Zaur Mikayılovla Xanlar Fətiyev arasında 746 minlik sövdələşmə – “SEDAM” deputatın zavodundan aqreqat alır
Reportyor.info xəbər verir ki, MMC bununla bağlı keçirdiyi tenderə yekun vurub. Tenderin qalibi “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi seçilib.
Araşdırmalarımız zamanı məlum olub ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin faktiki sahibi Xanlar Fətiyevdir. Xanlar Fətiyev Gəncədə tanınmış iş adamıdır. O, Milli Məclisin deputatıdır.
Xanlar Fətiyev hazırda “Gəncə Avtomobil Zavoud” İstehsalat Birliyinin Müşahidə Şurasının sədridir. O, 2004-2011-ci illərdə zavodun direktoru vəzifəsində çalışıb.
Bu faktlar onunla bağlı bioqrafik məlumatlarda əksini tapıb.
Xanlar Fətiyevin zavodundan 746 000 manatlıq aqreqat alan “SEDAM” MMC-yə gəlincə, bu təsisat Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində fəaliyyət göstərir.
“SEDAM” MMC 2024-cü ildə yaradılıb. Bu, Zaur Mikayılovun ADSEA-nın rəhbərliyinə təyinatından sonra baş verib.
Zaur Mikayılov ADSEA-nın sədri vəzifəsinə təyin olunandan az sonra qurumda kütəliv ixtisarların başladığı barədə məlumat yayılmışdı.
“SEDAM” MMC-nin yaradılması ilə də 400-ə yaxın işçi ixtisara düşmüşdü.















