlardan isə həmçinin belə qənaətə də gəlmək olurdu ki, bu qaydaya SDU-nun digər əməkdaşları tərəfindən heç də həmişə dürüst əməl olunmur. Belə ki, bəzi fakültələrin dekanları riskə gedərək tələb olunan rüşvəti bir başa özləri aldıqlarına görə, məbləği də özləri təyin edirlər.
Aldığımız məlumatlarda Təhsil naziri Mikayıl Cabbarovun SDU-da korrupsiya ilə mübarizə idarəsi tərəfindən təftiş aparılması barədə təklif irəli sürmək niyyətində olduğu bildirilir. Öz növbəsində Nadir Qəhrəmanov isə, bu yoxlamadan yaxasını qurtarmaq üçün öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmaq istəyir. Lakin fərqli mənbələr rektorun öz postu ilə belə asan vidalaşa biləcəyi variantını qəti rədd edirlər. Əksinə, onların rəyinə görə N.Qəhrəmanov nazirliyin təpgilərinə sinə gərmək məqsədilə artıq bütün imkan və vasitələrini səfərbər etmək üzrədir. Bu “vasitələrin” ən təsirlisi kimi isə rektorun Prezident Administrasiyasında çalışan bir qohumu göstərilir.
Mənbə DİA.AZ-a bildirir ki, Tahirov soyadlı bu qohumunun himayəsinə güvənən N.Qəhrəmanov Təhsil naziri Mikayıl Cabbarovun ona “gücü yetməyəcəyinə” tam əmindir. Bu arada bir daha qeyd etmək lazımdır ki, SDU-nun rektoru özü də qohumlarla münasibətində əksər hallarda hədsiz “səxavəti” ilə seçilir. Amma onun bu səxavəti də rəhbərlik etdiyi universitetin resursları hesabına təmin olunur. Belə ki, bu gün də Sumqayıt Dövlət Universitetində həyata keçirilən “qohumbazlıq siyasəti”nin nəticəsi olaraq universitetin ştat siyahısı “ölü canlarla” xeyli zəngindir.
DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Nadir Qəhrəmanov universitetə rektor təyin edildikdən sonra ilk olaraq qardaşı Rəşid Qəhrəmanovu “Ümumi Kimya” kafedrasına müdir təyin etmişdi. Növbəti təyinat isə universitetdə ümumiyyətlə böyük təəccüb və anlaşılmazlıqla qarşılanmışdı. Belə ki, rektor orta məktəbdə riyaziyyat müəllimi işləyən Polad adlı daha bir qohumunu universitetin “Riyaziyyat” kafedrasına müdir təyin etmişdi. Rektorun gəlini A.İsmayılzadənin adı SDU-da dosent kimi getsə də, əslində o, Bakıda yerləşən modalar evinə rəhbərlik edir. Həmçinin N.Qəhrəmanovun oğlu, qızı və kürəkəni də SDU-da çalışırlar və həm də onlar universitetə testdən kənar üsullarla qəbul ediliblər. İndi isə görünür qohumlarının Nadir müəllimə “yardım əlini” uzatmalarının vaxtıdır. Təəssüf ki, bu əlin SDU-nun rektorunu düşdüyü korrupsiya bataqlığından çəkib çıxarmaq üçün kifayət qədər güclü olub-olmadığı barədə hələlik heç bir fikir yürüdə bilmərik...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Bu gün, 04:37 |
|
|
|
| • Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Bu gün, 04:24 |
|
|
|
| • LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Bu gün, 04:21 |
|
|
|
| • Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Bu gün, 04:13 |
|
|
|
| • Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Bu gün, 04:07 |
|
|
|
| • “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Bu gün, 03:55 |
|
|
|
| • Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Bu gün, 03:50 |
|
|
|
| • 8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Bu gün, 03:41 |
|
|
|
| • 2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38 |
|
|
|
| • "Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31 |
|
|
|
| • AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27 |
|
|
|
| • ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55 |
|
|
|
| • Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52 |
|
|
|
| • Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49 |
|
|
|
| • Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46 |
|
|
|
| • Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Dünən, 12:39 |
|
|
|
| • Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
| • İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Dünən, 12:30 |
|
|
|
| • Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Dünən, 12:22 |
|
|
|
| • Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Dünən, 12:21 |
|
|
|
| • Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Dünən, 11:53 |
|
|
|
| • ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Dünən, 11:49 |
|
|
|
| • Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
| • İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Dünən, 11:35 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Dünən, 11:17 |
|
|
|
| • Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Dünən, 11:08 |
|
|
|
| • "Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Dünən, 10:58 |
|
|
|
| • “ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Dünən, 10:48 |
|
|
|
| • Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Dünən, 10:41 |
|
|
|
| • Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Dünən, 10:39 |
|
|
|
| • "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Dünən, 10:25 |
|
|
|
| • Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Dünən, 10:21 |
|
|
|
| • Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:19 |
|
|
|
| • Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Dünən, 10:16 |
|
|
|
| • İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Dünən, 10:13 |
|
|
|
| • DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Dünən, 09:54 |
|
|
|
| • Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Dünən, 09:53 |
|
|
|
| • "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Dünən, 09:36 |
|
|
|
| • Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Dünən, 09:23 |
|
|
|
| • TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Dünən, 09:17 |
|
|
|
| • Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Dünən, 09:11 |
|
|
|
| • Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Dünən, 09:02 |
|
|
|
| • İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Dünən, 08:54 |
|
|
|
| • İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Dünən, 08:46 |
|
|
|
| • Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Dünən, 08:43 |
|
|
|
| • “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Dünən, 07:46 |
|
|
|
| • Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Dünən, 07:41 |
|
|
|
| • "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Dünən, 07:39 |
|
|
|
| • 'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Dünən, 07:35 |
|
|
|
| • 1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Dünən, 07:29 |
|
|
|
|