“Əməkdar artist adını 3, Xalq artisti adını 5 min manata satırdılar“ - Rasim Balayevlə şok MÜSAHİBƏ
Tarix: 15-01-2021, 15:43 | Çap et
 Xalq artisti Rasim Balayevin Yenisabah.az-a müsahibəsi:
- Rasim müəllim, yeni mədəniyyət nazirindən hansı gözləntiləriniz var? Sizcə, Anar Kərimov mədəniyyət sahəsində nələri dəyişməlidir?
- Mənim Anar Kərimovun gələcək üçün olan planlarından xəbərim yoxdur. Lakin bir sənətçi kimi istəyərəm ki, mədəniyyət səhəsi inkişaf etsin, hər şey əvvəlkindən yaxşı olsun. Mədəniyyət naziri postuna onu gətiriblərsə özünün konsepsiyası olmalıdır. Azərbaycan musiqisinə, teatrına, kinoya, ümumiyyətlə bütün mədəniyyət sahəsinə aid planları olmalıdır, hamısını fikirləşməlidir. Mən artıq təqaüddə olan mədəniyyət işçisi kimi istəyərəm ki, Azərbaycan mədəniyyətinin səviyyəsi yüksək olsun, inkişaf etsin. Detalları isə nazir düşünməlidir.
- Müşahidəçilər belə hesab edirlər ki, mədəniyyət sektoru üçün xarakterik olan ən ciddi problemlərdən biri fəxri adların verilməsi ilə bağlıdır. Siz necə düşünürsünüz, Azərbaycanda layiq olmadığı halda fəxri adlara yiyələnənlər çoxdurmu?
- Ölkədə fəxri ada layiq olmayan çox adam o adı alıb. Fəxri adlar ucuzlaşdı, onu qiymətdən saldılar. Ümumiyyətlə, mən lap çoxdan bu məsələ barəsində narazılıq etmişəm. 20-30 il əvvəldən bu məsələni qaldırmışam. Əgər o adlar həqiqətən layiq olanlara verilsə idi belə olmazdı. Fatma Abdullazadə Prezident Adminstrasiyasında bazar açmışdı. Zeynəb Xanlarova da bu haqda Milli Məclisdə danışıb. Əməkdar artist adı 3000, Xalq artisti adı 5000 manatdan başlayırdı. Belə biabırçılıq olar? Görün bu məsələ nə həddə çatmışdı ki, orada dükan açmışdılar. Yəni bu adlar obyektiv verilmirdi. Əvvəllər bir-iki adama verilmişdi, sonradan adları çox dəyərsizləşdirdilər. O vaxt Türkiyədə bir çəkilişə getmişdim, orada mənə sual verdilər ki, sizdəki Əməkdar artist, Xalq artisti adları nədir? Xeyli izah etdim, amma heç nə başa sala bilmədim. Türklərə sual verdim ki, bəs sizdə sənətkarları necə qiymətləndirirlər? Cavab verdilər ki, bizdə iki tip sənətçi var: zəngin və yoxsul. Zəngin olanlar tez-tez efirlərə gedən, çəkilişlərdə olan, xalq tərəfindən sevilənlərdir. Bilirsiniz, bu ad məsələsi sovetdən qalma şeylərdir. Bizimkilər onu daha da pis vəziyyətə qoydular, Fatma Abdullazadənin Azərbaycan mədəniyyətinə vurduğu ziyanı heç kəs vurmayıb. İllərlə orada oturdu və onun qədər mədəniyyətə ziyan vuran ikinci bir adam olmadı. O vəzifədə olanda da həmişə deyirdim, nolsun, səsim heç yerə çatmırdı. əsl sənətə qiymət vermək lazımdır. 40 il toyda oxuyanlar, pul qazanıb villa tikdirənlər də sənətdən danışır, Yusif Eyvazov da sənətdən danışır. Y.Eyvazov sənəti böyük sənətdir, o dünyəvi sənətkardır. El şənliklərində oxuyanlar çıxıb deyirlər ki, 40 ildir sənətdəyəm. Nə sənəti? Hansı sənətdən söhbət gedir, sən 40 ildir toyxanadasan, sənətdə yox. Pulla başladılar ad almağa, hər şeyi qarışdırdılar. Azərbaycan mədəniyyətini bərbad vəziyyətə saldılar.
- Sizin də qeyd etdiyiniz kimi, fəxri adların Sovet dövründən qaldığını bildirib onun ləğv edilməsini təklif edənlər var. Sizcə, bu adlar ləğv edilməlidirmi?
- Əlbəttə! Amerikada Xalq artisti var?! Mel Gibson Amerikanın Xalq artistidir? Bu Sovet dövründə olub. Mən hazırda fəxri ad verilməsinin tərəfdarı deyiləm, ləğv edilsin. Hər bir adam öz sənətinin qüdrətinə görə hörmət qazanmalıdır.
- Bəzi sənət adamları fəxri ad almaq üçün ölkə başçısına şəxsən müraciət edirlər. Sənətçilərin öz dilləri ilə fəxri ad istəməsini necə qiymətləndirirsiniz?
- Bilirsiniz, onları da qınamaq olmur. Bir də görürsən ondan səviyyəcə aşağı adamlar gedib hansısa yolla fəxri ad alır. O da qalır qıraqda, düşünür ki, mən 30-40 ildir bu sahədə çalışıram, əmək sərf edirəm, necə olur bu biri səhnəyə dünən gəlib, amma xalq artistidir? Belə ədalətsizliklər olur, ona görə də məcbur qalıb özləri müraciət edirlər. Bizim vaxtımızda heç bir sənətçi ada görə kiməsə müraciət etmirdi. Bizim xəbərimiz olmurdu, bir də bilirdik ki, bizə fəxri ad veriblər. Şəxsən mən neçə dəfə ad almışam, qəzetdə görəndə bilmişəm ki, mənə hansısa titul veriblər. O vaxt adlar obyektiv verilirdi. İndi də elə şərait yaradılmalıdır ki, fəxri ad almaq üçün siyahı təqdim ediləndə düzgünlük olsun. Ümid edirəm, yeni mədəniyyət nazirimiz bütün bunları nəzərə alar.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ordu Rusiyanın “qapısında”: iki lider razılaşdı – Böyük müharibə anonsu
Bu gün, 06:25 |
|
|
|
• Vuçiçlə Putinin görüşündə Azərbaycan SÖHBƏTİ - Serb lider dedi ki...
Bu gün, 06:22 |
|
|
|
• Naxçıvanda “İrana xoş gəlmisiniz” təhlükəsi reallaşa bilərmi? - AKTUAL
Dünən, 18:06 |
|
|
|
• Əliyev-Putin görüşü niyə BAŞ TUTMADI?
Dünən, 18:04 |
|
|
|
• Hindistan Cənubi Qafqazda gərginlik yaratmağa çalışır - deputat
Dünən, 17:57 |
|
|
|
• Tramp “əsl günahkar”ı tapıb, o, Putin deyil - “The Times”
Dünən, 17:54 |
|
|
|
• Dünyanı qarışdıran ərazi təklifi – Zəngəzur ssenarisi təkrarlana bilər
Dünən, 17:53 |
|
|
|
• “Tramp yolu”: “Qırmızı xətt”i keçdi - ŞƏRH
Dünən, 17:50 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi MTK ləğv olunur - şirkət özü məlumat yayıb...
Dünən, 17:47 |
|
|
|
• Türkiyəli iş adamı Naxçıvandakı 21 illik tikinti şirkətini satdı - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• “Miqrantlar Rusiyada qalmaq üçün xristianlığı qəbul edib döyüşməlidirlər” – Duqin
Dünən, 17:41 |
|
|
|
• Kəmaləddin Heydərovun bacanağı “AFB Bank”dan nə qədər qazanır? – Rəqəmlər
Dünən, 17:39 |
|
|
|
• Azərbaycandan Rusiyaya cavab: rus dilində filmlərin nümayişi... - BUNDAN SONRA...
Dünən, 17:38 |
|
|
|
• Rusiyadan külli miqdarda pul çıxaran azərbaycanlı ər-arvad saxlanıldı
Dünən, 17:36 |
|
|
|
• ETX-yə yeni mətbuat katibi təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:33 |
|
|
|
• SEPAH-dan Zəngəzurla bağlı sərt açıqlama – “Xamenei mövqeyini dəyişməyib”
Dünən, 17:31 |
|
|
|
• O qızcığazın həyatını danışa bilməyən Elmar qurtarıbmış... - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• "Qapısı möhürlənən banklar arasında səni də görərik.." - ÇAĞIRIŞ...
Dünən, 17:05 |
|
|
|
• Bu ölkə Bakı və İrəvan arasında yeni müharibə hazırlayıbmış – Detallar
Dünən, 16:19 |
|
|
|
• Ilham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Rusiyanın özünün də bildiyi məsələdir - BƏS NİYƏ QAŞINIRLAR...
Dünən, 16:16 |
|
|
|
• Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi - AKTUAL
Dünən, 16:12 |
|
|
|
• "Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib"
Dünən, 16:08 |
|
|
|
• Göygöl Milli Parkı 411 min manata 5 pikap, 1 sedan alır
Dünən, 16:06 |
|
|
|
• Paşinyanın müavini Maqdalena Qrono ilə Azərbaycanla əldə olunmuş razılaşmaları müzakirə edib - KİV
Dünən, 16:03 |
|
|
|
• Rusiyada azərbaycanlı kişi dostununu arvadına görə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:00 |
|
|
|
• “Elnur-2” şirkəti Cəlilabadı “ələ keçirib”: Bir ildə 5 tender - DETALLAR
Dünən, 15:57 |
|
|
|
• Yanukoviç deyir ki... - GƏLİŞMƏ
Dünən, 15:48 |
|
|
|
• Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində: Gizli ödəmə və açıq haqsızlıq - DETALLAR
Dünən, 15:38 |
|
|
|
• Putin Şahbaz Şəriflə görüşüb
Dünən, 15:36 |
|
|
|
• Nazir bu cəzaçəkmə müəssisəsinə yeni rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:33 |
|
|
|
• “Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
Dünən, 15:30 |
|
|
|
• Nikolun diletantlığı: Əliyevlə Paşinyan Çində Zəngəzura görə toqquşdu - NƏ BAŞ VERİR?
Dünən, 15:27 |
|
|
|
• Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş... - TƏFƏRRÜAT
Dünən, 15:25 |
|
|
|
• 1,6 manatlıq "tender kralı"na daha bir sifariş - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdi - ƏMR
Dünən, 15:17 |
|
|
|
• Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi - SİYAHI
Dünən, 13:22 |
|
|
|
• Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib - ƏMR
Dünən, 13:21 |
|
|
|
• "Əli Mirəliyev nə vaxt düzələcək?"
Dünən, 13:16 |
|
|
|
• BQXK-nin Azərbaycandakı nümayəndəliyi sabah bağlanır - AÇIQLAMA
Dünən, 13:14 |
|
|
|
• İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir - İcazə verin, şübhələnək...
Dünən, 12:09 |
|
|
|
• “Putinin ittifaqı”na daha bir üzv qoşulur? - Ölkənin adı MƏLUMDUR
Dünən, 12:05 |
|
|
|
• Çində mühüm mərhələyə çatdıq - Mirzoyan
Dünən, 11:56 |
|
|
|
• Milli Məclis sürücüləri çətin duruma salıb - DEPUTATLAR OXUMADIĞI LAYİHƏYƏ SƏS VERİB
Dünən, 11:49 |
|
|
|
• Daha 1 550 ailə Qarabağa köçürülür – “Qaçqınkom” 1,3 milyon manat ayırdı
Dünən, 11:42 |
|
|
|
• Bir fotonun analizi - AKTUAL
Dünən, 11:40 |
|
|
|
• Paşinyan Akopyanla birgə Pekinə getdi - Parada görə
Dünən, 11:38 |
|
|
|
• “Azərbaycan Başkəndi Ermənistana verə bilməz” - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:35 |
|
|
|
• Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar
Dünən, 11:32 |
|
|
|
• "Azəripək" auditor seçir
Dünən, 11:11 |
|
|
|
• Rasim İldırımzadə məhkəmədə prokurorun suallarını cavablandıra bilmədi
Dünən, 11:08 |
|
|
|
|