Geosiyasi reallıqlar dəyişib: .....                     Dövlət qurumu auditor seçib .....                     Vaşinqtonda qurulan sülh masası və bölgədə pozulan səssizlik .....                     İlqar Mustafayev “əmlak kralı” imiş: Ağ Şəhərdən Şüvəlana qədər... .....                     Deputat oğlu Azərbaycanda “Espressolab” açıb .....                     Repetitor hazırlıqlarına tələbat artdı .....                     Bahar Muradova bu mərkəzə yeni direktor təyin etdi .....                     Naxçıvanda BU İL ACLIQ GÖZLƏNİLİR... .....                     Dövlət Agentliyinin tenderi ləğv edildi .....                     Pasport yox, əllər lazımdır: .....                     “Müəllim 600 manat maaşla vergi ödəyirsə, bloger niyə ödəməsin?” .....                     Putin geri çəkilmək üçün yer qoymadı: .....                     Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək .....                     İran azərbaycanlı dustaqlar barədə məlumatları niyə gizlədir? .....                     Müdafiə Nazirliyi Kəlbəcərdəki mina insidenti ilə bağlı .....                     Naxçıvan təhsil nazirinin müavini vəzifəsindən azad edilib .....                     “Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib .....                     Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə... .....                     AQTA sahibkardan qeyri-qanuni pul tələb edir .....                     Elşad Həsənov Yasamalı XAOS MEYDANINA çevirib... .....                     Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı .....                     Üç ölkə Türkiyəyə qarşı birləşib .....                     Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... .....                     Ermənistandakı "5-ci kolon" hələ ayaqdadır .....                     ABŞ Kərimovun yaxtasını 325 milyon dollara hərraca çıxarır .....                     Mərhum icra başçısına aid olduğu deyilən şirkətin səhmdarları toplanır .....                     “Fikirlərim məmurların xoşuna gəlmədiyinə görə pul buraxaraq...” .....                     İrəvanda narahatlıq başladı: .....                     Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi .....                     Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini sülh danışıqları üçün qəbul edəcək .....                     Korrupsiya qalmaqalı ilə işdən çıxarılan məktəb direktoru .....                     Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi .....                     İki uşaq anasının ölümünə səbəb olan rezidentura kursu keçməyən həkimlə bağlı .....                     Hazırlaşın! Bir neçə gün sonra Zəngəzurda… .....                     Əliyev və Trampla görüşdən əvvəl Paşinyandan mesaj: .....                     Sülh sazişi nə vaxt imzalanacaq? .....                     İcra hakimiyyəti bu şirkətlə yarım milyonluq alqı-satqı müqaviləsi bağladı .....                     Bakıda tailandlı iş qadını 50 min manatla masaj şirkəti qurdu .....                     ANCA-nın Azərbaycanı ittiham edən “ağzı” .....                     "Belə dələduzluq olmaz..." .....                 

ANCA-nın Azərbaycanı ittiham edən “ağzı” OVULMALIDIR!
Tarix: Bu gün, 09:06 | Çap et

Ermənilərin ABŞ-dakı ən böyük təşkilatı Bakını və Ankaranı daima hədəf alaraq siyasi sabitliyə təhdid yaradır ki, bu da Ağ Evin regionda strateji maraqlarına ziddir - reaksiya

Məlumdur ki, ABŞ-da ictimai fəaliyyətlə və hökumətlə əlaqələrlə məşğul olan ən böyük və ən nüfuzlu erməni-amerikan təşkilatı Amerika Erməni Milli Komitəsi - ANCA-dır. ABŞ-da Azərbaycan əleyhinə yönəlmiş istənilən addımın arxasında istisnasız olaraq ermənilərin, xüsusilə erməni lobbisinin və diaspor təşkilatlarının durduğu heç kimə sirr deyil. Bu təşkilatlardan ən böyüyü 1918-ci ildə əsası qoyulmuş Amerikanın Erməni Milli Komitəsidir.

Bu təşkilat 1941-ci ildə ANCA adlanmağa başlayıb, ona qədər Ermənistanın Müstəqilliyi Naminə Amerika Komitəsi idi.

Komitə Birləşmiş Ştatlarda erməni xalqının əsas nümayəndəsidir, onun milli maraqlarının keşiyində dayanır, onu yerli, regional və federal səviyyədə təmsil edir. Ancaq qurum bu istiqamətdə fəaliyyət göstərməkdən daha çox Azərbaycan və Türkiyəyə qarşı mübarizə aparmağı əsas qayəsinə çevirib. Komitə bu məqsədi həyata keçirmək üçün ələ düşən bütün fürsətlərdən yararlanmağı qarşısına vəzifə qoyub. ABŞ-ın böyük və təsirli siyasi təşkilatlarından biri kimi ölkənin vergi ödəyicilərinin vəsaiti hesabına fəaliyyət göstərən ANCA-nın fəaliyyəti nəinki ABŞ-ın Cənubi Qafqazla bağlı maraqlarına, ümumilikdə xarici siyasətinə də ciddi zərər vurur. ANCA-nın Konqresdə bu qədər geniş təsir imkanlarına rəğmən, Ermənistan Cənubi Qafqazda Amerikanın bir saylı düşmən bildiyi İranın müttəfiqidir.

ANCA-nın lobbiçiliyi regionda siyasi sabitliyə və təhlükəsizliyə təhdid yaradır, ABŞ üçün bu qədər strateji bir regionda onun özünün ziyanına işləyir. Həmçinin regionda ABŞ-ın əsas strateji tərəfdaşı olan Azərbaycana qarşı mənfi fəaliyyət göstərir. ANCA-nın terrorçu təşkilat kimi tanınması, fəaliyyətinə məhdudiyyət qoyulması ilə bağlı çağırış edilsə də faydası olmayıb.

Son olaraq ANCA amerikalı ifaçı Castin Timberleykin Azərbaycanın paytaxtında çıxışının ABŞ-dakı erməni diasporu arasında böyük rezonans doğurduğunu bildirib. ANCA Timberleykin çıxışını “sadəcə konsert deyil, Azərbaycanın insanlığa qarşı cinayətlərinə haqq qazandırmaq üçün davam edən kampaniyası” adlandırıb. Halbuki insanlıq əleyhinə cinayətləri, qətliamları, qadın, qoca, körpə bilmədən edilən vəhşilikləri ermənilərin dəfələrlə azərbaycanlılara qarşı törətdikləri tarixi faktlardan və yaxın keçmiş olan Xocalı soyqırımından bəllidir.

Sadəcə, ANCA amerikalı pop müğənninin konsertini bəhanə edərək Azərbaycana qara yaxmağa fürsət axtarıb. Amma erməni təşkilatı bu dəfə də uduzur. Çünki elə ABŞ liderinin təşəbbüsü ilə liderlər səviyyəsində sülh danışıqları gözlənilir. O baxımdan, erməni təşkilatının kampaniya xarakterli çağırışları Ağ Evdə heç eşidilmir...

Siyasi ekspert Fuad Əliyev, ümumiyyətlə, ANCA-nın 44 günlük müharibə nəticəsində fiaskoya uğradığını düşünür. Onun mövqeyi budur ki, bütövlükdə erməni lobbi və diasporu məğlubiyyətə uğrayıb, xərclənən pullar isə batıb: “Təbii ki, erməni diasporunun, müxtəlif təşkilatların fəaliyyəti uzun illər təsiredici olub. Onlar Azərbaycan haqda yanlış təsəvvür formalaşdırmağa çalışıblar. Bu səbəbdən, torpaqlarımız işğal altında olanda ermənilərə dəstək olan Qərb dairələri var idi, biri də elə ABŞ-dır. Birləşmiş Ştatlar "artsax"a maliyyə dəstəyi göstərmiş dövlətdir. Erməni təşkilatları dünyaya car çəkirdi ki, Qarabağda guya xristian əhalisi əzilir, məzlumdur və sair. Bu saxta təbliğatı ANCA və digər erməni təşkilatları uzun illər aparıblar. İndi isə bu saxta piar keçmir. Sözügedən erməni təşkilatı demək istəyib ki, guya antiterror əməliyyatından sonra əhali Qarabağdan zorla çıxarılıb, amma Timberleykin konsertinə şərait yaradılır. Bu da absurd və gülməli yanaşmadır, məsələni siyasiləşdirmək cəhdidir".

F.Əliyevin sözlərinə görə, Azərbaycan bir sutkalıq antiterror əməliyyatı zamanı bir mülki məntəqəni hədəf almadı, bir mülki erməni demədi ki, burnu qanayıb: “Yəni dövrün ən müasir, unikal əməliyyatı keçirilmişdi. Üstəlik, əməliyyatdan qabaq vərəqələr paylandı, səsgücləndirici ilə mülki ermənilərə çağırış edildi ki, evlərini tərk etməsinlər. Ona görə də ANCA iddia edə bilməz ki, insanlıq əleyhinə cinayət törədilib. Eləcə də xunta rejimi ağ bayraq qaldırdıqdan sonra dinc sakinlərə qalmaq təklif olunub, sadəcə, imtina ediblər. Hətta köçəndə də hər bir şərait yaradıldı ki, əsassız ittihamlar səslənməsin. Azərbaycanlılar isə Qarabağdan qovulmuşdular, etnik təmizləmə aparılmışdı, mülki əhali qətlə yetirilmişdi. Odur ki, ANCA fəaliyyət profilinə yenidən nəzər salmalıdır, bu dəst-xətt Bakı-İrəvan danışıqlarının dinamik dövründə tamamilə əhəmiyyətsizdir”.

Hüquq müdafiəçisi Xəzər Teyyublu isə ermənilərin təbliğat maşınının saxtakarlığı davam etdirdiyini fikirləşir: “Timberleyk məşhur sənətçidir. Onun milyonlarla fanatı var. Əlbəttə ki, belə bir ulduzun Bakıda konsert verməsi ermənilərin diqqətini cəlb etməyə bilməzdi. Eyni zamanda ANCA fürsət bilib ki, Timberleyk üzərindən milyonlarla amerikalının diqqətini bəyanatına cəlb etsin. Sadəcə, ucuz siyasi şoudur və bu təşkilat qrantları xərcləmək yolları axtarmaqdadır. Xatırlayıram ki, bu təşkilat 2024-cü ildə Paris Yay Olimpiya Oyunlarına Azərbaycanın qatılmasına mane olmaqla bağlı çağırış etmişdi. O da nəticə vermədi. Millətlərarası nifrət yaymaqla məşğul olan ANCA müxtəlif dönəmlərdə oxşar addımlar atıb. Bu addımları ölkəmizə qarşı hədə-qorxu, təzyiq vasitəsi hesab edən komitə fəaliyyətində terrorçu və təxribatçı niyyətini açıq nümayiş etdirib. Hələ 2021-ci ildə Azərbaycanın ABŞ-da ovaxtkı səfiri Elin Süleymanov da ermənilərin təhdidlərinə məruz qalmışdı. Belə ki, Amerikanın Erməni Milli Komitəsi səfirimizə qarşı nifrət aşılayan kampaniyaya başlamışdı. Ümumən, ANCA terrorçuluğun müxtəlif formalarını öz fəaliyyətində davam etdirir”.

Qeyd edək ki, ANCA keçmiş konsul Vahan Kardaşyan tərəfindən qurulan Müstəqil Ermənistanın Amerika Komitəsinin (ACIA) bir qoludur. Mərkəzi Nyu-York ştatında yerləşirdi və 13 ştatda 23 regional ofisi var idi. Bu, Birinci Dünya müharibəsindən az sonra baş verib.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Geosiyasi reallıqlar dəyişib: - Rusiya Azərbaycana qarşı əvvəlki gücdə deyil
Bu gün, 12:10
Dövlət qurumu auditor seçib - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 12:08
Vaşinqtonda qurulan sülh masası və bölgədə pozulan səssizlik - NƏ BAŞ VERİR?
Bu gün, 12:01
İlqar Mustafayev “əmlak kralı” imiş: Ağ Şəhərdən Şüvəlana qədər... - DETALLAR
Bu gün, 11:59
Deputat oğlu Azərbaycanda “Espressolab” açıb - TƏFƏRRÜAT
Bu gün, 11:56
Repetitor hazırlıqlarına tələbat artdı - “Bəzi direktorlar müəllimlərdən faiz alır”
Bu gün, 11:54
Bahar Muradova bu mərkəzə yeni direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:48
Naxçıvanda BU İL ACLIQ GÖZLƏNİLİR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:42
Dövlət Agentliyinin tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 11:34
Pasport yox, əllər lazımdır: - Rusiya iqtisadiyyatı miqrantlara qapı açmağa məcburdur
Bu gün, 11:31
“Müəllim 600 manat maaşla vergi ödəyirsə, bloger niyə ödəməsin?” - AKTUAL
Bu gün, 11:24
Putin geri çəkilmək üçün yer qoymadı: - Müharibəni dayandırsa, uduzacaq
Bu gün, 11:20
Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək - Zaur Mikayılova sual olunur
Bu gün, 11:09
İran azərbaycanlı dustaqlar barədə məlumatları niyə gizlədir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:01
Müdafiə Nazirliyi Kəlbəcərdəki mina insidenti ilə bağlı XƏBƏR YAYDI
Bu gün, 10:58
Naxçıvan təhsil nazirinin müavini vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 10:56
“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib - DİQQƏT!
Bu gün, 10:51
Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə... - Vətəndaş KİMİN UMRUNDADIR Kİ?
Bu gün, 10:49
AQTA sahibkardan qeyri-qanuni pul tələb edir - ÖZBAŞINALIQ!
Bu gün, 10:43
Elşad Həsənov Yasamalı XAOS MEYDANINA çevirib... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:41
Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Üç ölkə Türkiyəyə qarşı birləşib - NƏ BAŞ VERİR?
Bu gün, 10:30
Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:24
Ermənistandakı "5-ci kolon" hələ ayaqdadır - FAKT BUDUR...
Bu gün, 10:16
ABŞ Kərimovun yaxtasını 325 milyon dollara hərraca çıxarır - KİV
Bu gün, 10:14
Mərhum icra başçısına aid olduğu deyilən şirkətin səhmdarları toplanır
Bu gün, 10:10
“Fikirlərim məmurların xoşuna gəlmədiyinə görə pul buraxaraq...” – Yazıçıdan sərt sözlər
Bu gün, 10:08
İrəvanda narahatlıq başladı: - “Yol kəsişməsi” Ermənistan deyil, Naxçıvan olacaq
Bu gün, 10:05
Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi - Foto
Bu gün, 10:00
Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini sülh danışıqları üçün qəbul edəcək - The Washington Post
Bu gün, 09:57
Korrupsiya qalmaqalı ilə işdən çıxarılan məktəb direktoru özü haqqındakı əmrlə razılaşmaq istəmir
Bu gün, 09:53
Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi - ƏMR
Bu gün, 09:51
İki uşaq anasının ölümünə səbəb olan rezidentura kursu keçməyən həkimlə bağlı QƏRAR
Bu gün, 09:43
Hazırlaşın! Bir neçə gün sonra Zəngəzurda… – Xaçikyandan ŞOK
Bu gün, 09:37
Əliyev və Trampla görüşdən əvvəl Paşinyandan mesaj: - İmzalayacağıq
Bu gün, 09:35
Sülh sazişi nə vaxt imzalanacaq? - AÇIQLAMA
Bu gün, 09:33
İcra hakimiyyəti bu şirkətlə yarım milyonluq alqı-satqı müqaviləsi bağladı
Bu gün, 09:30
Bakıda tailandlı iş qadını 50 min manatla masaj şirkəti qurdu
Bu gün, 09:27
ANCA-nın Azərbaycanı ittiham edən “ağzı” OVULMALIDIR!
Bu gün, 09:06
"Belə dələduzluq olmaz..." - NARAZILIQ VAR...
Bu gün, 09:02
Bu ermənini Qarabağa KİM BURAXIB AXI?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:55
Rusiyanın “üç meymun” siyasəti: görmür, eşitmir... - NƏ ETMƏLİ?
Bu gün, 08:40
Azərbaycan təhsilində TEXNİKİ NASAZLIQ... - İLGİNC İDDİALAR...
Bu gün, 08:38
Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”… - İTTİHAM VAR...
Bu gün, 08:33
Makron Bakıya qarşı bunu da etdi: öz səfirinə Şuşa cəzası - BAŞI QAÇIB...
Bu gün, 08:28
Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşdü
Bu gün, 08:26
Pekindən Bakıya 19 günə gəldi, Bakıdan Ələtə 12 gündür gəlib çıxmır - GİLEY
Bu gün, 07:30
"Təhsil sistemi bir neçə təsadüfi şəxsin təşəbbüsü və ya şəxsi marağı ilə idarə olunur" - FAKT BUDUR!
Bu gün, 06:58
AHİK qiymətlərlə "oynayır"? - CBC kanalının sabiq əməkdaşı şikayətlənir
Bu gün, 06:56
Astara rəsmən ÖZBAŞINA QALIB - “Deyir ki, icra nümayəndəsiyəm, nə istəyirəm, eləyirəm...”
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru