AQTA sahibkardan qeyri-qanuni pul tələb edir .....                     Elşad Həsənov Yasamalı XAOS MEYDANINA çevirib... .....                     Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı .....                     Üç ölkə Türkiyəyə qarşı birləşib .....                     Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... .....                     Ermənistandakı "5-ci kolon" hələ ayaqdadır .....                     ABŞ Kərimovun yaxtasını 325 milyon dollara hərraca çıxarır .....                     Mərhum icra başçısına aid olduğu deyilən şirkətin səhmdarları toplanır .....                     “Fikirlərim məmurların xoşuna gəlmədiyinə görə pul buraxaraq...” .....                     İrəvanda narahatlıq başladı: .....                     Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi .....                     Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini sülh danışıqları üçün qəbul edəcək .....                     Korrupsiya qalmaqalı ilə işdən çıxarılan məktəb direktoru .....                     Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi .....                     İki uşaq anasının ölümünə səbəb olan rezidentura kursu keçməyən həkimlə bağlı .....                     Hazırlaşın! Bir neçə gün sonra Zəngəzurda… .....                     Əliyev və Trampla görüşdən əvvəl Paşinyandan mesaj: .....                     Sülh sazişi nə vaxt imzalanacaq? .....                     İcra hakimiyyəti bu şirkətlə yarım milyonluq alqı-satqı müqaviləsi bağladı .....                     Bakıda tailandlı iş qadını 50 min manatla masaj şirkəti qurdu .....                     ANCA-nın Azərbaycanı ittiham edən “ağzı” .....                     "Belə dələduzluq olmaz..." .....                     Bu ermənini Qarabağa KİM BURAXIB AXI?.. .....                     Rusiyanın “üç meymun” siyasəti: görmür, eşitmir... .....                     Azərbaycan təhsilində TEXNİKİ NASAZLIQ... .....                     Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”… .....                     Makron Bakıya qarşı bunu da etdi: öz səfirinə Şuşa cəzası .....                     Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşdü .....                     Pekindən Bakıya 19 günə gəldi, Bakıdan Ələtə 12 gündür gəlib çıxmır .....                     "Təhsil sistemi bir neçə təsadüfi şəxsin təşəbbüsü və ya şəxsi marağı ilə idarə olunur" .....                     AHİK qiymətlərlə "oynayır"? .....                     Astara rəsmən ÖZBAŞINA QALIB .....                     Araz Paşayev kimin maraqlarını güdür? .....                     Vaşinqton görüşü: Sülh olacaq, yoxsa yox? .....                     "Ağ Evdə keçiriləcək görüş Cənubi Qafqazın taleyində dönüş nöqtəsi ola bilər" .....                     Bayramov özünü KOLXOZ SƏDRİ kimi aparır .....                     "Pezeşkian da bu dəyişiklikləri real şəkildə dəyərləndirən liderlərdən biridir" .....                     İranın Turan QORXUSU .....                     Kəlbəcərdə 5 hərbçimiz minaya düşdü .....                     Vardan Oskanyan beynəlxalq qurumlara ölkə hökumətindən şikayət etdi .....                 

Astara rəsmən ÖZBAŞINA QALIB - “Deyir ki, icra nümayəndəsiyəm, nə istəyirəm, eləyirəm...”
Tarix: Bu gün, 06:52 | Çap et

Astara rayonunun Siyaku kənd sakini Nail Həbibov kəndin icra nümayəndəsi Xəlil Zahirovdan şikayətçidir.

Bizimyol.info xəbər verir ki, Nail Həbibovun ailəsi bu qızmar yay günlərində həm susuz, həm də işıqsız qalıb. O deyir ki, səbəbkar da icra nümayəndəsidir. Çünki Həbibovların yaşadığı evə gələn elektrik xəttini kəsib atıb.

Siyaku kəndində bir neçə evi, o cümlədən Həbibovlar ailəsini elektrik enerjisi ilə təmin edən elektrik xəttinin gedib birləşdiyi dirək Siyaku kənd icra nümayəndəsi Xəlil Zahirovun həyətində yerləşir.

Nail Həbibov bildirir ki, elektrik dirəyi icra nümayəndəsinin həyətində yerləşdiyinə görə, başqa sakinlər kimi, 20 il əvvəl onun evi üçün də işıq xətti oradan çəkilib: “Hamı bilir ki, harada yaxın elektrik dirəyi varsa, işıq xətti çəkiləndə oradan götürülür. Bizim üçün də 20 il əvvəl çəkiləndə icra nümayəndəsinin həyətindəki dirəkdən götürülüb. Artıq xətlər köhnəlib, dəyişmək üçün kabel aldım, yenilədik. Gəlib bunu görüb, evimə gələn işıq xətlərini kəsib atıb. Nə qədər özüm dedim, kənd ağsaqqalları dedi, yola gəlmədi. Elə deyir ki, həyət mənimdir, özüm bilərəm. Belə özbaşınalıq olar?”

Nail Həbibov deyir ki, evdə elektrik enerjisi olmadığına görə su nasosları da işləmir. Ailəsi yay günlərində çətin vəziyyətdə qalıb. Avqustun 1-də kabellər kəsilib yerə atılandan bu yana həm işıqsız, həm də susuz qalıblar:

“Mənə böhtan da atır ki, guya icazəsiz həyətinə girmişik. Faktiki “Azərenerji”nin Lənkəran regonal idarəsinə müraciət olunub, yerli idarənin əməkdaşları xətti yeniləyib. Ayrıca sayğacım var, nə qədər elektrik enerjisindən istifadə eləmişəmsə, onun da pulunu ödəmişəm. Axı bu adama bir ziyanı yoxdur... Amma deyir ki, mən icra nümayəndəsiyəm, nə istəyirəm, onu da eləyirəm, get, hara şikayət eləyirsən, elə”.

Bu məsələ ilə əlaqədar tərəflər arasında mübahisə yaranıb. Nail Həbibov bildirir ki, icra nümayəndəsi və ailə üzvləri onun evinə hücum edib. Bu səbəbdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib. Dərhal polis əməkdaşları gəlib: “Özümün və ailəmin təhlükəsizliyinə görə narahatam”.

Siyaku kənd icra nümayəndəsi Xəlil Zahirov Bizimyol.info xəbər portalına açıqlamasında ünvanına səslənən ittihamlara cavab verib. O bildirib ki, təkcə Nail Həbibovgilin evi deyil, əlavə 7 evin də işığı onun həyətindəki elektrik dirəyinə bağlıdır. Onun sözlərinə görə, 1998-ci ildə ev tikəndə öz vəsaiti hesabına elektrik xətti çəkdirib, dirəyi, naqilləri alıb: “2003-cü ildə islahat gedəndə qonşuluğumda Həbibov Əbdülhüseynə kənd təsərrüfatı təyinatlı torpaq verildi. Orada feyxoa ağacları əkdi. Mən Rusiyada olanda yoldaşımdan xahiş eləyib, o da mənə xəbər verdi ki, qonşu su nasosu üçün elektrik enerjisi istəyir. 20 ilə yaxın elektrik enerjisindən istifadə elədi”

İcra nümayəndəsi bildirib ki, Həbibovlar orada həmçinin ev tikiblər: “İki il əvvəl ona dedim ki, məndən bir nasos üçün elektrik istəmişdin, iki ev tikmisən, indi üç nasos üçün istifadə edirsən. Get, özün üçün ayrıca dirək qoydur, xətt çəkdir. O da dedi ki, dövlət mənim üçün işlətdiyim elektrik enerjisinə görə sayğac qoyub, onun pulunu özüm ödəyirəm. O zaman ona dedim ki, mən sənin xəttini kəssəm, neyləyərsən? Dedi ki, gedib icra hakimiyyətinə səndən şikayət eləyərəm. Mən də eləmədim onda”.

Xəlil Zahirov etiraf edir ki, onun evindən sonrakı evlərə dövlət tərəfindən ayrıca işıq xətti çəkilməyib. Bu səbəbdən sakinlər icra nümayəndəsinin həyətindəki işıq dirəyinə qoşulmaq məcburiyyətində qalıblar.

Son hadisəyə gəlincə, icra nümayəndəsi iddia edir ki, qonşu köhnə kabelləri dəyişməsəydi, problem yaranmayacaqdı: “Montyor gətirib, içəri giriblər, 16 diametrlik xətlə çəkib aparıblar. Özbaşına dəyişdi xətti. Dəyişməsəydi, işləyirdi. O, mənim şəxsi dirəyimdir. Öz pulumla almışam”.

Siyaku kəndinndə sakinlərin elektrik enerjisinə görə icra nümayəndəsindən asılı vəziyyətdə qalması ilə bağlı suala Astara Rayon İcra Hakimiyyətindən cavab almaq cəhdimiz isə baş tutmayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AQTA sahibkardan qeyri-qanuni pul tələb edir - ÖZBAŞINALIQ!
Bu gün, 10:43
Elşad Həsənov Yasamalı XAOS MEYDANINA çevirib... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:41
Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Üç ölkə Türkiyəyə qarşı birləşib - NƏ BAŞ VERİR?
Bu gün, 10:30
Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:24
Ermənistandakı "5-ci kolon" hələ ayaqdadır - FAKT BUDUR...
Bu gün, 10:16
ABŞ Kərimovun yaxtasını 325 milyon dollara hərraca çıxarır - KİV
Bu gün, 10:14
Mərhum icra başçısına aid olduğu deyilən şirkətin səhmdarları toplanır
Bu gün, 10:10
“Fikirlərim məmurların xoşuna gəlmədiyinə görə pul buraxaraq...” – Yazıçıdan sərt sözlər
Bu gün, 10:08
İrəvanda narahatlıq başladı: - “Yol kəsişməsi” Ermənistan deyil, Naxçıvan olacaq
Bu gün, 10:05
Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi - Foto
Bu gün, 10:00
Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini sülh danışıqları üçün qəbul edəcək - The Washington Post
Bu gün, 09:57
Korrupsiya qalmaqalı ilə işdən çıxarılan məktəb direktoru özü haqqındakı əmrlə razılaşmaq istəmir
Bu gün, 09:53
Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi - ƏMR
Bu gün, 09:51
İki uşaq anasının ölümünə səbəb olan rezidentura kursu keçməyən həkimlə bağlı QƏRAR
Bu gün, 09:43
Hazırlaşın! Bir neçə gün sonra Zəngəzurda… – Xaçikyandan ŞOK
Bu gün, 09:37
Əliyev və Trampla görüşdən əvvəl Paşinyandan mesaj: - İmzalayacağıq
Bu gün, 09:35
Sülh sazişi nə vaxt imzalanacaq? - AÇIQLAMA
Bu gün, 09:33
İcra hakimiyyəti bu şirkətlə yarım milyonluq alqı-satqı müqaviləsi bağladı
Bu gün, 09:30
Bakıda tailandlı iş qadını 50 min manatla masaj şirkəti qurdu
Bu gün, 09:27
ANCA-nın Azərbaycanı ittiham edən “ağzı” OVULMALIDIR!
Bu gün, 09:06
"Belə dələduzluq olmaz..." - NARAZILIQ VAR...
Bu gün, 09:02
Bu ermənini Qarabağa KİM BURAXIB AXI?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:55
Rusiyanın “üç meymun” siyasəti: görmür, eşitmir... - NƏ ETMƏLİ?
Bu gün, 08:40
Azərbaycan təhsilində TEXNİKİ NASAZLIQ... - İLGİNC İDDİALAR...
Bu gün, 08:38
Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”… - İTTİHAM VAR...
Bu gün, 08:33
Makron Bakıya qarşı bunu da etdi: öz səfirinə Şuşa cəzası - BAŞI QAÇIB...
Bu gün, 08:28
Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşdü
Bu gün, 08:26
Pekindən Bakıya 19 günə gəldi, Bakıdan Ələtə 12 gündür gəlib çıxmır - GİLEY
Bu gün, 07:30
"Təhsil sistemi bir neçə təsadüfi şəxsin təşəbbüsü və ya şəxsi marağı ilə idarə olunur" - FAKT BUDUR!
Bu gün, 06:58
AHİK qiymətlərlə "oynayır"? - CBC kanalının sabiq əməkdaşı şikayətlənir
Bu gün, 06:56
Astara rəsmən ÖZBAŞINA QALIB - “Deyir ki, icra nümayəndəsiyəm, nə istəyirəm, eləyirəm...”
Bu gün, 06:52
Araz Paşayev kimin maraqlarını güdür? - Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir
Bu gün, 06:47
Vaşinqton görüşü: Sülh olacaq, yoxsa yox? - İNCƏLƏMƏ
Bu gün, 06:42
"Ağ Evdə keçiriləcək görüş Cənubi Qafqazın taleyində dönüş nöqtəsi ola bilər" - ŞƏRH
Bu gün, 06:40
Bayramov özünü KOLXOZ SƏDRİ kimi aparır - elə bilir ki, Gəncə də ən böyük kənddir...
Bu gün, 06:35
"Pezeşkian da bu dəyişiklikləri real şəkildə dəyərləndirən liderlərdən biridir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
İranın Turan QORXUSU - Görünəni odur ki...
Bu gün, 06:23
Kəlbəcərdə 5 hərbçimiz minaya düşdü - ADLAR
Bu gün, 06:19
Vardan Oskanyan beynəlxalq qurumlara ölkə hökumətindən şikayət etdi
Bu gün, 00:24
İran, Rusiya, Ermənistan üçbucağı çat verib - FAKT BUDUR!
Bu gün, 00:22
"Bu insanların varlığı və sayı cəmiyyət üçün təhlükəlidir" - ÇAĞIRIŞ
Bu gün, 00:18
Putin Trampa bu “güzəşt”i təklif edəcək – Moskvanın hiyləgər planı açıqlandı
Bu gün, 00:16
ABŞ avqustun 8-dən sonra Rusiyaya qarşı yeni addımlar atacaq - “Financial Times”
Bu gün, 00:13
“İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək” – Tehran rəsmisinin gülməli açıqlaması
Dünən, 19:03
Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edib
Dünən, 19:00
Gözdən əlil şəxsin şikayəti təmin olunmadı - MƏHKƏMƏ
Dünən, 18:05
“A-Qroup Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:03
İştirakçı azlığı 150 nəfəri təlimsiz qoydu - LƏĞV OLUNMUŞ TENDER, DETALLAR
Dünən, 18:01
Ərdoğan Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verib - QƏRAR
Dünən, 17:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru