“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə gediş haqqını 20% artırıb. Əvvəllər belə qərarları Tarif Şurası verirdi, indi nazirlik qiymətləri artırıb. Nazirliyin məsuliyyəti öz üzərinə götürməsi yaxşıdır. Ümumiyyətlə, Konstitusiyaya zidd Tarif Şurası ləğv edilməlidir”.
"Yenisabah" xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli öz “Facebook” hesabında yazıb.
O bildirib ki, ictimai nəqliyyatda qiymət artımı keyfiyyətə təsir göstərməyib: Dördpendirli pizza
“İctimai nəqliyyatda son illərdə bir neçə dəfə qiyməti artırılıb, bu keyfiyyəti yüksəldibmi? Təbii ki, yox. Qiymət artımı bacarıqsız idarə etmənin, qeyri-şəffaf xərcləmələrin vətəndaşa yük etməkdir, başqa anlamı, məramı yoxdur. İstənilən sahədə rentabellik olmadıqla, görüləcək ilk iş xərcləri azaltmaqdadır. Daha bir maraqlı məqam budur ki, nağd ödənişlərdə qiymət artmayıb, deməli, nazirliyin nağd ödənişlərdə öz marağı var”.