Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili .....                     Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür .....                     Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini .....                     GİN-dən “zerkalnı” tender: .....                     Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir .....                     YUXU KİMİ HƏYAT... .....                     "Görün, nə qədər qadın bloger va..," .....                     “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                     Sabiq məmura cinayət işi açıldı .....                     Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. .....                     Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi .....                     Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər .....                     Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi .....                     Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb .....                     ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU .....                     "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." .....                     Ermənistan müdafiə nazirinin müşaviri istefa verib .....                     Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib .....                     Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib .....                     Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb .....                     “Effektivinvest” geriləyir .....                     Azərbaycanda internet ÇÖKDÜ .....                     Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb .....                     “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı .....                     Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir .....                     FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib .....                     Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                 

Niyazi biləndə ki, Qara Qarayevin tələbələriyik, bizim musiqiləri ifa etmirdi - Firəngiz Əlizadə
Tarix: 22-03-2025, 09:47 | Çap et
Niyazi biləndə ki, Qara Qarayevin tələbələriyik, bizim musiqiləri ifa etmirdi
"DİA-AZ" Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin APA-ya müsahibəsini təqdim edir...

Bəstəkarlar İttifaqına çatanda müsahibə üçün danışdığımız vaxtdan 10 dəqiqə keçmişdi. Tələsik pilləkənləri qalxıb kabinetinə yaxınlaşdım. İçəridən musiqi səsi gəlirdi, amma kabinetə daxil olanda heç kimin ifa etmədiyini gördüm. Onda başa düşdüm ki, böyük bəstəkarlar susanda da onlardan ətrafa musiqi yayılır.

Firəngiz xanım məni görən kimi haqlı olaraq danlayır:

– Mənim saatımla iyirmi dəqiqə gecikmisiniz.

Özümə bəraət qazandırmağa çalışıram.
- On dəqiqə.

- Bizdə artıq 10 dəqiqə gecikmək sayılmır. Almanlar görüş yerinə dedikləri vaxtdan 10 dəqiqə tez gəlir.

- Bu arada yenidən sədr seçilməyiniz münasibətilə təbrik edirəm.

– (Hirslə) Elə mən bu dəqiqə oturub yenidən seçilməyimi qeyd edirəm.

- Bəs planda növbəti beş ilin işləri yoxdur?

– Beş ili biz planlaşdıra bilmərik. Ona görə ki, bizim qarşımıza yeni ideyalar qoyulur. Biz də çalışırıq onları icra edək.

Məni nədə ittiham edə bilərlər?! Rüşvət almıram, rüşvət vermirəm, istedadsız deyiləm

-Sizi ittiham edənlər var, sədr kimi onlara münasibətiniz necədir?

- Məni nədə ittiham edə bilərlər?! Rüşvət almıram, rüşvət vermirəm, istedadsız deyiləm. Bu söhbətləri kənara qoymaq lazımdır. Məni nədəsə ittiham edib Bəstəkarlar İttifaqını parçalamaq lazım deyil.

– Yəni bir araya gəlmək lazımdır?

– Əlbəttə, savaşmaqla nəsə əldə etmək olmaz, bir araya gəlmək lazımdır. Dava, mübahisə lazımsız və boş işlərdir. Hərdən gənc bəstəkarlar gəlir yanıma, görürəm həvəssiz, pessimist ab-havadadırlar. Onlar da burda gedən davaları görür, ruhdan düşürlər. Yenə də mən çalışıram onlara təskinlik verim.

Onlar israrla mənə sübut edirdilər ki, Nizami azərbaycanlı deyil və siz nədən azərbaycanlı şairin şərəfinə əsər yazmırsınız, əvəzinə fars olan Nizamini seçmisiniz?

- Belə çıxır uzun illərdir sədr vəzifəsində olmaq sizi yormayıb, hələ gənclərə təskinlik də verə bilirsiniz?

- Mən həmişə çalışıram ki, sədrliyim yaradıcılığıma əngəl olmasın. Təbii ki, ittifaqda işləməsəydim, daha çox əsərlər yazardım. Amma rəhbər vəzifədə çalışmaq Üzeyir Hacıbəyovdan, Qara Qarayevdən bizə ən gözəl örnəkdir. Onlar dəyərli vaxtlarını bizim musiqi mədəniyyətimizə sərf ediblər. Biz də bu ənənəni davam etməyə çalışmalıyıq. Əsərlərim az deyil, artıq 90 əsərdən ibarət siyahı mövcuddur. Təəssüf ki, onların təkcə 15 faizi Azərbaycanda ifa olunub. Məsələnin maraqlı tərəfi odur ki, musiqişünaslar da bu məsələ ilə maraqlanmır. 2007-ci ildə sədr olandan bəri mənim burada heç bir əsərim alınmayıb, sifariş olunmayıb, nə bir filmə, nə bir tamaşaya musiqi bəstələmək üçün təklif almışam. Bəziləri bəlkə təəccüblənəcək, amma bu faktdır. Məni üzən odur ki, London Simfonik Orkestrindən təklif alanda və əsərimin adının "NİZAMİ Cosmology" olduğunu İngiltərəyə bildirəndə uzun mübahisə başladı. Onlar israrla mənə sübut edirdilər ki, Nizami azərbaycanlı deyil və siz nədən azərbaycanlı şairin şərəfinə əsər yazmırsınız, əvəzinə fars olan Nizamini seçmisiniz? Bu mübahisə mənim sinir sistemimi çox pozdu. Bakıda Nizami Forumu keçirildikdə, istərdim ki, belə məsələlərə də vaxt ayrılsın. Məsələn, Fransanın Əlcəzairi müstəmləkə eləməsi barədə çox danışılır. Amma heç kim xatırlamır ki, orada bizim azərbaycanlı bəstəkarımız Rauf Hacıyev Əlcəzairin ilk baletini bəstələyib, ilk musiqi məktəbi açıb. Nizami haqqında diskussiya apardıqda isə mən dəfələrlə Qara Qarayevin "7 gözəl" baleti haqqında və Fikrət Əmirovun "Nizami" simfoniyası haqqında söz açmışam. Amma bunlarla bəstəkar məşğul olmalı deyil, bunun üçün tamamilə başqa qurumlar cavabdehlik daşımalıdır.

Yorğunluqla bağlı məqama gəldikdə isə deyə bilərəm ki, əlbəttə yorğunluq var. Çünki mən təkcə sədr deyiləm. Mənim hər il iki-üç premyeram olur. Bakıda yox ha, xaricdə (gülür). Yorğunluğumun səbəbi səfərlərimin çoxluğudur. Bu yaxınlarda mənə dedilər ki, Avstraliyada “Üç sulu boya” əsərinizi ifa ediblər, özü də Azərbaycan dilində. Mən onu iki dildə yazmışdım, rus və Azərbaycan. İndi bilirsiniz də rus dilindən çoxları imtina edir. Orası da var ki, mən onu 80-ci ildə yazmışam.

Əgər dünyaya çıxmaq istəyirsənsə, mütləq dil biliyin olmalıdır

- Rus dili yenə müzakirə edilir. Sizin bununla bağlı fikriniz nədir?

- Mən 5 dil bilirəm və heç bir dildən də imtina etmirəm. Əgər dünyaya çıxmaq istəyirsənsə, mütləq dil biliyin olmalıdır. Dildən imtina etmək yoxsullaşmaq deməkdir. Almaniyada demək olar hamı ingilis dilini bilir, rahatlıqla yaşaya bilərsən, amma almanla doğma dilində danışanda üzündə təbəssüm yaranır. Təbii ki, hər şeydən əvvəl öz dilini bilməlisən. Necə ola bilər ki, sən öz ata-baba dilində danışa bilməyəsən, başqa dilləri öyrənəsən. Olmaz!

Bizdə bəzi qadın bəstəkarlar konservatoriyanı bitirib diplomu qoyurlar yastığın altına, bununla da iş bitir

- İttifaqa üzvlüklə bağlı müraciətlər çox olur?

- Bəli, müraciət çoxdur. Bizim nizamnaməni Üzeyir Hacıbəyov hazırlayıb, biz də ona uyğun hərəkət edirik. Ora bəzi əlavələr olub, düzdür, amma üzvlüklə bağlı əsas qanunlar olduğu kimi qalır. Üzvlük üçün bəstəkarlıq, yaxud musiqişünaslıq diplomu vacibdir. Diplomsuz mümkün deyil. İkinci məsələ, konservatoriyanı bitirdikdən sonra orkestr üçün müstəqil şəkildə bir-iki simfonik əsər yazılmalıdır. Bizdə bəzi qadın bəstəkarlar konservatoriyanı bitirib diplomu qoyurlar yastığın altına, bununla da iş bitir. Biz onu qəbul edə bilmərik. Sən konservatoriyanın diplomunu almısan, amma bəstəkar kimi fəaliyyət göstərmirsən. Biz elələrini qəbul etmirik. Ona görə də bizim iki yüzə qədər peşəkar və diplomlu üzvümüz var.

- Üzvlərinizə təqaüd verirsiniz?

- Bəli, yaşı 35-ə qədər olan 10 gəncə təqaüd veririk. Düzdür, 200 manat azdır. Amma o da bir şeydir.

Gənc üzvlərimiz evləri olmadığına görə, evlənə bilmirlər

- 200 manatı həmin 10 nəfərə təkrar-təkrar verirsiniz?

- Biz əlimizdən gələni edirik ki, həmin 10 nəfər təkrarlansın. Onsuz da 35 yaşa qədər olan üzvlərimiz elə 10-15 nəfərdir. Ona görə də bacardığımız qədər onlara dəstək oluruq. Bir də yaşlı və xəstəliyi olan üzvlərimizə həmin təqaüddən veririk. Bəzən olur ki, çox istedadlı bəstəkardır, amma iş tapa bilmir. Heç yerdə onu işə götürmürlər. Biz də çalışırıq ki, heç olmasa həmin 200 manatı alsın. Gənc üzvlərimiz evləri olmadığına görə, evlənə bilmirlər. Çox acınacaqlı vəziyyətdir.

- Firəngiz xanım, sonuncu qurultay niyə mətbuata qapalı keçirildi?

- Mədəniyyət Nazirliyindən bizə bildirilmişdi ki, mətbuatı onlar dəvət edəcəklər.

Siz bizi Yazıçılar Birliyi ilə müqayisə etməyin, üzvləri və onlara ayrılan pullar bizdən çoxdur

- Onlar da heç kimi çağırmamışdı.

- Sizi çağırmayıblar deyə o demək deyil ki, mətbuatı dəvət etməyiblər. Mədəniyyət Nazirliyi ilə yanaşı, İttifaqın da mətbuat xidməti orada idi. Qurultay bitən kimi onlar məlumat yaydı. Başqa kim olmalı idi?

- Məsələn, Yazıçılar Birliyində qurultay keçiriləndə demək olar bütün mətbuat orda olur.

- Siz bizi bir-birimizlə müqayisə etməyin. Onların üzvləri və onlara ayrılan pullar bizdən çoxdur. Qurultay keçirtdik, bir qəpik verən olmadı. Almaniyada Bəstəkarlar ittifaqının 90 illiyinə həsr edilmiş tədbir keçirtdik, yenə bir qəpik verən olmadı. Yalvar-yaxarla tədbirlər keçirdirik. Bizə bir qəpik pul verən yoxdur.

- Təqaüddən başqa.

- Bağışlayın, təqaüdü mənə vermirlər ki (gülür). Biz təqaüdü üzvlərimizə veririk.

Elza Seyidcahana deməli idim ki, şlyapan xoşuma gəlmir deyə səni İttifaqa qəbul etmirəm?

- Yazıçılar Birliyindən söz düşmüşkən, yadıma hər iki birliyin üzvü olan Elza Seyidcahan düşdü. Sizcə Elza bəstəkardır, yoxsa şair?

- Elzanın bizə üzvlük üçün müraciəti bayaq qeyd etdiyim nizamnaməmizin şərtlərinə uyğun gəlirdi. Hətta mən ondan “Konservatoriyanı bitirdikdən sonra müstəqil olaraq əsər yazmısan?” soruşanda, o məni Filarmoniyada keçiriləcək müəllif konsertinə dəvət etdi. Mən də konsertə gedib onun əsərlərinə qulaq asdım. Sonra onu üzvlüyə qəbul etdik. Elzaya nə deməli idim? Sənin şlyapan mənim xoşuma gəlmir. Ona görə səni qəbul etmirəm?

- Elza Seyidcahan bəstəkar kimi necədir?

- Mən Bəstəkarlar İttifaqının üzvlərinin tədbirlərinə gedirəm, əsərlərini dinləyirəm. Bu mənim vəzifə borcumdur. Hətta bəzən söz də deyirəm. Amma bu o demək deyil ki, həmin bəstəkarın əsərlərini şəxsən sevirəm. Mənim vəzifəm hamıya eyni gözlə baxmaqdır. Elza Seyidcahanı insan olaraq çox sevirəm. İnsanlar da Elzanı sevir. Nə deyək? Deyək sevməyin? Hələ ki, sevdiyimiz şeylər arasında bağlar qırılmayıb. Qırılanda çox pis olur.

Hətta Bəstəkarlar İttifaqının binasında mənə, “Sən kimsən?” kimi sözlər deyiblər, mən də demişəm eybi yox, üzümü çevirib getmişəm

- Zaman-zaman sizi də tənqid edən bəstəkarlar olub. Amma sizin onlara cavab verdiyinizi görməmişəm. Bunun səbəbi nədir?

- Mənim haqımda danışan çoxdur. Böyük bəstəkarlar da məni ittiham edib. Mən enerjimi yalnız musiqimə və öz işimə sərf edirəm. Boş şeylərə enerji sərf etməmişəm. Mən başa düşmüşəm ki, nə cavab versəm də onlar yenə dediklərini deyəcəklər. Mənə qiyməti Almaniya kimi musiqi ölkəsində veriblər. Mənim haqqımda ilk kitab alman dilində yazılıb. Orda mənim qohumlarım var? Yoxsa pulla almışam o qiyməti? Boş insanlara görə əsəbimi pozmuram. Heç vaxt onlara cavab verməmişəm, hətta Bəstəkarlar İttifaqının binasında mənə, “Sən kimsən?” kimi sözlər deyiblər, mən də demişəm eybi yox, üzümü çevirib getmişəm.

- Nəyə əsasən “Sən kimsən?” deyirlər? Bəstəkar olaraq əsərləriniz dünyanın hər yerində ifa edilir.

- Onda hələ musiqilərim indiki qədər dünyada ifa edilmirdi. 1979-cü ildə katibliyə namizədliyimi müəllimim Qara Qarayev verdi və qurultayda mən katib olaraq seçildim. Sovet İttifaqında ən gənc katib mən idim. Hətta maestro Niyazi biləndə ki, biz Qara Qarayevin tələbələriyik, bizim musiqiləri ifa etmirdi. Ona görə biz simfonik musiqidə geridə qalmışdıq. Sonra Qara Qarayev “Kamera” orkestrini yaratdı və bir az nəfəs ala bildik. Mən də bu problemi çıxışlarımda o vaxtlar bildirirdim, bu şeylər də yaşca böyük bəstəkarların xoşuna gəlmirdi, ona görə mənə “Sən kimsən” deyirdilər (gülür).

Ciddi simfonik, akademik musiqinin vəziyyəti ürəkaçan deyil

- Bəs simfonik musiqinin hazırkı vəziyyəti sizi qane edir?

- Sözün düzü indi də vəziyyət acınacaqlıdır. Ciddi simfonik, akademik musiqinin vəziyyəti ürəkaçan deyil. Musiqişünaslar əsərləri yetərincə təbliğ etmir. Mənim əsərlərim bütün dünyada ifa edilib, bir dənə musiqişünas demir ki, Firəngiz xanım, əsərlərinizi gətirin, baxaq görək orda nə var. Mənim əsərim Almaniyada üç gün ard-arda ifa edilir, Azərbaycandan bir nəfər gəlib maraqlanmır. Nə baxan var, nə soruşan. Ciddi musiqiyə, akademik musiqiyə ehtiyac var.

Bəstəkarlar İttifaqının sədri olmaq böyük şərəfdir, amma bu şərəfin bir nəticəsi də olmalıdır

- Bəlkə uzun illərdir sədr olduğunuza görə paxıllıq edirlər? Ona görə musiqilərinizə laqeyd münasibət göstərirlər?

- Ola bilər. Ona görə tam səmimi deyirəm ki, mən sədr olmaq istəmirəm, fayda vermək istəyirəm. Mənə burda heç bir sifariş olunmursa, niyə oturmuşam? Xaricdə mənim əsərlərim ifa ediləndə afişaya “Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə” yazmırlar. Biz sadəcə bu adları burda alırıq ki, sözümüz keçsin. Sözümüz də keçərli deyilsə, nəyimizə lazımdır? Əlbəttə, Bəstəkarlar İttifaqının sədri olmaq böyük şərəfdir, amma bu şərəfin bir nəticəsi də olmalıdır.

Bizdə müəlliflik hüququ ilə bağlı ciddi problemlər var

- Qohum-dost toylarına gedirsiniz?

- Yoldaşımla girib pul salıb çıxırıq (gülür).

- Rəqs etmirsiniz?

- Toyda demək olar ki, yox. Hərdən evdə nəvələrlə rəqs edirəm.

- Hansı musiqini?

- Öz rəqs havalarımızı.

- Toylarda ifa edilən musiqilərin müəlliflik hüququ ilə bağlı məsələlər tez-tez gündəmə gəlir. Bu barədə siz nə düşünürsünüz?

- Bizdə müəlliflik hüququ ilə bağlı ciddi problemlər var. Dəfələrlə bu işə qarışmaq istəmişik, deyiblər ki, qarışmayın, bununla bağlı Müəllif Hüquqları Agentliyi (Əqli Mülkiyyət Agentliyi-red.) var. Hələ ki ciddi işlərini görməmişəm, amma ümid edirəm nəticəsi olacaq. Şəxsən mənim “İntizar” operamı bəlkə yüz dəfə “Mədəniyyət” kanalında göstəriblər. Halbuki mən elə onun qonorarına yaşayardım. Operamı göstərəndə nə xəbərim olub, nə bir qəpik gətirib verən olub. “Çox sağ ol” deyən də yoxdur.

- Belə çıxır elə özümüzünkülər müəlliflik hüquqlarını pozur?

- Belə çıxır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Bu gün, 18:02
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Bu gün, 17:49
Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Bu gün, 17:47
GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Bu gün, 17:45
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Bu gün, 17:42
YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Bu gün, 17:32
"Görün, nə qədər qadın bloger va..,"
Bu gün, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Bu gün, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Bu gün, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Bu gün, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Bu gün, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Bu gün, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Bu gün, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Bu gün, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Bu gün, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Bu gün, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru