“Qala Sığorta” ASC-nin 2024-cü ilin ilk 8 ayında yığımları 56 milyon 074 min manat, cari ilin eyni dövründə isə 58 milyon 516 min manat olub.
Banker.az xəbər verir ki, yığımlar 4.3 faiz artsa da, ödənişlər daha kəskin artıb. Məsələn, sığorta ödənişləri 9 milyon 222 min manat idisə, 2025-ci ilin eyni dövründə 17 milyon 174 min manata yüksəlib. Bu isə ödənişlərin 86,2 faiz artması deməkdir.
Beləliklə, sığorta yığımlarındakı artım dinamikası ödənişlərdən daha zəif dinamika ilə artması onun zərərlilik əmsalını qaldırıb. 2024-cü ilin ilk 8 ayında 16,4% təşkil edirdisə, cari ildə bu göstərici 29,3%-ə yüksəlib. Bununla belə zərərlilik əmsalı ümumilikdə qeydə alınan orta 58%-dən aşağıdır.
Bazar payına gəlincə, 2024-cü ilin ilk 8 ayında “Qala Sığorta” ASC-nin sığorta haqları üzrə bazar payı təxminən 6% idisə, 2025-ci ilin eyni dövründə azalaraq 5.6%-ə düşüb.