Tanınmış həkimə Laçında vəzifə verildi .....                     "Təmir gedən yollarda təhlükəsizlik sıfırdır" .....                     Tovuzda daha bir dəhşət: azyaşlı qıza zorakılıq .....                     Görüşün 8 avqusta təyin olunması təsadüf deyil! .....                     ABŞ-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa doğru irəliləyir .....                     Vaşinqtondan Azərbaycan və Ermənistan arasında sülh və Zəngəzur dəhlizi barədə açıqlama .....                     ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın diplomatik manevr imkanlarının artıracaq .....                     Rusiyada atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar .....                     Altı medalı olan qazinin əlilliyi niyə kəsilib? .....                     Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib .....                     Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi .....                     Ermənistanın dövlət borcu 13 milyardı ötüb .....                     “Yeni Klinika”nın 15-ci mərtəbəsində əlavə təmir işlərinə 265 314 AZN xərclənəcək .....                     Keşlədə evi sökülən sakinlərə nə ev, nə də pul veriləcək? .....                     Saakaşvili Bakıdan gələn xəbərə sevindi .....                     Ermənistan şübhəli əraziyə çevriləcək .....                     Sülhün altına mina qoyulub: .....                     İcra Hakimiyyətinin 150 minlik tenderi ləğv edildi .....                     Jurnalistin mikrafonunu sındıran restoran kassiri belə .....                     Nabrandakı məşhur hoteldəki “yemək davası”nın görünməyən tərəfi .....                     Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib .....                     Ayvazovskinin heykəli ətrafında süni ajiotaj və: Kremlin Bakıya mesajı .....                     Füzulidə Muğam Mərkəzinin otaqları kirayəyə verilir? .....                     Göygöl İcra Hakimiyyəti iki ildə yolları 3 dəfə təmir etdirib .....                     Bakıda dostları gənc oğlanı parkda yuxuya verib qaçdı .....                     Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb .....                     Tarixi an: Bakı Vaşinqton vaxtına “keçdi” .....                     Akopyan razılaşdırılan sənəd barədə: .....                     Bakı və İrəvan TRİPP-in reallaşdırılmasına başlayır .....                     Azərbaycan prezidenti ABŞ-da belə qarşılandı .....                     “İki ilə yaxındır hazırlaşdığım imtahana buraxılmadım” .....                     Rusiya mediası həşirdə: Moskva Qafqazı "çerez Vaşinqton" itirir .....                     Qəbələdə yerləşən “Caspian Fish Seafood” restoranına getməyin…. .....                     AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanılıb .....                     Brilliant Dadaşova paltarla dənizə girdi .....                     Minsk Qrupunun buraxılması ilə bağlı sənəd .....                     Ermənistan BƏƏ ilə saziş imzalayacaq .....                     ABŞ Zəngəzura nəzarəti üzərinə götürür, Naxçıvana maneəsiz keçid açılır .....                     İlham Əliyev ABŞ-yə işgüzar səfər edib .....                     Dövlət qurumu SMS paketi satın aldı .....                 

"Mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil" - ŞƏRH
Tarix: 21-05-2025, 09:06 | Çap et

AZƏRTAC Azərbaycan telekanallarının etibarlı mənbə kimi liderliyini qoruyub saxlaması ilə bağlı geniş yazı dərc edib. Yazıda xatırlanır ki, respublikamızda televiziya reytinqlərinin ölçülməsi 2005-ci ildən etibarən aparılır. Etiraf etmək lazımdır ki, bu sistemin keyfiyyəti yüksək olmasa da, telekanallar piplmetrlə təchiz edilmiş 150 ailənin tələbinə cavab vermək məcburiyyətində qalmışdı.

Beynəlxalq standartlara görə, Azərbaycan qədər əhalisi olan ölkələrdə keyfiyyətli teleölçmələr aparmaq üçün 800-1000 ailəni əhatə edən ölçmə paneli tələb olunur. 2022-ci ildən tanınmış “Kantar Media” şirkətinin texnoloji dəstəyi ilə ərsəyə gələn reytinq müəyyən etmə sistemi yerli operator “MARSA” tərəfindən həyata keçirilir. Hazırda 1000 ailədə ölçmə panelləri quraşdırılıb, ən müasir və keyfiyyətli texniki avadanlıqlarla daha şəffaf və dəqiq reytinq rəqəmləri əldə etmək mümkündür.

“MARSA”nın yanvar-aprel üzrə hesabatına görə, gün ərzində, ümumilikdə, televiziyaya baxan insanların orta sayı 5 milyon 789 mindir. Bu isə o deməkdir ki, ölkə əhalisinin 60,16 faizi hər gün televiziya kanallarına baxır.

Məzmuna gəlincə, tamaşaçılar daha çox informasiya və siyasi verilişlərə maraq göstərir ki, bu da bir tərəfdən cəmiyyətin dünyada baş verən siyasi proseslərə marağını nümayiş etdirir, digər tərəfdən isə məhz televiziyanın bu kimi mühüm bir sahədə etibarlı mənbə kimi çıxış etdiyini göstərir.

Qeyd edək ki, son dövrlərdə sosial mediada və ictimai müzakirələrdə tez-tez “Azərbaycan telekanallarına kim baxır ki?”, “Azərbaycan telekanallarını silmişəm” və ya “televiziya ölüb” kimi yanaşmalara rast gəlinir. Lakin belə görünür ki, bu kimi iddialar statistik reallıqlarla üst-üst düşmür. Aparılan araşdırma həm də televiziya kanallarının hələ də informasiya məkanında ciddi faktor olduğunu, xüsusilə də ictimai rəyə təsir imkanlarının davam etdiyini göstərir.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib ki, şəxsən özü heç bir əyləncəli proqrama baxmır: “Baxanda da yalnız xəbərlərə baxıram - ya İTV-yə, ya da AzTV-yə. Yəni eyni vaxtda yayımlandıqları üçün bir-birilərinə mane olurlar, yoxsa ayrı-ayrılıqda hər birinə baxardım. Lakin mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil. Mən belə düşünürəm. Ola bilər, 30, bəlkə də 40 faiz olsun. Ümumiyyətlə, dünyanın hər yerində ciddi verilişlərə, proqramlara əhalinin çox az hissəsi baxır. Mütləq əksəriyyət əylənmək istəyir. Əslində biz əylənməkdən əlavə, maarifləndirici verilişlərə də, məsələn, təbiət, yaxud elmi-kütləvi proqramlar haqqında proqramlara baxa bilərdik.

Aydın məsələdir ki, klassik tələblər var. Klassik tələblər də budur: maarifləndirsin, xəbər versin və nəyisə öyrətsin. İndi isə təbliğat-təşviqat istəsək də, istəməsək də müəyyən mənada faciə nəticəsində göstərilir və verilir. Amma hər halda, boş-boş, bayağı verilişlər olmamalıdır.

Bizdə bir şey olanda, kimdənsə xoşu gəlməyəndə, qəzetlər fəal işləyəndə deyirdilər ki, bu, “sarı mətbuatdır”. Amma məsələ ondadır ki, xaricdə “sarı mətbuat”ın özü də peşəkardır. İstənilən halda, əyləncəli proqramlardırsa, hansısa verilişlərdirsə, burada da peşəkarlıq lazımdır. Amma bizdə peşəkarlıq yoxdur. Bizdə gurultu, qışqırıq, səs-küy var.

Məsələn, Türkiyədə də bu səpkidə proqramlar var və mən onlara da baxmıram. Üç-dörd saat badımcan bişirirlər, beş saat soğan doğrayırlar, sonra ailədaxili problemləri və ya digər məişət məsələlərini ortaya çıxarırlar. İstənilən problem əgər ictimai dəyər daşıyırsa, onu, təbii ki, kütləvi informasiya vasitələri müzakirəyə çıxarmalıdır. Lakin bir də var ki, gəlinlə qayınana yola getmir, efirə çıxıb bir-birilərinə qışqırırlar, təhqir edirlər. Bu, mənim üçün maraqlı deyil və inanmıram ki, hansısa bir insana, xüsusən də bizim sosial təbəqəyə nəsə ağıllı, maarifləndirici və arxasınca gediləsi bir şey verir. Belə bir şey yoxdur. Maarifləndirmə - xəbər paylaşmaqdır. Doğru, dürüst və balanslı... Təəssüf ki, bu xəbərlərdə də kriminal informasiyalar üstünlük təşkil edir. Biz insanlara nəsə öyrətməliyik. Elmi-kütləvi proqramlar olmalıdır. Amma demək olar ki, bizdə belə proqramlar yoxdur. Yəni müxtəlif nələrsə etmək olar, amma qeyd etdiyim amillər kanallara reytinq gətirmir. Reytinq səs-küy, qışqırıq, gurultu və sairə ilə əldə olunur".

Əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli isə bildirir ki, hazırda həm televiziya verilişlərinin səviyyəsi ilə bağlı ciddi narazılıq var, eyni zamanda televiziyaya baxanlar da az deyil: “Baxılan verilişlər sırasında daha çox xəbərlər, ictimai-siyasi proqramlar, ictimai müzakirə proqramları, tok-şoular yer alır. Bunlara müəyyən qədər maraq mövcuddur.

O ki qaldı MARSA-nın yanvar-aprel aylarında apardığı monitorinqlərə - bu araşdırmalar göstərdi ki, əhalinin 60 faizi televiziyalara baxır. Bu, mənim üçün çox maraqlı rəqəmdir. Bəzən bizdə elə təsəvvür yaranır: sosial şəbəkələr var, ona görə də televiziyalara az baxılır. Amma indi məlum olur ki, sosial şəbəkələrin əsas müzakirə mövzularından biri də televiziya verilişləridir. Bu da istər-istəməz, dolayısı ilə televiziya verilişlərinin bir növ təbliğatı, təqdimatıdır, yaxşı və ya pis mənada piarıdır və televiziya proqramlarına marağın oyadılmasıdır.

Burada gerçək olan odur ki, İkinci Qarabağ savaşından sonra televiziyaların mötəbərliyi baxımından informasiyanın kontenti ön plana keçib və bu, televiziyalar üçün əsas şərtlərdən biridir. İnsanlar müxtəlif mənbələrdən məlumat alırlar, amma televiziyaları bu məsələdə mötəbər hesab edirlər. Xüsusən də rəsmi informasiyanın televiziya xəbərləri vasitəsilə əldə olunması bir reallıqdır.

Ola bilər ki, operativlik baxımından müəyyən çatışmazlıqlar var, hansısa baş verən hadisəyə dair reaksiyalar gecikmiş ola bilər, lakin internet bu gün elə bir imkan yaradır ki, mənbədən dərhal məlumatı almaq və yaymaq mümkündür. Buna baxmayaraq, əgər biz bu tədqiqata və araşdırmaya inanırıqsa, bizim televiziyamız, televiziya kanallarımız müəyyən bir dirçəliş havası hiss etdirir. Əgər auditoriya bu qədər toplanırsa, deməli, kontingentə diqqət yetirmək, ictimai müzakirələri artırmaq lazımdır. Tamaşaçıları düşündürən, cəmiyyət üçün maraqlı olan mövzuları ön plana çıxarmaq vacibdir. Belə fürsətlər hər zaman ələ düşmür.

Bu gün belə qənaətə gəlmək olmaz ki, televiziyalar tam öndədir, çünki əhalinin 60 faizi ona baxır. Hesab edirəm ki, bu rəqəm bir müvəqqəti göstərici də ola bilər. Çünki televiziyaya baxmayanların, məlumatı sosial şəbəkələrdən alanların da sayı kifayət qədər çoxdur. Amma bu araşdırma ilə bağlı inanmamağımız üçün ciddi əsaslarımız da yoxdur. Sadəcə, əsas yanaşma ondan ibarətdir ki, əgər televiziya kanalları tamaşaçıda bu etimadı yaradıbsa, onu inkişaf etdirmək, dərinləşdirmək, məzmuna hopdurmaq, daha maraqlı, rəngarəng verilişlərlə auditoriyanı təmin etmək şansı əldən verilməməlidir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış həkimə Laçında vəzifə verildi - FOTO
Bu gün, 00:06
"Təmir gedən yollarda təhlükəsizlik sıfırdır" - ETİRAZ
Bu gün, 00:00
Tovuzda daha bir dəhşət: azyaşlı qıza zorakılıq – Araşdırma başlandı
Dünən, 23:59
Görüşün 8 avqusta təyin olunması təsadüf deyil! - AÇIQLAMA
Dünən, 23:57
ABŞ-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa doğru irəliləyir - AKTUAL
Dünən, 23:55
Vaşinqtondan Azərbaycan və Ermənistan arasında sülh və Zəngəzur dəhlizi barədə açıqlama - DETALLAR
Dünən, 23:52
ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın diplomatik manevr imkanlarının artıracaq - ŞƏRH
Dünən, 18:04
Rusiyada atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar - TƏFƏRRÜAT
Dünən, 18:00
Altı medalı olan qazinin əlilliyi niyə kəsilib? - NARAZILIQ VAR...
Dünən, 17:56
Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib - TƏFƏRRÜAT
Dünən, 17:51
Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi - 1 milyon manata
Dünən, 17:48
Ermənistanın dövlət borcu 13 milyardı ötüb
Dünən, 17:42
“Yeni Klinika”nın 15-ci mərtəbəsində əlavə təmir işlərinə 265 314 AZN xərclənəcək
Dünən, 17:40
Keşlədə evi sökülən sakinlərə nə ev, nə də pul veriləcək? - AKTUAL
Dünən, 17:32
Saakaşvili Bakıdan gələn xəbərə sevindi – Tamam başqa proses gedir!
Dünən, 17:26
Ermənistan şübhəli əraziyə çevriləcək - Danielyan
Dünən, 17:24
Sülhün altına mina qoyulub: - Ermənistanı xəritələrin taleyini düşünməyinə məcbur etməliyik
Dünən, 17:22
İcra Hakimiyyətinin 150 minlik tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 17:18
Jurnalistin mikrafonunu sındıran restoran kassiri belə CƏZALANDIRILDI
Dünən, 17:15
Nabrandakı məşhur hoteldəki “yemək davası”nın görünməyən tərəfi
Dünən, 17:13
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
Dünən, 17:10
Ayvazovskinin heykəli ətrafında süni ajiotaj və: Kremlin Bakıya mesajı - ŞƏRH
Dünən, 16:44
Füzulidə Muğam Mərkəzinin otaqları kirayəyə verilir? - BU NƏDİ BELƏ?
Dünən, 16:38
Göygöl İcra Hakimiyyəti iki ildə yolları 3 dəfə təmir etdirib - 1.5 milyonluq tenderlər
Dünən, 16:35
Bakıda dostları gənc oğlanı parkda yuxuya verib qaçdı - Cinayət tərkibi...
Dünən, 16:30
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Dünən, 16:25
Tarixi an: Bakı Vaşinqton vaxtına “keçdi” – Mühüm xəbərlər gözlənilir
Dünən, 16:20
Akopyan razılaşdırılan sənəd barədə: - Bakıdan icazəsiz açıqlaya bilmərik
Dünən, 16:18
Bakı və İrəvan TRİPP-in reallaşdırılmasına başlayır - AÇIQLAMA
Dünən, 16:17
Azərbaycan prezidenti ABŞ-da belə qarşılandı - VİDEO
Dünən, 16:03
“İki ilə yaxındır hazırlaşdığım imtahana buraxılmadım” - NARAZILIQ VAR...
Dünən, 15:56
Rusiya mediası həşirdə: Moskva Qafqazı "çerez Vaşinqton" itirir - GƏLİŞMƏ
Dünən, 15:52
Qəbələdə yerləşən “Caspian Fish Seafood” restoranına getməyin…. - Müştəridən çağırış
Dünən, 15:48
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:28
Brilliant Dadaşova paltarla dənizə girdi
Dünən, 15:25
Minsk Qrupunun buraxılması ilə bağlı sənəd İMZALANACAQ
Dünən, 15:19
Ermənistan BƏƏ ilə saziş imzalayacaq
Dünən, 15:16
ABŞ Zəngəzura nəzarəti üzərinə götürür, Naxçıvana maneəsiz keçid açılır - AKTUAL
Dünən, 15:12
İlham Əliyev ABŞ-yə işgüzar səfər edib
Dünən, 15:05
Dövlət qurumu SMS paketi satın aldı - 20 MİLYON ƏDƏD!
Dünən, 15:03
MİQ üzrə vakant yerlərin gizlədilməsi məsələsinə aydınlıq gətirilib
Dünən, 14:58
Naxçıvan səhiyyəsi PİYADA QALDI: Maşınlar müsadirə olundu... - ŞOK SƏBƏB
Dünən, 14:49
“AFB Bank”ın biznes kreditlərinin 70%-i 25 nəfərə məxsusdur – ŞOK HESABAT
Dünən, 13:10
Trampın vasitəçiliyi ilə sülhə doğru – Azərbaycan və Ermənistan liderləri AĞ EVDƏ
Dünən, 13:05
Ermənistanda etiraz aksiyası keçirən Hindistan vətəndaşları dövlətlərarası yolu bağlayıb - KİV
Dünən, 12:58
41 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:56
Rusiya Zəngəzur dəhlizinə qarşı deyil, amma... - İNCƏLƏMƏ
Dünən, 12:44
“Ermənistan yoxdur, biz hər şeyi itirib, Cenifer Lopezi tapmışıq”
Dünən, 12:42
Bakı-Tiblisi qatarının fəaliyyətə başlamasına hazırlıq gedir - AÇIQLAMA
Dünən, 12:36
Məktəb direktoru təyinatında KÖHNƏ ÜSULLAR... - İTTİHAM VAR...
Dünən, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru