"Şikayətim "Kapital Bank"dandır. "Kapital Bank"da "Birmarket"də alışverişdə 5% "kasback" kateqoriyası seçmişəm və..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "27.09.2025 ci il tarixində "Umico market"dən 2099 manat məbləğində telefon alıb kart vasitəsilə ödəniş etmişəm. Və bu alış- verişə görə heçbir "kaşback" hesablanmadı. "Kapital bank"la əlaqə saxladım məlumat almaq üçün.
Bu həyatda rastlaşdığım ən məntiqsiz cavabı eşitdim.
"Kaşback" məbləği 100 manatı keçdiyi üçün heç bir "kaşbak"ın hesablanmayacağını bildirdilər...
Soruşuram ki, bu qayda harda yazılıb... deyirlər ki, bankın daxili qaydasıdır. Heç bir yerdə məlumat yoxdur bu barədə. "Kapital bank", müştəri münəccim deyil axı bu məlumatı hardan öyrənə bilər?.."